Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


2002



Yanvar Fevral Mart Aprel May İyun
İyul Avgust Sentyabr Oktyabr Noyabr Dekabr


Yanvar 2002


2002-ci ilin əvvəlində "Açıq Cəmiyyət-Azərbaycan" Fondunun donor dəstəyi ilə "Azərbaycan Qender İnformasiya Mərkəzi" layihəsi start götürmüşdür. AQİM - Cənubi Qafqaz ərazisində ilk qadın hərəkatının informasiya-analitik kitabxana və sənəd mərkəzidir. AQİM-in yaradılmasına dair layihə respublika qadın təşkilatlarının koalisiyası tərəfindən həyata keçirilmişdir:


  • Müasir sosial proseslərin tədqiqatlar Mərkəzi "AREAT", Bakı;
  • Yaradıcı qadınlar assosiasiyası", Bakı;
  • Təşkilati və texniki inkişafın Azərbaycan assosiasiyası, Bakı;
  • Mingəçevir gənc Qadınlar Mərkəzi "Şəms";
  • Xudat gənclər proqramının inkişaf Mərkəzi "ORIENT" .

  • AQİM-in yaranma məqamında, respublikada bir neçə resurs və informasiya mərkəzlərinin mövcudluğuna baxmayaraq, bir dənə olsa da, qender problematikası üzrə ixtisaslaşan mərkəz yox idi. Buna görə də , əvvəlcə, digər ölkələrdə mövcud olan qender informasiya mərkəzlərinin təhlili keçirildi.

    Mərkəz Azərbaycanda, ümumilikdə, üçüncü sektorun vətəndaş inkişafına imkan yaratmağa , demokratik inrkişaf etmiş ölkələrin yaradıcı təcrübəsinin öyrənilməsinə əsaslanırdı.

    Layihənin məqsədləri:

  • dünya qadın informasiya şəbəkəsinə daxil olmaq;
  • Azərbaycan Respublikasında qender problematikasının bütün istiqamətlərində inteqrasiya olunmuş informasiyanın toplanması və yayılması;
  • Qadınların sosial rifahına, eləcə də, bütövlükdə cəmiyyətə lazım olan qender dünyagörüşünün aə praktiki vərdişlərin inkişafı;
  • İnformasiyanın yayfılması yolu ilə ölkəmizdə mədəniyyət, iqtisadiyyat, məşğulluq və şəxsi sahibkarlıq, siyasət, təhsil sahələrində qender asimmetriyasının aradan qaldırılmasına kömək etmək

  • Layihənin vəzifələri:

  • "klassik" qender kitabxanasını yaratmaq;
  • pressklipinq əsasında və həmçinin internetdən Azərbaycan dilinə tərcümə edilmiş və uyğunlaşdırılmış materialların elektron qender kitabxanasını yaratmaq;
  • respublika qadın QHT-lərinin filmotekası, fonotekası, fotoarxivlərini və həmçinin qender problematikası daşıyan layihələrini yaratmaq;
  • fondreyzinqdə QHT-lərə yardım üçün mühüm sosial qender təşəbbüslərini internet vasitəsilə toplpmaq və yaymaq;
  • informasiya texnologiyalarına dair treninqlər keçirmək;
  • qadın QHT-ləri üçün rüblük informasiya bülletenləri nəşr etmək;
  • AQİM-in saytını yaratmaq və dəstəkləmək.


  • Fevral 2002


    Qender

    Üç paytaxt və iki regional qadın QHT-lərin koalisiyası əsasında yaranmış AGİM, birinci mərhələdə təşkilat-təchizat işləri ilə məşğul olmuş, ilk addımlar atılmışdır:

  • Mərkəzin işçiləri və oxucular üçün yer icarəyə götürülmüş və avadanlıqla təchiz edilmişdir;
  • Ofis avadanlığı - faks, kseroks, televizor və videomaqnitofon, musiqi mərkəzi quraşdırılmışdır;
  • Periferiya avadanlıqlı üç kompüterdən ibarət lokal hesablama şəbəkəsi planlaşdırılmış və qurulmuşdur. Rəngli şırnaqlı və qara-ağ lazer printerlər və skaner daxil olmaqla;
  • Zəruri proqram təminatı instalyasiya olunmuşdur;
  • Mərkəzin İnternet şəbəkəsinə qoşulması həyata keçirilmişdir;
  • İstehlak materialları alınmışdır.
  • Gender problematikasına və həmçinin, informasiya texnologiyalarına dair, heyətlə treninq keçirilmişdir.
  • Heyət üçün media-monitorinq nəzdində materialların sistemləşdirilməsi, İnternet şəbəkəsində axtarış strategiyalarının mənimsənilməsi təlimi keçirilmişdir.
  • Mərkəzin könüllüləri də təlim keçmişlər.

  • Hibrid gender kitabxanasının kitabxana fondunun əsası qoyulmuşdur.

    Kitabxana fondu ənənəvi və elektron sənədlərin nizamlanmış məcmusu kimi yaradılır və informasiya- təlim oriyentasiyasına malikdir.

    Dil diapozonu - azərbaycan, rus, ingilis dilləridir.

    Coğrafi diapozon Azərbaycan dövri mətbuatı ilə məhdudlaşır.

    Dövri mətbuatın şərhi 2000-2002-ci illərlə məhdudlaşır.

    AYIN MÖVZUSU

    Qender: nəzəriyyə, anlayışlar, kateqoriyalar, tarix, kulturologiya. Tədbiqi və nəzəri tədqiqatlar. Konfranslar və seminarlar. Qender proqramları. Qender təhsili və tərbiyə.

    Fevralın nəşrləri:

    "Qadın yerli idarəetmədə" kitabı (azərbaycan, rus, gürcü dillərində). Müəlliflər: Qasımova Y., Abbasov A., Sakoxiya N


    Mart 2002


    Qadınlar və ekologiya

    AQİM-də "Ekosfera", "QABA", "Ekokonsaltinq" QHT-ləri, kommersiya təşkilatı "Narkosaltinq" və Gürcüstanın "Soyuz floristiki" QHT-si ilə 5 görüş keçirilib. Ekofeminizmə dair resursların axtarışı problemi müzakirə edilmiş, "Ekofeminizm" məcmuəsinin ilk variantı hazırlanmışdır.

    Mərkəzin əməkdaşları "Azərbaycan Respublikasında qender siyasəti" tədris kursu üzrə metodoloji vəsait hazırlamışlar.

    Mərkəzin direktoru və İT-texnologiyaları üzrə mütəxəssis, Qərb Universitetinin Qender tədqiqatları üzrə Mərkəzi tərəfindən təşkil edilmiş respublika elmi-texniki konfransda "Qenderin informasiya resursları və Azərbaycanda üçüncü sektorun inkişafı" mövzusunda məruzə ilə çıxış etmişlər. "Azərbaycan dövri mətbuatı üzrə gender informasiyası və audiovizual informasiya"ya dair media-monitorinq start götürmüşdür.

    Beynəlxalq Qadın İnformasiya Mərkəzinin (IIAV) metodikasına uyğun Azərbaycan qadın QHT-lərin və həmçinin, qadın problemləri ilə məşğul olan təşkilatların verilənlər bazası layihələşdirilmiş və işlənilmişdir.

    Mərkəzin direktoru ABŞ-ın Viskonsin ştatının Medison Universitetində, QHT-lərin maraqlarının qorunması və gender problematikası üzrə təcrübə keçmişdir. Təcrübə müddətində ABŞ qadın QHT-ləri ilə işgüzar əlaqələr yaradılmışdır: Viskonsin ştatının səs verən qadınlar Liqası, Bacımın evi (Vaşinqton), Tərəqqiyə yardım Fondu (Texas)

    Layihənin direktoru və AQİM-in informasiya üzrə meneceri "Fənn rubrikalarının təhlilinin və açar sözlər üzrə indeksasiyanın metodologiyası" seminarında iştirak etmişlər (Amsterdam şəhəri).

    Sistemli kataloq əsasında hazırlanmış kitabxanada sənədlərin saxlanılması təşkil edilmişdir. "Thesaurus of Women"s Termiology" tezaurusunun strukturuna uyğun gender problematikasına dair UDK təsnifatı bölmələr üzrə verilir. "Terms by Category" bölməsinin azərbaycan dilinə tərcüməsi başlanmışdır.

    Kitabxanaya daxil olan yeni nüsxələrin fərdi uçot sistemi təşkil edilmişdir:

  • Hər bir sənəd fərdi invertar nömrəsi alır;
  • Qeydiyyat kitabı aparılır (hər dil üçün inventar kitabı);
  • Sistemli kataloqun uçot kartoçkası.

  • AYIN MÖVZUSU

    Əhalinin fasiləsiz ekoloji təhsili, ekoloji problemlərin həllində qadınların rolunun artırılması, qadın və uşaqlar üçün ekoloji fəlakətin nəticələri, ekologiyada ümumbəşər və milli dəyərlər və üstünlüklər, Azərbaycanın ağır vəziyyətli bölgələrində ekoloji durumun yaxşılışdırılması, ətraf mühitin idarə edilməsində qadının rolu.

    Martın nəşrləri:

    Qender, feminizm və qadın problemlərinə aid ədəbiyyat göstərilmiş İnfıormasiya buraxılışı (№1).


    Aprel 2002


    Qadınlar və sağlamlıq

    "Azərbaycan Qender İnformasiya Mərkəzi" layihəsinin məqdimatı Azərbaycanın Şimal-Qərb bölgələrində keçirildi. Qender informasiyasının toplanması və AGİM-ə ötürülməsinə dair Qubada, Xacmazda 30 qadın - liderlər ücün ikigünlük treninq keçirildi.

    Zaqatala şəhərində "Dərman otları" QHT-si ilə görüş keçirildi.

    Gürcüstanın "Qadın dünyası" QHT-si ilə görüşdə əməkdaşlıq problemləri müzakirə edildi bə Cənubi Qafqazda qadın təşəbbüsi haqda informasiya mübadiləsinə aid müqavilə bağlandı. Gürcüstan QHT-lərinin sorğusuna görə sənədlərin elektron göndərişləri başlandı. AQİM-in fəal virtual sifarşiçiləri Gürcüstanın "Qadınlar demokratiya uğrunda", "Qadınlar və cəmiyyət", "Strateji tədqiqatlar mərkəzi", "Açıq siyasət institutu" QHT-ləri oldu.

    Respublika Ailənin Planlaşdırılması Mərkəzinin materialları əsasında "Qadınlar və sağlamlıq" probleminə dair saytın bölməsi hazırlanıb.

    AYIN MÖVZUSU

    Ana və uşağın sağlamlığı, millət genofondunun qorunması, reproduktiv sağlamlığın mühafizəsi, bədən tərbiyəsi və idman, qadın sağlamlığının hökumət dəstəyi, analıq və uşaqlığın qorunmasında beynəlxalq kömək..

    Aprelin nəşrləri:

    Ekofeminizmə dair şərh edilmiş informasiya mənbələrinin ilk İnformasiya Bülleteni işıq üzü gördü.

    Respublikada ilk dəfə olaraq, radikal və liberal invayromental qadın hərəkatının inkişafına dair materiallar təqdim olundu. Beynəlxalq qadın ekologiya saytlarına istinadlar Respublika QHT-lərinə beynəlxalq fondrayzinqin həyata keçirilməsində kömək edəçək.

    Azərbaycanda qender dünyagörüşünə həsr edilmiş 2-№-li İnformasiya buraxılışı nəşr edilmişdir. Azərbaycanda etnokonfessional və respublikanın digər spesifikasını nəzərə alan qender tədqiqatlarının özünəməxsus ənənələri yaranır.


    May 2002


    Qadınlar və təhsil

    AQİM "Qadın tarixçilər" və "Uşaq hüquqlarının müdafiəsi cəmiyyəti" QHT-ləri ücün informasiya texnologiyalarına dair treninqlər keçirib. Təhsilin qender problemləri, Azərbaycan Respublikasında ali və orta təhsilin islahat perspektivləri müzakirə edilmişdir. Göycayda "Azad müəllimlər assosiasiyası" QHT-si ilə görüş keçirilmişdir.

    Xacmaz və Xudatda qadınlar ücün informasiya texnologiyalarına, İnternet şəbəkəsində aktual gender mənbələrinin axtarışına dair beşgünlük treninqlər keçirildi.

    Rayonun 25 fəalının iştirak etdiyi treninqin nəticəsi, qadın təşkilatlarının irəliləməsi ücün piar texnologiyaların inkişafının strateji planının hazırlanması oldu.

    Mərkəzdə Qərb Universitetinin qender fənləri, Ali Diplomatiya kolleçi müəllimlərinin iştirakı ilə keçirilən seminarda Qərb Universitetində hazırlanmış "Qender siyasəti", "Qender iqtisadiyyatı", "Qender sosiologiyası", "Qender psixologiyası", "Qender fəlsəfəsi" kurslarının müzakirəsi keçirildi.

    Layihənin direktoru "Azərbaycan 21-ci əsrdə" elmi-praktiki konfransda "Qender və informasiya texnologiyaları: qloballaşma və lokallaşma problemləri" mövzusunda məruzə ilə iştirak etmişdir.

    Beynəlxalq qadın təhsil proqramlarına dair materiallar toplanmış, ingilis dilindən tərcümə edilmiş və sistemləşdirilmişdir. Könüllülər ücün keçirilən treninqdə AQİM-in yarım illik fəaliyyəti müzakirə edilmiş və ikinci yarım il ücün vəzifələr müəyyən edilmişdir.

    AQİM-in kitabxanasında DÜST 7.1-84 (ISBD-nin bəynəlxalq qaydalarına əsaslanır) qaydaları üzrə kataloqlaşdırma, biblioqrafik təsvirin tərtibi, sistemləşdirmə və predmetləşmənin əsasları kimi mühüm proseslər nizamlanmışdır.

    AQİM-in kitabxanaçıları Azərbaycan Elmlər Akademiyasının Əsaslı kitabxanasında, BDU-nun Elmi kitabxanasında və respublikanın digər kitabxanalarında qender materiallarının axtarışını anarırlar. UDK-dan istifadə - beynəlxalq sistemləşdirmə vasitələri - Avropa informasiya resursları ilə inteqrasiyaya anarır.

    AYIN MÖVZUSU

    Təhsil hüququ, peşə seçimi, təhsil prosesinin problemləri, təhsilin fasiləsizliyi və ardıcıllığı, ənənəvi və qeyri-ənənəvi təhsil, ümumi, orta, xüsusi, professional və ali təhsil, qadınlar-təhsil prosesinin yenilikçiləridir, orta və ali məktəblərdə tərbiyə proseslərinin problemləri.

    Mayın nəşrləri:

    Azərbaycanda genderə, təşkilatlara və təlim mərkəzlərinə həsr edilmiş 3№li İnformasiya buraxılışı işıq üzü görmüşdür. Azərbaycan Respublikasının Prezidenti H. Əliyevin "Qadın prolbemlərinə dair Dövlət Komitəsinin yaradılması" (1998), "Dövlət qadın siyasətinin həyata keçirilməsi" (2000) kimi mühüm Fərmanları haqda məlumatlar verilmişdir. Azərbaycan BMT-nin insan hüquqlarını qoruyan, 50-yə yaxın beynəlxalq saziş və bəyannaməsini təsdiq etmişdir.


    İyun 2002


    Qadınlar və mədəniyyət

    AQİM-in fəaliyyət coğrafiyası genişlənmişdir. AQİM-in nümayəndələri Zaqatala şəhərində Azərbaycanın şimal və şimal-qərb hissəsinin qadınları ilə görüşmüşlər. Burada aktual informasiya texnologiyalarına və qadın QHT-lərin irəliləyişinə dair treninqlər keçirilmişdir.

    Keçən aylar keçirilmiş trenenqlərin əsasında Xaçmazda iyun ayında " Xacmaz qadınları bərabər istisadi hüquqlar üğrunda" qadın koalisiyası yaradılmış, AGİM-in Xacmaz rayonunda filialının yaradılması planı müzakirə edilmişdir.

    AGİM-in nümayəndələri Varşavada IIAV tərəfindən təşkil edilmiş, veb-masterinqə və veb-dizayna həsr edilmiş treninqdə iştirak etmişlər. Avroasiya Fondunun ictimaiyyətlə əlaqə yaratma koordinatoruna AGİM-in təqdimatı keçirilmişdir.

    IIAV-ın ( Amsterdam ş.) Beynəlxalq qadın şəbəkəsinin anketləri azərbaycan və rus dillərinə tərçümə edilmişdir. MC-ACCESS-dəki verilənlər bazasının köməyi ilə anketlərlə işin proqramlaşdırılması həyata keçirilmişdir.

    "Şərq Ulduzları" uşaq teatrı (1997-ci ildə yaradılmışdır) və "Kreativ qadınlar" QHT-si ilə görüşlər keçirilmişdir. "Şərq Ulduzları" uşaq teatrı 6 yaşından 17 yaşa qədər müğənni və rəqqasları özündə birləşdirir. Ansamblın direktoru Məmmədova Elladanın prodüsser fəaliyyətinin sayəsində teatr beynəlxalq müsabiqələrdə iştirak etmiş və bir çox ölkələrdə (İtaliya, Qazaxıstan, İsvecrə, Ukrayna, Türkiyə, ABŞ, Rusiya) olmuşdur.

    AYIN MÖVZUSU

    Milli dilin, milli ənənələrin və mədəniyyətin qorunmasında qadının rolu. Azərbaycanın müasir mədəniyyəti, klassik və estrada musiqisi, qadın şou-biznesdə və model biznesində. Uşaq yaradıçılığı, mədəniyyət xadimlərinin sponsorluğu və xeyriyyəçiliyi.

    İyunun nəşrləri:

    Qender nəzəriyyəsinin biblioqrafiyasına həsr edilmiş 4№li informasiya buraxılışı.


    İyul 2002


    Qadınlar və Kütləvi İnformasiya vasitələri

    AQİM-də "Women press" QHT-si ilə görüş keçirildi. "Women press" QHT-sinin prezidenti Səbinə İsgəndərli Azərbaycanda qadın jurnalistikasının perspektivlərindən və kütləvi informasiya vasitələrində qadın problemlərinin işıqlandırılmasının dünya təcrübəsindən danışdı.

    Mərkəzin əməkdaşları Qax şəhərində "İnterfaks" agentliyinin "Azərbaycan və Cürcüstan əməkdaşlığının inkişafı" proqramında iştirak etmişlər.

    AQİM Zaqatala şəhərində müstəqil "Aygün" telekompaniyası ilə birlikdə aksiya keçirmişdir. Xacmaz radiosu ilə "Qadınlar və KİV" verilişi efirə getdi.

    Göycayda AGİM-in əməkdaşları "Azərbaycanın qadın QHT-ləri və qender hüquq bərabərliyinin inkişafı" mövzusunda silsilə radioverilişləri hazırlamışlar.

    AQİM-in Mingəçevir filialı və "Şəms" QHT-si Azərbaycanda genderin inkişafı haqda telefiziya verilişi hazırlamışlar.

    AQİM "Azərbaycan qadını" jurnalı və "Qadın dünyası" qəzeti ilə əməli əlaqələr yaratmışdır.

    AQİM-də "Qadın dünyası" qəzetinin əməkdaşları ilə görüş keçirilmiş və Mərkəzin saytında qəzet materiallarının qəhrəmanları - qadınların irəliləyişinə AQİM-in provayder xidmətləri müəyyən edilmişdir.

    Azərbaycanın cənubunda Lənkəran şəhərində qenderin aktual informasiya resurslarına dair treninq keçirilmişdir. Treninqdən başqa AQİM Respublika Qadın İnformasiya şəbəkəsinin yaradılmasına dair iş aparmışdır. Lənkərandakı treninqin nəticəsi olaraq, "Subtropik qadınları" qeyri-hökumət qadın koalisiyası yaradılmışdır. Lənkəran şəhərində AQİM-in bölgə filialının yaradılması ücün könüllülərlə treninq keçirilmişdir. AGİM-in verilənlər bazasına daxil edilmək ücün 10 QHT üzrə anketləşmə yolu ilə informasiya toplanması həyata keçirilmişdir.

    Kitabxana fondunun formalaşmasının yarımillik nəticəsi:

    Kitab, monoqrafiya - 200

    Azərbaycan dövri mətbuatının şərhi - 2500

    Elektron sənədlər - 800

    İnternet şəbəkəsi saytlarına faydalı istinadlar - 1200

    AYIN MÖVZUSU

    Kütləvi İnformasiya vasitələrində yeni Azərbaycan qadınının obrazı. KİV və gender stereotiplərinin aradan qaldırılması, cəmiyyətinin məlumatlandırılması və cəmiyyətdə qadınların vəziyyətinin müzakirəsi. Xüsusi qadın KİV-ləri. Müasir informasiya - kommunikasiya texnologiyaları, informasiya cəmiyyətinin qurulması.

    İyulun nəşrləri

    Kiberfeminizmə həsr edilmiş ikinci İnformasiya Bülleteni. Bülletendə İntrernet şəbəkəsinin saytlarına istinadlarla geniş informasiya təqdim edilmişdir.

    Feminizmə və sosial-iqtisadi tərəqqiyə həsr edilmiş 5№li İnformasiya buraxılışı.


    Avgust 2002


    Qadınlar və hüquq

    AQİM "AREAT" mərkəzi ilə birlikdə "Əməkdaşlıq" proqramı çərçivəsində Avroasiya Fondunun "Azərbaycan və Kürcüstanda yerli idarəetmə qanunlarının müqayisəsi və onların Avropa qanunlarına uyğunlaşdırılması" layihəsində iştirak etmişdir. AQİM-də "Qadın-tarixçilər" QHT-sinin iştirakı ilə keçirilən seminarda layihənin gedişində qadınların yerli idarəetmədə rolu haqqında sosioloji məlumatlar müzakirə edilmişdir.

    AQİM ISAR-Azerbaijan Fondu və "QorizontI- Qruziya", "Qadınlar yerli idarəetmədə: əməkdaşlıq yolları" tərəfindən həyata keçirilmiş USAID layihəsinin informasiya provayderi kimi çıxış etdi. Layihənin kedişində AQİM Qax və Qardabani (Kürcüstan) şəhərlərində yerli idarəetmədə qadınların rolunun artırılmasına həsr edilmiş treninqdə iştirak etmişdir.

    Respublikanın şimal-qərb hissəsində genderin aktual informasiya resurslarına dair iş davam etdirilmişdir.

    Şəki şəhərində treninq, Qaxda AQİM layihəsinin təqdimatı keçirilmişdir. Beləliklə, AQİM layihəsinin təqdimatı ilə bağlı yay işləri sona yetmiş, yiul-avqust ayları müddətində onunla Mingəçevir, Gəncə, Göranboy, Massallı, Quba, Xudat, Qax şəhərlərində tanış olmuşlar.

    ABŞ-ın İnkişafı üzrə Agentliyin (USAID) dəstəyi sayəsində ISAR -Azərbaycan Fondu tərəfindən may - avqust ayları dövründə Xaçmaz, Zaqatala, Lənkəran, Şəki şəhərlərində keçirilən "Qenderin aktual informasiya resursları" treninqinin nəticəsində Respublika Qadın İnformasiya şəbəkəsinin yaradılmasının əsası qoyulmuşdur.

    AQİM-də qadın QHT-lərin cəlb edilməsi ilə, Milli Məclisin konstitusiya islahatları şöbəsinin müdiri Namiq Əliyev, yerli idarəetmə üzrə Parlament Komissiyasının eksperti S. Hüseynzadə ilə görüş keçirilmişdir.

    Nottingem Universitetinin təmsilçisi R. Koulinə AQİM layihəsinin təqdimatı keçirildi.

    AYIN MÖVZUSU

    Konstitusiya və qanunvericiliyin qender təhlili. Qadınların hüquq mədəniyyətinin artırılması.

    Avqustun nəşrləri:

    Feminizmə və qadın əməkdaşlığına həsr edilmiş 6-№li İnformasiya buraxılışı.


    Sentyabr 2002


    Qadınlar və iqtisadiyyat
     
     
    AQİM-də LTD "Qafqaz" direktoru və Sertifikatlı mühasiblər Assosiasiyasının prezidenti G. Ələkbərova ilə görüş keçirildi. Bu təşkilatların birgə səyi ilə biznes-kursların keçirilməsi ücün biznes-planlaşdırma və qadın sahibkarlığının psixologiyasına dair metodik vəsaitləp hazırlanmışdır. Materiallar AQİM-in ənənəvi və virtual kitabxaasında təqdim edilmişdir.

    Şəki şəhərində "Beloşveyka" QHT-si ilə görüş keçirilmiş, bölgələrdə qadın mikrobiznes problemləri müzakirə edilmişdir.

    AQİM-də informasiya resurslarının axtarışına dair treninq keçirilmişdir. Bunun məqsədi qadınların rəhbərlik etdiyi Azərbaycan müəssisələrinin mallarına yol açmaqdır. Bu proqramın həyata keçirilməsində "Qadınlar və iqtisadiyyat" QHT-si köməklik göstərmişdir. QHT-nin sədri Nəcibə Qəhrəmanova Azərbaycanda kiçik və orta qadın sahibkarlığının problemlərinə və qadın -sahibkarların dünya bazarına çıxmasına dair treninq keçirmişdir.

    Bölgə qadın QHT-ləri üzrə informasiya toplanışı davam etmişdi. Bundan başqa "Fındıq tədarükçüləri assosiasiyası", "Zolotoy uley", "Təşkilati və texniki inkişaf assosiasiyası" QHT-ləri ilə görüşlər keçirilmişdir.

    AQİM Azərbaycandakı UNIFEM Fondunun "Qadınlar hərbi münaqişələrin qarşısının alınması və Cənubi Qafqazda sülhün bərqərar olması üğrunda" Proqramında iştirak etmişdir.

    AYIN MÖVZUSU

    Bazar islahatları prosesində qadınların rolu, müəssisələrin özəlləşdirilməsi və səhmləşdirilməsi prosesində qadınların hüquq problemləri, qadın sahibkarlığının müdafiəsinin sosial təminatları, qadın-sahibkarlar üçün konsaltinq, Cənubi Qafqaz qadınlarının iqtisadi əməkdaşlığı, qadın sahibkarlığının dünya təcrübəsi.

    Sentyabrın nəşrləri:

    Qender tədqiqatlarına, feminizmə və qlobalizmə həsr edilmiş 7№li İnformasiya buraxılışı.


    Oktyabr 2002


    Qərar qəbul etmə səviyyəsində hüquq və imkanların bərabərliyi

    Oktyabr ayında AQİM beynəlxalq hüquq müdafiə təşkilatları, Seçki Sistemlərinin Beynəlxalq Fondu ilə məsləhətlər keçirmiş və öz əməkdaşlarının gürcü həmkarları ilə birlikdə hazırladıqları, yeri idarəetmənin problemlərinə və bələdiyyə seçkilərində qadınların elektoral fəallığının artırılmasına aid iki kitabı onların müzakirəsinə çıxarmışdır.

    Qadın Şəbəkə Proqramı (OSI-NWP) çərçivəsində AGİM Zaqrebdə (Xorvatiy) "Regional Women's INDOCs Network" seminarında iştirak edib. Seminarda, həmçinin Albaniyanın, Bosniya və Hersoqovinanın, Çexiyanın, Niderlandın, Xorvatiyanın, Makedoniyanın, Moldovanın, Polşanın, Rumıniyanın, Slovakiyanın, Ukraynanın, Yuqoslaviyanın və digər ölkələrin nümayəndələri iştirak edirdilər.

    AQİM-in 2002-ci il ərzində fəaliyyətinə aid hesabat və 2003-cü il ücün inkişaf Proqramı təqdim edilmişdir. Avropa Qadın Tezaurusunun və media-monitorinqin istifadə məsələləri, Avropa qadın kitabxanaları, arxivləri və WINE informasiya Mərkəzlərinin şəbəkəsi ilə qarşılıqlı əlaqələri, eləcə də ATHENA tematik şəbəkə ilə bağlı məsələlər müzakirə edilmişdir.

    Xorvatiyanın "Qadın infotekası" QHT-sində əməli görüşlər keçirilmişdir. Təşkilatın rəhbəri D. Knyazeviç Şərqi Avropa üzrə Açıq Cəmiyyət Fondunun qadın şəbəkəsinin əlağələndiricisidir.

    AYIN MÖVZUSU

    Qərar qəbul etmə səviyyəsində hüquq və inkanların bərabərliyi

    Cəmiyyət və ailədə qadının vəziyyəti, yerli idarəetmə səviyyəsində bərabər hüquq və azadlıqların reallaşdırılması problemləri, yerli cəmiyyətlərin inkişafı. Hüquq və azadlıqlara hökumət təminatı.

    Oktyabrın nəşrləri:

    İki vəsait hazırlanmışdır: "Word dlə Windows": qeyri-hökumət təşkilatlarının işində istifadə üzrə tövsiyələr";

    "Word dlə Windows: informasiya-kitabxana mərkəzlərində iş üçün soraq kitabçası.

    3№li İnformasiya bülleteni özündə metodiki göstərişləri və İnternet şəbəkəsində qender axtarışına dair informasiyanı cəmləşdirmişdir.

    8№li İnformasiya buraxılışı qender tədqiqatlarına, feminizmə və qloballaşmaya həsr edilmişdir (azərbaycan dilində buraxılıb).


    Noyabr 2002


    Qadınlar zorakılığa qarşı

    Noyabr AQİM-in "Qadınlar zorakılığa qarşı" respublika aksiyasında iştirakı ilə əlamətdar olmuşdur. Mərkəz Mingəçevir, Gəncə, Göranboy şəhərlərində qadınlar üzərində zorakılığa qarşı aksiyalarda iştirak etmişdir.

    Beynəlxalq standartlara uyğun olaraq, Azərbaycanda zorakılığın indikatorları, qadın və uşaqlara qarşı zorakılığın profilaktikasının mümkünlüyü müəyyən edilmişdir. "Qadın dünyası" və "Qadınların Cənubi Qafqaz dialoqu" QHT-ləri ilə görüşdə zorakılıq indikatorları və onların virtual məkanda təsəvvürü müzakirə edilmişdir.


    AQİM, Psixoterapevt, tibb elmləri namizədi Axundov Fəriz cəlb edilməklə, zorakılığa məruz qalmış qadınlarda sarsıntıdan sonrakı sindromun aradan qaldırılmasına dair seminar keçirmişdir.

    AQİM tərəfindən oxşar treninq Xudat şəhərində və Xacmaz rayonunun bir sıra kəndlərində - Qımılqışlaq, Şollar, Köhnə Xacmaz - keçirilmişdir.

    "Qadın infotekası" Xorvat QHT-si ilə birlikdə 2002-çi il respublika dövri mətbuatı üzrə qadınlar üzərində zorakılığa dair media-monitorinqin sxemi hazırlanmışdır. AQİM, UNİFEM nəzdində yaradılmış Respublika Qadın "Koalisiya - 1325"-in informasiya provayderi oldu.

    "Koalisiya - 1325" öz üzərinə bir sıra öhdəliklər götürmüşdür, o cümlədən:


  • Azərbaycanda milli, regional və beynəlxalq institutlar çərçivəsində münaqişələrin nizamlanması prosesində qadınların fəal iştirakını və cəlb olunmasını təmin etmək;
  • Yeni əlaqələr yaratmaq və qadın təşkilatları ilə əməkdaşlıq etmək;
  • Etnik və dini zəmində bütün münaqişələrin qarşısını almağa səy göstərmək;
  • Ölkədə vətəndaş cəmiyyətinin yaradılmasına səy göstərmək.

  • BP (Brirish Petroleum) şirkətinin qender proqramları direktoruna Layihənin təqdimatı keçirildi.

    AYIN MÖVZUSU

    Zorakılığın sosial-iqtisadi və psixoloji səbəbləri. Qadınların Şərq ölkələrinə satılması Milli adətlər, ənənələr və mentalitet, tipologiya və zorakılığ növləri.

    Qadın və uşaqların zorakılıqdan qorunmasında beynəlxalq təcrübə .

    Noyabrın nəşrləri:

    Feminizmə və qadın əməkdaşlığına həsr edilmiş 9№li İnformasiya buraxılışı.


    Dekabr 2002


    Qadın QHT-lərin rolunun inkişafı və gücləndirilməsi

    Qadın QHT-lərin inkişafı və gücləndirilməsiMərkəzin rəhbəri Beynəlxalq qadın gender informasiya Mərkəzinin (IIAV) təlimçilərinin keçirdikləri "Qadın gender informasiya mərkəzlərinin strategiyası" treninqində iştirak etmişdir.

    Treninqin məqsədi mövcud informasiya strukturlarının özünü maliyyələşdirməyə keçidi hazırlamaq və bazasını genişləndirməkdir.

    Treninqdə əlqə edilən materialların əsasında AQİM "SWOT - qadın mərkəzlərinin işinin təhlili" adlı xüsusi vəsait hazırlamışdır. Bu vəsaitin təqdimatı Lənkəran, Qəbələ, Mingəçevir və Xaçmazda keçirilmişdir.

    Helsinki Vətəndaş Assambleyasının qadın bölməsində görüş zamanı informasiya əməkdaşlığının imkanları müzakirə edilmişdir.

    "İnternyus" Agentliyinə və "Altair" firmasına ilk kommersiya xidmətləri göstərilmişdir.

    Respublika qadın "Koalisiya - 1325"-in işinə informasiya təminatı davam edir.

    Mərkəzinin daimi abunəçilərinə sənədlərin elektron göndərişləri davam etmiş və subscribe.ru. Rusiya serverinin köməyi ilə xarici informasiya məkanının mənimsənilməsinə başlanmışdır.

    Xaçmaz və Lənkəran bölgələrinin qadın QHT-lərin inkişafı ücün sosial marketinq planları hazırlanmışdır.

    Qender problematikası ilə məşğul olan dövlət və qadın QHT-ləri Direktoriyası üzərində illik silsilə işlərin başa çatdırılması.

    Mingəçevir və Qəbələdə müxbir şəbəkəsinin hazırlanması.

    Respublika qadın "Koalisiya-1325" saytının yaradılması və informasiya təminatı.

    AYIN MÖVZUSU

    Qadın QHT-lərin ictimai aksiyaları, yerli və xarıci qeyri-hökümət təşkilatları ilə əməkdaşlıq, qadın komfransları, seminarları, treninqləri, qadınlar və ücüncü sektor (qeyri-hökumət təşkilatları).

    Dekabrın nəşrləri

    Feminizmə və sosial-iqtisadi inkişafa həsr edilmiş 10№li İnformasiya buraxılışı (azərb. dilində) "Koalisiya - 1325" jurnalında Mərkəzin direktorunun "Dünya mədəniyyəti və gender inkişafı" məqaləsi dərc olunmuşdur.
    SAYTIN XƏBƏRLƏRİ

    "Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
    - İslam dini zorakılığı qadağan edir
    - İslamda qadın-kişi bərabərliyi
    - İslamda qadının ictimai həyatdakı rolu
    - İslamda ailə həyatı




    VİRTUAL MUZEY

    XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




    AVROPA QADIN TEZAURUSU

    Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




    GENDER DİREKTORİYASI

    Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




    AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

    Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




    QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




    QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

    Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




    QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




    GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

    Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






    Human Rights in the XXI Century - Azerbaijan
















    Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




         Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb