Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


«OĞURLANAN QIZLAR ÇOX VAXT ÖLDÜRÜLÜR»


2008042502_120«Yeniyetmə qızlar daha çox fahişəliklə məşğul olmağa və parnoqrafik filmlərə çəkilməyə məcbur edilir». Mətanət Əzizova: «Ailənin maliyyə problemlərindən istifadə edib azyaşlı qızları fahişəliyə cəlb edirlər». Azərbaycanda itgin düşən insanların da sayı çoxalmaqdadır. Mətbuat hər gün itgin düşən insanlarla bağlı məlum vetirir. Son aylar yeniyetmə qızların yoxa çıxması daha tez-tez baş verir.
Məlumdur ki, 12-16 yaşlı qızların oğurlanması çox vaxt zorakılıq yolu həyata keçirilir. Əsas səbəb isə bu yaşda qızları fahişəliyə cəlb etməkdir. Bu isə insan alverinin bir növüdür. Bəzən isə həmin yaşda qızlar zorakılığa məruz qaldıqdan sonra öldürülür. Bütün bu problemlərlə bağlı  Qadın Krizis Mərkəzinini rəhbəri Mətanət Əzizova ilə söhbət edib mövzu ilə bağlı fikirlərini öyrənmişik.

Qızlar oğurlanma və zorlanma ilə yanışı həm də öldürülür

Həmsöbətimiz Mətanət xanım oğurlanan yeniyetmə qızların insan alverinin qurbanına çevrilmə ehtimalının çox olduğunu dedi: «Ehtimal var ki, Azərbaycandan qızlar xaricə çıxarılanda onlara saxta sənədlər düzəldilir. İndi qızların oğurlanması və zorlanması ilə yanışı həm də öldürülür. Əgər qızlar sonradan evə qayıtmırsa, deməli onlar öldürülür.Bu işlərlə məşğul olanların cəzasız qalması problemi günbəgün artırır.
Ümumiyyətlə, bu problem, yəni 12-16 yaşlı qızların itgin düşməsi yeniyetmələrin arasında həm fahişəliyin çoxalmasına, həm də parnoqrafik filmlərdə çəkilməsinə şərait yaradır. Çox vaxt deyirlər ki, demokratiyadır, özləri bu işlərə meyillidirlər. Yaddan çıxarmaq lazım deyil ki, bu yaşda qızlar daha çox fahişəliklə məşğul olmağa və parnoqrafik filmlərə çəkilməyə məcbur edilir. Çünki yeniyetmə dövründə qızlar fizioloji cəhətdən hələ seksual həyatı yaşamağa tam hazır deyillər».

Mənəvi və psixoloji zorakılıq yeniyetmə qızları razılıq verməyə məcbur edir

Amma bəzi mütəxəssislər yeniyetmələrin telekanallarda, internetdə açıq seksi izləməsini səbəb gətirərək, onlarda meyilləri olmasına diqqət çəkirlər. Qadın Krizis Mərkəzinin rəhbəri isə ayrı fikirdədir: «Bu yaşda meyillər demək olar ki, olmur.  Daha çox yeniyetmələrdə maraq üstünlük təşkil edir. Maraq da hansısa bir düşünülməmiş addım atmağa səbəb olur. Amma yeniyetmələrin fahişəliklə məşğul olmasını sırf maraqla bağlamaq olmaz. Əsasən iki səbəb ola bilər. Birincisi fiziki, iikincisi pisoxolji və mənəvi zorakılıq tətbiq edilir. Birincisi hamıya məlumdur. İkinci səbəb isə, ailənin maliyyə problemləri ilə bağlıdır. Pulsuz ailələrin yeniyetmə qızlarına, onların  valideyinlərinə pul təklif edirlər, ya da vəd edirlər ki, yaxşı yaşayacaqlar, pulları olacaq. Bu cür vasitələrlə onları fahişəliyə cəlb edirlər. Bu isə artıq mənəvi, ya da psixoloji zorakılıqdı və qızlar da razılıq verməyə məcbur olurlar. Amma elə hallar olur ki, belə bir vəziyyətdə valideynlər özləri yeniyetmə qızlarının fahişəliklə məşğul olmağa məcbur edirlər. Bütün bu hallar yeniyetmə qızların itkin düşməsinə, zorakılığa məruz qalmasına və öldürülüməsinə səbəb ola bilər».

Qızlar problemlərini valideynlərindən və polislərdən qorxub danışımır

Türkiyə cəmiyyətində bu tip insanlar digərləri ilə, təşkilatlarla problemlərini bölüşməkdən çəkinmirlər. Hətta telekanallar bu işdə vətəndaşa yardımçı olur. İnsanlar pis əməllərini teleekranda açıqlayır, yaxınları və verilişə dəvət edilmiş psixoloqlar, hüquqşünaslar məsələyə münasibətini bildirirlər. Bir sözlə, çirkin əməllərin sahibi olan insanları normal qarşılayıb cəmiyyətə qaytarırlar. Həmin insanlara şans verilir. Amma bizim cəmiyyətdə  isə bu tip insanlar güclü qınaqla rastlaşır. Onlar bu səbəblərdən öz problemlərini gizlədir və ətrafındakılarla bölüşə bilmir. Nəticədə çirkin məşğuliyyətlərini davam etdirir».
Mətanət xanım bildirir ki, onlara müraciət edənlərin sayı azdır: «Müraciət edənlərin arasında əsasən cinsi əlaqəyə təhrik edilən yeniyetmə qızlar daha çoxdur. Amma ən çox təşkilat insan alveri ilə bağlı araşdırmalar apararkən bu problemləri aşkar edib. Bakının özündə müxtəlif gecə klubları var. Bu yeniyetmə qızlar arasında fahişəliyin artmasına gətirib çıxarır. Bizdə regionlarda anaların özləri qızlarını fahişəliklə məşğul olmağa məcbur etməsi faktları var. Sual oluna bilər ki, nəyə görə müraciət olunmur. Belə qızlar çox qapalı olurlar. Öz problemlərindən danışmağa qorxurlar. Yəni onlar valideyinləri və polislərələ gələcəkdə problem yaranmasın deyə müraciət etməkdən çəkinirlər. Cəmiyyətimizdə də onlara güclü nifrət və qınaq var».

İNTİQAM

http://www.bizimyol.az/?mod=news&act=view&nid=10719

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb