Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


İNSAN ALVERİNİN QURBANLARI ALVERÇİLƏRƏ ÇEVRİLƏCƏKLƏR


2008050302_120Onlara qurban kimi yanaşılmasa. İnsan alverçiləri yaranmış bütün əlverişli şəraitdən maksimum istifadə etməyə çalışırlar. Onlar turizm mövsümünün başlanmasını gözləmirlər. Bunu "Ayna"ya "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova söylədi.

Azərbaycanın tranzit, təyinat ölkəsi olması insan alverçilərinin fəaliyyətinə şərait yaradır. İnsan alverində Azərbaycanın tranzit ölkə imicinin yerini artıq təyinat ölkə imicinin tutması narahatlıq doğurmağa başlayır. Birlik sədrinin sözlərinə görə, Orta Asiya ölkələrindən Azərbaycana qadınların gətirilməsi faktları qeydə alınıb. Lakin onun fikrincə, bu hələ Azərbaycanın tranzit ölkəsindən təyinat ölkəsinə çevrilməsi demək deyil: "Hələlik belə səviyyə müşahidə edilməyib. Amma mübarizə tədbirləri çərçivəsində bu kimi motivlər də nəzərə alınmalıdır. İnsan alverinə qarşı mübarizə aparan tərəflər öz planlarında bu məsələləri diqqət mərkəzində saxlamalıdır".

Söhbət əsnasında öyrəndik ki, Azərbaycandan qurbanlar əsasən Türkiyə, Dubay marşrutları üzrə aparılır. Çünki Avropa bahalı marşrutdur. Amma buna baxmayaraq, müsahibim belə halların da mövcudluğunu istisna etmir. M.Zeynalovanın dediyinə görə, faktlar qadınların hələlik əsasən əvvəlki marşrutlar üzrə aparıldığını göstərir.

"Təmiz dünya" İctimai Birliyinin ekspertləri hesab edirlər ki, Azərbaycanın qanunvericiliyi insan alverçilərinin cəzalandırılması üçün təkmildir. Birlik sədrinin sözlərinə görə, sadəcə, məhkəmə strukturlarında hələlik buna lazımi dərəcədə hazır deyillər. İnsan alverçilərinin məhkəmələrindən məlum olub ki, məhkəmə strukturlarında müvafiq qanunlardan, beynəlxalq konvensiyaların qoyduğu öhdəliklərdən lazımi dərəcədə bəhrələnmirlər: "Məsələn, İnsan Alverinə qarşı Mübarizə İdarəsindən fərqli olaraq məhkəmələr daha çox insan alverinin qurbanlarını günahlandırmağa üstünlük verir. Bu isə insan alverçilərinin daha yüngül cəza ilə məsuliyyətdən yaxa qurtarmalarına şərait yaratmış olur".

Yeri gəlmişkən, "Təmiz dünya" təşkilatının nümayəndələri insan alveri qurbanlarının müdafiəçisi qismində məhkəmələrdə iştirak edirlər. Məhkəmə zallarında baş verənlərdən narahatlıq keçirən M.Zeynalovanın dediyinə görə, ictimai rəyin məhkəmə orqanlarına təsiri var. Belə ki, ictimai rəydə formalaşan stereotiplər, yəni insan alverinin qurbanlarına fahişə kimi yanaşma məhkəmə zallarında da özünü büruzə verir. Birlik rəhbəri deyir ki, bu stereotiplər imkan vermir ki, məhkəmələr tam ədalətli qərarlar çıxarsın.

Lakin ekspert dəyişikliklərin də olduğunu etiraf edir: "Ötən il bir məhkəmə prosesində insan alverçisinə 9 il cəza kəsildi. O vaxta qədər müxtəlif məhkəmə prosesləri vardı ki, alverçilərə kəsilən cəzalar əsasən şərti olurdu. İnsan alverçisinin 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi bu sahədə ciddi dönüş yarada bilərdi. Yəni bu təcrübədən istifadə olunması baxımından diqqətə alınmalı fakt idi".

M.Zeynalovanın dediklərinə inansaq, insan alveri qurbanının məhkəmədə hüququ müdafiə olunduqdan, insan alverçisi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra qurbana qarşı münasibətdə dəyişiklik müşahidə olunmur. Çünki bu insanlar haqqında məlumatlar məxfi saxlanıldığına görə bir çox hallarda ictimaiyyət onlar barədə məlumatlı olmur. Ona görə də bu qadınlara daha çox fahişə kimi münasibət bəslənilir.

Müsahibim deyir ki, bəzən belə münasibət qurbanı yenidən hansısa səhv addım atmağa sürükləyir. Belə ki, bir çox hallarda davamlı dəstəyin olmaması qurbanın sonrakı həyatında özünü büruzə verir. Düzdür, istisna hallar da var. "Məsələn, insan alverinin qurbanı olan bir qadını valideynləri evə təkrar qəbul ediblər. Bu çox diqqət tələb edən məsələdir. Çünki əksər hallarda həmin qurbana qarşı mənfi münasibət ilk olaraq ailəsində formalaşır, ailəsi onu geri qəbul etmək, ona dəstək vermək istəmir. Qurbanların öz evinə qayıtması, normal şəraitdə öz evində, valideynlərinin himayəsi altında yaşaması mümkün olmur. Bu halda isə valideynlər onu yenidən evlərinə qəbul ediblər. Amma həmin evdə yaşamasına baxmayaraq, qadın davamlı təzyiqlərə məruz qalır. Bu isə onu göstərir ki, övladını qəbul edən valideynlər onun günahkar olduğunu fikirləşir, ona məhz günahkar prizmasından yanaşırlar. Bu isə qurbanın psixi, mənəvi durumuna çox mənfi təsir göstərir", - deyə M.Zeynalova bildirdi.

Onun fikrincə, hamı insan alverindən zərər çəkənlərin günahkar, cinayətkar deyil, sadəcə, qurban olduqlarını anlamalıdır. Əks halda, stereotip dəyişməyincə insan alveri qurbanlarının təkrar qurbana çevrilmək təhlükəsi də ola bilər, uzun müddət qurban kimi yaşadıqdan sonra insan alverçisinə çevrilib bu sahədə fəaliyyət göstərmək məsələləri də. Ona görə də ekspert hesab edir ki, bu stereotiplərin dəyişməsinə çalışmaq lazımdır. Ancaq hələlik bu istiqamətdə Azərbaycanda vəziyyət o qədər də ürəkaçan deyil.

"Qurban hərtərəfli zərər görmüş şəxsdir, onun həm tibbi, həm psixoloji problemləri ola bilər. Qurbanların hansı şəraitdə çalışdıqlarını, hansı təzyiqlərlə qarşılaşıb nələrə dözməli olduqlarını, xaricə təhsil, iş, nikah dalınca getdikləri bir halda əxlaqsız həyat tərzinə sürüklənmək kimi faktın peyda olduğunu düşündükdə bunun nə qədər çətin olduğunu anlamaq mümkündür. Gənc qadın bəzən məlumatsızlığı ucbatından qarşıda onu nələrin gözləyə biləcəyini təxmin belə etmir. Bura insan alverçisinin peşəkarlığını, öz qurbanlarını yoldan çıxarmaq üçün istifadə etdiyi fəndləri də əlavə etsək, təcrübəsiz, çarəsiz qadının düşə biləcəyi vəziyyəti təsəvvür etmək olar. O qurbana çevrilir və daha sonra özünə qarşı münasibətin qurbana qarşı olan münasibət kimi yox, fahişəyə olan münasibətdən heç nə ilə fərqlənmədiyini görür. Təbii ki, bu həmin qurbanda daha böyük psixoloji problemlər yarada bilər", - deyə ekspert söyləyir.

Müsahibim bu qənaətdədir ki, insan alverinin qurbanlarına yardım göstərmək hər kəsin vətəndaşlıq borcudur. Bu sahədə QHT-lərin, dövlət qurumlarının davamlı və birgə fəaliyyətinə ehtiyac var. M.Zeynalova deyir ki, bəzən qadının anadan fahişə kimi doğulmadığını unuduruq.

Birlik sədri onu da əlavə etdi ki, ölkəmizdə insan alverinə qarşı mübarizə aparıldığından insan alverçilərinin fəaliyyəti nisbətən də olsa səngiyir. Əsas odur ki, hökumət qurumları bu məsələdə İnsan Alverinə qarşı Mübarizə İdarəsi kimi fəallıq və prinsipiallıq göstərməlidir.

Qeyd edək ki, İnsan Alverinə qarşı Mübarizəyə dair Milli Fəaliyyət Planı qəbul edilib, bu plan çərçivəsində nəzərdə tutulan işlərin 99 faizi artıq icra olunub. Bu il ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir neçə yardım mərkəzinin yaradılması nəzərdə tutulur. Yardım mərkəzləri əsasən sərhədyanı bölgələrdə yaradılacaq.

 

 A.AKİF                                 

 

http://www.ayna.az/rubric.php?id=32395
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb