Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


QIZIM SƏNİ ƏRƏ VERİM...


Erkən və rəsmi nigahsız evliliklərin kədərli nəticələri.

Səbinə orta məktəbin 10-cu sinfində oxuyarkən ailə qurub. Həmin vaxt cəmi 16 yaşı olduğundan onun taleyi ilə bağlı belə bir qərarı valideyinləri verib.

«Mən oxumaq həvəsində idim. Ailəm oxumağımçün şərait yaratsa da çox imkanlı olan Muradgil elçi gələn kimi məni ərə vermək fikrinə düşdülər. Mən də etiraz etmədim. Çünki evlənmək mənə də maraqlı gəlirdi. Sonradan yeni ailəm əziyyətlə oxumağımı nəzərdə almadan belə məni instituta iş verməyə qoymadılar. Vaxt keçdikcə Murad da mənlə pis rəftar edir, dediyim sözün mahiyyətinə varmadan «sən sus, sən mənim işimə qarışma, sənə söz veriləndə dinərsən» kimi kobud sözlər işlədirdi. Həmin vaxtdan 3 il keçib və bir çox səbəblərə görə biz ayrılmaq istəyirik. Mən o vaxt ağılsızlıq etməsəydim və ailəmin sözünə qulaq asmasaydım yəqin bir sənətin sahibi olardım. İndi savadsız olmağımda ailəm də elə özüm də günahkaram».

«Qadınlar Vətəndaş Cəmiyyətində» Təşkilatının sədri Gülnarə Həsənova Səbinənin misalında azyaşlı qızların erkən evliliyə təhrik edilməsi və nəticədə onların acı taleləri ilə bağlı apardığı araşdırmalarından danışır:

«Azyaşlı qızların erkən ərə verilməsi halları artıb. Bu, xüsusən qərb bölgəsindəki Daşkəsən, Tovuz və Şəmkir rayonlarında geniş vüsət alıb. Bu sahədə valideyinlərlə yanaşı ictimaiyyət, xüsusilə məktəb direktorları günahkardır. Belə ki, Ailə Məcəlləsində nigaha daxil olmaq üçün ən azı 17 yaş həddi müəyyənləşsə də son vaxtlar 13-14 yaşında olan qızların ailə qurması halları artıb. Araşdırmalardan görünür ki, sözügedən rayonların əksər məktəblərində 14-15 yaşında qızlar dərsə gəlmirlər. Onlar ya ərə verilib, ya da nişanlıları onların təhsillərini davam etdirməyə icazə vermir. Azyaşlı qızın təfəkkürü inkişaf etmədiyindən, hansı seçimin düzgün olması barədə qərar verə bilmir. Acınacaqlıdır ki, bu halı məktəb rəhbərliyi bilsə də mübarizə aparmır».

G.Həsənova erkən evliliklərin törətdiyi digər ictimai fəsadlardan danışır:

«Yaş həddi uyğun olmadığından rəsmi nigahsız, yalnız dini kəbin kağızı ilə ailə həyatı qurmuş qızlar uğursuz evlilik nəticəsində məhkəmə zamanı bir çox hüquqi statuslardan məhrum edilirlər. Məsələn, boşanma zamanı onun mülki hüquqları olmur və ya uşağı tək böyütmək məcburiyyətində qalır».

Nizami rayon məhkəməsinin baş məsləhətçisi Zərniyar Abdullayeva rəsmi nigahı olmayan qızların məhkəmə zallarındakı hüquqları məsələsinə aydınlıq gətirdi:

«Məhkəmədə istər rəsmi, istərsə də yetərli dəlillər olan hallarda qeyri-rəsmi nigahı olan hər iki tərəfin hüquqları mülki, prosessual, eləcə də ailə məcəllələri çərçivəsində bərabərdir.  Lakin hər halda danılmazdır ki, rəsmi nigahı olmayan zaman qadın daha çox şey itirə bilir. Məsələn vərəsəlik rəsmi nigah olmadıqda verilə bilməz. Və ya ölmüş həyat yoldaşının əmlakı bölünməsi zamanı iddiaçılar olarsa proses çətinləşə bilər. Həmçinin ananın uşağa mənən daha yaxın olması və daha yaxşı baxması nəzərə alınaraq adətən uşaq anaya verilir. Nigahsız ana isə çox vaxt maddi köməkdən də məhrum olunur».

Qeyd edək ki, QHT-lər tərəfindən aparılan araşdırmalar təsdiqləyir ki, erkən evliliyə təhrik edilmiş qızlar ana olmağa hazırlıq dövrlərində də ciddi təhlükələrlə rastlaşırlar.

«Qadınlar Vətəndaş Cəmiyyətində» Təşkilatının sədri Gülnarə Həsənova da qərb bölgəsində ötən ilki araşdırmalarda qeyri-qanuni doğuşların sayının 5 dəfə artdığını aşkarlayıb.

Gəncə şəhər 1 saylı Doğum Evinin baş həkimi Təranə Həsənovanın bildirdiyinə görə, müəssisəyə erkən yaşda müraciət edən anaların  əksəriyyəti məhz Gəncəətrafı kənd və rayonlardandırlar.

«16 yaşda qazların ərə verilməsi düzgün deyil. Məsələn qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə və ya anormal uşaq dünyaya gələ bilər. Bundan başqa qızlar qadınlıq və analıq dövrlərində yaşı az olsa belə onlarda qadınlaşma, püxtələşmə prosesləri başlayır. Beləliklə orqanizmdə harmonal balanslaşma pozulur. Bu da qadının tez yaşlanmasına və xəstəliklərə tutulmasına səbəb olur

Bundan başqa, tibbə də məlumdur ki, analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub. Qızlar uşağı böyütməyə qadir olmalıdır. Hətta ailə anlayışını dərk edə bilməyən qızlar uğurlu ailəyə sahib ola bilmirlər».

Nizami rayon Qeydiyyat Şöbəsinin müdiri Samirə Kazımova azyaşlıların rəsmi nigaha girmə məsələsindən danışdı:

«Dövlət tərəfindən ailə evliliyinin müddəti müəyyənləşib. Bu, qızlar üçün 17, oğlanlar üçün 18 yaşdır. Təbii ki, bu yaş müəyyənləşən zaman bir çox səbəblər, yəni onların fizioloji və psixoloji məqamları, maddi və mənəvi statusları nəzərə alanıb. Lakin nigah yaşı uyğun gəlməyənlər rəsmi nigaha girmək arzusunda olarlarsa, icra hakimiyyətinin balansında olan qəyyumçuluq və himayə şöbəsinə müraciət edirlər. Burada onun ailə vəziyyətindən və digər zəruri səbəblərdən irəli gələn faktorlar nəzərə alınaraq nigah yaşı yalnız 1 il azaldıla bilir».

Qeyd edək ki, Gəncədə bu il ərzində 55 nəfər boşanma ilə bağlı müraciət edib 300 nəfər isə rəsmi nigaha girib.

Gülnur Raqifqızı

Bu yazı Gəncə Regional Qadın Mərkəzinin «Erkən nigahlar və insan hüquqlarının pozulması»

layihəsi üzrə apardığı araşdırmalar çərçivəsində işlənib.

http://ganca.az/arxiv/2008/5/05_06_qizim_seni_ere_verim.html
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb