Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


GƏNC AİLƏLƏRLƏ BAĞLI YENİ QANUN HAZIRLANIR


Hadı Rəcəbli: «Qanun layihəsində iş yerlərinə kvota ayrılmasından tutmuş kreditlərin güzəştli verilməsinə qədər hər bir məqam nəzərə alınacaq»

«Dövlət başçısı minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı müvafiq qurumlara tapşırıqlar verib». Parlamentin Sosial siyasət daimi komissiyası «Gənc ailələrin sosial müdafiəsi haqqında» qanun layihəsi hazırlayır. Komissiya sədri Hadı Rəcəblinin sözlərinə görə, bu gün cəmiyyətdəki problemlərin kökündə gənc ailənin sosial müdafiəsi dayanır: «Əgər biz gənc ailəyə bünövrə tutması üçün mənzil verə, müəyyən imkanlar yarada biləriksə, cəmiyyətdəki bir çox problemlərin aradan qaldırılmasına nail olarıq». H.Rəcəbli qanun layihəsinin gələn sessiyanın müzakirəsinə çıxarıla biləcəyini də söylədi. Bildirdi ki, qanun layihəsində iş yerlərinə kvota ayrılmasından tutmuş kreditlərin güzəştli verilməsinə qədər hər bir məqam nəzərə alınacaq. Komissiya sədri sözügedən məsələ ilə bağlı Rusiyadan da nümunə gətirdi. O dedi ki, şimal qonşumuzdə iş yerinə ehtiyac olan bölgələrdə mənzil tikilir və adamlarla müqavilə bağlanılır. İki uşaq olan ailələrə həmin mənzilin 50 faiz qiyməti güzəşt edilir. Üç uşaq olanda isə ailəyə mənzil pulsuz verilir. O bu cür modelin Azərbaycanda da tətbiq oluna biləcəyini istisna etmədi. «Bu gün artıq onlar barədə fikirləşirik». Komissiya sədri gənclərin hazırda iki əsas probleminin olduğunu dedi. O bildirdi ki, bunlar mənzil və iş yeri tapmaqdır: «Bu gün ailə problemlərinin başlıca səbəbi sosial münaqişələrdir. Bu səbəbdən də, gənc ailələrin sosial müdafiəsində mənzil və ipoteka məsələləri bir az ön plana çəkilə bilər».
O komimsiyada baxılan digər bir sənədin SPİD-lə bağlı olduğunu dedi. Bildirdi ki, postsovet məkanında bu xəstəliyə qarşı mübarizə üçün ilk qanun məhz Azərbaycanda hazırlanıb: «Bu gün o layihənin daha geniş işlənilməsi zərurəti yaranıb. Elə məsələlər var ki, islah əmək düşərgələrinin də bu işə cəlbini".
H.Rəcəbli yaxın vaxtlarda ünvanlı sosial yardıma müəyyən dəyişikliklərin ediləcəyini də bildirdi. Onun sözlərinə görə, bu məsələdə iki ciddi dəyişiklik aparılacaq. Bunlardan biri ünvanlı sosial yardımların verilmə müddəti altı aydan bir ilə qaldırılmasıdır. Həmçinin əvvəllər nöqsanlara yol verənlər ünvanlı sosial yardımdan iki il kənarda qalırdısa, indi bu müddət bir ilə qədər azaldılıb. Digər bir dəyişiklik isə onunla bağlıdır ki, vətəndaş bu yardımı almaq üçün ayın hansı günündə müraciət etməsinə baxmayaraq müavinət ona həmin ayın ilk günündən hesablanacaq: "May ayı ərzində bu məsələyə baxılacaq. Biz ehtiyac meyarının məbləğini artırmaq üzərində də işləyirik. Ehtiyac meyarı qalxdıqca ünvanlı sosial yardımın əhatə dairəsi də genişlənəcək". Dövlət başçısının minimum əməkhaqqı və pensiyanın artırılması ilə bağlı müvafiq qurumlara tapşırıqlar verdiyini söyləyən komissiya sədri hazırda bu istiqamətdə işlərin aparıldığını dedi. O bildirdi ki, büdcə ilə bağlı müzakirələr zamanı da bu məsələ qaldırıldı. H.Rəcəbli iyul ayının birinə qədər bu məsələlərin həllini tapacağını dedi.
Komissiya sədri ölkədə baş verən bahalaşmaya da münasibətini açıqladı. Bu prosapsi obyektiv qəbul etmək lazımdır: «Bu məsələyə dövlət başçısı da ciddi münasibət göstərir. Artıq ərzaq təhlükəsizliyi ilə bağlı proqram müəyyənləşib. Əgər ölkədə ərzaq təhlükəsizliyi təmin edilsə bahalaşma öz həllini tapacaq. Bu gün biz istehlak sahəsində xarici bazardan asılıyıq. Neftin qiymətinin artması bir tərəfdən büdcəyə əlavə vəsaitlər gətirirsə, digər tərəfdən xaricdən gələn malların dəyərinə də təsir göstərir». H.Rəcəblinin qənaətincə, bazarda qiymətlər ardıqca sosial müdafiə gücləndirilməlidir: «Ancaq burada fəalkət axtarmaq lazım deyil».


Pərviz Həşimli

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb