Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyev Və Qadın Siyasətı" Zəhra Quliyeva, (Azərbaycan Respublikasi Qadın Problemləri Üzrə Dövlət Komitəsinin Sədri)


Bu gün həm siyasi, həm iqtisadi çətinliklər dövründə qadınlarımız cəmiyyətin həyatında çox fəal rol oynayaraq övladlarının sabahı uğrunda səylə çalışırlar. Onların geniş fəaliyyəti üçün ölkədə hər cür şərait yaradılmışdır. Və çox xoş bir qismətdir ki, onları ürəkdən dəstəkləyən, qayğılarını çəkən, ən əsası isə həqiqi qiymətini verə bilən dövlət başçımız olmuşdur. Axı yaxşı bilirik ki, hər hansı bir dövrdə qadına münasibət

ilk növbədə ölkə başçısının qadın siyasətindən asılıdır. Bu sahədə bizim qadınları bəxti gətirmiş hesab etmək olar. Çünki uzun müddət bizim müstəqil dövlətimizin başında bəşər tarixinin XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət, ən böyük dövlət xadimi, fitri istedada malik siyasi lider, Azərbaycan xalqının əvəzedilməz oğlu Heydər Əliyev cənabları dururdu. Tarixi şəxsiyyətlər tarixin məhək daşına çevrilərək zaman keçdikcə, yaddaşlara həkk olur, əsrlər boyu əbədiyaşar bir varlığa dönürlər. Dünyanın siyasət nəhənglərinin belə həsəd apardıqları Heydər Əliyev cənabları məhz belə şəxsiyyətlərdəndir.

Xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində böyük xidmətlər göstərmiş Heydər Əliyev hansı dövrdə işləməsindən asılı olmayaraq qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. O, 1969-cu ildə - respublikamıza ilk dəfə rəhbər təyin olunanda qadın problemləri, qadınların inkişafı, onların irəli çəkilməsi haqqında dünya miqyasında söhbət gedirdi. Elə həmin dövrdə Heydər Əliyev cənabları qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına görə, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başlamışdı. O dövrdə bir çox rayonlara rəhbərlik qadınlara tapşırılmışdı. Nazir və nazir müavinləri arasında neçə-neçə qadın var idi. Respublikamızın tarixində ilk dəfə olaraq ali məktəblərə qadın rektorlar təyin edildi. Ümummilli liderimiz hələ o dövrdə öz işində, ictimai fəaliyyətində fərqlənən qadınlara fəxri adların verilməsində, qadınların mükafatlandırılmasında, orden-medallarla təltif olunmasında səyini əsirgəməmişdi. Həmin illərdə neçə-neçə qadın "Sosialist Əməyi Qəhrəmanı", "Qəhrəman ana" fəxri adları almışdı. Bütün bunlar ölkə başçısının xalqına göstərdiyi sonsuz diqqət və qayğının nəticəsi idi.

Dünya miqyasında ilk dəfə olaraq qadınlar və onların problemləri haqqında məsələ 1975-ci ildə qaldırıldı və həmin il qadın ili elan olundu. Elə həmin il Mexikoda Qadınların Ümumdünya konfransı çağırıldı.

II Ümumdünya qadın konfransı 1980-ci ildə Danimarkada, III - 1985-ci ildə Nayrobidə, IV isə Pekində 1995-ci ildə keçirildi. Hər dörd konfransın məramı "Bərabərlik, inkişaf və sülh" idi. Ancaq qadın və kişi hüquqlarının bərabərliyi, qender məsələləri ön plana çəkilirdi. Azərbaycan qadınlarının bu bərabərliyi hələ 1918-ci ildə ölkəmiz müstəqilliyini ilk dəfə əldə etdiyi dövrdə bərqərar olmuşdu. Bu bərabərlik SSRİ dövründə də davam etdi. Ancaq dünyada elə dövlətlər var ki, həmin bərabərliyi 1950-60-ci illərdə və yaxud daha gec əldə etmişlər.

Azərbaycan müstəqilliyini ikinci dəfə əldə etdikdən, möhtərəm Heydər Əliyev cənabları ikinci dəfə hakimiyyətə gəldikdən (1993-cü il) sonra ölkəmizdə qadın problemlərinə daha böyük diqqət yetirilməyə başlandı. Onların hüquq bərabərliyi, cəmiyyətdəki aparıcı rolu 1995-ci ildə qəbul olunmuş Konstitusiyamızda da öz əksini tapdı.

Həmin il Pekində keçirilən IV Ümumdünya qadın Konfransında iştirak etmək üçün Dövlət Milli Şurası yaradıldı.

1995-ci il Azərbaycan qadınları üçün əlamətdar olmuşdur. Həmin il mərhum Prezidentimizin fərmanı ilə Azərbaycan "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğvi" Konvensiyasına qoşulmuşdur. Bunu ona görə vurğulayıram ki, dünyada inkişaf etmiş elə dövlətlər var ki, onlar hələ də bu konvensiyaya qoşulmayıblar. Çünki onlar həmin konvensiyaya qoşulmağa hazır olmadıqlarını etiraf edirlər. Konvensiyaya qoşulmaq elə də asan iş deyil, bunun üçün respublikada əlverişli şərait olmalı və müəyyən müvafiq vəzifələr yerinə yetirilməlidir. Dövlətimizin keçid dövründə yaşamasına, ölkəmizdə müharibə getməsinə, torpaqlarımızın 20 faizinin düşmən tapdağı altında olmasına, bir milyondan artıq qaçqın və məcburi köçkünümüzün olmasına baxmayaraq bizim bu konvensiyaya qoşulmağımız mərhum Prezidentimiz Heydər Əliyevin şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur.

Ölkəmiz bu konvensiyaya qoşulandan sonra görülən işlər haqqında BMT-yə hesabat verildi. Hesabat yüksək qiymətləndirildi və Azərbaycanın Xarici İşlər Nazirliyinə təşəkkür məktubu gəldi.

Möhtərəm Prezidentimiz qadınlarla bağlı məsələlərə böyük diqqət yetirirdi. O, qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədi ilə xüsusi fərmanla 1998-ci il yanvarın 14-də Azərbaycanda "Qadın Problemləri üzrə Dövlət Komitəsi"ni yaratdı. Qeyd etməliyik ki, bir çox ölkələrdə, hətta MDB ölkələrində belə xüsusi qadın komitələri yoxdur.

Komitə yaranandan sonra Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı tərtib edildi. Bu planın tərtibində, Pekin konfransının 12 müddəası nəzərə alınaraq, bütün dövlət qurumları və qeyri-hökümət qadın təşkilatlarının nümayəndələri iştirak ediblər. Milli Fəaliyyət Planı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 33 saylı qərarı ilə 2000-ci il martın 6-da təsdiq edildi. Həmin gün Prezidentimizin imzaladığı "Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında" fərman XX əsrdə əldə olunmuş nailiyyətlərə varislik prinsipi baxımından yanaşma və gələcəkdə Dövlət Qadın Siyasətinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün əvəzedilməz bir sənəddir.

Qloballaşma şəraitində dünyaya inteqrasiya edən Azərbaycan yeni hüquq məkanına daxil olduqca bəşəriyyətin əldə etdiyi bütün nailiyyətlərdən bəhrələnir. Bu baxımdan dövlət 27 Konvensiyaya qoşulub. Onların içərisində "Qadınlara münasibətdə ayrı-seçkiliyin hər cür formalarının ləğv edilməsi haqqında"(1979), "Əsirlikdə olan qadınların vətəndaşlığı haqqında" (1952), "Nigaha daxil olmağa razılıq, nigah üçün minimal yaş həddi və nigahların qeydiyyatı haqqında" (1962) Konvensiyalara və digər sənədlərə Azərbaycan Heydər Əliyevin hakimiyyəti dövründə qoşulmaq imkanı əldə etmişdir.

Azərbaycanın qoşulduğu konvensiyaların bəzisinə Avropanın bir sıra ölkələri və hətta ABŞ da qoşulmayıb. Qadınların siaysi hüquqları haqqında konvensiyada qəbul olunmuş qanunların, qoşulduğumuz konvensiyaların müsbət təsirini hər birimiz hiss edirik.

Son on il ərzində baş vermiş sosial proseslər, sosial-iqtisadi sferadakı islahatlar, mədəni-mənəvi intibah Azərbaycan qadınının psixoloji portretini dəyişmişdi. Təşəbbüskarlığın artması Dövlət siyasətinin müxtəlif istiqamətlərdə - təhsil, səhiyyə, məşğulluq, idarəçiliyə cəlb olunan siaysi fəaliyyətinin və s. gerçəkləşməsidir.

XX əsrin yekunlarına qiymət verən analitiklər əldə olunan nailiyyətlər içərisində qadınların siyasətə, cəmiyyətin idarə olunmasına cəlb edilməsini xüsusi qeyd edirlər.

Mərhum Prezidentimiz Heydər Əliyev cənablarının sülh məramlı daxili və xarici siyasəti nəticəsində və xalqımızın haqq səsini dünya xalqlarına çatdırdığı üçün bu gün Azərbaycan tanınır. Xarici ölkələrə gedəndə biz bunu hiss edirdik. Hiss edirdik ki, ölkəmizin bütün dünyada tanınması möhtərəm Prezidentimizin günbəgün yüksələn nüfuzu ilə bağlıdır.

Azərbaycan Respublikası BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların üzvüdür. Buna uyğun olaraq, Komitə BMT-nin Qadınların Statusu üzrə Komissiyasının və Avropa Şurasının Qadınlar və Kişilər arasında Bərabərlik üzrə Rəhbər Komitəsinin işində fəal iştirak edir. Həmçinin Komitə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar ilə əməkdaşlıq edir və bu təşkilatlar ilə qadınlarla bağlı birgə tədbirlər həyata keçirir.

Bundan əlavə Azərbaycan çoxsaylı beynəlxalq konvensiyalar və digər sənədləri ratifikasiya edib. Müəyyən müddətdən sonra respublikamız bu sənədlərin həyata keçirilməsi ilə bağlı hesabat verməlidir. Komitə bu sənədlərdə qender məsələləri ilə bağlı məlumatı mütəmadi olaraq lazımi təşkilatlara çatdırır.

Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Avropa Şurası Qadınlar və Kişilər arasında Bərabərlik üzrə Rəhbər Komitəsinin (CDEG) beş nəfərdən ibarət Bürosunun üzvüdür.

Avropa Şurasına üzv ölkələr ilə əməkdaşlıq çərçivəsində Azərbaycan da Avropa Şurası ekspertlərinin iştirakı ilə birgə layihələr hazırlamağa başladı. Belə ki, Avropa Şurasının ekspertlərinin iştirakı ilə 2002-ci ilin iyul ayında Bakıda "Demokratikləşmə prosesi: qadınların irəliləyişinə həsr edilmiş konfrans keçirildi. Bu konfransda qender yanaşma milli mexanizminin gücləndirilməsi və Milli fəaliyyət planının həyata keçirilməsi haqqında təkliflər işlənib hazırlandı.

28-31 oktyabr 2003-cü il tarixində Avropa Şurasının Bərabərlik Bölməsi - İnsan Hüquqları üzrə Baş Direktoratlıq Qadın Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə təşkil olunmuş "Azərbaycanda bərabərlik və demokratiya" mövzusunda 2 seminardan ibarət layihə keçirildi. Birinci seminar Qadın və kişilər üçün bərabər hüquqlar və bərabər imkanlar haqqında qanun layihəsinin hazırlanmasına həsr edildi. Azərbaycan ekspertləri tərəfindən siyasi və ictimai qərar qəbuletmədə qadın və kişilərin bərabər iştirakına dair respublikadakı vəziyyət bu məsələyə dair qanunvericilik və təcrübələr haqqında məlumat təqdim edildi. Azərbaycanda siyasi və ictimai qərar qəbuletmədə qadın və kişilərin bərabər iştirakı ilə əlaqədar qanunverici təminat, qender bərabərliyi siyasətinin həyata keçirilməsi və bu sahədə fəaliyyət göstərən orqanlar, tədbirlər və maliyyə ehtiyatlarından, o cümlədən qərar qəbuletmədə qadınların praktiki iştirakından danışıldı.

Qadınların kişilərlə hakimiyyət strukturlarında bərabər iştirakını təmin etmək və onları həyatın bütün sahələrində fəal iştiraka cəlb etmək davamlı demokratiyanın və cəmiyyətin inkişafının bir hissəsidir.

Əlbəttə, qısa bir zaman üçün bu sadaladıqlarını çox böyük uğurlardır.

Ötən əsrin ayrı-ayrı onillikləri tarix baxımından bir-birindən fərqləndiyi kimi, həmin dövrdə yaşayan insanların, xüsusən qadınların taleyi də xeyli fərqli idi. Bu cəhətdən 70-ci illərin qadınının taleyi yaxşılığa doğru daha çox dəyişilmişdi. O zaman artıq ölkənin qanunvericilik orqanlarında qadınlar irəli çəkilir, yüksək vəzifələrə layiq görülürdülər. Əsrin əvvələrində Azərbaycan qadınları arasında çox az sayda həkim vardısa, Heydər Əliyevin siyasi hakimiyyəti illərində respublika həkimlərinin 62 faizini qadınlar təşkil edirdi. Bununla yanaşı, o illərdə qadınlarımız elmin, iqtisadiyyatın müxtəlif sahələrində, həmçinin incəsənət, mədəniyyət aləmində ən böyük uğurlarını qazanmışdırlar.

Məlum olduğu kimi müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, lider olması, təhsil alması olduqca vacibdir. Əks təqdirdə qadının idarəetmədə çalışması mümkün deyil. 1974-cü ildə "Azərbaycan qadını" jurnalının 50 illik yubiley təntənəsində Heydər Əliyev cənabları demişdi: "Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətitimizi xeyli artırmalıyıq".

1975-ci ilin beynəlxalq qadın ili elan olunması ilə əlaqədar Azərbaycanda da xüsusi komissiya yaradılmışdır. Həmin komissiyada respublikada qadın əməyinə dair görülmüş işlər müzakirə olunmuşdu. Bu, dünyada qadının nüfuzunun artması demək idi. Böyük siyasi təcrübəyə malik olan Heydər Əliyev həyatın müxtəlif sahələrində çalışan qadınlarımızın elmi fəaliyyətini, əməyini diqqətlə izləmiş, onların hüququnun qorunmasında əlindən gələn köməyi əsirgəməmişdir.

Möhtərəm prezidentimiz qadınlar haqqında çox müdrik fikirlər söyləmişdir: "Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr düşür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi indi də cəmiyyətdə aparıcı rol oynayırlar".

Mərhum prezidentimiz hər çıxışında Azərbaycan qadınının tarixən keçib gəldiyi böyük, şərəfli yoldan, onun yaradıcı dühasından qürurla söz açmışdır. Axı, doğrudan da, həyatda elə bir qadın yoxdur ki, onda yaradıcılıq istedadı olmasın. Qadının ən böyük yaradıcılığı dünyaya övlad gətirməsidir. Bu övladı tərbiyə edib boya-başa çatdırmaq, onu həm fiziki, həm mənəvi cəhətdən sağlam bir insan kimi yetişdirmək isə əslində fədakarlıqdır. Hər bir ana öz balasını Vətən üçün ləyaqətli bir insan, kamil bir vətəndaş kimi görmək istəyir. Və bu istək naminə də özünü oda-közə vurub bütün varlığı ilə çalışır, çarpışır. Ailə ocağının, övladlarının çırağı, pərvanəsi olan qadın cəmiyyətdə də əvəzsiz rol oynayır. XX əsri sona çatdırarkən qazandığımız böyük nailiyyətləri gözdən keçirəndə onların çoxunda qadınlarımızın xidmətini aydın görürük. Cəmiyyətimizin elə sahələri var ki, orada qadınlar daha çox fəaliyyət göstərirlər. Məsələn, təhsil, səhiyyə, mədəniyyət sahələrində qadınlarımızın uğurlarından danışmaqla qurtarmaz. Ümumiyyətlə, ali məktəblərimizdə, universitetlərimizdə təhsil alan qızların sayı da oğlanlara nisbətən çoxluq təşkil edir. Bu o deməkdir ki, ölkəmizdə qadınlar öz hüquqlarından düzgün istifadə edirlər. Bizim görkəmli qadın alimlərimiz, yazıçı və bəstəkarlarımız, müğənni və aktrisalarımız, rəssam və heykəltəraşlarımız, həkimlərimiz, incəsənət və dövlət xadimlərimiz arasında adı Vətənimizin hüdudlarından kənarda da hörmətlə çəkilən qadınlarımız var. Azərbaycan ziyalıları əsrlər boyu belə bir əqidənin tərəfdarı olublar ki, əgər qadının təhsil almasına, onun hərtərəfli inkişafına şərait yaradılarsa, o özünün yüksək intellektual potensiala malik olduğunu sübut edə bilər.

Heydər Əliyev cənablarının, 1993-cü ildə hakimiyyətə ikinci dəfə gəlişindən ilk növbədə biz anaların ürəyi təskinlik tapmışdır. Çox qısa bir müddətdən sonra - 1994-cü ildən ölkəmiz dünyada analoqu olmayan, misli görünməyən uzun müddətli atəşkəsə nail olmuşdur. Analarımızın, bacılarımızın, qız-gəlinlərimizin göz yaşları silindi. Ölkədə əmin-amanlıq, sakitlik yarandı, həyat öz adi axarına düşdü. Dövlət başçımızın bu qayğısı hər birimizdə ölkəmizin sabahına böyük inam hissi oyatmışdır. Heydər Əliyev cənabları ən mötəbər məclislərdəki məruzə və çıxışlarında qadının, ananın ülviliyindən danışıb, qadına, anaya hörməti, ehtiramı insanın ali vəzifəsi hesab edib. Ana həyatda hər şeyin başlanğıcıdır, - deyib. - Ana vətəni, ölkəni qorumaq üçün əsgər böyüdür, igidlər, qəhrəmanlar böyüdür. Ana ailənin dayağıdır. Hər bir ailənin səadəti, əmin-amanlığı birinci növbədə ananın rolundan və onun fəaliyyətindən çox asılıdır. Cəmiyyətdə anaya hörmət qadına hörmətdir!

Bizim mərhum dövlət başçımız möhtərəm Heydər Əliyev cənabları Azərbaycan qadınlarının ictimai fəaliyyətini həmişə yüksək qiymətləndirmişdir: "Mən Azərbaycan qadınlarının dövlət işində də fəaliyyətini xüsusi qiymətləndirirəm. Bu, bir tərəfdən Azərbaycan qadınlarının fəallığıdır, ikinci tərəfdən də Azərbaycanda qadınlara öz istedadlarını, bilik və bacarığını həyata keçirmək üçün, realizə etmək üçün yaranan imkanların nəticəsidir. Məhz ona görədir ki, dövlət orqanlarında qadınlar çox müvəffəqiyyətlə işləyirlər. Müstəqil Azərbaycanın 1995-ci ildə seçilmiş ilk parlamentində, Milli Məclisində 124 deputatdan 12 faizi qadındır. Məlumat üçün bildirirəm ki, dünyanın ən inkişaf etmiş ölkələrində parlament üzvlərinin içərisində qadınların xüsusi çəkisi bu qədər deyildir. Mən buna çox böyük əhəmiyyət verirəm. Keçmişdə də - biz Sovetlər İttifaqının tərkibində olarkən parlamentimizdə qadınlar var idi. Ancaq biz Azərbaycanın müstəqiliyyini əldə edəndən sonra ilk parlamentimizi seçən zaman qadınların parlamentdə çox sayda təmsil edilməsi, seçilməsi, cəmiyyətin qadınlara müvafiq münasibətini göstərir, eyni zamanda qadınların fəallığını nümayiş etdirirdi".

Azərbaycan dövlətinin başçısı mərhum Heydər Əliyev cənablarının qadın hərəkatına daha bir diqqəti, köməyi də, 1995-ci ildə qəbul edilmiş ilk Azərbaycan Konstitusiyasında qadınların kişilərlə bərabər hüququnu təsdiq edən maddə və bəndlərin də öz əksini tapmasıdır. Heydər Əliyev cənablarının imzası ilə qəbul edilən qərarların, fərmanların, sərəncamların müəyyən hissəsi qadınlarımızın hüquqlarının qorunmasına xidmət edir. Buna görə də bizim qadınlar rəhbərlərinin simasında özlərinə etibarlı dayaq görürlər.

Möhtərəm prezidentimiz müstəqil Respublikamıza rəhbərlik etdiyi ilk gündən qadınlara aid imzaladığı fərman və sərəncamlarda, qəbul etdiyi qərarlarda aşağıda sadalanan istiqamətləri dövlət qadın siyasətinin əsas mahiyyəti hesab etmişdir:

- qadınlara münasibətdə dövlət siyasətinin əsas istiqamətlərinin, ona müvafiq proqramların hazırlanması;

- qadınların dövlət orqanlarının işində, ölkənin ictimai-siyasi həyatında iştirakı, sahibkarlıq fəaliyyəti, onların yeni ixtisaslara yiyələnməsi, yenidən hazırlığı və ixtisaslarının artırılması;

- qaçqın və məcburi köçkün qadınların sosial müdafiəsinin gücləndirilməsi;

- qadınların əmək hüqunun həyata keçirilməsi üçün təşkilatı, iqtisadi və hüquqi məsələlərə dair;

- qadınların əməyinin, onların həyatının sağlamlığının müdafiəsinin, analıq funksiyaları nəzərə alınmaqla təmin edilməsi;

- beynəlxalq qadın təşkilatları və respublikada fəaliyyət göstərən qeyri-dövlət cəmiyyətləri ilə dövlət strukturlarının qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsi.

Azərbaycan Respublikası prezidentinin "Azərbaycan Respublikasında Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərmanı ölkə qadınlarının gərgin mübarizə dolu həyatına, ictimai fəaliyyətinə verilən yüksək qiymətdir. Burada qadınların rəhbər vəzifələrdə kişilərlə bir təmsil olunması, qender tələblərinə əməl edilməsi ön plana çəkilir.

1998-ci ilin 14-15 sentyabr tarixi Azərbaycan qadınlarının həyatında heç vaxt unudulmayacaq əlamətdar bir gündür. Həmin gün xalqımızın ən ləyaqətli qadınlarını təmsil edən xanımlar müstəqil Azərbaycan qadınlarının I qurultayına toplaşmışdı. Məruzələr, bir-birindən maraqlı çıxışlar sübut etdi ki, bu, bir növ Azərbaycan qadınlarının xalqımıza hesabatı idi. Onlar həyatımızın müxtəlif sahələrində qazandıqları uğurlardan söz açdılar, gələcək planlarından, görülməsi vacib olan problemlərdən danışdılar. Prezidentimizin qurultaya təbrikində deyildi: "Hesab edirəm ki, bu qurultay XX əsrdə Azərbaycanın tarixində ən böyük tarixi hadisələrdən biridir. Azərbaycan qadınları bu qurultayla müstəqil Azərbaycanda gələcək qadın hərəkatının əsasını qoyurlar, qadınların cəmiyyətdə fəalığının, onların cəmiyyət və dövlətin həyatında iştirakının əsasını qoyurlar".

Bu gün Azərbaycan öz tarixinin ən çətin dövrlərindən biri olan keçid mərhələsini yaşayır. Və bu çətinlik həyatımızın, demək olar ki, hər sahəsində özünü göstərir. Cəmiyyətin hər bir üzvü də müəyyən mənada bu yükü daşımalı olur. Bu mərhələdə öz ağlı, bilik və istedadına görə dünya qadınları içərisində fərqlənən Azərbaycan qadınlarının vəziyyəti ikiqat çətindir. Bir tərəfdən o, adi məişət qayğıları ilə üz-üzədir, digər tərəfdən ictimai həyatdakı mövqeyi mürəkkəbdir. Buna baxmayaraq vətənpərvər, millətinə, xalqına həmişə sədaqətli qadınlarımız zamanın çətinliklərinə öz zəngin mənəviyyatları ilə dözürlər. Çünki ölkənin problemlərinin həllində fəal iştirak edən Azərbaycan xanımları artıq demokratik cəmiyyətin üzvüdürlər.

Mərhum prezidentimiz Heydər Əliyev cənablarının respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə onun imzaladığı hər fərman ya bir başa, ya da dolayısı ilə qadın hüquqlarının müdafiəsinə yönəldilmişdir. Aparılan köklü islahatlar, iqtisadi problemlərin həlli həyatımızın çiçəklənməsi məqsədini daşıyır. Bu isə qadınlarımızın ən böyük istəyi, ülvi arzusudur. Bizim təəssübümüzü, qayğımızı çəkən belə bir dahi şəxsin rəhbərliyi altında işləyib, fəaliyyət göstərdiyimizə görə biz Ulu Tanrıya, taleyimizə minnətdarıq. Həm də fəxr edirik ki, bu el atasının həyatı və siyasi fəaliyyəti təkcə bu günümüz üçün deyil sabahımız, gələcək nəsillərimiz üçün də böyük ömək olaraq qalacaqdır.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb