Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


«AZƏRBAYCANDA QADIN ALVERİNİ YÜKSƏK VƏZİFƏLİLƏR HİMAYƏ EDİR»


Ədövsət Əliyev: «Bəziləri təşkilatçılar haqqında cinayət qaldırılmasına nail olmuşuq...»

Mətanət Əzizova: «İnsan bazarında Azərbaycan qadınlarına daha az pul verirlər»

Qəzetimizin dünənki sayında ATƏT-in insan alveri üzrə xüsusi nümayəndəsi Eva Biodenin mətbuat konfransından matierial dərc edilmişdi. Xanım Biode bir sıra maraqlı açıqlamalar vermişdi.

O, bildirmişdi ki, Azərbaycanda insan alverinin arxasında nüfuzlu qüvvələr dayanır. Bu və başqa bəyanatlara, insan alveri ilə bağlı qaldırılan məsələlərə ekspertlərin baxışlarını öyrəndik.

«Qadın ticarətinin arxasında yüksək vəzifəlilər durur»

Miqrantlara Hüqiqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev bidirdi ki, təkcə insan alverinə görə yox, narkotiklərin qanunsuz dövriyyəsinə görə də daha çox qadınlar cinayət məsuliyyətinə cəlb edilir: « Hər zaman deyirik ki, Azərbaycan islam ölkəsidir, qadınlar müstəqil deyillər. Hakimiyyət qurumlarında az təmsil olunublar. Qadınların az müstəqil olduğu ir məmləkətdə transmilli cinayətkarlıqla məşğul olan dəstələrə qadınlaın rəhbərlik etməsi ağlabatan deyil. Xanım Biodenin fikri ilə tam razıyam. Ancaq onu da deməliyəm, həmin qadınlar cinayətkar qrupların üzvləridir, bu və ya başqa növ mütəşəkkil cinayətlərdə iştirak edirlər. Məsuliyyətə cəlb olunan qadının insan alveri ilə bağlı fəaliyyəti kimləri isə tapıb, danışıb xaricə getməyə razı salma qola bilər. Cinayətin təşkilatçıları, maliyyələşdirənlər var ki, məsuliyyətdən kənarda qalırlar».

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın  isə məsələyə münasibəti belədir:

«Gəlin, ondan başlayaq ki, doğrudan da, Azərbaycanda insan alverinin qurbanları adətən qadınlar olur.  Uşaqlarla bağlı faktlar azdır. ATƏT nümayəndəsinin sözlərində müəyyən həqiqət var. Qadınların insan alverinin qurbanına çevrilməsi cəmiyyətdə ona qarşı diskriminasiyanın olması, işdən qanunsuz çıxarılması, yaxud iş yerində cinsi əlaqəyə təhrik olunması ilə bağlıdır. Ailə zorakılığı az rol oynamır və bütün bunların da arxasında kişilər durur. İnsan alverinin arxasında yüksək vəzifəli şəxslərin, nüfuzlu qüvvələrin dayanmasına gəlincə, əlbəttə, həmin qüvvələrin yardımı olmasa qadınlar saxta pasport düzəldə, insan alverinin qurbanı kimi seçilmiş qadını sərhəddən qanunsuz olaraq ancaq yüksək vəzifəli adamlar keçirə bilər. Və ya yenə həmin vəzifəlilərin dəstəyi olmasa, hər insan Bakıda və başqa yerlərdə sauna, motellər, massaj salonları, bar adı altında əxlaqsızlıq yuvaları saxlamağa qadir deyil».

«Tikintilərdə Çinlilər cinsi zorakılığa daha çox məruz qalır»

Azərbaycana gələn xaricilərin - əmək miqrantlarının insan alverinin qurbanına çevrilməsi haqda Əlövsət Əliyev bunları deyir: «Əlbəttə, bizdə belə faktlar var. Azərbaycana gələn əmək miqrantlarının bəziləri bu cinayətin qurbanına çevrilir. Bununla bağlı təşkilatımıza müraciət edənlərdən Pakistanın, Orta Asiya pespublikalarının, hətta İranın vətəndaşları olub.

Mətanət Əzizova : «Bizə adətən qadınlar müraciət edirlər. Amma belə bir hal olub ki, Özbəkistandan Türkiyəyə Azərbaycan ərazisindən qadınlar göndərilib. Ancaq onlar burada başa düşdülər ki, onlar insan alverinin qurbanlarına çevrilə bilərlər. Türkiyədən Azərbaycana deportasiya olunmuş insan alverinin qurbanları - Özbəkistan vətəndaşları var idi. Belə bir şərait yaranıb ki, Azərbaycandan qadın alveri qurbanları təkcə ixrac dilmir, o, yalnız tranzit ölkə deyil, həm də belə qurbanları qəbul edir. Belə informasiyalar var idi ki, tikintilər gedən yerlərdə Çin vətəndaşları cinsi istismara məruz qalırlar».

«İnsan alveri qurbanları ilə fahişələr arasında böyük fərq var»

Cinayət məsuliyyətinə cəlb olunan qadınların müdafiəsi ilə bağlı suala cavabında Əlövsət Əliyev, sadəcə, qurbanların müdafiəsi ilə məşğul olduqlarını bildirdi: «Qurbanlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırırıq». Mətanət Əzizova isə bildirir ki, Qadın Krizis Mərkəzinə müraciət edən qadınların heç biri hüquq-mühafizə orqanlarına şikayət eləmir: «Halbuki bizdə hüquqşünas var və biz onlara şikayət eləməyi təklif edirik. Amma qurbanlar buna getmir. Onlar polisə və məhkəməyə inanmır, həm də bu şəbəkənin başında yüksək vəzifəlilərin durduğunu əsas gətirirlər. Onlar həm də cəmiyyətdə başa düşülməyəcəklərindən qorxurlar; belə qadınlara insan alverinin qurbanı kimi yox, fahişə kimi yanaşırlar. Bu da təbiidir. Azərbaycanda insan alverinin qurbanları ilə fahişələr arasında böyük fərq olduğunu bilənlər həddindən artıq azdır. Bizə müraciət edən qadınlar yalnız psixoloji reablitasiya və ya tibbi yardım istəyirlər».

«İnsan alveri ilə Azərbaycanda böyük sərvət sahibi olanlar var»

ATƏT rəsmisinin məlumatına görə, dünya üzrə insan alverindən əldə olunan illik qazanc 34 milyard dollardır. Bəs Azərbaycanın həmin növ cinayətkarlıqla məşğul olan şəbəkəsi ildə nə qədər gəlir əldə edir? Bu suala cavabında Əlövsət Əliyev əslində bu rəqəmlərin açıqlanmasının doğru olmadığını deyib: «Biz də belə məlumatlar almışıq. Ancaq onları cəmiyyətə açıqlamırıq. Çünki bu, bir az həvəsləndirici amil rolunu oynaya bilər. Bəzən deyirlər ki, insan alveri narkoticarətdən, kuçə alverindən sonra üçüncü yerdə durur. Ancaq»

belə deyil. İnsan alverindən cinayətkarlar daha asan gəlir götürürlər. Bunun üçün xüsusi silah amaq, yaxud narkotik cinayətində olduğu kimi, əkib-becərmək lazım deyil. İnsan alveri böyük sərmayə qoymadan böyük gəlirlər əldə edilən bir cinayət növüdür. Azərbaycanda da insan alverinin hesabına istər burda, istərsə də xaricdə bahalı daşınmaz əmlak alanlar, nəhəng gəlir əldə edənlər haqda məlumatımız var. Həmin adamlarla bağlı cinayət işlərinin açılmasına nail olsaq da, onların məsuliyyətə cəlb edilməsini təmin etmək mümkün olub».

Mətanət Əzizova bildirir ki, Azərbaycandakı insan alverçiləri Qazaxıstana, Özbəkistana, Ukraynaya nisbətən bu sahədə daha az qazanc götürür: «Bunu demək bir qədər etik baxımdan doğru olmasa da, hərt halda faktdır: Azərbaycan qadınlarına fahişəliyə görə həmin ölkələrdən olanlara nisbətən daha az, məsələn, Ukrayna qadınlarına verilənin  beşdə biri qədər pul ödəyirlər».

Gülnarə

http://www.bizimyol.az/?mod=news&act=view&nid=12429

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb