Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Azərbaycan Respublikasının Qadın Problemləri Üzrə Milli Fəallyyət Planı Haqqında



AZƏRBAYCAN RESPUBLİKANIN NAZİRLƏR KABİNETİ

Q Ə R A R №/33
Bakı şəhəri, 06.03.2000-ci il

 

Azərbaycan Respublikasının qoşulduğu "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyanın və IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Fəaliyyət Platformasının həyata keçirilməsl ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti

QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı təsdiq edilsin (əlavə olunur) .

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasın Baş naziri A. Rasi-zadə

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli, 33 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət PLANI (2000-2005)

Azərbaycan Dövləti tərəfindən qadın probleminə daimi diqqət yetirilir. Bu problem milli prioritetlər sırasındadır. "Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentınin 1998-ci il 14 yanvar tarixli, 727 nömrəli Sərəncamı verilmiş, həmin tarixdən olan 668 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır.

Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması və bir milyondan artıq qaçqın və məcburi köçkünlərin problemləri ilk növbədə qadınlara öz mənfi təsirini göstərmişdir. Eyni zamanda qadın və kişi bərabərliyini tam şəkildə əks etdirən milli qanunvericiliyin keçid dövrundə həyata keçirilməsində də bir sıra problemlər meydana çıxmışdır. Lakin bütün çətinliklərə baxmayaraq, Azərbaycan qadınları həm ölkədə, həm də beynəlxalq miqyaşda gözəçarpan fəaliyyət göstərmişlər. Belə ki, onlar IV Ümumdünya Qadınlar Konfransında (Pekin) fəal iştirak etmiş və ondan sonrakı dövrdə də təqdirəlayiq işlər görmüşlər.

Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı 1995-ci ildə Azərbaycanın qoşulduğu "Qadınlara münasibətdə ayrı-seçkiliyin hər cür formasının ləğv olunması haqqında" Konvensiya və IV Ümumdünya Qadınlar -Konfransında qəbul edilmiş Strategiyalar (Pekin Fəaliyyət Platforması) əsasında Respublikadakı mövcud vəziyyəti və prioritetləri nəzərə almaqla tərtib edilmişdir. Bu Plan problemlərin beynəlxalq standartlara uyğun şəkildə həllinə yönəldilmiş nazirlik, komitə və digər təşkilatların (O cümlədən qeyri-dövlət və beynəlxalq) iştirakı ilə hazırlanmış dövlət sənədidir.

Bu sənəddə respublikada qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, eləcə də dövlət proqramlarının hazırlanması nəzərdə tutulmuşdur:

Tədbirlərin adı

I. QADIN VƏ İQTİSADİYYAT

1. IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Fəaliyyət Platformasına əsaslanaraq "Qadın və məşğulluq" Dövlət Proqramının hazırlanması

2. Qadınlar arasında sahibkarlığı inkişaf etdirmək məqsədi ilə dövlət və qeyri-dövlət bank sistemlərindən, müxtəlif beynəlxalq yardım fondlarından sahibkarlıq fəaliyyəti ilə məşğul olan qadınlara zəmanətsiz, güzəştli, uzunmüddətli mikrokreditlərin verilməsi və verilmə mexanizminin sadələşdirilməsi .

3. Yeni iqtisadi qanunların, özəlləşdirmə prosesinin qanunauyğunluqlarının və s. öyrədilməsi məqsədi ilə sahibkarlıqla məşğul olmaq istəyən qadınlar üçün ixtisaslaşdırma və təkmilləşdirmə kurslarının təşkil edilməsi (menecment, mühasibatlıq, mühasibat uçotu və s.)

4. Qadınların rəhbərlik etdiyi ev təsərrüfatlarına kömək etmək məqsədi ilə xüsusi proqramların hazırlanması

5. Qadınlar arasında işsizliyin aradan qaldırılması məqsədi ilə regional xüsusiyyətləri nəzərə almaqla, fermer təsərrüfatlarının inkişaf etdirilməsi (xalçaçılıq, meyvəçilik, baramaçılıq, tərəvəzçilik, balıqçılıq, tütünçülük və s.)

6. Qadınların hüquq bərabərliyi və onların iqtisadi resurslardan bərabər şəkildə istifadə etmək imkanlarına nail olmaq məqsədi ilə, yoxsul qadınlar üçün pulsuz hüquq xidmətlərinin, məsləhətlərinin təşkili

7. Müxtəlif təşkilatlar tərəfindən iqtisadi məsələlərin strategiya və proqramlarının hazırlanması zamanı fəaliyyət göstərən məsləhət şuralarının və digər forumların işində sahibkar qadınların iştirakının təmin edilməsi və genişləndirilməsi.

8.Sahibkar qadınlar üçun kreditləşdirmə və həvəslənmə, eləcə də vasitəçilik sisteminin təşkili.

9.İnkişaf sahəsində əməkdaşlıq, edən beynəlxalq çoxtərəfli və ikitərəfli təşkilatlar tərəfindən kapital və ya resursların verilməsi yolu ilə qadın sahıbkarlara xidmət edən maliyyə təşkilatlarının işinin sadələşdirilməsi

10. Milli regional və beynəlxalq səviyyələrdə ticarət-sənaye fəaliyyətinin idarə edilməsi ilə əlaqədar olan geniş profilli və texniki ixtisaslar üzrə qadınların hazırlanması

11. Sahibkar qadınların texniki və komersiya əlaqələrinin genişləndirilməsinə və milli, regional və beynəlxalq səviyyələrdə müştərək müəssisələr ək müəssisələr slərinə köməklik göstərilməsi

12. İqtisadi proqramlar üzrə işləyənlər arasında qadın məsləhətçilərinin sayının artırılması

13. Qadınların, xüsusilə gənc qadınların, eləcə də əmək bazarına yeni daxil olan qadınların sosial-iqtisadi şəraitinin dəyişilməsi ilə əlaqədar peşə hazırlığının və yenidən hazırlanmasının təşkil edilməsi

14. Bazarlar, ticarət və resurslar haqqında, eləcə də sahibkarlıq fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə barədə informasiyanın yayılmasına və bu sahələrdə müvafiq peşə hazırlığının təşkilində qadınların tələblərini ödəmək məqsədi ilə İnformasiya Mərkəzinin yaradılması

15.Sahibkar Qadınlar Assosiasiyasının təsis edilməsi

16. Qadın əməyinin yüngülləşdirilməsi üçün müxtəlif, keyfiyyətli xidmətlər göstərən, ictimai-iaşə və ticarət şəbəkələrinin genişləndirılməsi

İcraçı təşkilatlar İcra müddəti
(illər üzrə)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,İqtisadiyyat Nazirliyi, Qadın Problemləri üzrəDövlət Komitəsi (qeyri-dövlət qadın təşkilatların iştirakı ilə) 2000
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi,Kənd Təsərrufatı Nazirliyi, Sahibkarlığa Kömək Fondu (beynəlxalq təşkilatların iştirakı ilə) mütəmadi
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi,Ədliyyə Nazirliyi, Dövlət Əmlakı Nazirliyi, Kənd TəsərrufatıNazirliyi, Dövlət Elm və Texnika Komitəsi, Əmək və ƏhalininSosial Müdafiəşi Nazirliyi (beynəlxalq təşkilatların iştirakı ilə) mütəmadi
İqtisadiyyat Nazirliyi, Kənd Təsərrufatı Nazirliyi 2000-2001
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi 2000-2005
Vəkillər Kollegiyası, müvafiq icra hakimiyyəti orqanları,Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası,Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
Siyasəti və Sahibkarlığa Kömək Komitəsi,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Qadın Problemləri üzrə Dövlət Komitəsi Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi,İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,(qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) mütəmadi
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi,İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi,Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi,Qadın Problemləri üzrə Dövlət Komitəsi (müvafiq beynəlxalq təşkilatların iştirakı ilə) mütəmadi
Təhsil Nazirliyi, Ticarət-Sənaye Palatası,Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi,Ticarət Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
İqtisadiyyat Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi (qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) 2000-2001
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2000-2001

II. QADIN VƏ TƏHSİL

1. IV Ümumdünya Qadınlar Konfransının Pekin Platformasına əsaslanaraq ,,Qadın və təhsil" Dövlət Proqramının hazırlanması

2. Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş təhsillə bağlı maddələri əsas tutaraq, təhsilin bütün pillələrində qender fərqlərinin aradan qaldırılması

3. Təhsilin idarə olunmasında qadınların bərabər hüquqlarla iştirakının təmin edilməsi

4. Təhsil Nazirliyi sistemində sosioloji tədqiqatlar və proqnozlar çərçivəsində təhsildə qender amilinin təhlilini aparmaq üçün mərkəzin təşkil edilməsı

5."Qender" fənninin oyrənilməsinin təşkil edilməsi barədə təkliflərin hazırlanması

6. Təhsil müəssisələrində qadınlar arasında iqtisadi və hüquqi biliklərin artırılması məqsədi ilə yeni proqramların hazırlanması və geniş miqyasda istifadəsi

7. Qadınların ali təhsil ixtisaslarına yiyələnməsi ilə bağlı onların texniki və iqtisadi sahələr üzrə tutduğu mövqe və potensialının aktivləşdirilməsi üçün təkliflərin işlənilməsi

8. Qadınların təhsili məsələləri ilə bağlı konfrans və seminarların keçirilməsi

9. İncəsənətin müxtəlif sahələri ilə bağlı Azərbaycan qadınlarının fəaliyyətini, əks etdirən, respublikada və xarici ölkələrdə sərgi, festival, konsert və s. tədbirlərin keçirilməsinin, eləcə də beynəlxalq müsabiqələrdə onların iştirakının təmin edilməsi

Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mətbuat vəİnformasiya Nazirliyi, Dövlət Televiziya və RadioVerilişləri Şirkəti, Azərbaycan Həmkarlarİttifaqları Konfederasiyası, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2000-2001
Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi,Gənclər və İdman Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2000-2001
Ticarət nazirliyi, Ticarət-Sənaye Palatası, İqtisadiyyat Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2000-2001
Təhsil Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2000-2001
Təhsil Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
Təhsil Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi (BMT İP-nin iştirakı ilə) 2000
Təhsil Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi (BMT İP-nin iştirakı ilə) mütəmadi


III. QADIN VƏ SAĞLAMLIQ

1. IV Ümumdünya Qadınlar Konfransının Pekin Platformasına əsaslanaraq "Qadın və səhiyyə" Dövlət Proqramının hazırlanması

2. Qadınların əməyindən istifadə edilməsi qadağan olunmuş iş yerlərinin yeni siyahılarının işlənib hazırlanması

3. Azyaşlı uşaqları olan və hamilə qadınların əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı qanunvericiliyə yeni əlavələrin və güzəştlərin daxil edilməsinə dair təkliflərin hazırlanması

4. Ailə planlaşdırılması mərkəzlərinin işinin təkmilləşdirilməsinə, ailə planlaşdınlması məsələlərində sanitar-maarif işinin gücləndirilməsinə dair 5. Qadınlara (o cümlədən xəstə, tənha, fiziki və psixoloji cəhətdən asılı vəziyyətdə olan qadınlara) səhiyyə xidmətinin yaxşılaşdırılmasına kömək edən qeyri-dövlət qadın təşkilatlaının işinin dövlət tərəfindən dəstəklənməsinin mexanizminin işlənib hazırlanması

6. İrsi patalogiyaların ilkin aşkar edilməsi məqsədi ilə Genetik Müayinələr və Prenatal Diaqnostika Mərkəzinin təşkili və Məlumat Bankının yaradılması

7.Tibbi müayinədən keçirilməsi məcburi olan iş yerlərində çalışan qadınların ərazi səhiyyə orqanları tərəfindən profilaktik tibbi müayinənin vaxtaşırı təşkili və qadınların iş yerlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin qadın əməyi ilə bağlı maddələrinin icrasına nəzarətin gücləndirilməsi

8. Ətraf mühitin insanın reproduktiv funksiyalarına təsirinin öyrənilməsi üçün elmi-tədqiqat işlərinin aparılması

9. Tək qadınlar və ailə başçısı olan qadınlar probleminin öyrənilməsi və onlara müvafiq köməklik göstərilməsi üçün təkliflərin hazırlanması

Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi,Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
Təhsil Nazirliyi, Tələbə Qəbulu üzrəDövlət Komissiyası, Qadın Problemləri üzrə Dövlət Komitəsi hər il
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi,Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadı
Mədəniyyət Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi,yaradıcı ittifaqlar mütəmadi
Səhiyyə Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2000-2001
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Səhiyyə Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyası, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2000
Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial MüdafiəsiNazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqlarıKonfederasiyası, Qadın Problemləri üzrə Dövlət Komitəsi, Uşaq Fondu 2000-2001
Səhiyyə Nazirliyi, Mətbuat və İnformasiya Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi, Televiziya vəRadio Verilişləri Şirkəti 2000-2001


IV. QADIN VƏ ZORAKILIQ

1. IV Ümumdünya Qadınlar Konfransının Pekin Platformasına əsaslanaraq "Qadın və zorakılıq" Dövlət Proqramının işlənib hazırlanması

2. Qadınlara (qızlara) qarşı hər cür zorakılıq hallarının cinsi,

irqi, milli, dini, sosial, regional xüsusiyyətlərlə əsaslandırılmasının qarşısının alınması üçün tədbirlərin görülməsi

3. Qadın əleyhinə olan cinayətlərin və digər hüquq pozuntularının statistik göstəricilərinin müəyyənləşdirib ümumiləşdirilməsi və müvafiq informasiyaların zəruri hallarda mətbuatdan geniş istifadə etməklə ictimaiyyətə çatdırılması

4.Qadınların fahişəlik və seks "ticarətinin" digər formalarına, narkotik vasitələr istehsalına və yayılmasına cəlb olunmalarına, qadın və qızlarla "alver" edilməsinə qarşı müvafiq tədbirlər görməklə, qadın hüquqlarının qeyd olunan şəkildə pozulmasında təqsirli olan şəxslərin qanunla müəyyən olunmuş qaydada məsuliyyətə cəlb olunmalarının təmin edilməsi

5. Məişətdə, o cümlədən ailədə, cəmiyyətdə zorakılığa məruz qalmış qadınlar üçün tibbi, psixoloji, hüquq məsləhət xidmətləri ilə təmin olunmuş sığınacaqların təşkil edilməsi

6. İnsan alveri və quldarlıqla bağlı beynəlxalq konvensiyalarla təkliflərin hazırlanması

Səhiyyə nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi (qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) mütəmadi
Səhiyyə nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2000-2001
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə nazirliyi,Respublika Prokurorluğu, Qadın Problemləri üzrə Dövlət Komitəsi,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası mütəmadi
Səhiyyə Nazirliyi, Dövlət Ekologiya və Təbiətdən İstifadəyəNəzarət Komitəsi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2000-2001
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman NazirliyiSəhiyyə Nazirliyi, (qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) 2000-2003
Respublika Prokurorluğu, Ədliyyə Nazirliyi, Daxil İşlərNazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi, (qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) mütəmadi
Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi (qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) mütəmadi


V. QADIN VƏ SİLAHLI MÜNAQİŞƏLƏR

1. Müharibə nəticəsində girov götürülmüş qadın və uşaqların geri qaytarılmasma dair BMT-nin Qadın Statusu üzrə Komissiyasının qətnaməsinin həyata keçirilməsi və onların qaytarılması üçün beynəlxalq təşkilatların imkanlarından istifadə etməklə tədbirlərin görülməsi

2. Müharibə zamanı zorakılığa məruz qalmis qadınların və uşaqların hüquqlarının bərpası və onların sosial-psixoloji reabilitasiyası

3. Silahlı münaqişələr zamanı kütləvi insan qırğınına səbəb olacaq silah alverinin beynəlxalq aləmdə qadağan edilməsi ilə bağlı muxtəlif tədbirlərin görülməsi

4. "Qadınların silahlı münaqişələrin dayandırilmasında rolu" mövzusunda beynəlxalq konfransların və seminarların təşkil edilməsi

5. İşğaldan azad olunmuş torpaqların insanların yaşaması üçün normal hala salınması məqsədi ilə torpaqların minalardan təmizlənməsi, narkotik bitkilərin əkilib becərilməsinin qarşısının alınması, ümumiyyətlə pozulmuş ətraf mühitin sağlamlaşdırılması barədə beynəlxalq təşkilatlar qarşısında məsələlərin qaldırılması

6. Sülh mədəniyyətinin formalaşmasında, eləcə də sülh quruculuğu sahəsində qadınların rolunun artırılması ilə bağlı Azərbaycan nümayəndələrinin ayrı-ayrı ölkələrdə sülhün əldə edilməsi prosesində daha fəal iştirak etmələri üçün müvafiq tədbirlərin görülməsi

7. Silahlı münaqişə şəraitində qadın və uşaqlara qarşı cinayət xarakterli əməllər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi

Respublika Prokurorluğu, Daxil İşlər Nazirliyi, Dövlət StatistikaKomitəsi, Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
Daxil İşlər Nazirliyi, Respublika Prokurorluğu, Qadın Problemləriüzrə Dövlət Komitəsi (qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə),Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi mütəmadi
Dövlət Əmlaki Nazirliyi, Ədliyyə Nazirliyi, Respublika Prokurorluğu, Daxil İşlər Nazirliyi, Vəkillər Kollegiyası,Qadın Problemləri üzrə Dövlət Komitəsi (qeyri-dövlət qadın təşkilatlarınıniştirakı ilə) mütəmadi
Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi(qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) mütəmadi
Xarici İşlər Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi (qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) mütəmadi


VI. QAÇQIN VƏ MƏCBURI KÖÇKÜN QADINLAR

1. IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Fəaliyyət Platformasına əsaslanaraq "Qaçqın və məcburi köçkün qadın və uşaqlar" Proqramının hazırlanması

2. Qaçqın və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qaytarılması üçün beynəlxalq təşkilatlara müraciətlərin edilməsi

3. İşğaldan azad edilmiş torpaqlarda qaçqın və məcburi köçkün qadınların güzəranının və fəaliyyətinin normal məcraya düşməsi üçün beynəlxalq təşkilatlarla birgə xüsusi proqramların hazırlanması

4. Qaçqın və məcburi köçkün qadınların iqtisadi-sosial vəziyyətinin bərpası məqsədi ilə uzunmüddətli güzəştli və ya təmənnasız yardımların verilməsi barədə beynəlxalq humanitar təşkilatlar, Dünya Bankı qarşısında məsələlərin qaldırılması

5. Qaçqın və məcburi köçkün qadınların reproduktiv sağlamlığının qorunması, tibbi, sosial, təhsil xidmətlərindən geniş istifadənin təmin edilməsi

6. Qaçqın və məcburi köçkün qadınlar və uşaqlar haqqında Məlumat Bankının yaradılması

7. Qaçqın və məcburi köçkün qadın və uşaqlar üçün hüquq məsləhətlərinin təşkil edilməsi

8. Qaçqın və məcburi köçkün qadınların sosial müdafiəsinin, xüsusilə onların məşğulluğunun təmin edilməsi məqsədi ilə qaçqınların kompakt məskunlaşdığı regionlarda milli peşələr üzrə mahiyyətcə yeni, səmərəli proqramların hazırlanması və həyata keçirilməsi

Qadın Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə nazirliyi,Səhiyyə Nazirliyi mütəmadi
Xarici İşlər Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi(qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) mütəmadi
Xarici İşlər Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi(qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) 2000-2002
Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının İşğaldan Azad Olunmuş Ərazilərinin Bərpasıvə Yenidən Qurulması üzrə Agentlik, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi 2000-2002
Qadın Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi,Təhsil Nazirliyi, Azərbaycan Milli Sülh Komitəsi mütəmadi
Respublika Prokurorluğu, Daxil İşlər Nazirliyi,Qadın Problemləri üzrə Dövlət Komitəsi zəruri hallarda
Qaçqınların və Məcburi Köçkünlərin İşlər üzrə DövlətKomitəsi, Qadın Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdmanNazirliyi, Uşaq Fondu 2000-2001
Qadın Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi(qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) mütəmadi


VII. QADINLAR VƏ İNSAN HÜQUQLARI

1. "Qadın hüquqları - insan hüquqlarıdır" mövzusunda respublikanın regionlarında, müxtəlif yaş qrupları üçün konfransların, seminarların təşkil edilmasi, müvafiq informasiyaların yayılması

2."Qadın hüquqları - insan hüquqlarıdır" mövzusu ilə bağlı təhsilin bütün pillələrində xüsusi kurs proqramlarının işlənib hazırlanması

3. Qızlar - ümumiyyətlə qadınlar arasında qadınların hüquqlarının müdafiəsi üzrə BMT Konvensiyalarının təbliği və .tədrisinin təşkili

4. Hüquq təhsilli qadınların hüquq-mühafizə orqanlarında daha çox təmsil olunmaları üçün qadınlara münasibətdə ayrı-seçkiliyə yol verilməməsinin təmin edilməsi

5. Qadin hüquqlarının yerlərdə həyata keçirilməsinin vəziyyətinin öyrənilməsi

6. Qadın hüquqları ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin, beynəlxalq sənədlərə uyğunlaşdırılması sahəsində müvafiq işlərin görülməsi

7. Bazar iqtisadiyyatı ilə əlaqədar ayrı-ayrı müəssisələrin özəlləşdirilməsi zamanı qadınların əmək hüquqlarının pozulması hallarının aşkara çıxarılması və onların bərpasının təmin edilməsi

8. Qadınların hüquq bərabərliyini inkişaf etdirmək məqsədi ilə Həmkarlar İttifaqları və digər ictimai təşkilatlarla əlaqələrin genişləndirilməsi və təkmilləşdirilməsi

9. "Azərbaycan Respublikasının Konstitusiyası", "İnsan hüquqları haqqında Ümumi Bəyannamə" və "Qadın hüquqları" mövzusunda zonalar üzrə müşavirələrin keçirilməsi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Qadın Problemləri üzrə Dövlət Komitəsi(qeyri-dövlət təşkilatlarının iştirakı ilə) proses başaçatanadək
Qadın Problemləri üzrə Dövlət Komitəsi,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi mütяmadi
Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,Qadın Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi,Uşaq Fondu 2000-2001
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi,Ədliyyə Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi,Vəkillər Kollegiyası, Uşaq Fondu mütəmadi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sösial Müdafiəsi Nazirliyi 2000-2001
Ədliyyə Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Gənclər və İdman Nazirliyi, Respublika Prokurorluğu mütəmadi
Təhsil Nazirliyi, Ədliyyə Nazirliyi, Qadın Problemləriüzrə Dövlət Komitəsi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mütəmadi
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qadın Problemləriüzrə Dövlət Komitəsi, Uşaq Fondu, Xarici İşlər Nazirliyi(qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) mütəmadi
Respublika Prokurorluğu, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi,Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
Qadın Problemləri üzrə Dövlət Komitəsi, Respublika Prokurorluğu,Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası mütəmadi
Ədliyyə Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
Dövlət Əmlakı Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,Qadın Problemləri üzrəDövlət Komitəsi, Respublika Prokurorluğu özəlləşdirmədövründə
Qadın Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Həmkarlarİttifaqları Konfederasiyası (qeyri-dövlət qadin təşkilatlarının iştirakı ilə) mütəmadi
Ədliyyə Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi, Respublika Prokurorluğu vaxtaşırı


VIII. QADINLAR VƏ KÜTLƏVl İNFORMASİYA VASİTƏLƏRİ

1. Qadınların kütləvi informasiya vasitələrinin fəaliyyətində daha fəal iştirakı üçün şəraitin yaradılması və idarəetmə səviyyəsində təmsil olunmalarının təmin edilməsi ilə bağlı tədbirlərin görülməsi

2. BMT, ATƏT, Avropa Şurası və digər təşkilatlar tərəfindən keçirilən beynəlxalq və regional tədbirlərdə qadınların iştirakına köməklik göstərilməsi

3. Qadınlara qarşı zorakılıq və qəddarlıq təbliğ etmək, habelə pornoqrafik yazıları, əsərləri və təsvirləri çap etmək, bu xarakterdə olan sair predmetləri hazırlamaq-yaymaq, reklam etmək, onlarla alver etməyə görə məsuliyyət haqqında qanunvericiliyin icra vəziyyətinin araşdırılması və nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi

4. Geniş ünsiyyət prosesində qadınların rolunu artırmaq məqsədi ilə, qeyri-dövlət, o cümlədən qadın təşkilatları, eləcə də kütləvi informasiya vasitələri ilə bağlı təşkilatlar üçün informasiya şəbəkələrinin yaradılması və proqramlarının hazırlanması

5. Qadınların cəmiyyətdə rolunun artırılması ilə bağlı məlumatların kütləvi informasiya vasitələrı ilə yayılması

6. Qadınlarla aparılan işləri geniş təbliğ etmək məqsədi ilə radio və televiziyada efir vaxtının ayrılması

7. Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası və Pekin Fəaliyyət Platforması və onlarla bağlı digər sənədlər haqqında məlumatların xüsusi proqramlar vasitəsi ilə geniş təbəqələrə çatdırılması

Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Teleradio Verilişləri Şirkəti,Qadın Problemləri üzrə Dövlət Komitəsi 2000
Qadın Problemləri üzrə Dövlət Komiləsi, Xarici İşlər Nazirliyi mütəmadi
Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi,Mətbuat və İnformasiya Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Qadın Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Elm və Texnika Komitəsi 2000-2001
Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziyavə Radio Verilişləri Şirkəti, Azərbaycan Həmkarlarİttifaqları Konfederasiyası mütəmadi
Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Qadın Problemləri üzrə DövlətKomitəsi 2000 və daim
Qadın Problemləri üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi, Mətbuat və İnformasiya Nazirliyi, Televiziya və Radio Verilişləri Şirkəti (beynəlxalq təşkilatların iştirakı ilə) 2000- 2005


IX. QADIN VƏ ƏTRAF MÜHİT

1. IV Ümumdünya Qadınlar Konfransında qəbul edilmiş Pekin Fəaliyyət Platformasına əsaslanaraq "Qadın və ətraf mühit" Dövlət Proqramının hazırlanması

2. Silahlı münaqişələr zamanı ətraf mühitə dəyən zərərin, xüsusən qadınlara mənfi təsirin araşdırılması və aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi

3. Ekoloji bıliklərin qadınlar arasında yayılması məqsədi ilə ekoloji maarifləndirmə dərslərinin, eləcə də radio və televiziya verilişlərinin təşkil edilməsi

4. Ekoloji problemlərlə bağlı qərarların qəbul edilməsində qadınların iştirakının artırılması

Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Qadın Problemləri üzrə Dövlət Komitəsi (qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) 2000
Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının İşğaldanAzad Olunmuş Ərazilərinin Bərpası və Yenidən Qurulmasıüzrə Agentlik, Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi 2000-2005
Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Təhsil Nazirliyi, Mətbuat və İnformasiya Nazirliyi,Dövlət Televiziya və Radio Verilişləri Şirkəti,Qadın Problemləri üzrə Dövlət Komitəsi (beynəlxalq təşkilatların iştirakı ilə) mütəmadi
Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Ədliyyə nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi


X. QIZ UŞAQLARI

1. "Uşaq hüquqları haqqında" Konvensiyanın və "Uşaq Hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun kütləvi informasiya vasitələri ilə təbliği və öyrənilməsinin təşkili

2. Qızların texniki, idman və s. peşələrə daha geniş yiyələnməsi üçün orta məktəblərdə xüsusi peşə yönümü işinin aparılması

3. Azyaşlı qızların əxlaqsız hərəkətlərə, fahişəliyə cəlb edilməsi hallarına qarşı mübarizənin gücləndirilməsi

4. Azyaşlı qızların nigaha cəlb edilməsinin qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi

5. Kimsəsiz, əlil qızların sosial reabilitasiyası ilə bağlı proqramların hazırlanması

6. Çətin tərbiyə olunan qızlar üçün xüsusi məktəbin təşkil edilməsi

7. Valideyn himayəsindən məhrum olmuş, nəzarətdən kənarda qalmış, baxımsız qız uşaqları üzərində dövlət himayəsinin gücləndirilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflərin işlənib hazırlanması

8. "Qızlar klubu"nun təsis edilməsi və respublika daxilində yeniyetmə qızlar arasında "nümunəvi qız" müsabiqəsinin keçirilməsi

9. Əmək fəaliyyətinə başlamış qızlar və ümumiyyətlə uşaqlar üçün sosial sığorta sisteminin gücləndirilməsi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mətbuat Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Qadın Problemləri üzrəDövlət Komitəsi, Uşaq Fondu (BMT-nin, YUNİSEF-in iştirakı ilə) mütəmadi
Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2000-2001


XI. QADINLARIN HAKIMIYYƏT PROSESLƏRİNDƏ ORQANLARINDA VƏ QƏRAR QƏBUL EDİLMƏSİ İŞTİRAKI

1. IV Ümumdünya Qadınlar Konfransının Pekin Fəaliyyət Platformasına əsaslanaraq "Qadın və Hakimiyyət" və ya "Qadın və İdarəetmə" Proqramının hazırlanması

2. Hakimiyyət orqanlarında və qərarların qəbul edilməsi işində qadınların kişilərlə bərabər təmsil olunması ilə bağlı tədbirlərin görülməsi

3. Seçkilərdə, siyasətdə və ictimai həyatda qadınların iştirakının fəallaşdırılması

4. Qadınların seçkilərdə fəal iştirakının təşkil edilməsi (qadın namizədlərin hazırlanmasına kömək edilməsi və seçkilərdə orların namizədliyinin irəli sürülməsi)

5. Qadınların siyasi fəallığını artırmaq məqsədi ilə onların siyası partiyalarda təmsil olunmalarının stimullaşdırılması

6. İdarəetmədə, siyasətdə, məhkəmə sistemində xüsusi xidmətləri olan qadınlar haqqında kütləvi informasiya vasitələri ilə məlumatların yayılması

7."Lider-Qadın" treninqlərinin və elmi-praktik seminarların təşkil edilməsi

8. Məhkəmə sistemində qadınların rolunun artırılması üçün müvafiq işlərin aparılması

Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi,Qadın Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Gənclərvə İdman Nazirliyi (qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) mütəmadi
Respublika Prokurorluğu, Qadın Problemləri üzrə Dövlət Komitəsi,Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Dövlət TeleradioVerilişləri Şirkəti (qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) mütəmadi
Qadın Problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi,Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi 2000-2001
Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2000
Ədliyyə Nazirliyi, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi,Gənclər və İdman Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2000
Gənclər və İdman Nazirliyi, Qadın Problemlər üzrə Dövlət Komitəsi,Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi 2000
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qadın Problemləri üzrə DövlətKomitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 2000
Ədliyyə Nazırliyi, Elmlər Akademiyası 2000-2001
Müvafiq icra hakimiyyəti orqanları, Qadın Problemləri üzrə Dövlət Komitəsi daimi
Mərkəzi Seçki Komissiyası, Ədliyyə Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası(qeyri-dövlət qadın təşkiatlarının və siyasi qurumların iştirakı ilə) 2000-2005
Mərkəzi Seçki Komissiyası, Ədliyyə Nazirliyi, Qadın Problemləri üzrəDövlət Komitəsi (beynəlxalq təşkilatlar, qeyri-dövlət qadın təşkilatlarınınvə siyasi qurumların iştiraki ilə) 2000 seçkiyə hazırlıq dövrundə
Ədliyyə Nazirliyi, Elmlər Akademiyası, Qadın Problemləri üzrə Dövlət Komitəsi (qeyri-dövlət qadın təşkilatlarının, siyasi partiyaların iştirakı ilə) mütəmadi
Mətbuat Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
Qadın Problemləri üzrə Dövlət Komitəsi (qeyri-dovlət qadın təşkilatlarıvə beynəlxalq təşkilatların iştirakı ilə) 2000-2003
Qadın Problemləri üzrə Dövlət Komitəsi, Ali Məhkəmə, İqtisad Məhkəməsi, Ədliyyə Nazirliyi mütəmadi


XII. BEYNƏLXALQ QADIN TƏŞKlLATLARI İLƏ ƏLAQƏLƏRİN İNKİŞAF ETDİRİLMƏSİ

1. Qadın mütəxəssislərin diplomatiya sahəsində daha geniş təmsil edilməsi (Azərbaycanın xarici nümayəndəliklərində və beynəlxalq təşkilatlarda)

2. Milli Fəaliyyət Platformasının həyata keçirilməsinə beynəlxalq təşkilatlar tərəfindən köməklik göstərilməsi ilə bağlı muvafiq tədbirlərin görülməsi

3. BMT-nin CEDAW Komitəsinə Azərbaycan qadınlarının vəziyyəti haqqında məruzələrin vaxtaşırı təqdim edilməsi

4. Xarici ölkələrdə qeyri-dövlət qadın cəmiyyətləri və müvafiq respublika təşkilatları arasında əlaqələrin genişləndirilməsi

5. Qadın problemləri ilə bağlı beynəlxalq tədbirlərdə Azərbaycan nümayəndələrinin iştirakının təmin edilməsi

6. "Keçid dövründə qadınlar" mövzusunda beynəlxalq konfransların keçirilməsi

7. "Qadın və Statistika" seminarının keçirilməsi

Xarici İşlər Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi mütəmadi
Xarici İşlər Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Kümitəsi (geyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) 2002-2003
Xarici İşlər Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi (aidiyyəti təşkilatlarla birgə) 2000-2002(5 ildən bir)
Xarici İşlər Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi, Gənclərvə İdman Nazirliyi (qeyri-dövlət qadın təşkilatlarının iştirakı ilə) mütəmadi
Qadın Problemləri üzrə Dövlət Komitəsi,Xarici İşlər Nazirliyi 2002-2004
Qadın Problemləri üzrə Dövlət Komitəsi (beynəlxalq təşkilatların iştirakı ilə) 2002-2004
Dövlət Statistika Komitəsi, Qadın Problemləri üzrə DövlətKomitəsi (beynəlxalq təşkilatların və qeyri-dövlət qadın təşkilatlarının iştiraki ılə) hər il

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb