ABŞ TARİXİNDƏ İLK DƏFƏ OLARAQ QADINA YÜKSƏK ZABİT RÜTBƏSİ VERİLƏCƏK
Amerika
Birləşmiş Ştatlarının Prezidenti Corc Buş general-leytenant Enn Danvudiyə (Ann
Dunwoody) sülh dövründə əl çatan olan rütbə, Rusiyanın general-polkovnik
rütbəsinə müvafiq olan, ABŞ SQ-nin generalı rütbəsi verilməsi üçün
namizədliyini irəli sürmüşdür.
Qeyd
edilir ki, Danvudinin rütbəsinin artırılması onunla bağlıdır ki, ona əvvəllər
müavin vəzifələrini yerinə yetirdiyi, ordunun maddi-texniki təchizatı idarəsinə
başçılıq etmək tapçırılacaq.
Bu
günə kimi bir qadın belə ABŞ SQ generalı rütbəsinə layiq görülməmişdir, lakin
Danvudi üçün istisna edilmişdir. ABŞ SQ generallarının sayı ciddi surətdə
məhdudlaşdırılmış və on iki zabitdən artıq olmamalıdır.
Ordunun
mətbuat attaşesi polkovnik-leytenant Enn Edjkomb (Ann Edgecomb) qadına yüksək
zabit rütbəsinin verilmə təşəbbüsünü "mühüm addım adlandırdı, belə ki, ABŞ
ordusunun milyondan artıq hərbi qulluqçusunun 14 faizini qadınlar təşkil edir".
Amerika
qanunlarına görə, Danvudinin ordunun maddi-texniki təchizatı idarəsinin rəisi
vəzifəsinə namizədliyi Senat tərəfindən bəyənilməlidir. Bu məsələnin müzakirəsi
və qəti qərarın nə vaxt qəbul ediləcəyi
haqda hələ xəbər verilmir.
Bu
günə ABŞ Silahlı Qüvvələrində general-leytenant ordu rütbəsinə malik iki
qadından biri Danvudidir.
Formal
olaraq ABŞ-da ən yüksək zabit rütbəsi ordu generalı sayılır, lakin bu rütbə
döyüş əməliyyatlarında fəal iştirak etmiş zabitlərə verilirdi və buna görə də
hazırda istifadə edilmir.
http://
lenta. ru/ news/2008/06/24/ general/