Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AILƏ VƏ QADIN PROBLEMLƏRI ÜZRƏ AZƏRBAYCAN RESPUBLIKASININ MILLI FƏALIYYƏT PLANI (Draft)


Ailə şəxsiyyəti və jəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Azərbaycan mədəniyyətində ailə başlıja - mərkəzi anlayışdır, ailəyə münasibət isə şəxsiyyətin sosial əhəmiyyətini qiymətləndirmənin və özünütəsdiqin vacib amilidir.

 

Ailə social təsisat kimi, cəmiyyətin digər - siyasət, din, və s. kimi sosial təsisatların təsiri altındadır, digər tərəfdən isə, hər hansı cəmiyyətin xüsusisiyyətlərini, eləcə də, şəxsiyyətin dəyərlər sistemini, ideallarını, mədəniyyətinə, xalqına, əməyə münasibətini müəyyən edir. Xüsusi əhəmiyyət kəsb edən gender münasibətləri, insanın reproduktiv davranışı və onların demoqrafiya proseslərinə olan təsirlərdir. Məsələn, qadınların iqtisadi fəallıq ilə bağlı olan ictimai fəallıqlarını ailəyə qurban verməsi ailənin iqtisadi vəziyyətini xeyli aşağı sala bilər. Digər tərəfdən, qadının yüksək dərəcədə ictimai fəallığı ölkədə doğum səviyyəsinin aşağı düşməsinə səbəb olur. Statistik göstəricilərə əsasən, işsizlər arasında qadınların sayı onların yaşına, təhsil səviyyəsinə, ailə vəziyyətinə baxmayaraq yüksəkdir.

 

Ölkənin sosial-iqtisadi vəziyyəti hər bir vətəndaşının xüsusilə də zəif qrupların nümayəndələrinin vəziyyətinə təsir edərək, ailənin sosial deqradasiyasına səbəb olur. Bu, doğuş əmsalında, boşanmaların artmasında, uşaqların baxımsız qalmasında özünü büruzə verir.

 

Ailənin tərkibi, vətəndaşların nikah vəziyyəti və ailədaxili münasibətlər hər bir ölkədə və jəmiyyətdə gender münasibətlərini yaxşı nümayiş etdirən göstərijilərdir. Siyasi və iqtisadi keçid dövrünü yaşayan Azərbayjanda nikah və ailə münasibətləri də daxil olmaqla, eyni zamanda sosial normalar, ənənələr və mədəni meyarlar köklü şəkildə dəyişilir. Müasir və eyni zamanda, ənənəvi dəyərlər yaşadılır və həyatı planlaşdırmanın yeni strategiyalarını yaratmaqla birbaşa yeni təzadlara gətirib çıxarır. «Yeni» ilə «köhnə»nin toqquşma meydanı, bir qayda olaraq, ailə və gender münasibətləridir.

 

Ailənin qorunması və gender bərabərliyi baxımından inkişaf etdirilməsi məqsədi ilə BMT tərəfindən ailə münasibətlərinin yeni modeli təklif olunmuşdur. Bu modelin əsas prinsipi ailəni cəmiyyətin özəyi kimi inkişaf etdirmək və onun hər bir üzvü üçün eyni start - başlanğıj imkanlarını yaratmaqdan ibarətdir. Yeni model, eyni zamanda, valideynlərin hüquq və vəzifələrinin bərabər olmasını, ailədə uşaqların maraqlarının prioritetliyini, qadınların vəziyyətinə mənfi təsir göstərən adət ənənənlərin aradan qaldırılmasını götürülməsini nəzərdə tutur. Bütün bunlar BMT-nin «Qadınlara Qarşı Ayrıseçkiliyin Aradan Qaldırılması haqqında» Konvensiyasında müəyyən olmuş və iştirakçı dövlətlər, o cümlədən Azərbaycan Respublikası da bu Konvensiyaya qoşulmaqla bu işlərin həyata keçirilməsinə zəmanət vermişdir.

 

BMT-nin sənədlərində qeyd olunur ki, son 50 il ərzində ailənin strukturunda bir sıra dəyişikliklər baş vermişdir. Bunlardan Azərbaycan üçün aktual olanlar - demoqrafik dəyişikliklər və bununla əlaqədar ev təsərrüfatlarının kiçilməsi (ailə üzvlərinin sayının azalması amma ailələrin sayının çoxalması), migrasiyanın ailələrə təsiri, natamam ailələrin çoxalması, doğum səviyyəsinin aşağı düşməsi. Xüsusi diqqət - globallaşma prosesinin nəticələrinə yetirilir.

 

Azərbayjanda XX əsrin ortalarına qədər mürəkkəb tipli ailələr üstünlük təşkil edirdi ki, bu ailələrdə də bir-birilə qohumluğu olan bir neçə nəslin nümayəndələri yaşayırdı.

 

Son illərdə keçirilən tədqiqatlar göstərir ki, müasir azərbaycan ailəsinin modeli dəyişməkdədir. Nüvə ailələr, yəni valideyn və uşaqlardan (bir nəsl) ibarət olan ailələr üstünlük təşkil edir. Mürəkkəb tərkibli ailələrə isə getdikcə az rast gəlmək olur, xüsusilə də şəhərlərdə. Eyni zamanda, ailəlrin həjmi də kiçilmişdir. Bu, həm də, uşaqların sayının azalması hesabına baş verir.

 

1999-cu ilin siyahıyaalınmasına uyğun olaraq 20,1 faiz kənd və 13,5 faiz şəhər ailələrində 4 və ondan artıq uşaq var idi. 1990-cu ildə çoxuşaglı ailələr 41 faiz idisə 1999-cu ildə belə ailələr 36,1 faiz təşkil etmişdir. 2006-cı ildə fertillik əmsalı 1960-ci illərə nisbətən 2,5 dəfə azalmışdır. Ən yüksək nəsilvermə əmsalı 20-34 yaşlılara aiddir. Ümumi fertilliyin aşağı düşməsi fonunda erkən fertillik (15-19 yaş) 2 dəfədən çox artmışdır (1980-illərə nisbətən), eləcə də nikahdan kənar anadan olan uşaqların da sayı təxminən dəfə çoxalmışdır (1999-cu ildə doğulanların ümumi sayının 8.2%-i, 1990-cu ildə isə 4.7% olmuşdur). Ən böyük narahatçılıq törədən isə Ermənistanın Azərbycana təcavüzü nəticəsində meydana çıxan qaçqın və məcburi köçkünlərin ailə və ailədə qadın problemidir.

 

Azərbayjanda qadın problemi sahəsində gedən ümumbəşəri prosesslərlə yanaşı gedişinə baxmayaraq, milli dəstxətt də özünü büruzə verir. Məsələn, qədim dövrlərdə xalq arasında klassik patriarxal yanaşmaların üstünlük təşkil etdiyi şəraitdə qadınların ijtimai və siyasi fəallığına müsbət baxışlar mövjud idi. Azərbayjan qadınları bu vaxta qədər bir sıra sahələrdə müəyyən nailiyyətlər əldə etmişlər və müstəqil Azərbayjan Respublikasında qadınların jəmiyyətdə rolunu daha da artırmaq məqsədi ilə dövlət tərəfindən məqsədyönlü işlər aparılır.

 

Azərbaycan Respublikasının ailə, qadın və qender problemləri ilə bağlı götürdüyü öhdəliklər bu sahədə aparılan siyasət və qanunverijilikdə öz əksini tapmışdır. Lakin sektorlar və idarələr arasında koordinasiyanın olmaması, qanun və qərarların həyata keçməsinin institusional mexanizmlərinin zəif işləməsi, maliyyə mənbələrinin çatışmamazlığı hələ də ailə və qadın məsələləri sahəsində jiddi nailliyətlər əldə etməyyə çatmağa imkan vermir. Hüquqi bərabərlik kişi və qadın arasında real bərabərliyi hələ də təmin etmir.

 

Keçid dövrü ilə əlaqədar meydana çıxan iqtisadi çətinliklər, sosial sahələrdəki dəyişikliklər patriarxal idealogiyanın güjlənməsinə səbəb olmuşdur. Bu isə öz növbəsində qızların məktəbdən yayınmasında, erkən yaşda nikahlarda, qadınların sosial statusunun aşağı düşməsində özünü büruzə vermişdir. Ailənin yoxsullaşması, bir çox uşaq müəssisələrinin bağlanması və ya fəaliyyət səviyyəsinin aşağı düşməsi, məişət xidmətlərinin bahalaşması və onların kənd yerlərində olmaması qadınları ijtimai həyatdan və gəlir gətirən əməkdən uzaqlaşdırıb. Digər tərəfdən, kişilər arasında işsizlik, ailə büdjəsinin aşağı düşməsi, ailənin qadın tərəfindən dolandırılmasına (əvvəllər xarakterik hal sayılmayan) səbəb olmudur. Xüsusilə, iqtisadiyyatın qeyri-formal sektorunda işləyən qadınların sayı artmışdır. Lakin bu sahədə işləyən qadınların məvajibi eyni işi görən kişilərin məvajibindən çox aşağıdır.

Jəmiyyətdə gender rollarının dəyişməsinə baxmayaraq, resurslardan istifadə edilməsi, sosial və mülkiyyət münasibətlərində, qərar qəbulu səviyyəsində kişi və qadınlar arasındakı ənənəvi fərqlər qalmaqdadır. Gender stereotipləri və real rollar arasındakı ziddiyyətlər kişi və qadınlar arasındakı sosial münasibətlərin dəyişməsinə mane olur.

 

Yuxarıda qeyd olunan problemlərin araşdırılması qanunveriji bazanın tam mükəmməl olmamasını, ijra mexanizminin zəif olmasını, hakimiyyətin bütün səviyyələrində gender yanaşmasının nəzərə alınmamasını, hökumət, vətəndaş jəmiyyəti və biznes strukturları arasında əməkdaşlığın olmamasını, resurslardan bərabər istifadə edilməməsini, qadınlara qarşı zorakılığın mövjud olmasını göstərir. Bu problemlərin yaranmasına təsir göstərən faktorlardan biri də məjburi köçkünlük problemidir.

 

Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə və Qadın Problemləri üzrə 2007-2010-ju illər üçün Milli Fəaliyyət Planı (MFP) tərtib edilmişdir. Onun əsasını «Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Olunması haqqında» Konvesiya, Pekin Fəaliyyət Platforması, Pekin+10 sənədləri, Minilliyin İnkişaf Məqsədləri və Azərbaycan Respublikasının qanunları, Prezidentin fərmanları, Hökumətin qərar və sərəncamları təşkil edir. Ailə və qadın problemləri üzrə MFP 2000-2005-ji illər üçün Azərbayjan qadınlarının problemləri üzrə ilk Milli Fəaliyyət Planının həyata keçirilməsi prosesində meydana çıxan məsələləri də qeyd etməklə alaraq, onların yeni şəraitdə yeni üsullarla həll olunmasını nəzərdə tutur. Qeyd etmək lazımdır ki, seçilmiş prioritetlər və məqsədlər mövcud problemlərin yalnız 4 il ərzində həlli mümkün olan fəaliyyətləri əhatə edir.

 

Milli Fəaliyyət Planının əsas prioritetləri və məqsədləri

 

 

Milli Fəaliyyət Planının missiyası Azərbayjan Respublikasında jəmiyyətin nüvə strukturı hesab edilən ailənin, ailədaxili münasibətlərin qender bərabərliyi ideyaları əsasında möhkəmləndirilməsinə, inkişaf etdirilməsinə və bununla güjlü dövlətin qurulmasına, ümumiyyətlə ölkənin tərəqqisinə təkan və töhfə verməkdən ibarətdir.

 

Bu missiyanın yerinə yetrirlməsi üçün iki istiqamətdə - ailə və qadın problemləri sahələrində işlərin görülməsi nəzərdə tutulmuşdur. Hər istiqamət üzrə prioritetlər «Azərbayjan Respublikasının Yoxsulluq ilə Mübarizə və İqtisadi İnkişaf üzrə Dövlət Proqramında»kı prioritetlərə uyğundur. Belə ki, ailə problemləri üzrə:

1. Demoqrafik problemlər

2. Ailə planlaşdırılması

3.Reproduktiv sağlamlıq

4. Qender.

Qadın problemləri üzrə :

1.İqtisadiyyat

2.Sosial Sahə ( a)Təhsil, b) Səhiyyə j) sosial müdafiə)

3.Qadınların sosial müdafiəsi prioritetləri seçilmişdir.

Müəyyən edilmiş prioritetlər çərçivəsində, aşağıda göstərilən məqsədlərə nail olunması nəzərdə tutulmuşdur.

Ailə problemləri üzrə:

- Ailə institutunun dəstəklənməsi və onun inkişafının təmin edilməsi

-Vətəndaşların nəsl artırma hüquqlarının təmin edilməsi

-Ailədə gender bərabərliyinin təmin edilməsi

-Valideynlərin usaqların tərbiyəsində gender bərabərliyi baxımından iştirakının təmin edilməsi

-Ailədaxili münasibətlərin möhkəmləndirilməsi

-Ailə zorakılığının profilaktikası və nəticələrinin dəf edilməsi

-Erkən nigaha daxil olmanın qarşısının alınması

Qadın problemləri üzrə:

-Makro iqtisadiyyatda gender yanaşmanı tətbiq etməklə, kişi qadın hüquq bərabərsizliyini azaltmaq

-Gender bərabərliyinin iqtisadi idarəetmə baxımından təmin edilməsi;

-Makro iqtisadiyyatda gender yanaşmanı tətbiq etməklə, kişi qadın hüquq bərabərsizliyini azaltmaq

-İqtisadiyyatın əsas sektorlarında qadınların rolunun stimullaşdırılması və artırılması

-İqtisadi qloballaşma prosesinə uyğyn olaraq ET-lərin inkişaf etməsinin dəstəklənməsi

-Gender bərabərdiyinin iqtisadi idarəetmə baxımından təmin edilməsi

-Təhsilin bütün səviyyələrində qadın vı kişilərin bərabərliyinin saxlanıılması

-Qadınların İKT-dən istifadə bacarıqlarının inkişafı və ondan bərabər istifadənin təmin edilməsi

-Gender təhsilinin inkişaf etdirilməsi

-Qadınların reproduktiv sağlamlığının möhkəmlənldirilməsi

-Analığın, ana və uşağın sağlamlığının mühafizəsi

-Sosial müdafiənin səviyyəsinin qaldırılması

-Yerli, milli və beynəlxalq səviyyələrdə qadınların qərar qəbul etmə səviyyəsində iştirakının artırılması

-Qender indikatorların işlənib hazırlanması və onun əsasında monitorinq sisteminin təşkil edilməsi .

Qeyd etmək lazımdır ki, seçilmiş məqsədlər və vəzifələr mövcud problemlərin yalnız bir qismini əhatə edir. Bu, real mənzərəni tam əhatə etmir. Lakin Milli Fəaliyyət Planında 4 il ərzində mümkün qədər həyata keçirilə biləjək vəzifələr nəzərə alınmışdır.

 

MFP-nin maliyyələşməsi dövlət büdjəsi, beynəlxalq və yerli qeyri-hökumət təşkilatların təşkilatların maliyyə dəstəyi hesabına aparılıjaqdır.

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb