KİŞİ QURBAN OLANDA
Sevimli xanımlarımız kişi
cəhaləti və şovinizmindən nə qədər əziyyət çəksələr də, qadını ancaq qurban
kimi təqdim etmək tarixən düzgün deyil. Kitabda az məlum olan əhvalatlar da
vardır. Belə ki, qida tədarükündə cinsi qadağalar dövründə müasir mənəviyyatın
nümunələri yaranmağa başladı. "Cinsi qadağalar" kitabından sitat: "Qaydaya
salınmamış cinsi münasibətlər (o cümlədən qrup şəkilli ekzoqam nikah şəraitində
də) zəminində qida əldə etməkdə birgə səyləri pozan çoxsaylı münaqişələr
yarandığı üçün, ov dövründə seksual münasibətlərin məhdudlaşdırılması tələb
olunurdu".
Əgər ekzoqamlığın təfsilatına
varmasaq, belə mənzərə əmələ gəlmişdir. Ova çıxmaq lazımdır, qəbilənin kişiləri
isə müxtəlif səfeh işlərlə məşğul olur, partnyorlarını qaydasız şəkildə
dəyişir, güclərini itirir, tez-tez bir-birinəə zədə yetirərək vuruşurlar. Burada
ovdan söhbət gedə bilər? Ona görə də, qışda aclıq çəkməmək üçün, qəbilədə
qadağa yeridilirdi: ovçuların (yəni qəbilənin bütün işləməyə qabil kişiləri) iki
ay qızlara hətta baxmağa belə ixtiyarı yox idi.
Müəllif yazır: "Pəhriz dözülməz
olanda, kor-təbii cinsi iddialar qonşu qəbilədən olan partnyorlara təqdim edilirdi".
Bu, adətən, belə baş verirdi:
kişilər təklikdə qonşu icmanın qadınlarına hücum edir, onları oğurlayırdılar.
Qadınlar isə daha mütəşəkkil hərəkət edirdilər. Onlar yad kişiləri cinsi əlaqələrə
vadar edirdilər - yalnız artıq kollektiv surətdə! Müəllif Melaneziya
adalarından birində sakinlərdə məzəli "yaus" adı altında adəti misal gətirir.
Burada qadınlara bostanların alaq edilməsi mövsümündə öz kişilərində gözü
qalmaq qəti qadağan edilirdi. Lakin yuxarıda deyildiyi kimi, qadağa yad
kişilərə şamil edilmirdi. "Yaxınlıqda belə bir bədbəxt görünən kimi, qadınlar
paltarlarını soyunur, onun üzərinə atılır, zorakılıq və bir çox nalayiq
hərəkətlər törədirdilər". Bu, Şimali İraqın bəzi rayonlarındakı XX əsr
ayinlərinə müvafiqdir. Burada tarlada işləyən qadınlar heç bir yad kişinin yan keçməsinə
imkan vermirdilər. Onlar dərhal ona hücum çəkir, soyundurur və doyunca ondan
istifadə edirdilər. Əgər buraxırdılarsa, yalnız müəyyən azadlıq pulu aldıqdan
sonra.
Amma İraq uzaqdır, Melaneziya
(Avstraliyadan şimali-şərqdə adalardır) isə daha uzaqdır. Bizə nə var? Təsəvvür
edin ki, bu cür hallar bizdə də müşahidə olunaydı. Müəllifin şəhadətinə görə bu
yaxınlara kimi Daşkənddə "çiltanların rəqsi" mərasimi var idi. Qızlar
kişilərdən gizlin xəlvət yerdə toplaşar və lesbi gözübağlıcaları təşkil
edərdilər. Düzdür, kişiləri burada iştirak etməyə məcbur etməzdilər.
Ryazan quberniyasında "ququ
quşlarının xaç suyuna salınması" bayramı mövcud idi. Kişi köynəkləri geymiş açıq
saçlı qızlar çölə qaçır, mahnı oxuyur, rəqs edirdilər. Qayıtdıqda isə
qarşılarına çıxan kişiləri qamçı ilə döyəcləyirdilər. Əlbəttə ağrıdır və ağır
gəlirdi, lakin guya səfehlik baş vermirdi.