Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


İRANDA QADINLARIN SİĞƏ, ŞALVAR, RƏNG və DİGƏR PROBLEMLƏRİ


2008091302_120Keçmiş SSRİ-nin 70 illik təcrübəsi sübut etdi ki, insanları zorla dindən uzaqlaşdırmaq olmaz. Amma İran İslam Respublikasının 30 illik mövcudluğu da insanları zorla dinə qulluq etdirməyin mümkün olmadığını sübuta yetirməkdədir. Hər il yay gələndə qadınların hicaba əməl etməsi kampaniyası başlayır. Ramazanda isə "ağızlar" güdülür və s.

Bu mübarək ay başlamazdan öncə Tehranın hüquq-mühafizə qüvvələri komandanının müavini polkovnik Hüseyn Sacədiniya bildirmişdi ki, orucluğu açıq-aşkar pozanlara qarşı ciddi tədbirlər görüləcək, həmin şəxslər saxlanaraq polis bölmələrinə aparılacaq və cəzalandırılacaq. O demişdi ki, bu ay restoranlar yalnız saat 16-dan sonra işləyəcək, mehmanxanalarda qonaqlara gündüz xidmət göstərilməsinə rəsmi icazə alınmalıdır və s.

Orucluq ayının başlaması ilə əlaqədar islam adından danışan İran mollaları bir sıra heyrətləndirici "açıqlamalar və fitvalar" verməkdədirlər. "Baybak"ın məlumatına görə, Şiraz şəhərinin imam cüməsi Məhyyədin Haeri-Şirazi son çıxışlarından birində deyib: "Əgər televiziyada xəbər oxuyan gözəl bir xanıma baxılarsa, bu, orucun batil olması deməkdir və belə bir hal həmin şəxsin günah işlətməsinə səbəb olacaq". Bu fikir ölkə mətbuatında hallandırıldıqdan sonra o, söylədiklərinə aydınlıq gətirərək əlavə edib ki, bu "fitva"nı verməkdə məqsədi televiziyada xəbər oxuyan gözələ "həzz almaq" mənası ilə baxmağın qarşısını almaq olub.

Mənbənin yanaşmasına görə, 1979-cu il inqilabından sonra bir çox mollalar ağıllarına gələn fitvalar verməklə əslində islama zərbə vurublar. Bir vaxtlar onlar şahmatı yasaqlamış, ölümə məhkum bakirə qızlarla siğə bağladıqdan sonra məhkumları qətlə yetirərmişlər. Hətta universitetləri "şeytan yuvası" adlandıraraq bağlayırdılar. Bir zamanlar seksual olduğu üçün "Barbi" gəlinciklərinin ölkəyə gətirilməsini də yasaqlamışdılar və s.

Mehriz şəhərinin imam cüməsi, höccətülislam Əli Bürhan rəsmilərin də iştirak etdiyi görüşdə hicab qaydalarına lazımınca əməl etməyən qadınları "palanlı eşşəklər"ə bənzədib.

"Mediaforum"un məlumatına görə, imam cümə deyib: "Biz mehrizlilər qatı dindar olmağımızla fəxr edirik. Din məsələsində zarafat götürmürük. Şəhərimizin əhalisi çarşab yerinə hətta uzunətək manto geyinən xanımlara da güzəştə getməz. Təəssüf ki, bir sıra qızlarımızın üzdəniraq hicabı hicabsızlıqdan daha betərdir.

Bir hədisdə deyilir ki, vaxt gələr, insanlar geyinsələr də, yenə çılpaq kimi görünərlər. Müasir geyimdə insanlar öz bədənlərini gizlətməyə çalışsalar da, yenə çılpaq görünürlər. Əgər insan çılpaq və palansız bir eşşəyə nəzər saldığı kimi, bir dəfə hicabsız qadına baxsa, gözləri doyar, daha həvəsə düşməz. Siz, yəqin ki, palansız eşşək görmüsünüz. Şah dövründə hara baxsan, hicabsız qadınları görərdin. O qədər çox idilər ki, heç kəs onlara fikir verməzdi. İndi isə hicab qaydalarına yetərincə riayət etməyən qadınlar palanlı eşşək kimidirlər. Cəmiyyətdə sayları çoxalıb. Onlar bu cür geyimlə özlərini nümayiş etdirirlər. Yarımçıq hicab hicabsızlıqdan qat-qat pis və çirkindir".

Beləliklə, düz 30 ildir İslam Respublikasının rəhbərliyi hicab və başqa sosial-məişət məsələlərini həll etməkdən ötrü baş sındırır. Cinsi tələbatın ödənilməməsini Tehran hakimiyyəti sosial problemlərdən biri kimi sayır, bunun həllini çeşidli üsullarla aradan qaldırmağa səy göstərir. Belə üsullardan biri də onu dinə bağlayıb siğəni asanlaşdırmaqdır.

İran rəhbərliyi çoxarvadlılığın və siğənin asanlaşdırılması üçün nəzərdə tutulmuş "Ailənin himayəsi" adlı layihə qəbul etməklə məsələni həll etməyə çalışır. Ötən ayın sonuncu günü layihənin müzakirəsi parlamentin gündəliyindən çıxarılıb. Məclisin rəyasət heyətinin üzvü, Həmədandan olan deputat Həmidrza Babai sənədin yenidən işlənəcəyini söyləyib.

Nobel mükafatı laureatı Şirin İbadi və tanınmış şairə Simin Bəhbəhani məclis üzvləri ilə görüşərək qanun layihəsinin gündəlikdən çıxarılmasını tələb ediblər. Onları ölkə məhkəmə sisteminin başçısı ayətulla Mahmud Haşimi-Şahrudi də dəstəkləyib. O belə bir qanunun qəbulunu insan haqlarına zidd olması ilə izah edib.

Ancaq ultramühafizəkar xəttin təmsilçisi, deputat Fatimə Aliyə bildirib ki, bu qanunun qəbulu uğrunda mübarizə aparacaqlar. Millət vəkili Şirin İbadini suçlayaraq deyib ki, onlar fəaliyyətləri ilə İranın düşmənlərinin maraqlarını ifa edirlər.

Xatırladaq ki, Tehran hakimiyyəti BMT-nin "Qadın hüquqları haqqında" konvensiyasını "islama qarşı" olduğunu iddia edərək təsdiqləməyib.

Parlamentin sədri Əli Laricani layihə ilə bağlı qadınların narahatlığını bölüşərək demişdi: "Xanımların narahatlığının qarşısını almaq və ailələrə hüzur qaytarmaq üçün sənəd hüquq komissiyasına qaytarılsa və üzərində daha dərin iş aparılsa, yaxşı olar". Ötən həftənin sonunda hüquq müdafiəçiləri ölkə parlamentinin binası qarşısında etiraz aksiyası keçirərək deputatlar tərəfindən irəli sürülən və qəbulu gözlənilən "Ailənin himayəsi" qanun layihəsinə etiraz etmişdilər. Həmin qanun layihəsi qəbul olunacağı təqdirdə kişilərin çoxarvadlı olmasına rəsmən "yaşıl işıq" yandırılacaq.

Hüquq müdafiəçiləri hesab edirlər ki, bu sənəd İranda ailənin özülünü dağıdacaq. Onlara görə, belə qanun layihəsinin qəbulu ölkə qadınlarına ən böyük təhqirdir. "Ailənin müdafiəsi" çoxarvadlılığı asanlaşdırır. Maddi imkanı olan kişilər birinci həyat yoldaşlarının razılığı olmadan yenidən evlənə bilərlər. Bundan başqa, siğə də asanlaşdırılıb. Bu zaman kişi hər hansı rəsmi qeydiyyata ehtiyac olmadan istədiyi qədər qadın siğə edə bilər.

Bu həftənin əvvəlində ölkə parlamentinin uyğun komitəsi hökumətin "çoxarvadlılıq"la bağlı qanun layihəsinə dəyişikliyi dəstəkləməyib.

***

İnqilab məhkəməsinin Təbrizdəki birinci şöbəsində hüquq müdafiəçisi Şahnaz Qulaminin məhkəmə prosesi keçirilib. O, dövlət "quruluşuna qarşı təbliğat aparmaq"da, "prezident Mahmud Əhmədinijatı təhqir etmək"də, habelə bir sıra milli-mədəni tədbirlərdə iştirakda suçlandırılır. Qapalı keçirilən bu məhkəmədə onu Məhəmmədəli Dadxah müdafiə edib. Şahnaz Qulami isə məhkəmənin ona qarşı irəli sürdüyü iddiaların hamısını rədd edib.

İranda qadınların kişilərlə hüquq bərabərliyi uğrunda mübarizə aparan "bir milyon imza kampaniyası"nın 4 fəalı bu günlərdə mühakimə olunub. Şirin İbadi məsələ ilə bağlı mətbuata açıqlamasında deyib ki, Pərvin Ərdəlan, Cilvə Cəvahiri, Məryəm Hüseynxah və Nahid Keşavərzi "Bərabərlik üçün dəyişiklik" və "Zənistan" İnternet saytlarında İran qadınlarının kişilərlə hüquq bərabərliyi mövzusunda yaydıqları məqalələrə görə 6 ay müddətinə həbs cəzasına məhkum ediliblər.

Hakimiyyət hər iki saytı bağlayıb. Məhbus qadınların rəsmi ittihamları haqda məlumat yayılmayıb.

Əcaib qərarlardan birini isə Kirman əyaləti İslam İrşadı və Mədəniyyət İdarəsi çıxarıb. Həmin qərara görə, idarəyə gəlib-gedən qadınların geyimlərinə məhdudiyyətlər qoyulub. İdarə rəhbərliyinin yeni qaydalarına əsasən, qadınlar gen şalvar, yastıdaban ayaqqabı geyinməli, sarı, ağ, habelə şadlıq ifadə edən rəngli paltarlar geyinməkdən çəkinməlidirlər. Hakimiyyət təmsilçisi hesab edir ki, qırmızı, sarı və ağ rənglər yüngül, həvəsləndirici olduğundan belə geyimli qadınlar idarəyə buraxılmayacaqlar.

Məşhəddə səfərdə olan İsfahan əyalətinin müşaviri Əmirhüseyn Bankipur Fərd isə subay qızların ailə qurması ilə bağlı "orijinal" üsul təklif edib. "Mediaforum"un məlumatına görə, müşavir deyib: "Ölkədə 31 yaşına çatmış 500 min subay qız, eləcə də ərindən boşanmış və ya ərini itirmiş 500 min dul qadın var. Bu rəqəm ildən-ilə artaraq böyük problemlərin yaranmasına səbəb olur. Məsələnin həlli üçün yaxşı olar ki, bu 500 min subay qız arvadını boşamış və ya arvadı ölmüş kişilərə ərə getsin". O, 500 min dul qadının ailə qurmasına dair təklif verməyib

Bax belə...

 

S.SOLTAN                                                                                                                                                                                       

http://www.ayna.az/rubric.php?id=35921

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb