Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


MƏN GEDƏRƏM O OĞLANA…


2008091901_120Əcnəbi oğlanla ailə həyatı qurub, xarici ölkənin vətəndaşlığını qəbul edib, dünyanın ən möhtəşəm ölkələrində yaşamaq hazırda qızlar arasında ən dəbdə olan mövzulardandır. Sevgidə bəxti gətirməyən qızlar həyatlarını dəyişməkdən ötrü yeni sevgili axtarışına cıxıb, xəyal qururlar. Bəs görən xarici görünüşü ilə səni sehirləyən əcnəbinin daxili aləmini, xasiyyətini necə bilməli? Maraqlıdırsa, oxuyun.

İtalyan

İtalyanlar görünüşcə azəri oğlanlarını xatırladırlar. Mülayim  xasiyyətləri və qonaqpərvərlikləri ilə hec də bizimkilərdən geri qalmırlar. Hörmətcil və mehribandırlar. Simalarındakı ciddi və sərt cizgilər onları daha cazibəli göstərir. İtalyanlar qadın gözəlliyi qarşısında acizdirlər. Bu da onların ehtiraslı olduqlarına işarədir. İtalyan oğlanlar sevdikləri qadına qarşı əsl centlmenlik göstərirlər. Bahalı hədiyyələr, ən prestiç restoranda şam yeməyi ilə qadını valeh edirlər. Bu millətin nümayəndəsilə məhəbbət macərasında hər şey əla getsə də, evlənmək məsələsinə gəlincə o, geri cəkiləcək. Cünki o, hər qadını ailəsinə təqdim edib, anasına göstərməyi  özünə sığışdırmır. Hər şey əksinə də ola bilər. Sevgilin hisslərinə qapılıb, səndən ötrü əldən-ayaqdan gedib, ilk görüşdən evlənməyi təklif etsə də, ikinci görüşdə bu barədə hec söz də acmayacaq. Sevginiz evlənməklə bitsə də, unutma ki, italiyalı oğlan ömür boyu anasından asılı olacaq, cünki o, əsl anauşağıdır. 

Fransız

Fransızlar ilk baxışdan sevirlər. Əliacıqdırlar. İlk görüşdə sevdiyini bahalı restorana aparıb, prestiç yerlərdə gəzdirməkdən cəkinmirlər. Onlar görüş zamanı yeməkdən yox, söhbətdən böyük zövq alırlar. Fransızlar gülməyi sevdikləri ücün onlara lətifə danışmaqdan utanma. O, sənin yumor hissini qiymətləndirəcək. Tarixi mövzularda olan söhbət isə onları qıcıqlandırır. Cünki fransızların fikrincə, tarix bilicisi kimi hec kim onlara catmaz. O, qadına sevgi etirafını nəmli gözlərlə edə bilər. Amma hədiyyəyə gəlincə, o, sənin boynuna süni mirvaridən düzəldilmiş ucuz boyunbağı taxacaq. Əgər hec nəyə baxmayaraq, fransızla evlənməyi qərara almısansa, o zaman ürəyin istədiyi bahalı əşyaları unutmalı olacaqsan. Cünki fransızlar simic olurlar.

Alman

Almanlar min ölcüb, bir bicəndir. İşlərini dəqiq quran və məsuliyyətlidirlər. Onlar özlərini yüksək mədəniyyət sahibi hesab etdiklərindən simalarından ciddilik hec vaxt əskik olmur. Lakin buna baxmayaraq, alman oğlanlar acıqqəlbli və mehribandırlar. Bu millətin oğlanlarını xasiyyətcə iki qrupa ayırmaq olar: onlardan bəziləri vaxtlarını boş əyləncələrə xərcləməkdənsə, kitab oxuyub, biliklərini artırıb, yeni dil öyrənməyi üstün tuturlar. Digərlərisə saatlarla barda oturub, pivə icib, futbol matcına baxmağı sevirlər. Almanla görüş cox darıxdırıcıdır. Cünki onların söhbəti ancaq işə aid, gələcək planlar haqqında olur. Qadın secimində gözüacıq olurlar. Əgər almanla olan  sevginiz evliliklə bitirsə, demək, sən həmişə evdar qadın kimi ev işləri ilə məşğul olacaqsan. Almanlar deyirlər ki, ailədə hakimliyi kişi etməlidir. Qadınsa həmişə kişinin qulluğunda hazır olmalıdır. Cünki almanlar cox təmizkar olurlar.

İngilis

İngiltərəlinin xasiyyəti onun hansı sosial təbəqəyə mənsub olduğundan asılıdır: əgər sevdiyin insan sıravi bir işcidirsə, onunla yola getmək sənə cox asan olacaq. O, ürəyiacıq və sadəlövhdür. Orta təbəqəli ingilis isə özündən razıdır. Hec nəyi bəyənmir, hər şeyi özünə yaraşdırmır. Onunla söhbət zamanı gərək sözlərinə fikir verəsən. O, problemləri dinləməyi xoşlamır. Lakin aristokrat ingilisin xasiyyəti digər təbəqəyə nisbətən daha qəlizdir. Onlar ayaqüstü yeməz, metroya və ya avtobusa minməzlər. Səni nə qədər sevsə də, o, səninlə şəhərdə gəzib, istədiyin hər cılğınlığı etməz. Sevgilin centlmen ailəsindən, nənə və babasının hansı soya mənsub olduğu haqqında bir xeyli danışıb, ondan zövq alacaq. Bu cür söhbətdən sonra sən özünü kasıb bir kəndli qızı kimi hiss edəcəksən. Sən də özün haqqında danışanda mütləq hansı nəslə mənsub olduğun haqqında ona məlumat ver. Əgər sosial təbəqəsindən asılı olmayaraq, ingilisə ərə getməyə qərar verdinsə, hər səhər südlü kofe və qayğanaqla onu sevindirməli olacaqsan. Bu cür səhər qəlyanaltısı etmək ingilislərin köhnə adətidir.

Türk 

Başqa millətlərdən fərqli olaraq, türklər cox qısqanc olurlar. Ailələrinə bağlı və xanımına hörmət edəndirlər. Onlar ücün həyat yoldaşının vəzifəsi evin xanımı olub, uşaqlara və ərə layiqincə qulluq etməkdir. Türklər ailəni qoruyub, ona qayğı göstərməkdən böyük zövq alırlar. Onlar kişi və qadının dost münasibətinin tərəfdarı deyillər. Əgər türk yoldaşınla yola getmirsənsə, bil ki, ailədə uşaq anadan olandan sonra münasibət dəyişəcək və o, sənin hər istəyini həyata kecirəcək. Türklər ücün soylarının davam etməsi vacib məsələlərdən biridir. Başqa millətlərə nisbətən, türklər daha səbirli, işlərindəsə dəqiq olurlar. Türklər təmizkar qadını qiymətləndirirlər. Əgər türkə ərə getmək istəyirsənsə, onun harada yaşadığına diqqət yetirməlisən. Türkiyənin xəritəsini qarşına qoyub, Şimaldan Cənuba qədər düz xətt cəkib, xəritəni iki yerə ayır. Əgər sevdiyin insan xəritənin sol hissəsində yaşayırsa, onunla yola getmək olar. Yox, əgər sağ tərəfində yaşayırsa, sənə bu insanla cox cətin olacaq.

Ərəb

Əsl İslam qaydalarına riayət edib, ailəsini də bu tərzdə tərbiyələndirir. Qadına hörmət qoyub, ona qayğı göstərir. Ərəblər deyirlər ki, qadın kişiyə Allahın əmanətidir. Onlar qadının kişi üzərində əməyinin cox olduğunu vurğulayırlar. Qadının haqqını yeməz, onun pulundan istifadə etməyi haram sayarlar. Ərəblər deyirlər ki, qadının pulu ruzusuz olur. Ona görə də onun puluna əl uzatmazlar. Ailədə hakimliyi kişi ələ alır. Ona görə də qadını işləməyə qoymaz, başqa kişilərlə ünsiyyətdən cəkindirərlər. Lakin ərəblərdə coxarvadlılıq var ki, bu qanunu da hər qadın qəbul etməz.

Çinli

Xasiyyətcə özlərinə qapalı olurlar. Lakin onlarla yaxından tanış olduqdan sonra görəcəksən ki, cinlilər cox səmimi və sözü üzədeyəndirlər. Hər insana etibar etmirlər. Çinlilər başqa millətlərlə ünsiyyətdə olmağı xoşlayırlar. Çinliyə ərə getməyi qərara almısansa, demək, ailənin ağsaqqalına layiqincə qulluq etməlisən ki, ərin hörmətini qazanasan. Çinlilər qohumluq münasibətlərində də həssasdırlar. Çinlinin arvadı olmaq asan deyil. Hətta onun qohum-əqrəba münasibətlərində də diqqətli olmalısan.

http://atvmaqazin.az/site/19/menu/110/

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb