Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


PUL, QADIN, SİYASƏT


ABŞ beynəlxalq təşkilatlarından hər hansı birindən narazı qaldımı, ortaya qadın girir.

Daha doğrusu, qadın amili ortaya atılır, beynəlxalq təşkilatın hədəfə alınmış rəhbəri barədə "tükürpədici təfərrüatlar" gündəmə gətirilir. Media işə salınır, "etibarlı mənbələrdən" sızdırılmış informasiyalar və məlumatlar çap olunur, aləm dəyir bir-birinə.

Biabır olmuş "arvadbaz" özünü müdafiə etməyə çalışır, günahsızlığı sübut etməyə hazır olduğunu söyləyir, fakt və dəlillərdən danışır.

Fəqət, gecdir.

ABŞ-ın bütün kəşfiyyat strukturalarının nəhəng potensialı, yüz minlərlə əməkdaşı ona qarşıdır.

Bir tək adam bu kütləyə qarşı nə edə bilər?

Heç nə.

Və adam rəzil edilərək atılır çölə.

Çünki ABŞ-ın maraqlarına qarşı çıxıb, "doğru olmayan" siyasət yürütməyə cəsarət göstərib.

Vaşinqtonun "dünya birliyinin maraq və mənafeləri, həqiqət, şəffaflıq" adlı otkəsən maşını da digər otlardan yüxarı qalxan "alaq ot"unu kəsir.

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Dominik Stross-Kanın da karyerasının üstündən "qadın məsələsi" xət çəkəcək deyəsən.

"The Wall Street Journal"ın son sayında dərc edilmiş məqalədə bildirilir ki, Stross-Kanla fondun macar əməkdaşı, iqtisadçı Piroska Nad arasında aşiq-məşuq əlaqələri olub. Bu biabırçılıqdan Nadın əri xəbər tutub, məsələ böyüyüb.

Dünya Bankının sabiq direktoru Pol Vulfovits də eynən belə problemlə qovulmuşdu: onun Şahə Rza adlı qadın əməkdaşı əlaqələri üzə çıxmışdı.

Əslində Dominik Stross-Kan ilə Pol Vulfovits arasında analogiyalar səthidir və onların şəxsi həyatı ilə əsla bağlı hesab edilməməlidir.

Bu zavallıların yeganə problemi odur ki, onlar peşəkarlıq, ustalıq, beynəlxalq maliyyə təşkilatlarının missiyaları və iş prinsiplərini anlamaq baxımından tutduqları vəzifələrə cavab vermirdilər.

Yəni adamlar dünyada "aparıcı və rəhbər qüvvə" olan dövlətin maraqları ilə yaşanan problemlər arasında tənzimlənmiş tarazlıq qura bilmirlər.

Stross-Kanla bağlı vəziyyətdə daha bir problem Fransanın sabiq maliyyə nazirinə BVF prezidenti olmağa imkan vermiş qüsurlu seçkilər sistemidir.

İspan Rodrigo Ratonun fondun icraçı direktoru postunu vaxtından əvvəl tərk etməsindən sonra sual yaranmışdı.

Əcəba, bundan sonra da BVF postuna Avropanın vahid namizədi təyin ediləcək, yoxsa coğrafi və milli mənsubiyyət amili nəzərə alınmamaq şərtilə namizədlərin fərdi məziyyətləri ön plana çəkiləcək?

Fransa prezidenti Nikolya Sarkozi əlindən gələni etdi ki, Stross-Kan BVF-in rəhbəri seçilsin. İstəyini reallaşdırmaq üçün Kana diplomatik və digər resurslardan tam istifadə imkanı yaradan hiyləgər Sarkozi bu minvalla Sosialist Partiyasının populyar liderlərindən və gələcək prezident seçkilərindən potensial rəqiblərindən birini daxili siyasət səhnəsindən kənarlaşdırdı.

Şərqi Avropa ölkələri isə Çexiyanın sabiq baş naziri və Mərkəzi Bankının keçmiş sədri Yozef Toşovskinin namizədliyini irəli sürmüşdü.

Dominik Stross-Kaan BVF rəhbəri postuna uyğun namizəd deyildi və bunu gördük.

BVF indi nə etməlidir?

Təşkilat ya rəhbərinin bütün dövlətlər tərəfindən seçildiyi qlobal təhkilata dönməli, ya da Avropanın nüfuz və təsir qırıntılarını saxlamağa çalışdığı marionetka qurum kimi qalmalıdır.

Stross-Kanın indiyədək gördüyü işlər də ciddi təsir bağışlamır, çünki hamısı bəyannamə və istək səviyyəsindədir.

İnkişaf etməkdə olan dövlətlərin nümayəndəliklərini artırmaq üçün təşkilat daxilində səhmdar kvotaları ilə bağlı islahatlar, fondun öz vəsaitlərinə qənaət uğrunda kampaniya və ən nəhayət, qlobal maliyyə böhranı şəraitində dünya maliyyə sisteminin islahatlarında "lokomotiv" rolunu oynamaq cəhdi.

Kvotalar islahatı fıs çıxdı.

Fondun strukturundakı dəyişikliklər və onun xərclərinin azaldılması peşəkarların BVF-i tərk etməsi, fondun da ən yaxşı ağılları işə cəlb edən struktur təki nüfuzunun puç olması ilə nəticələndi.

Və ən nəhayət, qlobal maliyyə istalahatları müstəvisində Paris və onun təmsilçisi Stross-Kan hələ ki, bolluca danışır, amma konkret iş gözə dəymir.

Dominik Stross-Kan bundan sonra postunda qalsa belə, onun gəvəzə adam kimi tanınması, peşəkarlar tərəfindən qəbul edilməməsi, fond əməkdaşlarının inamsızlığı fransızın gedişini labüd əmələ döndərəcək.

Belə getsə, yaxın vaxtlarda Stross-Kanın yeni macəraları da üzə çıxarılasıdır.

Söz ABŞ-dadır.

 

Həsən AĞACAN

hasanagacan@mail.ru

http://www.express.com.az/second.asp?id=109415

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb