Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


“TARİXİN AXARINI DƏYİŞƏN QADINLAR”: KRALİÇA I YELİZAVETA “ZƏİF QADIN OLDUĞUMU BİLİRƏM” (2) (1533-1603)


Yelizavetanın onun taxta çıxarılmasında önəmli rolu olan İspaniya kralı Filiplə ilk dövrlərdə münasibətləri olduqca yaxşı idi.

Lakin 1560-cı ildə protestant məzhəbinə xidmət edən Hollandiya İspaniya işğalına qarşı ayağa qalxdı və bu mübarizədə Yelizaveta hollandlara dəstək verdi. Bundan sonra Yelizaveta ilə kral Filippin arası dəydi. Nəticədə, İngiltərə ilə İspaniya arasında münasibətlər gərginləşdi.1588-ci ildə iki ölkə arasında münasibətlər artıq müharibə həddinə çatmışdı. Əslində İngiltərə ilə İspaniya arasındakı münasibətlərin gərginləşməsində kral Filippin günahı kifayət qədər böyük idi. Belə ki, İspaniya kralı israrla Yelizavetaya evlənmək təklifi edir və bunun üçün ona hətta psixoloji təzyiqlər göstərməkdən belə əl çəkmirdi. Əslində kral Filipp bu istəklə İngiltərə taxt-tacına göz dikmişdi və bu yolla adıçəkilən ölkəni daim öz nəzarəti altında saxlamaq istəyirdi. Bunu Yelizaveta da yaxşı başa düşürdü və ona görə də Filippdən gələn təhlükəni aradan qaldırmaq üçün əl altından məşhur dəniz quldurları Con Havkins və Frensis Drake vasitəsilə İspaniyanın ticarət gəmilərinə hücumlar etdirir və onları taladaraq ölkəsinin xəzinəsini doldurtdururdu. İspaniyalılar tərəfindən dünyanın baş qulduru adı verilən həmin dəniz quldurlarının başına kral Filipp tərəfindən 10 milyon dollar qoyulmuşdu. Filippin digər məqsədi isə İngiltərəni katolik ölkəsi halına gətirmək, eyni zamanda sözə baxmayan Yelizavetanı taxtdan salaraq, onun yerinə öz vassalını hakimiyyətə gətirmək idi. Çünki Yelizaveta onun evlənmək təklifini qəbul etməyərək ispaniyalıların düşmənlərini onun üzərinə qaldırırdı. Vaxtilə Meri ilə evlənərək bir müddət İngiltərəni nəzarəti altında saxlayan Filipp hələ də ingilislər üzərində siyasi təsirini qoruyub saxlamaq niyyətindən əl çəkməmişdi. Nəhayət Filipp qəti qərar qəbul edərək İngiltərəyə müharibə elan etdi. 1588-ci ilin mayında Filipp 130 gəmidən və 30 min əsgərdən ibarət böyük bir qüvvə ilə İngiltərə üzərinə hücum etdi. İngilislər Filippin bu zəhmli donanması qarşısında təşvişə düşmüşdülər və nə edəcəklərini bilmirdilər. Yalnız Yelizaveta öz təmkinini qoruyub saxlamağa çalışırdı. O, hərbi paltar geyinərək at üzərinə qalxdı və əsgərlərinə bu tarixi sözləri söylədi: "Bilirəm, mən zəif bir qadınam və bu amili yaxşı anlayıram. Amma mən həm də ingilis kraliçasıyam və kral cəsarətinə malikəm". Onun bu sözləri ingilis əsgərlərinə sanki yeni bir ruh verdi. Dənizdə döyüş zamanı ingilislər ispanların arxayınçılığından istifadə edərək, onlara gözlənilməz istiqamətlərdən hücumlarla düşmənlərinə böyük tələfat verirdilər. Yelizavetanın belə bir döyüş taktikası və bir də həmin vaxt dənizdə qalxan güclü fırtına ispan donanmasının darmadağın edilməsi ilə nəticələndi. Bu qələbə Yelizavetanın şöhrətini daha da artırdı və İngiltərənin dünya hökmranlığına gedən yolunu açdı.

Yelizaveta Osmanlının himayəsində idi

Yelizaveta şöhrətinin zirvəsində olduğu vaxtda belə, arxasını söykədiyi bir dövlət vardı. Bu dövlət Osmanlı idi. Bu gün ingilislər həmin faktın üstündən  nə qədər sükutla keçməyə çalışsalar da, Yelizavetanın Osmanlının himayəsində olduğu və İspaniyaya qarşı mübarizədə ondan yardım aldığı barədə təkzib edilməsi mümkün olmayan faktlar var.

İspanlar İngiltərəni katolik ölkəsinə çevirmək istəyirdilər. Osmanlı isə katoliklərə qarşı mübarizə aparan protestantları dəstəkləyirdi. İngiltərə protestantların əsas dayaq mərkəzi olduğundan Osmanlı onlara müxtəlif yollarla dəstək verirdi. Bölgədəki dənizləri nəzarət altında saxlayan Osmanlı İspaniya donanması ilə müqayisədə o dövrdə hələ zəif olan ingilis donanmasına Aralıq dənizindəki limanlarına da sərbəst daxil olmaq və orada problem olmadan alış-veriş etmək icazəsi vermişdi. Bununla əlaqədar Yelizavetaya məlumat verilmişdi. İspanların ingilislərə qarşı mübarizədə Osmanlıdan istifadə etmək istəyinə isə o dövrdə ölkəni idarə edən Sultan II Murad rədd cavabı vermişdi. O, 1583-cü il, mart ayının 26-da Yelizavetanın xüsusi nümayəndəsi Vilyam Harborna İstanbulda İngiltərənin səfiri kimi fəaliyyət göstərməsinə icazə verdi. Yelizaveta da buna minnətdarlıq əlaməti olaraq, Sultan Muradın anası Nurbanu sultana, həyat yoldaşı Səviyə sultana, vəzirlərə, dənizlər kapitanı kimi məşhur olan Kılıc Əli Paşaya hədiyyələr göndərirdi. Sultan Murad isə Yelizavetaya yazdığı məktublarda katolikləri bütpərəstlər adlandırırdı. Sultan Yelizavetaya göndərdiyi məktublarında onların Osmanlının himayəsində olduqlarını və bundan sonra hər zaman ingilislərin yanında olacaqlarını vurğulayırdı. İngilis donanması İspaniya donanması ilə şidddətli döyüşlər apararkən, Osmanlı Aralıq dənizində İspaniya hərbi gəmilərinin bir qisminə hərəkət etməyə imkan verməyərək, Yelizavetanın kral Filipp üzərində qələbə çalmasına yardım etmişdi.

Yelizaveta ölkəsini sevən bir kraliça idi və ondan əvvəl heç kim ingilislərə münasibətdə özünü kraliça deyil, ana kimi aparmamışdı. Onun ölkənin gələcəyi ilə bağlı verdiyi hər qərar həmişə yerinə düşürdü. Təsadüfi deyil ki, məhz onun ölkəni ağıl və məntiqlə idarə etməsi nəticəsində İngiltərə İspaniyanın yedəyində getməkdən xilas olaraq, zəngin və inkişaf etmiş, eyni zamanda hərbi yöndən güclü bir dövlətə çevrildi. Necə deyərlər, onun İngiltərəni idarə etdiyi dövr ingilis tarixinə "qızıl əsr" adı ilə düşdü. 1558-ci ildə taxta çıxdığı zaman İngiltərə məzhəb savaşları içində çırpınan, dağıdılmış və viranə qalmış zəif bir ölkə idi. Ölümündən əvvəl isə İngiltərə dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilmişdi.

"Qızıl əsr"də nələr oldu?

Yelizavetanın İngiltərəni idarə etdiyi illərdə Avropa intibah dövrünü yaşayırdı və bu, ölkədə də öz əks-sədasını vermişdi. İngiltərədə ədəbiyyat, elm və incəsənət inkişaf etmiş, Vilyam Şekspir kimi dünyaşöhrətli söz ustaları yetişmişdi. Yelizaveta iqtisadi, siyasi, hərbi, elm və incəsənət sahəsində də ölkənin inkişaf etməsinə nail olmuşdu. O, işgəncələri aradan qaldırmış, yalnız dövlətə xəyanət üstündə günahlandırılanların edam edilməsinə icazə vermişdi.

O, kəndlilərin hüquqlarının qorunması üçün bir sıra tədbirlər həyata keçirmişdi. Qadınların cəmiyyətin tamhüquqlu üzvü ola bilməsi üçün əlindən gələni edən Yelizaveta bununla da onların bəzilərinin cadugərlikdə günahlandırılmasının qarşısını ala bildi. Bu da tezliklə ingilis qadınının Avropanın ən elmli, mədəni qadınlarından birinə çevrilməsində mühüm rol oynadı.

Yelizaveta dövründə ingilislər dənizdə hakim bir millətə çevrildilər. Yelizavetanın razılığı ilə adı dəniz quldurları sırasında çəkilən Frensis Drake dünyanın ətrafını dolanmış, dənizçi Martin Frobser qütbə qədər gedib çıxmışdı.  Şimali Amerikada ilk ingilis məskənlərinin salınması da Yelizavetanın adı ilə bağlıdır. Onun elmə verdiyi əhəmiyyət dünyaşöhrətli Nyuton kimi məşhur bir fizikin yetişməsində önəmli rol oynadı.

1602-ci ilin qışının sonunda Yelizaveta ağır xəstələndi. Həkimlər zorla onu yataq həyatında fəaliyyətini davam etdirməyə məcbur etmək istəyirdilər. O, isə xəstəliyinin keçib gedəcəyinə inanaraq yatağa girmək istəmirdi. Çünki ömrü boyu ayaq üstdə ölkəsini idarə etməyə vərdiş etmişdi. Uzun sürən xəstəlikdən sonra 1603-cü il, mart ayının 24-də Yelizaveta dərin yuxuya getdi və elə yuxuda ikən də vəfat etdi. Onun ölümü  İngiltərədə göz yaşları ilə qarşılandı. 1603-cü il, aprel ayının 28-də kraliça təntənəli şəkildə dəfn edildi.

www.zaman.az

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb