Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


DÖVLƏT UŞAQ MÜƏSSİSƏLƏRİNDƏ TƏRBİYƏ ALAN UŞAQLAR AİLƏLƏRƏ NECƏ VERİLƏCƏK


 Günün tələbi və mövcud reallıqlar

 Uşaqlar bu dünyanın sevincidir, deyilsə də bəzən çoxlarına sevinc bəxş edən bu varlıqlar özləri ilə bərabər problemlər də gətirir. Bu problemlər bəzən o qədər geniş vüsət alır ki, valideynlik məsuliyyətini və digər bu kimi məsələləri unudan ata-analar özlərini dövlət uşaq müəssisələrinin qapısı ağzında görürlər. Statistik rəqəmlər də onu göstərir ki, burada təhsil alan uşaqların çox az bir qismini hər iki valideynini itirən uşaqlar təşkil edir. Amma artıq dövlətin həyata keçirəcəyi layihələr çərçivəsində bu cür uşaqların bioloji ailələlərə verilməsi reallığa çevriləcək. Bu günlərdə dövlət uşaq müəssisələrində yaşayan uşaqların ailələrə verilməsi və ya onlar üçün alternativ qayğının yaradılmasına xidmət edəcək Baş Planın 2009-cu il üçün olan fəaliyyət planı təqdim olundu. Təhsil Nazirliyinin UNİCEF-lə əməkdaşlığı sayəsində reallaşan bu planda ailələrin uşaqlara verilməsini reallaşdırmaq üçün bir çox məsələlər öz əksini tapıb. Təhsil naziri Misir Mərdanov özü etiraf etdi ki, yaxın illər ərzində həyata keçirmək istədikləri bu işlər barədə ictimaiyyətin demək olar ki, məlumatı yoxdur. Nazir 2009-cu ildə həyata keçiriləcək proseslərlə bağlı ictimayyəti geniş şəkildə məlumatlandırmağın vacib olduğunu vurğulayıb. UNİCEF-in Bakıdakı rəsmi nümayəndəsi isə bildirdi ki, bu  məsələlərlə bağlı uşaqlar özləri də məlumatlandırılmalı, onların rəyləri, arzu və istəkləri nəzərə alınmalıdır. Onun sözlərinə görə, bu proqram birbaşa onlarla bağlı olduğuna görə keçirilən tədbirlərə uşaqlar mütləq dəvət almalıdır.

Risk qrupunda olan uşaqlar

Birgə əməkdaşlıq çərçivəsində yaradılan planın bir çox məqsədləri var. Planın əsas rolu müəssisələrdə həyata keçiriləcək dəyişikliklər üçün hədəfləri planlaşdırmaq, amil və tərəflərin fəaliyyətini müəyyənləşdirməkdən ibarətdir. Transformasiya planında qeyd olunur ki, plan müəssisələrdə olan uşaqların sayının azalmasına və müəssisənin tərk edilməsinə yönələn "geyt-kipinq" sisteminin gücləndirilməsi nəticəsində həyata keçirilə bilər. Eyni zamanda sosial müdafiəsi zəif olan uşaqlar alternativ xidmətlərə, xüsusi təhsilə ehtiyacı olanlar inkluziv təhsilə cəlb olunmalıdır. Baş Plan onu həyata keçirəcək tərəfləri (nazirlikləri) tövsiyələrlə təmin edir. Tərəflər risk qrupunda olan ailələr və uşaqlar üçün xidmətlərin təşkilinin təmin edilməsinə, hər bir uşağın fərdi olaraq sosial xidmətlərə cəlb olunmasına məsuliyyət daşıyır. Qeyd edək ki, planın hədəfə aldığı əsas qruplar müəssisəyə yerləşdirilmiş və ya yerləşdirilmək təhlükəsində olan uşaqlardır. Burada göstərilir ki, risk qrupunda olan ailə və uşaqlar üçün verilən müavinətlərin məbləği artırılmalıdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri ehtiyaclarına uyğun sosial yardımla təmin olunmalıdır. Təbii ki, ayrılacaq vəsaitlərin doğru xərclənməsi burada ən əhəmiyyətli məsələlərdən hesab olunmalıdır. Planda bu nəzərə alınır. Müavinətlərin təyinatı üzrə xərcələnməsinə nəzarət və monitorinqi həyata keçirən qurumun yaradılmasının vacibliyi də öz əksini tapıb. Risk qrupuna daxil olan ailə və uşaqların hal-hazırda onlara sərf olunan maddi vəsaitlə müqayisədə nisbətən daha münasib qiymətə yüksək keyfiyyətli xidmətlərlə təmin olunması nəzərdə tutulur. 2008-ci ildə dövlət uşaq müəssisələrində aparılan qiymətləndirmə zamanı əldə olunan məlumata görə, uşaqların ümumi sayı 14389 nəfər olan 55 dövlət uşaq müəssisəsi mövcuddur. Müəssisələrin 6-da uşaqlar gecələmir, sadəcə təhsil alır. 49 dövlət müəssisəsində təhsil alan 11766 uşaqdan yalnız 4055-i müəssisədə gecələyir. Qeyd edək ki, transformasiya prsesinin uzun müddətə nəzərdə tutulduğu müəssisələr əsasən daimi olaraq müəssisədə qalan uşaqların sayının çox olduğu məktəblər, alternativi olmadığınıdan şagird qəbulunun dayandırılması mümkün olmayan yerlərdir. Ağır formada qüsurları və ya əlilliyi olan və ya hər iki valideynini itirmişlər üçün olan xüsusi müəssisələrdə taransformasiya 5 ilə və daha artıq müddətə nəzərdə tutulur.

Hüquqi baza təkmilləşdirilməlidir

 İcrası bir ilə planlaşdırılan tədbirlərdə planda təqdim olunan yeni tip müəssisələrdən başqa qalan bütün internat məktəblərinin açılmasına qadağa qoymaq, daimi olaraq müəssisədə yaşayan uşaqları olmayan məktəbləri günərzi qayğı xidmətləri ilə təmin edən ümumtəhsil məktəblərinə çevirmək, günərzi mərkəzini müəssisənin tərkibində və yaxud yaxınlığında təşkil etmək nəzərdə tutulur. Bundan başqa kiçik qrup evlərin inkişaf etdirilməsi, müəssisəni tərk edən və evi olmayan uşaqları yaşayış yeri ilə təmin etmək, ailəsi olmayan orta və ağır əqli qüsurlu uşaqları və gəncləri yaşayış yeri ilə təmin etmək nəzərdə tutulur. Həmçinin alternativ qayğı xidmətlərinin inkişaf etdirilməsi üçün övladlığa götürmə prosedurlarının təkmilləşdirilməsi nəzərdə tutulur. Övladlığa götürülən uşaqların məlumat bazasının yaradılması, övladlığa götürən ailələrə dəstək verilməsi, uşağın mənafeyinə uyğun övladlığa götürən ailənin seçilməsi, qəyyum və genişlənmiş ailəni möhkəmləndirmək, foster qayğı xidmətlərini inkişaf etdirmək, işə cəlb etmək və digər məsələlər də həyata keçiriləcək. Bu il nəzərdə tutulan fəaliyyət çərçivəsində pilot layihəyə cəlb ediləcək rayonların və dövlət uşaq müəssisələrinin seçilməsi və orada yaşayan uşaqların və onların ailələrinin qiymətləndirilməsi, eləcə də pilot rayonlarda Uşaq Müdafiə Departamentinin yaradılması və burada işləyəcək insanlara təlimlərin keçirilməsi nəzərdə tutulub. Millət vəkili Hadı Rəcəbli və təhsil naziri Misir Mərdanovun bu proseslə bağlı  vurğuladığı əsas məqamlardan biri də uşaq müdafiə sisteminin yaradılması ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı olub. Bu il uşaqların ailələrə verilməsi ilə bağlı müvafiq normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması nəzərdə tutulub. Qeyd edək ki, nəzərdə tutulan əsas amillərdən biri də "Uşaq müdafiə sistemi" çərçivəsində ailələrə verilən uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövrü monitorinq sisteminin hazırlanması ilə bağlıdır. Pilot layihə üçün nəzərdə tulan rayonlarda uşaqlar üçün icma əsaslı sosial xidmət mərkəzlərinin beynəlxalq standartlara uyğun nümunəvi əsasnaməsinin hazırlanması, eləcə də bu cür rayonlarda uşaqlar üçün icma əsaslı sosial xidmət mərkəzlərinin yaradılması da nəzərdə tutulub. Layihə çərçivəsində əqli və fiziki cəhətdən qüsurlu uşaqlar üçün 7 saylı internat məktəbinin pedaqoji heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə treninq və seminarlar keçirilməsi nəzərdə tutulub. Türkiyə və Gürcüstanın təcrübəsini öyrənmək məqsədilə təlim səfərləri təşkil olunacaq. 7 saylı internat məktəbinin 191 uşağı üçün fərdi təlim və qayğı planları hazırlanacaq. 2009-2011-ci illər ərzində tarnsformasiyası nəzərdə tutulan müəssisələrin tipinin dəyişdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi  reallaşacaq. Belə ki, Goranboy, Gəncə və Bərdə ümumtəhsil internat məktəblərinin yeni tipli müəssisəyə tarnsformasiya olması nəzərdə tutulub. Proqram çərçivəsində bu məktəblərdə yaşayan 103 uşaq üçün fərdi qayğı planı hazırlanacaq. Şəki şəhər qarışıq tipli uşaq evi, Quba xüsusi peşə məktəbi, Quba xüsusi internat məktəbi və nitqi qüsurlu uşaqlar üçün olan 14 saylı internat məktəbinin də Günərzi Qayğı Mərkəzinə transformasiya olunması məqsədilə bir sıra işlər həyata keçiriləcək. Bundan başqa Şəki, Sumqayıt, Balakən, Lerik, Salyan, Siyəzən və eləcə də, Bakı şəhərində yerləşən bir sıra məktəblərin yeni tipli müəssisəyə çevrilməsi üçün trasformasiya planı hazırlanacaq. Müəssisələrdə yaşayan 374 uşaq üçün fərdi qayğı planı hazırlanacaq. Təbii ki, dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi ilə bağlı təbliğat kampaniyasına başlanılması da gələn il üçün nəzərdə tutulan işlərdən biridir. Bu məqsədlə jurnalistlər üçün proqramla bağlı olan təlimlər keçiriləcək. Qeyd olunduğu kimi bu işdə əsas olan uşaq müdafiə sisteminin yaradılmasıdır.

Küçə uşaqları və ya küçələrin uşaqları

 Milli ekspert Nabil Seyidov dünya ölkələrində olan vəziyyəti və dinamik inkişafda olan uşaq müdafiə sistemlərini təhlil edib və belə bir nəticəyə gəlib ki, səmərəli müdafiə sistemini yaratmaq üçün ölkədə pərakəndə şəklində fəaliyyət göstərən uşaq xidmətləri və qurumlarının inteqrasiyası vacibdir. Yerlərdə olan real problemlərin aradan qaldırılması üçün fəaliyyətin məhz rayon səviyyəsində qurulması, uşaq hüquqlarını mükəmməl şəkildə bilən və uşaqların müdafiəsinin təmin edilməsi sahəsində geniş bilik və bacarıqlara malik olan peşəkarların olması vacibdir. Eləcə də uşaqlara və onların ailərinə dəstəyin təmin edilməsi üçün icma əsaslı müxtəlif xidmətlərin qurulması, vətəndaş cəmiyyəti qurumları və KİV-lə geniş partnyorluğun qurulması və dəstəklənməsi lazımdır. Nabil Seyidov hesab edir ki, mövcud olan statistik rəqəmlər uşaqların müdafiəsi sisteminin təkmilləşdirilməsinə ehtiyac yaradır. Belə ki, hazırda 15000-ə yaxın uşaq dövlət müəssiələrində tərbiyə alır. Hər il DİN orqanları tərəfindən 4500-ə yaxın uşaq qeydiyyata alınır. 2000-dən artıq uşaq küçədə işləyir və ya yaşayır. 49000-ə yaxın əlilliyi olan uşaqların əksəriyyəti təhsilə cəlb olunmur. Uşaqlara qarşı olan zorakılıq, cinsi zorakılıq, istismar, uşaq alveri kimi problemlər xeyli sayda uşağın həyatına təsir göstərir. Eləcə də xeyli sayda uşağın əməyi gündəlik həyatda istimar olunur. Nabil Seyidovun sözlərinə görə, hazırda ölkədə uşaq müdafiə sistemini təşkil edən mərkəzlərdə-yetkinlik yaşına çatmayanlarla iş və hüquqlarının müdafiəsi üzrə Komissiya, qəyyumluq və Himayədarlıq orqanı, Psixo-Tibbi-Pedaqoji Komissiyada aparılan araşdırmalar göstərib ki, adı çəkilən qurumlar öz fəaliyyətlərini səmərəli şəkildə qura və üzərlərinə düşən vəzifəni düzgün şəkildə yerinə yetirə bilmir.

                                                                                                                                                                  Aygün

http://www.olaylar.az/?newsid=1227609243

      

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb