Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AİLƏDAXİLİ ZORAKILIQ VƏ QƏTLLƏR NİYƏ ARTIR?


2008112603_120Mütəxəssislər bunun bir çox səbəbləri olduğunu bildirirlər

"Qadınlara qarşı zorakılığa son qoyulmasına yardım etmək üçün biz hamımız - kişilər və qadınlar, əsgərlər və sülhməramlılar, vətəndaşlar və liderlər məsuliyyət daşıyırıq. Hər bir dövlət zorakılığın qarşısını almaq, təqsirkarları məsuliyyətə cəlb etmək və qurbanların hüquqi müdafiəsini təmin etmək kimi öhdəliklərini yerinə yetirməlidir".

BMT-nin baş katibi Pan Gi Munun 25 noyabr - Qadınlara qarşı zorakılığın aradan qaldırılması günü münasibətilə dünya ölkələrinə müraciətindən

Müasir dövrdə zorakılıq hallarının yayılması bəşəriyyətin bütün şüurlu təbəqəsini narahat edən aktual problemlərdəndir. Dünyanın müxtəlif ərazilərində müharibələrin hələ də davam etməsi, insan ölümü ilə müşahidə edilən cinayətlərin artımı, terror, zorlama və silahlı basqın halları bizi daima narahat edir. Dünyanın hansı nöqtəsində baş verməsindən asılı olmayaraq, qeyd edilən problemlərlə bağlı yayılan məlumatlar narahatlıq doğurur.

İnsanların bir-birini öldürməsi barədə statistik rəqəmlər problemin kəskinliyini diqqətə çatdırır.

Problemlərdən evə sığınırıq, amma...

Dünyada və yaşadığımız cəmiyyətdə baş verən hadisələrdən etibarlı sığınacaq yeri kimi öz evimizə sığınırıq. O ev ki, orada bizi, sevdiymiz insanlar - ailəmiz gözləyir. Bütün stresslərdən, qorxulardan azad olmaq üçün məhz ora üz tuturuq. Biz öz yaxınlarımızdan dəstək və məhəbbət gözləyirik.

Lakin bir çox insanların bu istəyi arzu olaraq qalır. Çünki onların dəstək və sevgi görmək istədiyi yaxınları əslində onlar üçün təhlükə mənbəyinə çevrilir. 60 milyon qız uşağının hələ doğulmadan məhv edlməsi qadınlara qarşı zorakılığın ilkin əlamətini büruzə verir. Belə ki, hamilə vaxtı uşağın cinsini (çox vaxt qız olmasını) müəyyən edən valideyn onu oğlan uşağına nisbətən lazımsız hesab edərək, elə bətndəcə məhv edir. Hər il Azərbaycanda yaşları 17-43 arasında olan 100 qadın döyülməkdən ya şikəst olur, ya da dünyalarını dəyişirlər. Bu, Azərbaycanda müalicəsi mümkünsüz xəstəliklərdən dolayı vəfat edən və ya yol-nəqliyyat qəzalarında həlak olan qadınların sayından çoxdur.

Azərbaycanda həlak olan qadınların 73%-i ərləri və ya qanunsuz nikahda olduqları kişilər tərəfindən öldürülür. Hər il 4 minə yaxın qadın evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın isə hər gün zərbələrə tuş gəlir. Qadınların 28%-i ərləri tərəfindən mütəmadi olaraq döyülür. Ölkədəki ailələrin 40%-də ər, heç olmasa, bir dəfə arvadını döyüb. Təəssüf ki, Azərbaycanda qadınların döyülməsi ilə bağlı kişilərin 52%-i hesab edir ki, «qadın döyülürsə, deməli, buna layiq nəsə edib». Qadınların 24%-i də bu yaramaz düşüncəni paylaşır. Yeniyetmə qızların 17%-i mütəmadı depressiyalara mübtəla olur. Həmin qızların 3%-i nə zamansa intihar edə biləcəyini istisna etməyib. Tədqiqatlar onu da göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür. Döyülən qadınların 45%-i ərinin fiziki təzyiqlərinə məruz qaldığı vaxt ya hamilə, ya da azyaşlı uşaq anası olub. Qadınların 90%-i ya öz valideynlərinin, ya da qohumlarının arasında yaşanan «ailə haqq-hesab»larının şahidi olublar. Azərbaycanlı qadınların 36%-i onlara nə zamansa əl qaldırmış ərlərinə bu və digər formada haqq qazandırırlar.

Ailədaxili münaqişələr zamanı 17 qadın ölüb, 14 qadın isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məişət zəminində baş verən cinayətlərin 60%-i uşaq və yeniyetmələrin gözü qarşısında törədilir. Bu isə sonradan uşaqların fiziki və psixi inkişafına mənfi təsir göstərir. Onu da qeyd edək ki, ailədə zorakılıq cinayətlərinin analizi göstərir ki, cinayətkarların 68,5%-i zorakılığın hökm sürdüyü ailələrdə böyümüşlər. Valideynlə övlad arasında baş verən zorakılıq halları ilə bağlı il ərzində 6 fakt qeydə alınıb. 30 ailədaxili münaqişə qadınların yaxınları tərəfindən (atası, qardaşı, digər qohumları) törədilib. Üstünlük təşkil edən hadisələr bacı və qardaş arasında baş verən hadisələrdir. Baş vermiş hadisələrin əksəriyyəti, yəni 60 %-i ölümlə nəticələnib.

Qadınlara qarşı zorakılıq hallarının monitorinqini təəssüf ki, Azərbaycanın bölgələrində aparmaq olmur. Buna səbəb qəzetlərin regionlarla əlaqələrinin zəif olması və ya informasiyanın alınmasında, ötürülməsində yaranan süni maneələrdir. Diqqəti digər məsələyə də yönəltmək istərdik. Son aylar ərzində hamilə qadınların döyülərək və ya əvvəlcədən planlaşdırılmış şəkildə öldürülməsi hallarının sayı artıb. Bunların arasında qısqanclıq (3 nəfər) nəticəsində və cinayəti ört-basdır etmək (5 nəfər), tamahkarlıq (1 nəfər) və digər səbəblərdən öldürülən qadınlar var. Ümumilikdə hamilə ikən öldürülən qadınların sayı 11 nəfərdir. 7 qadının öldürülməsinin əsas səbəbi isə... onların hamilə olmasıdır. Bu qadınları qeyri-qanuni hamiləlik faktı ilə barışmadıqları üçün vətəndaş nikahında yaşadıqları məşuqları öldürüb.

Sosioloq: «Telekanallardan, seriallardan aşılanan aqressiya, zorakılıq, ailədaxili qarşıdurmalar insanların psixologiyasına birbaşa təsir edir»

Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri, ilahiyyatçı alim, sosioloq Hacı İlqar İbrahimoğlu hesab edir ki, ailə daxilində törədilən qətllər daim mövcud olub: «Sadəcə, son vaxtlar bu qətllərin üstünün açılması daha kütəvi şəkil almağa başlayıb. Üstəlik, əvvəlki illərdən fərqli olaraq, bu hadisələr mətbuatda və televiziyada daha çox işıqlandırılır. Bu məsələ sosioloqların, araşdırmaçıların tədqiqat mövzusu olmalıdır ki, araşdırıb nəticələri müqayisə etsinlər». İ.İbrahimoğlunun fikrincə, bu halların çoxsaylı olması birmənalı olaraq onu göstərir ki, hazırkı durumumuzda toplumda, ailə quruluşunda kifayət qədər harmonik ab-hava yoxdur: «Son illər bu daha da şiddətlənib. Xüsusilə bu hadisələrin nəticəsi olaraq boşanmaların sayının artması bunun göstəricisidir. Səhərdən axşamacan müxtəlif telekanallardan aşılanan aqressiya, zorakılıq, ailədaxili qarşıdurmalar insanların psixologiyasına birbaşa təsir edir. Telekanallarda göstərilən seriallar bilavasitə aillərin daxilinə nüfuz edir. Hazırda çoxsaylı insanlar öz həyatlarını yaşamırlar, hansısa teleserialların qəhrəmanlarını öz həyatlarında canlandırırlar. Bu kimi halların qarşısının almaq üçün kompleks tədbirlər görülməli, ən əsası isə mənəviyyat mövzusunda kifayət qədər maarifləndirmə işi aparılmalıdır».

İlahiyyatçı alim qeyd edir ki, İslamda, ümumiyyətlə, insanın qanı möhtərəmdir və ən ciddi mövzulardan birdir: «İnsan öldürmək isə ən böyük günahlardan, haram işlərdən biridir. Ölkədə bu sahədə olan kifayət qədər çatışmazlıqlar günaha batan insanların sayını günbəgün artırmaqdadır".

Psixoloq: «İnsanların sosial-psixoloji durumunda aqressivlik artıb»

Psixoloq Azad İsazadə bildirir ki, ailə daxilində baş verən qətllərin müxtəlif səbəbləri olur: «Bu, normal adekvat reaksiya deyil, əksinə, qeyr-adekvat reaksiyadır ki, ailə üzvləri səbəbdən asılı olmayaraq bir-birini öldürməyə cəhd göstərir. Bu hallar ailədə olan insanların ruhi pozuntularından tutmuş, narkomaniya da daxil olmaqla hansısa xəstəliklərdən də qaynaqlana bilər. Adətən, bu hallar individual formada məhkəmələrdə mütəmadi olaraq araşdırılır. Hətta biz belə hallarla da qarşılaşmışıq ki, ailə zorakılığına məruz qalan qurban - bu, daha çox qadın olur - özünü və ya uşaqlarını qorumaq üçün yoldaşına ağır xəsarət yetirir və nəticədə ölüm faktı törənir».

Ancaq A.İsazadə televiziyanın qətllərə birbaşa təsir etdiyini dühünmür: «Ola bilər, dolayı təsir olsun, amma bu, nəticə demək deyil. Sadəcə, normal sinir sistemi olmayan insan bu serialların qurbanı ola bilər. Biz çoxsaylı seriallara baxanda görürük ki, cinayət törədən insanı tutub işgəncələr verir, tokla, küt alətlərlə zərbələr endirilər. O zaman bu seriala baxan insan ondan ibrət götürməli, cinayətdən uzaq qaçmalıdır».

Psixoloqun dediyinə görə, hazırda insanların sosial-psixoloji durumunda aqressivlik artıb: «Küçədə də görürük ki, camaat bir-biri ilə yarı sözdən dava edir, kiçik bir hadisəyə böyük bir partlayışla cavab verirlər. Bu hallar daha çox sürücülər və sərnişinlərdə özünü qabarıq biruzə verir. Ümumiyyətlə, cəmiyyədə aqressivlik çoxalanda bu, son nəticədə həddini aşa da bilər. Digər problem isə ailələrdə təlim-tərbiyə işinin düzgün qurulmamasıdır ki, bu da uşaq psixologiyasına güclü zərbə vurur. Xüsusilə oğlan uşaqları müəyyən yaş dövrünə çatdıqdan sonra uçuruma yuvarlanırlar. Əlbəttə, atası cinayət törətmiş uşağın gələcəkdə ailə daxilində cinayət törətmə riski daha yüksəkdir».

Genetik: «Cinayətkarlıqda gen birbaşa rol oynamır»

Genetik Kamilə Dadaşovanın sözlərinə görə, ailə daxilində baş verən qətlləri törədən insanların genində cinayət törətməsinə dəlalət edən xüsusi gen fəaliyyət göstərmir: «Əvvəllər belə bir nəzəriyyə mövcud idi, ancaq uzun araşdırmalardan sonra bu fakt tam sübuta yetirilmədi. Ümumiyyətlə, cinayətkarlıqda gen birbaşa rol oynamır, dolayı yolla təsir edə bilər ki, hər hansı sinir xəstəliyi olan insanın son nəticədə ruhi pozuntuları olur və o, kimisə qətlə yetirir. Bunun başlıca səbəbi ailədə psixoloji vəziyyətin normada olmamasıdır. İndiki ailələrimizdə bu fakt göz önündədir ki, ailələrin çoxu psixoloji problemlər yaşayır. Bunun başlıca səbəbi ailədə maddi vəziyyətin aşağı olması və cəmiyyətdə sosial problemlərin kütləvi şəkildə çoxalmasıdır».

Vüsalə Abbasova

www.bizimyol.az

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb