Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


ƏXLAQSIZ QADINLAR


Onlar sözün əsl mənasında dörd divar arasında yaşayırlar. Əgər buna yaşamaq demək mümkünsə. Hərəsi bir günahın sahibidir, baxmayaraq ki aralarında özlərini günahkar hesab etməyənlər də var. Günahlarının bədəlini həyatlarının müəyyən dönəmini dörd divar arasında keçirməklə ödəyirlər. İnsan üçün bundan, azadlığının əlindən alınmasından ağır heç nə ola bilməz. Yalnız bu zaman azadlığın qədrini bilib azad yaşadığı dövrləri qiymətləndirənlər arasında zərif cinsin nümayəndələri də var. Onların bəzisi üçün həbsxana  artıq evə çevrilib, gedəcək yeri olmayanalar üçün bu ev əzizdir, divarları nə qədər aşılmaz olsa da. Bəziləri isə hələ də çöldə-azadlıqda onu kimlərinsə gözlədiyini bilib onlara qovuşacağı günü gözləyir. Elələri də var ki, onlar nə içəriyə isinişir, nə də çölə ümidlə baxır. Azadlıqlarına təkrar qovuşacaqları gün onları nələrin gözlədiyini hələ bilmirlər, qoyub gəldikləri yaxınlarının ziyarətlərinin sayı azaldıqca ümidlərindən də bir tikə azalır. Beləcə ümidlərini itirə-itirə gözləyirlər, gözləyirlər ki bildiklərinin gözləri ilə də görüb inansınlar. İnanmaq çətin olsa da inanmaq istəmək ondan da çətindir. Nə qədər ki içəridədirlər, hələ ümidləri tam tükənməyib, nə vaxt ki günəşə gözü dolusu baxırlar-ümidləri də günəşin şüaları kim igözlərini qamaşdırır. Beləcə ömürlərinin geri qalan hissəsini itirdikləri ümidlərini arxasınca belə boylanmadan keçirməli olurlar. Onları gözləməyənlərin yaşadığı bu dünyada onlarla eyni torpaq üstündə, onlarla eyin havadan qidalanmaqla, sadəcə həyatları eyni olmur. Onlar üçünsə ən çətini budur, sevdiklərinin onlarla eyni həyatı bölüşmək istəməməsi. Ardından yenə ümidsizlik gəlir, artıq bu dəfə nə üzlərinə təkrar açılan həbsxana qapılarını səsini duya bilirlər, nə də onları təkrar bu yola aparan qüvvənin təsirini. Sadəcə həyatlarına davam edirlər-içəridə, yaxud çöldə bu artıq əhəmiyyətsizdir. Bəlkə əhəmiyyətsiz olduğu  üçün cəmiyyət də onların taleyinə biganədir, bir dəfə yıxılanın əlindən tutub qaldırmaq, ona qol-qanad verib təkrar həyata qatarmaq əvəzinə bir balta da o vurmağa çalışır. Öhdəsindən pis gəlir də demək olmaz, hər halda təkrar cinayət törədib həbsxanaya düşən insanların sayının artması bunu söyləməyə əsas verir. Həbsxanı insanın evinə çevircək qədər qəddar olan cəmiyyətin günahının bədəlini də onlar ödəyir. Onları təkrar məhkumluq həyatına itələyən qüvvəyə də çox zaman müqavimət göstərmirlər, həyatdan ümidini itirmiş birisi üçün mübarizənin də heç bir əhəmiyyəti olmur. Nəyin uğrunda mübarizə aparacaqlar-onları cinayətə sürükləyən səbəbləri dəyişmək üçünmü, yenidən «yaxşı insan» olduğunu sübut etmək üçünmü, yoxsa hər şeyə rəğmən həyatına advam ediyini onlardan üz çevirənlərə göstərmək üçnümü? Uğrunda mübarizə aparacaq bir səbəbi olanlar həyatlarının həbsxanadan sonrakı dönəmində də ayaq üstüdə daynamağa çalışır, qalanlar özlərini taleyni ümidinə buraxır. Eyniylə bizlər kimi-onları taleyin ümidinə buraxan cəmiyyət kimi. Halbuki istəsək onların uğrunda müarizə aparacaları bir səbəb tapmalarına yradım edə bilərik, yetər ki, istəyək, yetər ki çalışaq və yetər ki, onların da bizim kimi insan olduğunu düşünüb özümüzü bircə anlıq onların yerində təsəvvür edək. Bəndə heç nədən sığortalanmayıb, başqasının yaşadıqlarını bu və ya digər formada bizlərdən birimizin də yaşamayacağını söyləmək olmaz, odur ki, başqalarına da özümüzə rəva bilidklərimizi rəva bilək. Onlar da bizlərdən bunu istəyir-özümüzə rəva gördyümüz hər şeyi onlara da rəva bilmək. Gerisini özləri həll edər. Hələlik isə istədiklərini onlara verə bilmirik-nə cəmiyyət, nə də dövlət olaraq. Bu yaxınlarda Ədəliyyə Nazirliyinin məhbus qadınlar üçün kompüter kursları təşkil etməsi barədə xəbərlər yayıldı. Nə gözəl, içəridə də çöldəki kimi yaşamaq, nəsə öyrənmək mümkündür. Bunu anlatmaq üçün kompüter arxasında oturan hər qadının düşünməyə kifayət qədər vaxtı olub. Əxlaqsız qadınlar onlar sözün əsl mənasında dörd divar arasında yaşayırlar. Əgər buna yaşamaq demək mümkünsə. Hərəsi bir günahın sahibidir, baxmayaraq ki aralarında özlərini günahkar hesab etməyənlər də var. Günahlarının bədəlini həyatlarının müəyyən dönəmini dörd divar arasında keçirməklə ödəyirlər. İnsan üçün bundan, azadlığının əlindən alınmasından ağır heç nə ola bilməz. Yalnız bu zaman azadlığın qədrini bilib azad yaşadığı dövrləri qiymətləndirənlər arasında zərif cinsin nümayəndələri də var. Onların bəzisi üçün həbsxana  artıq evə çevrilib, gedəcək yeri olmayanalar üçün bu ev əzizdir, divarları nə qədər aşılmaz olsa da. n verilən fürstədir.  Həbsxanada gözəllik müsabiqəsi keçirmək mümkündürsə niyə görə ailə ilə internet vasitəsilə yarışmaq mümkün olmasın? Qadınları həyata bağlamaq üçün heç də hamısının bu gözəllik müsabiqəsinin qalibi seçilməsi vacib deyil, onlara yaşadıqlarını başqa vasitələrlə də anlatmaq olar. Cinayət törədib  həbsxanaya düşən qadınların çoxu unudulmaqdan gileylənir, onları ən çox narahat edən budur. Bəzən doğma övladları, neçə illik həyat yoldaşları da onlardan üz çevirir, ondan utanır, keçmiş də olsa bir məhkumla eyni soyadı belə bölüşmək istəmirlər.  Mən hələ madiyyatdan danışmıram, sizcə zərif adlandırdığımız varlıqlar üçün bundan böyük cəza ola bilərmi? Onlar qanuni cəzaları ilə yanaşı bu cəzanı də çəkməyə məhkum edilirlər-həm yaxınları, həm də cəmiyyət tərəfindən. Məhkumların reablitasiyası hələ yeni-yeni gündəmə gəlir, hökumət səviyyəsində bəzi addımlar atılır, bəs cəmiyyət necə-onu ki nəyəsə məcbur etmək olmaz? Cəmiyyət öz qərarlarını özü verir-nə qədər yanlış və ya doğru olmasının müzakirə edilməsinə belə dözmədən.  Araşdırmalar göstərir ki, həbsxanaya düşən qadınlar arasında öz yaxınlarına, daha doğrusu həyta yoldaşlarına qarşı cinayət törədənlər az deyil. Onlar əsasən ailə münaqişələrinin qurbanlarıdır, bəzən illərlə davam edən zorakılığa qarşı cinayətə əl atanlardır. İllərlə qurbanı olduqları zorakılığın cəzasını belə ödəyirlər-əllərini qana bulamaqla. Sonrası aydındır-illərlə davma edən məhkumluq həyatı, çöldəkilərin qınağı, unudulmaq... Dörd divra arasından çıxdıqdan sonra gedəcək yerləri belə olmur, ərsəy əgəlməsində illərlə can qoyduqları evləriin qapısı üzlərinə bağlanır, övladları keçmiş də olsa bir məhkumun övladı olmaqlarını şənlərinə sığışdıra bilmir. İş istəsələr-burda da qapılar açıq deyil, keçmiş onları gələcəkdə də təqib edir, həm də elə bir təqib ki, nə qədər çalışsalar da gölgəsindən xilas ola bilmirlər. İş üçün döydükləri qapıların arxasında günahlarını hər zaman üzlərinə vuracaq biriləri var. Tənələr, yerli-yersiz şübhələnmələr-hamısı qadını yenidən dörd divar arxasına aparır. Təkrar cinayət törədənlərin sayına nəzər yetirəndə gözgörəsi artım bunu göstərir. Sanki hər şey cəmiyyətə daha bir insan qazandırmaqdansa daha bir insanı itirmək üçün hesablanıb. Bu insanı bu cəmiyyət yetişdirib-onu itirmək də, onu qazanmaq da  ona düşər.  Təsəvvür edin-bütün qapılar üzünə bağlanan, hər addımında keçmişi ilə bağlı tənəli sözlər eşidib qınayıcı baxışlarla qarşılaşan, adi yaşamını təmin etmək üçün ehtiyacı olduğu işi tapa bilməyən, bir qarın çörəyə möhtac qalan qadını sonunda nə gözləyir? O bütün acığını kimdən çıxacaq-ya özündən, ya da onu bu duruma düşürənlərdən. Birincisi yol intihara, ikinci yol təkrar cinayətə aparır. Bilirsinizmi ki nə qədər qadın sadəcə yaşamaq üçün (bu yaşamaq dedikləri şey çox vaxt gündəlik yemək və yeyimlə məhdudlaşır) üzlərinə bağlanan bütün qapılardan üz çevirməyə məcbur qalanda onlara canlı sərmayə kimi baxanların toruna düşür. Həm də öz razılıqları ilə. İstəkləri ilə demirəm, onlar istəklərini bir ürəklərində, birdə çıxdıqları o dörd divarın arxasında dəfn ediblər. Bundan sonrakı həyatlarına davam edə bilmək üçün çıxış yolunu əxlaqsız təkliflərlə razılaşmaqda görürlər. Fürsətdən istifadə etmək istəyənlər, buna hazır olanlar həmişə var, onlara «ehtiyacı» olanların yanında anında hazır olurlar, şirnikləndirici təkliflər də işə düşür, hədə-qorxu da. Bunun qarşında onsuz da həyatdan küsən birisinin dayanması çox çətindir. Ömrünün müəyyən hissəsini məhkum kimi keçirən qadının reablitasiyası çox da asnalıqla başa gəlmir. Bunun üçün Reablitasiya mərkəzləri fəaliyytə göstərməlidir, həm də təkcə adı üçnü yox, iş xatirinə. Keçmiş məhkumların hüquqlarını müdafiəsi yönündə aparılan işlər təkcə qrant almaq xatirinə yox, doğrudan da cəmiyyətə daha bir insan qazandırmaq xatirinə aparılmalıdır.  Məhkumluq həyatından sonra qayıtmaq üçün yeri olmayan, evi əlindən alınan, yaxınları tərəfindən rədd edilən, həyata yenidən başlamaq üçün heç kəsdən dəstək ala bilməyən bu qadınların güvəndiyi, tutuna biləcəyi bir şey olmalıdır. Ailəsi, yaxınları və nəhayət yaxınları ilə bağlarının qopmaması üçün bütün imkanlar yaradılmalıdır. Uzaqdan-uzağa da olsa çıxdığı cəmiyyətə təkrar qayıtmaq ümidi ilə yaşayan bu qadınlar onların cəmiyyət tərəfnidən rədd ediləcəyi fikrindən uzaq olmalıdırlar. Törətdiyi günahın cəzasını çəkdiyi fikri ilə azadlığa çıxdığı günü gözləməlidir, həyatının qalan hissəsini necə keçirəcəyinə dair  fikirləşməlidir. İndiki halda həbsxanadakı qadın azadlıqda onu nələrin gözlədiyini yaxşı bilidyindən gələcəyi barədə fikirləşməyə lüzüm görmür. Onun üçün bu gələcək yoxdur, gələcəyinin qarşısını kəsən dörd divar var. Bu divarları aşmaq mümkün olsa da, divar kimi qarşısını kəsən qüvvələrə qarşı dayanmaq hamının bacardığı iş deyil. Cəmiyyət tərəfindən əks qüvvə kimi itələnmələrinə təkrar cinayətlə, əxlaqsızlıqla, oğurluqla, dələduzluqla cavab verənlərə qarşı biz də az günahkar deyilik. Onlar bizdən biridir, nə qədər onları özümüzdən uzaqlaşdırmağa çalışsaq da. Bu həqiqəti dərk etməyin  zamanı çatıb.                

Elnarə

http://www.olaylar.az/?newsid=1227804910

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb