QAYNAR XƏTT
|
Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.
YARDIM FORMALARI
Böhran mərkəzi:
t: 4943376
wcc@online.az
Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.
MHAIDS Azerbaijan:
t: 5106614
mhaids@initiative.az
psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri
Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:
areat@azeronline.com
nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər
LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org
hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak
"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58
Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.
|
|
A Açıq investisiya fondu
davamlı sürətdə yeni səhm və ya səhm vahidləri emissiya edə bilən investisiya fondu.
Açıq tipli səhmdar cəmiyyət
qiymətli kağızları və əmlakı (çox vaxt səhmlər formasında) açıq surətdə
alınıb - satılan və bir, yaxud bir neçə fond birjası siyahısına daxil
edilən hüquqi şəxs. ABŞ-da korporasiya adlanır.
Adi (açıq) seyf hesabı
dəyərlərin (xüsusən, qiymətli kağızların) saxlanması və idarə olunması üçün seyf hesabı. Əksi: möhürlənmiş seyf hesabı.
Adi ortaqlıq
öz əmlak, bacarıq, təcrübə və işci qüvvələrini birləşdirməklə, bir
vahid məqsədə nail olmaqdan ötrü, iki və ya daha çox hüquqi şəxsin,
fiziki şəxsin və ya korporativ qurumun kontrakt üzrə əməkdaşlığı (məs.
istiqraz emissiyasının yerləşdirilməsi və mənfəət əldə edilməsi kimi).
İsvecrə Federal Məcəlləsinin 530-551-ci maddələri əsasında həyata
keçirilir.
Adi səhm (I)
məs., imtiyazlı səhmlərdən fərqli olaraq, heç bir spesifik xüsusiyyətlə malik olmayan sadə səhmlər.
Adi səhm (II)
dividend ödənişi zamanı bir-birindən üstün tutulmayan korporasiya
səhmlərinə aid edilən Amerika termini, adətən, səsvermə hüququna malik
yeganə səhm qrupu. Böyük Britaniya "ordinary shares" termini işlədilir.
Agent
əsas şəxs tərəfindən onun adından vasitəci kimi çıxış etməyə və işgüzar
müqavilələr bağlamağa vəkil edilmiş hüquqi cəhətdən müstəqil şəxs.
AİDA (AIDA)
reklam tədavülünün ən çox yayılmış modellərindən biri (ingilis dilindən
- diqqət, maraq, arzu, hərəkət). 1896-cı ildə E.Levis (ABŞ) tərəfindən
təklif edilmişdir.
Akkreditiv
müştərilərə müvafiq müxbir bankdan ayrıca qrafiklə icazə verilmiş
maksimal məbləğdə vəsait götürməyə imkan yaratmaq üçün banklar
tərəfindən buraxılmış (emissiya edilmiş) sənəd. Yol akkreditivləri ilə
vəsait götürərkən müştəri emitent bank tərəfindən buraxılmış çeklərin
altında imza qoymaqla, müvafiq müxbir bankdan yerli valyuta ilə vəsait
almaq hüququna malikdir.
Akkreditiv ərizəsi
sənədli akkreditiv (sənədləşdirmə çox zaman müvəkkil banklar vasitəsilə
aparılır) açdırmaq üçün müştərinin (alıcının) öz bankına ünvanladığı
yazılı müraciət.
Aksept
öhdəçiliyin yerinə yetirilməsinə razılıq və ya öhdəçiliyin
təsdiqlənməsi (adətən, borclunun vekseli tanıması). Üzərində ödəyicinin
imzasından əvvəl "akseptləşdirilmişdir" ("bəyənilmişdir") sözü yazılmış
möhlətli tratta. Bu söz həmçinin köçürmə vekselinin ödəniş üçün qəbul
qəbul edildiyini bildirir.
Aksept krediti
bank müştərisinə onun köçürmə vekselləri müqabilində müəyyən edilmiş
məbləğdə ayrılan qısamüddətli kredit. Sonradan veksellər
akseptləşdirilir və adətən, bank ilə razılaşdırılmış qaydada uçota
alınır. İxracatçı özünün köçürmə vekselinin (trattanı) banka təqdim
edir, bank isə onun akseptləşdirir və ixracatçıya pul lazım olduqda onu
pul bazarında uçota (qeydiyyata) alır, yəni satır. Ödəniş vaxtı
trattanı bazarda alan onu banka təqdim edir və müvafiq məbləği alır.
Aksept kreditinin kredit xətti ilə heç bir əlaqəsi yoxdur. Beynəlxalq
ticarətin kreditləşdirilməsinin bir formasıdır.
Aksizlər
ayrı-ayrı mallara qoyulan vergi (tütün, alkoqol və s.).
Aktiv
1) iqtisadi agentin istifadəsində olan qiymətli kağız və ya maddi əmlak;
2) işi olan və ya onu axtaran şəxs;
3) balansın hissələrindən biri.
Aktivlər
mühasibat terminologiyasında şirkətə mənsub olan qiyməti - balansda
göstərilmiş və pul ilə ifadə edilmiş bütün əmlak (nəğd pul vəsaitləri,
maddi və qeyri maddi vəsaitlər, o cümlədən, ehtiyatlar, əsas vəsaitlər,
paylar, göndərilmiş mallar, şirkətə olan debitor borclar və s.).
Şirkətə olan borcla onun öhdəlikləri arasındakı müsbət fərq - təmiz
aktiv adlanır. Bu aktivlərin yaranma mənbəyi (və ya maliyyələşmə
mənbəyi) balansın əks tərəfində olub -passiv adlanır.
Aktuallaşdırılma
zaman daxilində dəyər itkisinin hesabatı üçün iqtisadi hesabatlarda
təyin edilən başlanğıc faiz stavkası. O, müxtəlif vaxt çərçivəsində baş
verən vəsaitlərin yerdəyişməsini cəmləşdirməyə imkan verir.
Alıcının ödədiyi fraxt
yük sənədlərində və qiymətlər müəyyən olunduqda alıcının və ya
konsiqnatın (yükü konsiqnasiya (nisyə) şərti ilə alan) bütün daşınma
xərclərini öz üzərinə götürməsini ifadə edən termin.
Alpari (nominal dəyərlə)
İtalyan dilində "eyni qiymətdə olan" mənasını verən "alla pari"
ifadəsindən götürülmüşdür. Bu zaman qiymətli kağızın məzənnəsi onun
nominal dəyərinə bərabər olur.
Alpari qiymətli kağız emissiyası
nominal və ya alpari qiymətinə uyğun, yəni açio və dizaçiosuz (laj və
diskontsuz) qiymətli kağız emissiyası. Nominaldan yüksək emissiya
zamanı qiymət nominal dəyərdən yuxarı, nominaldan az emissiya zamanı
isə qiymət nominal dəyərdən aşağı olur.
Amortizasiya
1) cari faizləri və borcları vaxtında tam həcmdə ödəmək üçün vaxtaşırı
bərabər ödəmələr vasitəsilə borcların miqdarının tədricən azadılması;
2) mühasibatda: müəyyən olunmuş dövr başa catdıqda avadanlığın dəyərinin sistematik sürətdə hesabdan və ya aktivdən silinməsi;
3) aktivin dəyərinin fiziki və mənəvi aşınma, habelə yararlığını
məhdudlaşdıran digər bu kimi amillərin təsiri ilə azalması. Sabit
aktivlərin qiyməti onların balansda göstərilən dəyərinin müntəzəm
sürətdə azadılması ilə hesablarda amortizasiya olunur. Öz öhdəliklərini
yerinə yetirə bilməyəcək (müflisləşmiş) debitorların da borcları
silinir.
Aralıq hesabat
şirkətin, müntəzəm illik bağlanış tarixləri arasındakı aralıq hesabat
dövrlərini əhatə edən balansı. İsvecrə bank Qanununun 6-cı maddəsinə
əsasən, bu Qanunun predmeti olan və aktivlərin ümumi həcmi 50 milyon
İsvecrə frankından artıq olan banklar hər altı aydan bir yarımillik,
aktivlərin ümumi həcmi 200 milyon İsvecrə frankından artıq olan banklar
isə hər üç aydan bir rüblük balans tərtib etməli və onu nəhr
etdirməlidir. Bundan əlavə, həmin qanunun 7-ci Maddəsi bütün banklardan
müəyyən hallarda İsvecrə Milli Bankına aylıq aralıq hesabatlar təqdim
etməyi tələb edir.
Arbitraj
1) təsərrüfat mübahisələrinin həlli usulu;
2) qiymət və ya mənfəətlik fərqlərini mənimsəməkdən ötrü qısamüddətli
vəsaitlərin bir investisiya və ya bazardan başqa birisinə keçirilməsi
praktikası. Əgər iki maliyyə mərkəzinin faiz məzənnələri arasındakı
fərq valyuta risqini qarşılamaq üçün tələb olunan xərclərdən qat-qat
böyükdürsə, onlar arasında vəsaitlərin arbitraj axını baş verir.
Asanlıqla satıla bilən aktivlər
bazarda onlara daimi tələbat olan aktivlər. İsvecrə bank sistemində,
Bank haqqında Qanununa dair Göstərişlərin 16-cı maddəsində əsasən
likvidlik hesabatında göstərilmiş (Milli Bank tərəfindən
diskontlaşdırılmağa yararlı veksellər və ya vasitəli təminatlı
istiqrazlar kimi) aktivlər.
Avizo
alıcıya malın yola salındığı, pulun köçürüldüyü və ya müqavilə üzrə öz
üzərində müəyyən öhdəliklər götürmüş müəssisələr arasında qarşılıqlı
hesablaşmaların vəziyyətindəki dəyişikliklər barəsində bildiriş
(məktub). Daha çox bank əməliyyatlarında istifadə olunur.
Avrobazar
avro-alman markası və avro-frank kimi avrovalyutalarla bank kreditləri
və istiqraz emissiyası əməliyyatları aparan bir sıra ixtisaslaşdırılmış
bazarı birləşdirən beynəlxalq maliyyə bazarı. Adının Avropa ilə
əlaqələndirilməsinə baxmayaraq, hazırda Avrobazar coğrafi baxımdan
təkcə Avropanı deyil, bütün dünyanı əhatə edir. Asiyada belə bazar
Asiya Dollar Bazarı adı altında güclü inkişaf etmişdir.
Avroçek, evroçek
qısaldılmış şəkildə "eç". Çekin və çek zəmanət kartının standart
beynəlxalq forması. Hazırda beynəlxalq çek sistemindən 40-dan çox
ölkədə istifadə edilir. Eyni-adlı formada hazırlanmış çek kartları və
çek formaları həm qeyri-nəğd hesablaşmalarda, həm də bank
filiallarından nəğd pul alınmasında istifadə edilə bilər. Belə
kartlarla, eyni zamanda, bankomatlardan nəğd pul da götürmək mümkündür.
1968-ci ildə yaradılıb. İlkin vaxtlarda İsvecrə bu sistemlə İsvecrə çek
sistemi vasitəsilə birləşdirilmişdi, lakin 1978-ci ildən başlayaraq o,
(İsvecrə) həmcinin, beynəlxalq Avroçek xidmətində iştirak edir.
Avrodollar
ABŞ-dan xaricdə dollar qalıqları (aktivləri) və passivləri üçün
işlədilən ABŞ dollarıdır. Avrodollarla aparılan əməliyyatların məcmusu
avrodollar bazarını təşkil edir.
Avrokart
Mərkəzi Brüsseldə (Belçika) yerləşən və bir sıra ölkələrdə milli
Avrokart şirkətləri ilə təmsil olunan Eurocard S.A. beynəlxalq kredit
kartı təşkilatı tərəfindən emissiya edilən (buraxılan) kredit kartları.
1979-cu ilin əvvəllərindən başlayaraq Avrokartlar İsvecrə bankları
tərəfindən də emissiya edilir.
Avropul bazarı
avrobazarın əsasən müddətli depozitlər formasında qısa və ortamüddətli
(ən çoxu 18 ay müddətində) vəsait yerləşdirilməsi əməliyyatları
aparılan hissəsi.
Avrovalyuta, evrovalyuta
avrobazarlarda qalıq və passivlər üçün işlədilən valyuta. Ən mühüm
Avrovalyutalar: Avrodollar, Avrofrank, Avro-FF (fransız frankı),
Avro-alman markası, Avrofunt-sterlinq, Avro-qulden və s. kimi
valyutalardır. Son vaxtlar beynəlxalq emissiya və digər Avrobazar
əməliyyatları aparmaq üçün Avropa Valyuta Vahidindən (EKY) də istifadə
edilir.
Avtobank
müştərinin öz maşınından cıxmayaraq bank xidmətindən istifadə etməsi
mümkün olan bank müəssisəsi (pəncərəsi) və ya avtomat-kassir.
|
GENDER DİREKTORİYASI
|
Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.
|
|