Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


B


Balans cədvəli
firmanın müəyyən dövrə olan aktiv və passivlərin əks etdirən cədvəl. Balansın aktivlər hissəsi istifadədə olan vəsaitlər, passivləri isə bu vəsaitlərin mənbələri (maliyyələşdirilməsi) və səhmdarların əmlakı haqda məlumatlardan ibarətdir.

Balans cədvəlinin təhlili
balansda və ya gəlir hesabatlarda göstərilmiş rəqəm və nisbətlərin şirkətin mövcüd vəziyyətinin və kreditvericilik qabiliyyətinin və yaxud onun investisiya siyasətinin həyata keçirməkdən ötrü buraxılan qiymətli kağızlarının qiymətləndirilməsi üçün təhlil edilməsi.

Bank deklarasiyası
bank tərəfindən verilmiş və müəyyən bir faktı təstiq edən sənəd. İsvecrənin Kapitaldan alınan gəlirlərdən vergi haqqında Qanununa əsasən öz gəlirlərinin ən azı 80%-ini qeyri-İsvecrə mənbələrindən alan investisiya trastlarının illik hesablaşmaları (bölgüsü) zamanı İsvecrədə mövcud olan Kapitaldan alınan gəlirlərdən vergini tutmadan, İsvecrə vətəndaşı olmayan səhmdarları kreditləşdirən və kuponları ödəyən banklara deklarasiya adlandırılan aşağıdakı arayışlar təqdim edilir:
1) səhmdar İsvecrədə yaşamır;
2) onun müvafiq səhmləri seyf hesabında saxlanılır;
kuponun məbləği nəğd pul şəklində ödənilmir və yalnız səhmdarın müvafiq hesabına köçürülür.

Bank komisyonu
xüsusi xidmətlər göstərilməsi və ya risqin örtülməsi müqabilində banklar tərəfindən verilən kreditlərin faizinə əlavə edilən haqq.

Bank sirri
bankların və bank işçilərinin müştərilərə aid olan məlumatların məxfi saxlanmasını təmin etmək üçün öz üzərinə götürdüyü öhdəlik. İsvecrədə bank sirrinin aşkarlanması Bank Qanunun 47-ci maddəsində nəzərdə tutualan qaydalara görə cərimələnir. Kriminal prosedura və digər qanunvericilik aktlarına əsaslanan bu qanuna görə, banklar kütləvi informasiya vasitələrinə verəcəyi məlumatları əvvəlcədən uyğunlaşdırmalı və yoxlamalıdır.

Banka "tələb olunanadək" borc
bir bankın "tələb olunanadək" başqa banklarda yerləşdirdiyi qalıqlar. İsvecrədə bu anlayış bankın başqa banklarda (müxbir bankları) yerləşdirdiyi kredit qalıqlarına, 48 saatdan gec olmayaraq geri qaytarılması əvvəlcədən razılaşdırılmış məbləğlərə və xarici poçt idarələri ilə aparılan poçt-çek hesablaşmaları qalıqlarına aid edilir.

Bankir
bank qurumunun sahibi və ya bankın məsul işçisi kimi bank və qiymətli kağızlar biznesində iştirak edən şəxs.

Bankirlərin "qızıl" qaydası
bank tərəfindən verilən kreditlərin ödəniş müddəti belə kreditlərin maliyyələşdirilməsi üçün istifadə edilən depozitlərin ödəniş müddətinə uyğun gəlməli və ya üst-üstə düşməlidir.

Banklararası məzənnə
bank idarələri arasında aparılan kredit əməliyyatlarına aid edilən faiz məzənnəsi. Avropul bazarında gündəlik olaraq "London Banklararası Təklif Məzənnəsi" (LİBOR) hesablanır və bu, Avrovalyutalarla ifadə olunmuş beynəlxalq kreditlərdən ötrü istifadə edilən faiz məzənnələrinin müəyyənləşdirilməsində oriyentir kimi çıxış edir. Banklararası məzənnənin digər nümunəsi federal fondlar məzənnəsidir (bankların qısa müddətə bir-birindən borc götürdüyü fondlar).

Banknot(lar)
Mərkəzi Bank tərəfindən buraxılan və təqdimatçıya ödənilən borc öhdəliyi; sadə veksel.

Bankomat
bank müştərilərinə sutkanın istənilən vaxtında müəyyən məbləğdə pul götürməsinə imkan yaradan nəğd pul avtomatları şəbəkəsinin ümumiləşdirilmiş adı. İsvecrə banklarının 1968-ci ildə yaratdığı birgə müəssisə. Bankomatlara İsvecrənin və Lixtenşteyn Knyazlığının istənilən yerində rast gəlmək olar. Onların hamısı mərkəzi kompyuter şəbəkəsinə qoşulmuşdur.
Baza səhmləri
opsion əməliyyatının əsasını təşkil edən səhmlər.

Bazar
1) istehsal olunan məhsulun xarakteristikalarının ona olan ictimai ehtiyacın uyğunluğunun aşkar olunduğu tələbat və təklifin görüş yeri. Verilmiş malın anoloji mallarla rəqabət qabiliyyətinin müqayisəsi həyata keçirilir;
2) mallar, xidmətlər və digər mülkiyyətlə mübadilə sahəsi;
3) istehlakçılar qrupu;
4) verilən malın bütün alıcıları;
5) ticarətin mütəşəkkil yeri;
6) mal və xidmətlərin alınma mənbəyi;
7) mövcud və ya potensial satıcıların və hər hansı bir malın və ya xidmətin alıcılarının fiziki və ya virtual təqdim olunmuş cəmi;
8) birja.

Bazar diskont məzənnəsi; əsas məzənnə
əsasında bankların bank akseptləri və birinci dərəcəli kommersiya öhdəliklərini diskontlaşdırdığı diskont məzənnəsi başa düşülür. Həmcinin, özəl diskont məzənnəsi də adlanır.

Bazar qabağı ticarət
fond birjalarında növbəti listinqi proqnozlaşdıraraq, rəsmi ticarət sessiyaları başlanmazdan əvvəl keçirilən qiymətli kağızlar ticarəti.

Bazar qiyməti
hər hansı bir obyektin (daşınmaz əmlak və ya qiymətli kağız kimi) ümumi şərtlərlə açıq bazarda satışından əldə edilə biləcək qiymət.

Bazar seqmenti
təklif edilən eyni məhsula və marketinq kompleksinə bir cür reaksiya verən istehlakçılar qrupunun cəmi.

Bazar və ya auditoriyanın seqmentləşdirilməsi
məqsədli auditoriyanın ayrılması - verilmiş xidmətin seqment, bazar, mal və xidmətin satış həcmi ilə müəyyən əlamətlərə görə (coğrafi, demoqrafik, gəlirin sosial-psixoloji səviyyəsi və s.) bazarın oxşar qruplara bölünmə prosesi. Bu müəyyən etmə auditoriyanın seqmentləşdirilmə anlayışına da uyğundur.

Bazarın öyrənilməsi
1) bazarın sistematik istehsalat tədqiqatı (istehsalatın təkmilləşdirilməsi üçün), mövcud və ya potensial istehlakçıların mal və xidmətlərin təkrar istehsalı üçün qabiliyyətini təmin etmək. Tədqiqat satış bazarlarını, işçi qüvvəsi bazarlarını, kapital bazarlarını, xammal və material bazarlarını əhatə edir;
2) bazarın potensialı, həcmi, rəqabət mühiti, qiymətlərin xarakteristikası haqda informasiya almaq üçün bir və ya bir neçə bazarın miqdar və keyfiyyət cəhətdən analizi.

Bazis qiyməti
opsion alıcısının mövcüd qiymətli kağızları, valyutanı və s. ala biləcəyi (koll opsion) və ya sata biləcəyi (put opsion) qiymət.

Bekvardeyşn (ingiliscə backwardation)
mövcud malın qiymətinin qiymət təyin etmədən yüksək, yaxın vaxtda təchiz edilən malın qiymətinin uzaq vaxtda təchiz edilən malın qiymətindən daha yüksək olduğu situasiya (əksmənalı kontanqa).

Birgə əmlak
nizamnamə və ya kontrakta əsasən birgə sahibkarlıq əldə ətmək üçün bir cəmiyyətdə birləşmiş bir neçə şəxsin hər hansı bir obyekt üzərində bölünməz mülkiyyət hüququ. Bu şəxslərdən hər birinin bölünməz əmlak üzərində yalnız öz hüququ olduğundan, lakin ona heç bir kvota, yaxud pay verilmədiyindən, həmin şəxslər bu əmlakdan yalnız birlikdə istifadə edə bilərlər.

Birja
sabit tələbat və təcrübə əsasında təşkil edilən və müntəzəm olaraq keçirilən bazar. Alqı-satqı mallarından asılı olaraq fond, istiqraz, xarici valyuta, sikkə və əmlak birjaları mövcuddur. İsvecrə qiymətli kağızlar bazarında ticarətin aparılma vaxtından asılı olaraq rəsmi saatlarda aparılan rəsmi ticarət (əsas fond və istiqraz birjalarında), rəsmi ticarət saatlarından əvvəl aparılan carı rəsmi ticarət və qeyri-rəsmi saatlarda aparılan ticarət növləri mövcuddur.

Bizim öhdəliyimiz olmadan, bizim zəmanətimiz olmadan
bu və ya buna oxşar qeyd (notasiya) ilə üçüncü bir tərəfə təklif edilən hər hansı informasiya ilə bağlı bütün məsuliyyət rədd edilir. Ondan, rekursiya üzrə öhdəlikdən boyun qaçırmaq üçün veksel indossantı tərəfindən də istifadə edilir. Bu ifadə ilə eyni məna verən digər ifadələr "without obligation", "without commitment", without guarantee" və "without recourse" ifadələridir.

Bizim zəmanətimiz olmadan
bizim öhdəliyimiz olmadan.

Biznes (ingiliscə business = iş)
1) gəlir, mənfəət gətirən kommersiya, birja və ya sahibkarlıq fəaliyyəti;
2) digər həyat fəaliyyəti sahələrindən fərqli iqtisadi fəaliyyət, işgüzar həyat;
3) məcazi mənada: varlanma, asan qazanc mənbəyi kimi mahir fırıldaq.

Biznes-inkubator (B.İ.)
biznes təşkil etməyə başlanğıc bazası olmayan yeni başlayan, təcrübəsiz menecerləri müdafiə. B.İ.-də biznesə və işgüzar əməkdaşlığa qoşulmaq üçün bütün zəruri imkanlar var (istehsal yerləri; avadanlıq; hesablayıcı texnika; telekommunikasiya vasitələri; onların güzəştli icarəsi üçün geniş imkanlar). B.İ.-də gənc biznesmenlərə, iqtisadi azadlıq şəraitində, maliyyə dəstəyi və ixtisaslı kuratorların konkret iş təşkil etmək məqsədilə təsərrüfat hesablı müəssisələr yaratmaq və mövcud strukturlarda menecer olmaq üçün konkret işi mənimsəmək üçün kömək təklif olunur.

Biznes-plan (biznes+plan)
kapitalın miqdarı, perspektiv, iş növləri və s. göstərilməsi ilə sahibkarlıq fəaliyyətinin planı.

Biznes-vumen (ingiliscə business woman)
biznesmen qadın, işgüzar qadın.

Bloklanmış qiymətli kağızlar
1) konkret müddətə bloklanmış, yəni müəyyən tarixdən əvvəl satılması mümkün olmayan, fond opsionu planları üzrə əldə edilmiş qiymətli kağızlar kimi istiqraz və səhmlər;
2) itirildiyi və ya oğurlandığı haqda məlumata görə, bloklanmış səhmlər, yaxud istiqrazlar siyahısına daxil edilmiş qiymətli kağızlar.

Bonus, əlavə divident
şirkətlər tərəfindən verilən müntəzəm dividendlərə əlavə olaraq, bölüşdürülüb paylanan xüsusi dividend.

Borc; kredit
kreditor və ya borc verəndən (məs., bank) fiziki və ya hüquqi şəxsə (borc alan) borc kimi verilmiş müəyyən pul məbləği. Belə kreditin geri qaytarılması ya əvvəlcədən müəyyənləşdirilmiş ödəniş tarixində, ya da ödəniş haqqında bildiriş vərəqəsi təqdim edildikdən sonra həyata keçirilir. Amortizasiya kreditləri adlanan borclar hissə-hissə geri qaytarılır. Bank sahəsində kreditlərin digər adları (formaları) sabit avanslar, borclar və s.-dir.

Borc alan
emitent.

Borc iddiası
kreditorun borcunu ödəyə bilməyən debitora qarşı qaldırdığı məhkəmə prosesi.

Borc qəbzi
göstəriş və ya tələb əsasında, gələcək hər hansı bir tarixdə, konkret tərəfə müəyyən məbləğdə pul veriləcəyi barədə yazılı, qeyd-şərtsiz vəd.

Borc öhdəliyi, sadə veksel
tələb olunduqda dəqiq və ya razılaşdırıla bilən gələcək tarixdə, müəyyən bir şəxsin və ya təqdimatçının sifarişi əsasında müəyyən pul məbləğini ödəməyi boynuna götürmüş debitorun özü tərəfindən emissiya edilən və imzalanan yazılı qeyd-şərtsiz vəd.

Borcu ödəyə bilən
bütün borc və öhəliklərini yerinə yetirə bilən ödəmə qabiliyyəti şəxs.

Borcu ödəyə bilmə
borc alan şəxsin vaxtı catdığda götürdüyü öhdəlikləri yerinə yetirmək qabiliyyəti. Əksi: borcu ödəyə bilməmə.

Borcunu ödəyə bilməmə
ödəniş müddəti gəlib çatdıqda borclunun öz borcunu ödəyə bilməməsi. Əksi: borcu ödəyə bilmə.

Borcunu ödəyə bilməyən
vaxtı çatdıqda öz borcunu ödəyə bilməyən şəxs.

Boz bazar
qeyri-rəsmi ticarət. Boz bazarda formalaşan kotirovkalar (məzənnələr) boz bazar qiymətləri və ya məzənnələri adlanır.

Boz bazar qiymətləri
fond birjalarında olduğu kimi, boz bazarda da satıcı və alıcı qiymətləri və ya məzənnələri müəyyənləşdirilir. Boz bazar forvard ticarəti üçün yeni İsvecrə frankı ilə ifadə olunan istiqrazları yalnız onların İsvecrə maliyyə mətbuatında müntəzəm dərc olunmasından sonra qiymətləndirir.

Bölgü
səhmlərə və ya iştirak sertifikatlarına verilən dividendlərin, həmcinin, investisiya fondları səhmlərinə illik gəlirin ödənilməsi.

Brendinq
firma üslubu, onun elementləri, firmanın, onu başqa rəqiblərdən fərqləndirən, nadir imicinin formalaşdırılmasının işlənib-hazırlanması ilə məşğul olan marketinq kommunikasiyaları sisteminin sahəsi.

Breydinq
rəqibləri aradan qaldıraraq, daim inkişaf edən fəaliyyət.

Broker; dəllal; vasitəci
1) fond birjalarında öz adından, lakin müştərinin hesabına səhm və istiqrazlar alıb-satan müstəqil agent. İsvecrədə yerləşən banklar və qiymətli kağızlar ticarəti ilə məşğul olan firmalar fond birjalarının üzvüdürlər, və İngiltərə və ABŞ brokerlərinin daşıdığı funksiyaları yerinə yetirirlər;
2) ABŞ-da daşınmaz əmlakına alqı-satqısı ilə məşğul olan agentlərə (daşınmaz əmlak brokerəlri) verilən ad. Böyük Britaniyada daşınmaz əmlak agentləri kimi tanınırlar.

Buklet
bir vərəqdə çap olunmuş, sonra qatlanıb kəsilmədən oxuna bilən reklam prospektinin növü.

BVF
Beynəlxalq Valyuta Fondu (BVF). Maliyyə və valyuta-kredit siyasəti səhəsində əməkdaşlıq üzrə ən mühüm beynəlxalq təşkilat. Hal-hazırda mərkəzi idarəsi Vaşinqtonda yerləşən Beynəlxalq Valyuta Fondu 1944-ci ildə Bretton Vudsda təsis olunmuşdur. 1994-ci ilin sonunda təşkilatın üzvlərinin sayı 170-dən artıq olmuşdur. 1992-ci ilə kimi İsvecrə BVF-nin üzvü olmasa da, onunla, əssən "Borc götürmə haqqında Əsas Anlaşma" üzrə, sıx əməkdalıq etmişdir.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb