Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


MARQARET TETÇER - 1925


2009020505_120İyirminci əsrin son 20 ilinə öz möhürünü vuran və beynəlxalq aləmdə ən çox tanınan siyasətçilərdən biri oldu.

Kapitalizimin sosialist üsul-idarəsi üzərində qələbəsinin ilhamvericisindən biri  oldu və azad bazar ticarətinin sivil inkişafın ayrılmaz hissəsi olduğunu əməli hərəkətləri ilə sübut etdi. Şər yuvası olan SSRİ-nin çökdürülməsində, Küveyti işğal edən İraq qoşunlarının oradan çıxarılmasında xüsusi rol oynadı. Avropa Birliyi əleyhdarı qüvvələri həmişə dəstəklədi və ABŞ-AB münasibətlərində Vaşinqtonun sadiq müttəfiqi kimi çıxış etdi. Heç vaxt güzəştə getmədi və buna görə də dünyanın hər yerində "Dəmir ledi" ləqəbi ilə məşhur oldu. Dəmir iradəsi ilə ən görkəmli siyasətçiləri və dövlət xadimlərini özünə heyran qoyan bu qadın İngiltərənin Baş naziri Marqaret Tetçer idi.

Yoxsul ailədə anadan oldu

Birinci və İkinci Dünya savaşları arasında, siyasi hadisələrin bir-birini sürətlə əvəz etdiyi bir dövrdə - 1925-ci ildə anadan oldu. Anası mağazaların birində alış-veriş agenti və ya indiki deyimlə desək menecer, atası isə göy-göyərti satan bir ailə başçısı idi. Kasıb bir ailədə böyüməsi onu uşaq yaşlarından valideynlərinə kömək etməyə məcbur etdi. Onu əhatə edənlər tərəfindən çox əməksevər bir qız kimi tanındı. İşləyə-işləyə mükəmməl orta təhsil ala bildi. Yaxşı oxuduğuna görə ona təqaüd təyin etmişdilər. Orta məktəbi bitirdikdən sonra o dövrün ən tanınmış ali məktəblərindən olan Oksford Universitetinə qəbul olundu. Tezliklə universitet tələbələri arasında seçilməyə, siyasi, iqtisadi dünya görüşləri və bununla əlaqədar qızğın diskussiyalara girməsi ilə tanınmağa başladı. Elə bu siyasi fəallığı da onun universitetdə fəaliyyət göstərən mühafizəkarlar dərnəyinin rəhbəri seçilməsi ilə nəticələndi. Bu da onun gələcək həyat yolunu qəti şəkildə müəyyən etdi. Universiteti bitirərək kimya və hüquq elmləri üzrə diplom aldı. Amma siyasət onu maqnit kimi özünə cəlb edirdi. Ona görə də 1950 və 1951-ci illərdə keçirilən seçkilərdə Mühafizəkarlar Partiyasından namizəd kimi iştirak etdi. 35 yaşında ikən parlamentə üzv seçildi. Bu arada o, ailə həyatı da qurdu. Seçkilər zamanı tanış olduğu Denis Tetçer ilə nikaha girərək, onun soyadını götürdü. Mühafizəkarlar Partiyası 1970-ci ildə keçirilən seçkilərdə qalib gəldi. Bundan sonra baş nazir seçilərək ölkəni idarə etməyə başlayan Edvard Hit Marqaretə Təhsil və Elm Nazirliyinə rəhbərlik etməyi tapşırdı. Bu vaxt onun 44 yaşı vardı. Ətrafındakılar tez-tez danışan və gözlənilməz qərarlar qəbul edən bu çılğın xanım üçün Təhsil və Elm nazirliyinin vəzifə kürsüsündə ən yüksək zirvə olacağını düşünürdülər. Amma Marqaret Tetçer üçün bu vəzifə baş nazir kürsüsünə gedən yolda bir tramplin oldu.

Bəxti gətirən qadın

Marqaret əslində bəxti gətirən qadınlardan idi. Belə ki, kasıb ailədə doğulmasına baxmayaraq, hara gedirdisə bəxti üzünə gülürdü. Ona görə də ən çətin görünən işi belə, asanlıqla yerinə yetirirdi. 1975-ci ildə o heç kimin gözləmədiyi halda Mühafizəkarlar Partiyasının rəhbərliyi uğrunda keçirilən seçkilərdə onu vəzifə kürsüsünə gətirib çıxaran və bununla daha da məşhurlaşmasına imkan yaradan Edvard Hitin rəqibi oldu. Hit heç bunu gözləmirdi. Çünki partiya daxilində özünə rəqib ola biləcək bir insan da görmürdü. Ona görə də Tetçerin partiya rəhbərliyinə namizədliyini verməsini müəyyən qədər etinasız qarşıladı və özünün növbəti dəfə partiya liderliyinə seçiləcəyi inamı ilə seçkilərə getdi. Amma qarşısındakının bəxti gətirən bir insan olduğunu unutmuşdu. Bundan əlavə, Hit Tetçerin siyasi çevikliyini və onun əlinə düşən şansını qaçırmamaq qabiliyyətini, heç vaxt düşünülməmiş addım atmadığını da unutmuşdu. Həmin dövrdə partiya daxilində sağ qanadı təmsil edən namizəd son anda partiya rəhbərliyinə verdiyi namizədliyini geri götürmüşdü. Bunu görən Tetçer vəziyyəti dərhal düzgün qiymətləndirərək namizədliyini irəli sürdü. O, bu qərarını Hitə bildirəndə sonuncu başını  qaldırmadan: "Onsuz da uduzacaqsan, yaxşı yol",- demişdi. Amma məşhur fransız yazıçısı Viktor Hüqonun da dediyi kimi, "heç bir insan bəxti gülən yoxsul qədər güclü ola bilməz". Həmin dövrdə Hitin ölkənin iqtisadi siyasətində bəzi uğursuzluğa düçar olması onun partiya daxilində nüfuzunu müəyyən qədər düşürmüşdü. Ona görə seçkilərin ilk turunda partiya daxilində Tetçer daha çox səs topladı və Hiti qabaqlayaraq hamını çaşbaş saldı. Hit bunun bir təsadüf olduğunu düşünərək ikinci turda rəqibinə ağır zərbə vuracağı qənaətində idi. Amma seçkilərin ikinci turunda Tetçer rəqibini daha çox üstələyərək Mühafizəkarlar Partiyasının rəhbəri seçildi. Bununla da onun İngiltərənin baş nazir postuna gedən yolu açılmış oldu.

Şöhrətin zirvəsində

Marqaret partiya rəhbəri seçiləndən sonra daxildə ortaya çıxan bütün problemlərin dərhal aradan qaldırılmasına xidmət edən tədbirlər həyata keçirdi. Bu, ona partiya daxilində böyük nüfuz gətirdi.  

Eyni zamanda ölkə üçün önəmli məsələlərin həllinə daha diqqətlə yanaşmağa başladı. Onun ölkənin iqtisadi və siyasi gələcəyi ilə bağlı söylədiyi fikirlər İngiltərədə və dünyada maraqla qarşılandı. Bu da Tetçerə 1979-cu ildə keçirilən seçkilərdə qələbə çalmağa və beləliklə, baş nazir vəzifəsində ölkəni idarə etməyə imkan verdi. Baş nazir vəzifəsində ilk işi bazar iqtisadiyyatının inkişafına geniş meydan verməsi oldu. O, ölkədə siyasi və iqtisadi böhrana səbəb olan həmkarlar ittifaqları ilə mücadiləyə başladı və parlamentdə onların problemlərinin aradan qaldırılmasına xidmət edən qərar qəbul edilməsinə nail oldu. Eyni zamanda o, İngiltərədə kifayət qədər kömür ehtiyatı yaradaraq kömür mədənçilərinin hökumətə təsir edən tətillərinin qarşısını ala bilmişdi. Bundan əlavə, Tetçer həmkarlar ittifaqları tərəfindən tətil etməyən işçilərə qarşı təzyiqlərə əl atılması barədə məlumatları mətbuata sızdırdı. Bu isə həmkarlar ittifaqları ilə mübarizədə xalqın Tetçeri dəstəkləməsinə gətirib çıxardı. Beləliklə də, o, bu problemi də uğurla həll etdi. Bu, Tetçerin çox çevik və bacarıqlı bir siyasətçi olduğunu bir daha sübut etmiş oldu. Həmkarlar ittifaqlarına qarşı mübarizədə tez-tez istifadə etdiyi: "İngiltərəni kim idarə edir?" sualına isə 1980-ci ildə cavab verildi.

Həmin dövrdə Avropanın başı "sosializm, yoxsa kapitalizm üsul-idarəsi qalib gələcək?" sualına cavab tapmağa qarışmışdı. Marqaret Tetçer bu məsələdə tərəddüd etmədi və bütün diqqətini ölkə iqtisadiyyatında yeni islahatların keçirilməsinə yönəltdi. Halbuki bu islahatların ilk dövründə bəzi fəsadların ola biləcəyini çox yaxşı anlayırdı. Buna baxmayaraq, Tetçer iqtisadi islahatlar məsələsində qətiyyətli idi. Həmin dövrdə İngiltərədə iqtisadi sahədə müəyyən durğunluq əmələ gəlmişdi və bu sahədə artıq islahatların keçirilməsi qaçılmaz görünürdü. Dövlətin nəzarəti altında olan bir çox şirkətlərdə iqtisadi inkişaf xeyli zəifləmişdi. Bu şirkətlərin rəhbərləri işlərini yeni qaydalara uyğun qurmaq istəmirdilər və belə bir vəziyyəti adi qarşılayırdılar. Çünki onlar işin necə getməsindən asılı olmayaraq, maaşlarını vaxtlı-vaxtında alır və özlərini əlavə çətinliyə salmaq istəmirdilər. Belə bir vəziyyətdə Tetçer həmin şirkətlərin dövlət tərəfindən özəlləşdirilməsi barədə qərar qəbul etdi. İlk işi ölkənin ən böyük şirkəti olan "British Airvays"ı özəlləşdirməsi oldu. Özəlləşdirmədən az sonra bu şirkət dünyanın ən gəlirli hava şirkətlərindən birinə çevrildi. Qeyd edək ki, özəlləşdirilmədən əvvəl "British Airvays" zərərlə işləyirdi və 1 milyard funt borca düşmüşdü. Bunun ardınca Tetçer ölkənin daha bir iri şirkəti olan "British Telecom"u da özəlləşdirdi. Bu şirkət də tezliklə nəinki börclarını ödədi, həm də dövlət xəzinəsinə külli miqdarda vergi ödəyən ən iri müəssisələrdən birinə çevrildi. Bunun ardınca növbə öz fəaliyyətlərini sivil, iqtisadi tələblərə uyğun qura bilməyən və durğunluq dövrü yaşayan digər dövlət şirkətlərinə çatdı. Onların dövlət tərəfindən özəlləşdirilməsi və işlərini yeni qaydada qurması nəticəsində ölkə yeni iqtisadi çiçəklənmə dövrünü yaşamağa başladı. Tetçerin özəlləşdirmə siyasəti İngiltərədə yüz minlərlə yeni iş yerinin açılmasına, istehsalın sürətlə inkişaf etməsinə, əhalinin maddi durumunun sürətlə yaxşılaşmasına gətirib çıxardı.

 

www.zaman.az

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb