Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


UŞAQLARINIZI TELEVİZORLA BAŞ-BAŞA BURAXMAYIN!


2009012102_120Gündəlik olaraq bəlkə də ən çox istifadə edilən və vaxtımızın çox hissəsinin sərfinə səbəb olan əşya televizordur. Bəli, televizora baxmaq gündəlik həyatımızda əsas məşğuliyyətimizə çevrilib.

Ona hamı - uşaqlar, cavanlar və qocalar baxır. Təbii ki, böyüklər baxdıqları şeyləri normal anlama qabiliyyətinə malik olub zərərlini xeyirlidən ayırd edə bilirlər. Ancaq uşaqlar haqqında bunu demək bir qədər çətindir. Sonuncular baxdıqlarını, görüb eşitdiklərini özlərinə xas şəkildə başa düşür, qavrayırlar. Bu isə öz növbəsində bəzən xoşolmayan nəticələrə aparıb çıxara bilir. Axı, dövrümüzdə televiziya kanalları tamaşaçıları maarifləndirən, tərbiyələndirən deyil, əksinə onların əxlaqına təsir edən verilişlərlə "zənginləşdirilib". "Zənginləşdirilmiş" belə verilişlərin uşaqlara verdiyi "töhfələr" isə dəhşətlidir!

Belə ki, üç yaşına qədərki uşaqların televizora baxması ciddi problemlər yarada bilir. Onları televizorda cəlb edən əsas şey səs və rəngdir. Bunun nəticəsində uşaqlarda nitq və ünsiyyət problemi yaranır. Onlar insanlarla qarşılıqlı münasibətdə olmadıqları üçün daha gec danışır və ünsiyyət qurmaqda çətinlik çəkirlər.

Yeddi yaşına qədərki uşaqlarda isə belə verilişlərlərin üstünlük təşkil etdiyi televiziya kanallarına  baxması daha təhlükəlidir. Bu yaşda olan uşaqlar vaxtlarının çox hissəsini evdə keçirdiyinə görə, onların televizora baxmaq imkanları hədsiz çox olur. Bu yaş dövründə yaxşını-pisdən ayırd etmə şüurunun formalaşmaması uşaqlara bu və ya digər əşya və hadisələr ətrafında mühakimə yürütmək imkanı vermir. Yəni, uşaqlar televizorda gördükləri hər bir şeyi həqiqət kimi qəbul edirlər. Həmçinin burada problem uşaqların görüb həqiqət kimi qəbul etdikləri şeyləri real həyatlarına tətbiq edə bilmələri ehtimalı ilə bağlıdır. 

Təqribən on iki yaşına qədərki uşaqların televizora baxması isə həddi-büluğa çatmış uşaqların televizora baxması ilə, demək olar ki, eynidir. Yəni, onlar yaxşını pisdən ayırd edə bilirlər. Ancaq bu yaş dövründə də uşaqlar özlərini televizorda gördükləri xarakterlərə oxşatmağa çalışırlar.

Bütün bunların qarşısını almaq mümkündür. Ancaq necə? Təbii ki, siz uşaqlara televizora baxmağı qadağan edə bilərsiniz. Ancaq bu, bir az sərt tədbir olardı. Ümumiyyətlə, əksər hallarda sərt davranış, münasibət tələb olunan nəticəni vermir. Yaxşı olardı ki, bu kimi problemlərin həllində həlimliyə, yumşaqlığa üstünlük verək. Sözügedən problemin həllinə gəlincə, münasib həll metodu övladlarımızı televizora baxmaqdan məhrum etməmək, onlara televizora baxmaq qaydalarını öyrətmək, onlarda münasib verilişləri seçmək qabiıiyyətini aşılamaqdır. Eləcə də hər bir valideyn övladının nəyə baxdığını bilməli və çalışmalııdr ki, televizora onunla birlikdə baxsın.

 

Kərimov Ayaz

 

http://www.azerimuslims.com/news.php?id=9300

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb