Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


İSLAM DÜNYASININ İLK QADIN BAŞ NAZİRİ - BƏNAZİR BHUTTO (1)


2009021805_120Pakistanın ən tanınmış və nüfuzlu ailələrindən birində dünyaya gəldi.

Atasının istəyi ilə əvvəlcə Amerikada, sonra isə İngiltərədə təhsil aldı. İki dəfə Pakistanın baş naziri seçildi. Bu vəzifəni birinci dəfə dövlət çevrilişi, ikinci dəfə isə ölkədə bəlaya çevrilən korrupsiya səbəbi ilə tərk etdi. İslam dünyasının ilk qadın baş naziri olan bu xanım da atasının aqibətini yaşadı və sui-qəsd nəticəsində öldürüldü. Ömür yolu keşməkeşli keçən bu qadın Bənazir Bhuttodur.

O, 23 iyun 1953-cü ildə Pakistanın ən zəngin və tanınmış ailələrindən olan Zülfüqar Əli Bhutto ilə iranlı bir iş adamının qızı olan Begüm Nüsrətin ailəsində dünyaya gələn ilk uşaqdır. Uşağa tayı-bərabəri olmayan anlamına gələn Bənazir adı verdilər. Ailə daim nəzarət altında olduğu üçün qızcığaz çox çətin bir həyat yaşadı, sürgünlər, həbslər, ölümlər daim onu qarabaqara izlədi. 1947-ci ildə müstəqilliyini əldə edən Pakistanda o, 35 yaşında ikən baş nazir seçildi. Daim mübarizə apardı, iki dəfə baş nazir oldu, üçüncü dəfə də olmağa hazırlaşırdı. Bu yolda onu nələrin gözlədiyini hiss etsə də, riskə getməkdən qorxmadı. Amma 2007-ci ilin dekabr ayında sui-qəsdin qurbanı oldu...

Bənazir Bhuttonun siyasət macərası əslində bu ailənin həyatının ayrılmaz hissəsi və bu yolda ölümə sürüklənən bir nəticə idi. Pakistanın ən varlı və nüfuzlu ailələrindən birinə mənsub olan Zülfüqar Əli Bhuttonun atası Şirşah Nəvaz Bhutto ölkənin varlı bir torpaq mülkiyyətçilərindən idi. O, oğlunun yüksək təhsil almasını və siyasətlə məşğul olmasını istəyirdi. Ona görə də oğlunu ingilislərin Hindistanda qurduqları "Cathedral" və "John Connon" məktəblərində oxutdu. Sonra isə onu təhsilini davam etdirmək üçün ABŞ-ın tanınmış universitetlərindən olan "Berkley"ə göndərdi.  O, ali təhsilini davam etdirərkən Pakistanda müstəqillik hərəkatı başlamış və Məhəmməd Əli Cinnah müstəqil Pakistanın azadlığının təməlini atmışdı. Bu da Əlinin siyasətlə daha da həvəslə məşğul olmasına səbəb oldu.

Ata Bhutto siyasət səhnəsində

Hələ universitetdə oxuyarkən ölkəsinin gələcəyini fikirləşən və bu müstəvidə yeni inkişaf planları hazırlayan Zülfüqar Əli sosializmə meyil salmışdı. O, gələcəkdə quracağı Pakistan Xalq Hərəkatı Partiyası barədə Berkley Universitetində oxuyarkən fikirləşmişdi. Berkleydə siyasət elmi üzrə təhsilini başa vuran Zülfüqar Əli  sonra təhsilini İngiltərədə davam etdirdi. O, burada Oksford Universitetinin beynəlxalq hüquq fakültəsinə daxil oldu. Universiteti əla qiymətlərlə bitirən Əli Londonda vəkillik fəaliyyətilə məşğul olmağa başladı. Elə Londonda da onun həyatında önəmli bir dəyişiklik baş verdi. O, hələ həddi - büluğa yenicə qədəm qoyduğu vaxt atası tərəfindən ailə həyatı qurmağa məcbur edilmişdi. Londonda ilk dəfə həyatında sevdiyi qızla evlənmək qərarına gəldi. Onun vurulduğu qız da adlı- sanlı ailədən idi. Zülfüqar Əlini özünə heyran edən Begüm Nüsrət Kəraçidə yaşayan iranlı iş adamının qızı idi. O, Begüm Nüsrətlə ailə həyatı qurdu. Bu evlilikdən, əvvəlcə, Bənazir, sonra Murtəza, Səmən və Şah Nəvaz dünyaya gəldilər. Bir müddət sonra atasının vəfat etməsi ilə Zülfüqar Əli Londondakı vəkillik fəaliyyətindən əl çəkərək Pakistana qayıtdı. O, atasının qoyub getdiyi mülkü idarə etməyə başladı. Bu tarixdən  etibarən də Zülfüqar Əli Pakistan siyasətində fəal iştirak etməyə başladı. O, siyasətdə ilk addımını 1957-ci ildə Pakistan adından ölkəsinin BMT-yə gedən nümayəndə heyətinin tərkibində iştirak etməklə atdı. Bundan bir il sonra Pakistandakı hakimiyyəti devirərək ölkəyə rəhbərliyi həyata keçirən Əyyub Xan gənc Zülfüqar Əlini enerji naziri vəzifəsinə təyin etdi.  O vaxt 30 yaşında olan Bhutto dərhal qollarını çırmalayaraq işə başladı. O, SSRİ və Hindistanla enerji sahəsində əməkdaşlıqla bağlı anlaşmalar imzaladı. Bundan 5 il sonra 35 yaşında ikən onu xarici işlər naziri vəzifəsinə təyin etdilər. 1965-ci ildə Hindistanla Pakistan arasında Kəşmir əyaləti ilə bağlı münaqişə yarandı. Məsələ ilə bağlı Əyyub Xanın yeritdiyi siyasəti bəyənməyən Bhutto ilə ölkə başçısı arasında narazılıq əmələ gəldi və o, nəticədə vəzifəsindən götürüldü. Bundan sonra Bhutto müxalifətə keçərək ölkəni dolaşmağa və konfranslar keçirərək özünə xalq arasında tərəfdarlar toplamağa başladı. Onun bu fəaliyyəti Əyyub Xanı narahat etməyə başladı. O, Zülfüqar Əli Bhuttonun həbs edilməsi barədə əmr verdi. 1968-ci ilin noyabr ayında Bhuttonu həbs etdilər. Lakin onun həbs edilməsindən sonra ölkədə siyasi narazılıq daha da artdı və Əyyub Xandan narazı kütlələr küçələrə töküldülər. Ona görə də 3 aydan sonra Əyyub Xan Bhuttonu həbsdən azad etməyə məcbur oldu. Bundan az sonra ölkədə mitinqlərin ara vermədiyini görən Əyyub Xan Vətəndaş müharibəsinin başlamaması üçün tutduğu vəzifədən könüllü şəkildə istefa verdi. 1970-ci il, dekabr ayının 7-də keçirilən seçkilərdə  Bhutto qələbə çaldı. Bhutonun hakimiyyəti təşkil edə bilməsi üçün digər bir partiya ilə koalisiyaya getməsi lazım idi. Lakin onun Şərqi Pakistanın müstəqilliyini tələb edən Avami Partiyasının lideri Mucibur Rəhmanla anlaşması baş tutmadı, buna görə də koalisiyalı hökumət qurulmadı. 1971-ci, il mart ayının 1-də Pakistanda vəziyyət gərginləşdi. Xalq yenidən küçələrə töküldü. Şərqi Pakistan arı yuvası kimi qaynayırdı. Bunun qarşısının alınması üçün ordu hərəkətə başladı. Amma bu da vəziyyətin normallaşdırılması üçün kifayət etmədi. Narazı əhali arasında Hindistana köç başladı. Bu arada Hindistanla Pakistan arasında savaş başladı. Dekabr ayında Hindistan Şərqi Pakistanın böyük bir hissəsini işğal etdi. Amma dekabr ayının 22-də Hindistan müəyyən şərtlər daxilində oradan qoşunlarını çəkdi. Bunun ardınca Mucibur Rəhmanın başçılığı altında Şərqi Pakistan müstəqilliyini elan edərək, özünü Banqladeş Respublikası adlandırdı. Bhutto isə 1973-cü ildə baş nazir seçildi. O, bu vəzifədə 4 il ölkəni idarə etdi.  Lakin 1977-ci ildə Ziya ül-Həqq ölkədə dövlət çevrilişi həyata keçirərək, Bhuttonu həbs etdirdi. Bhutto öz müxaliflərini müxtəlif yollarla aradan qaldırmaqda günahlandırılaraq 1979-cu ildə Ravalpindidə edam edildi.

 Müsəlman, ancaq marksist ata

Bir az geriyə qayıdaraq qeyd edək ki, Şərqi Pakistanın müstəqilliyini elan etməsindən sonra prezident, daha sonra isə baş nazir olan Bhutto ölkəsinin inkişafına nail ola bilmədi. O, ölkədə sosialist bir-üsul idarəsi, özünün də dediyi kimi, demokratik dövlət qurmaq istəyirdi. Zəngin ailədə dünyaya gəlməsinə baxmayaraq, özünün həm müsəlman, həm də marksist olduğunu söyləyirdi. Ondan müsahibə götürən italiyalı müxbir Orianna Fallaciyə: "Mən iqtisadi baxımdan bir marksistəm. Amma, sadəcə olaraq, iqtisadi sərhədlər çərçivəsində. Marksizmin dialektikasını - Allaha  qarşı çıxmasını isə qəbul etmirəm. Çünki mən müsəlman kimi Allaha inanıram. Bununla bərabər, Pakistan kimi geridə qalmış bir ölkə üçün sosializmdən başqa, bir inkişaf yolu görmürəm", - demişdi. Bu sözlərlə o, marksist olmasının səbəblərini açıq şəkildə ortaya qoymuşdu. Amma müxalifləri onun bu sözlərinə inanmadılar və bunun üçün onlar Bhuttonun islahat zamanı 45 min hektarlıq torpağını payladığını sübut kimi göstərdilər. Eyni zamanda onu diktatorluqda və faşizmdə də günahlandırdılar.

Sürgündən baş nazirliyə uzanan  yol

Edam edilən Zülfüqar Əli Bhuttonun siyasi sonu qızı Bənazir Bhutto üçün bir başlanğıc oldu. Harvard və Oksford universitetlərini bitirən Bənazir Pakistana qayıtdıqda siyasi karyerası və ailə vəziyyəti baxımından çox üzüntülü günlər yaşadı. Dövlət çevrilişi nəticəsində atasının həbs edilməsi və sonra edam olunması Bənaziri sarsıtmışdı. O, anası ilə birgə 7 ay Sihalda ev dustağı kimi saxlanıldı. Sonra onlara Kəraçidəki evlərində yaşamağa icazə verdilər. Bənazir anası ilə birlikdə Kəraçidə də 5 il sürgün həyatı - ev dustağı kimi yaşadı. Həmin müddətdə isə qardaşları Murtəza və Şah Nəvaz Kabilə və Şama göndərilmişdilər. Sürgün həyatı başa çatandan sonra o, Londona getdi və atasının qurduğu Pakistan Xalq Hərəkatı Partiyasına rəhbərlik etməyə başladı. Atasının edam edilməsindən 7 il sonra qardaşı Şah Nəvazı itirdi. Onun milliyyətcə əfqan olan arvadı tərəfindən zəhərləndiyi iddia edilirdi. Amma onun 27 yaşında ikən müəmmalı şəkildə ölümü, təbii ki, təsadüfi deyildi və bu, ölkə daxilində gedən siyasi çəkişmələrlə bağlı idi. Düşmənləri Şah Nəvazın hakimiyyətə gələcəyindən və atasının intiqamını alacağından qorxurdular və bu sui-qəsdin arxasında da məhz şəxsi ədavət dayanırdı. Bhutto yalnız qardaşının ölümündən bir il sonra Pakistana geri döndü.

 

www.zaman.az

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb