Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


BAŞ KATİB - BEYNƏLXALQ QADINLAR GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT


Bir il bundan əvvəl dünya xalqlarını və hökumətlərini qadınlara və qızlara qarşı zorakılığa son qoymaq məqsədilə birləşməyə çağıraraq kampaniyaya başladım. Bu kampaniya 2015-ci ilə qədər, yəni Minilliyin İnkişaf Məqsədlərinə (MİM) nail olmaq üçün qoyulmuş zaman çərçivəsi bitənədək davam edəcək. Bu məsələnin MİM-lərlə əlaqələndirilməsi aydındır. Biz artıq adi hal almış, sosial həyata köklü şəkildə daxil olmuş və insanların həyatlarını zəhərləyən, sağlamlıqlarını korlayan, yoxsulluğun ömrünü uzadan və qadın hüquqlarının bərabərliyi və səlahiyyətlərinin artırılmasında bizim üçün məhdudiyyətlər yaradan zorakılığa son qoymalıyıq.

 

Qadınlara qarşı zorakılıq həmçinin HIV/AIDS xəstəliyinin yayılması ilə də əlaqədardır. Bəzi ölkələrdə üç qadından biri döyülür, cinsi zorakılığa məruz qalır və yaxud həyatlarında başqa bir formada zorakılığa məruz qalırlar. Bundan başqa, müharibə şəraitində qadınlar və qızlar mütəmadi olaraq zorlanma və cinsi zorakılığa məruz qalırlar.

 

Qadınlara qarşı zorakılıq BMT-nin Nizamnaməsində qeyd olunmuş "daha geniş azadlıq şəraitində sosial inkişafın və daha yaxşı yaşayış standartlarının irəli çəkilməsi" məqsədinə tam ziddiyyət təşkil edir. Zorakılığın acınacaqlı nəticələri sadalanmaqla bitmir. Ölüm, yaralanma, tibbi xərclər və itirilmiş iş yerləri aysberqin görünən hissəsidir. Qadınlara və qızlara, onların ailələrinə, icmalarına və yaşadıqları cəmiyyətlərə həyatın və dolanışığın alt-üst etmək baxımından edilmiş bu təsir heç bir ölçüyə sığmır. Çox zaman, cinayətlər cəzasız qalır və cinayətkarlar azadlıqda gəzirlər. Heç bir ölkə, heç bir mədəniyyət, gənc və ya yaşlı olmağından asılı olmayaraq heç bir qadın bu təhlükədən qorunmuş hesab edilə bilməz.

 

Getdikcə daha çox kişilər də cəmiyyətimizdəki bu ləkəyə qarşı etiraz səslərini ucaldırlar. Bu baxımdan qlobal nümunə kimi, "Ağ lent" Kampaniyasını və "V-Men" kampaniyası çərçivəsində "V-gün" tədbirini göstərmək olar.  İcmalar üçün təşkil edilmiş  seminarlarda kişilər digər kişilərə öyrədirlər ki, başqa bir rəftar növü mövcuddur və "əsl kişilər qadına əl qaldırmamalıdır".

 

Nəsillərin düşüncələrini və adətlərini dəyişmək asan deyil. Bu işə biz hamılıqla cəlb olunmalıyıq - ayrı-ayrı şəxslər, təşkilatlar və hökumətlər. Biz qadınlara qarşı zorakılığın heç bir formada, heç bir kontekstdə və heç bir şərt daxilində dözülməyəcəyi haqqında ucadan və aydın şəkildə bəyan etmək məqsədilə birgə iş aparmalıyıq. 

 

Qadınların səlahiyyətlərinin artırılmasını dəstəkləyən iqtisadi və siyasi qanunlara ehtiyacımız vardır. Zorakılıqdan azad həyatı təşviq edən proqram və büdcələrə ehtiyacımız var. Mediada qadınların layiqli əks olunmasına ehtiyacımız var. Nəhayət, zorakılığın cinayət olduğunu təsdiq edən, cinayətkarları cavabdeh edən və qüvvədə olması təmin edilən qanunlara ehtiyacımız vardır.

 

"Qadınlara qarşı zorakılığa son qoymaq üçün birləşək" kampaniyası kişi və qadınları əl-ələ verərək qadınlara qarşı zorakılıqla mübarizəyə qoşulmağa çağırır. Yalnız birgə işləyərək biz daha bərabər hüquqlu və sülh şəraitli cəmiyyətlər yarada bilərik. Gəlin, hamımız birlikdə bu Beynəlxalq Qadınlar Günündə bu sahədə fərq yaratmağa qərar verək.

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb