Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


QADIN VƏ QIZLARA QARŞI ZORAKILIĞA SON QOYMAQ ÜÇÜN BİRLƏŞMİŞ QADINLAR VƏ KİŞİLƏR


"Kişi, qadın, əsgər, sülhməramlı, adi vətəndaş və ya ölkə rəhbəri olmağımızdan asılı olmayaraq hər birimiz qadınlara qarşı zorakılığa son qoyulmasına kömək etməyə məsuliyyət daşıyırıq. Ölkələr zorakılığın qarşısını almaq, cinayətkarları məsuliyyətə cəlb etmək, cinayət qurbanlarını kompensasiya ilə təchiz etmək və öhdəliklərinə götürdüyü digər vəzifələrinə hörmətlə yanaşmalıdırlar. Qadınlara qarşı zorakılıq hallarının dayandırılması üçün hər birimiz ailələrimizdə, iş yerlərimizdə və yaşadığımız cəmiyyətlərdə bu haqda danışmalıyıq."

 

Baş katib Ban Ki-mun

 

2008-ci ilin fevral ayında Birləşmiş Millətlər Təşkilatının Baş katibi Ban Ki-mun dünyanın bütün yerlərində qadın və qızlara qarşı zorakılığın qarşısını almaq və tam aradan qaldırmaq məqsədi daşıyan bir neçə illik fəaliyyəti  - "Qadınlara qarşı zorakılığa son qoymaq üçün birləşək" adlı kampaniyanı başladı.

 

Qadınlara qarşı zorakılıq insan hüquqlarının kəskin şəkildə pozulmasını təşkil etməklə bərabər özündə böyük sosial və iqtisadi cəhətlər daşıyır, həmçinin qadınların inkişaf, sülh və təhlükəsizliyə verə biləcəyi töhfəni kökündən məhv eləyir. Bu isə, Minilliyin İnkişaf Məqsədləri də daxil olmaqla beynəlxalq səviyyədə razılaşdırılmış məqsədlərə nail olmaq sahəsində ciddi təhlükə yaradır.

 

Qadın və kişilərin bu vacib səylərin həyata keçirilməsində birləşməsinə mövcud zəruri ehtiyacın tanındığının sübutu kimi,  8 mart tarixinə təsadüf edən, lakin bir çox BMT fəaliyyətləri çərçivəsində 5 mart tarixində qeyd ediləcək bu ilki Beynəlxalq Qadınlar Gününün mövzusu - "Qadın və qızlara qarşı zorakılığa son qoymaq üçün birləşmiş qadınlar və kişilər" adlanır.  Tarixi təqribən bir əsrə bərabər olan Qadınlar Günü qadınların nailiyyətlərini alqışlamaq və milli, regional və qlobal səviyyədə    qadınları narahat edən məsələləri və ehtiyacları işıqlandırmaq üçün şərait yaradır.  Bu il, Qadınlar Günü hər yerdə qadın və kişilərin diqqətini əsas məsələ olan qadınlara qarşı zorakılığa və Baş katibin kampaniyasının məqsədlərinə yönəltməklə hərəkətə çağırmaq üçün imkan yaradır.

 

2008-ci ildən 2015-ci ilə qədər davam edən bu kampaniya hökumətləri, vətəndaş cəmiyyətini, qadın təşkilatlarını, gəncləri, özəl sektoru, media nümayəndələrini və bütün BMT sistemini qüvvələrini qadın və qızlara qarşı qlobal zorakılıq pandemiyası ilə mübarizədə birləşdirməyə çağırır. Bu kampaniya beynəlxalq hüquqi və siyasi çərçivələr daxilində yaradılmış və məhz bu məsələ ətrafında hərəkətin gücünə arxalanmışdır; kampaniya BMT sisteminin tərəfdaşları, hökumətlər və QHT-lər tərəfindən  artmaqda olan bir sıra fəaliyyətlərdə əks olunmuşdur.

 

Baş katib kampaniyanın açılışında demişdir: "Qadınlara qarşı zorakılıqla mübarizə aparmağın ümumi yanaşması yoxdur. Bir ölkədə uğurla istifadə olunan metod digər ölkədə arzu edilən nəticələrə gətirib çıxartmaya da bilər. Hər xalq öz şəxsi strategiyasını işləyib hazırlamalıdır. Lakin bütün ölkələrə, mədəniyyətlərə və cəmiyyətlərə müvafiq olan ümumi bir həqiqət vardır: qadınlara qarşı zorakılıq heç zaman qəbul oluna, bağışlana və ya dözülə bilməz."

 

Qadınlara qarşı zorakılıq: Ümumi vəziyyət

 

  • Bu gün, bir çox qadınlar - bəzi ölkələrdə üç qadından biri - döyülür, cinsi zorakılığa məruz qalır və yaxud həyatlarında başqa bir formada zorakılığa məruz qalırlar.
  • Bütün dünya üzrə beş qadından biri zorlanmanın və ya zorlanma cəhdinin qurbanları olurlar.
  • Qətldən ölən qadınların yarısı hazırkı və ya keçmiş həyat yoldaşları və ya birgə yaşadığı şəxs tərəfindən öldürülür.
  • 15 və 44 yaş arasında olan qadınlar üçün zorakılıq ölüm və məhrumiyyətin (əlilliyin) əsas səbəbidir.
  • İnsan alverinin qurbanlarının 80%-i qadınlardır.
  • Hal-hazırda yaşayan qadın və qızların 130 milyondan çoxu cinsi orqanlarının kəsilməsinə məruz qalıb.
  • 10 ölkədə 24,000 qadından toplanan məlumatlara əsasən birgə yaşadıqları şəxslər tərəfindən fiziki təhqirə məruz qalan qadınların 55%-dən 95%-ə qədəri heç vaxt kömək üçün QHT-lərə, sığınacaqlara və ya polisə müraciət etməyiblər.

 

Qadınlara qarşı zorakılığa son qoymaq üçün birləşək

 

  • Baş katibin bu kampaniyasının ümumi məqsədi dünyanın hər yerində qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının qarşısını almaq və cavab tədbirləri görmək məqsədilə ictimaiyyəti məlumatlandırmaq və siyasi qüvvə və resursları artırmaqdır.
  • Baş katib hökumətləri, vətəndaş cəmiyyətini, qadın təşkilatlarını, gəncləri, özəl sektoru, media nümayəndələrini, bütün BMT sistemini və ayrı-ayrı qadın və kişiləri qüvvələrini qadın və qızlara qarşı qlobal zorakılıq pandemiyası ilə mübarizədə birləşdirməyə çağırır.
  • Kampaniya çoxlu sayda tərəfdaşların təşəbbüslərini Baş katibin səyləri ilə birləşdirərək onların misilsiz səviyyədə qlobal səfərbər olunması üçün kollektiv platforma yaratmışdır.

 

Kampaniyanın beş başlıca nəticəsi olaraq 2015-ci ilə qədər nail olunması və ölkələrin də bu istiqamətdə ruhlandırılması nəzərdə tutularaq aşağıdakı məqsədlər qarşıya qoyulmuşdur:

 

  • Beynəlxalq insan hüquqları standartlarına müvafiq olaraq hökumətlər tərəfindən qadın və qızlara qarşı zorakılığın bütün formaları üçün cavab və cəza tədbirlərinə dair qanunların yaradılması və qüvvəyə minməsi.
  • Çox-sektorlu və müvafiq olaraq resurslarla təchiz edilmiş dövlət fəaliyyət planlarının qəbul edilməsi və həyata keçirilməsi.
  • Məlumatların toplanması və təhlilinin institutlaşdırılması və qadın və qızlara qarşı zorakılığın müxtəlif formalarının üstünlük təşkil etməsinə dair mütəmadi olaraq sorğuların aparılması.
  • Respublika və regional səviyyələrdə kampaniyaların keçirilməsi və vətəndaş cəmiyyətinin müxtəlif təbəqələrindən olan tərəfdaşların zorakılığın qarşısının alınması və təhqir olunmuş qadın və qızlara qayğının göstərilməsində sosial səfərbər-edilmə fəaliyyətlərinə cəlb edilməsi.
  • Sülh və təhlükəsizlik siyasətində münaqişə vəziyyətlərində cinsi zorakılığın sistematik olaraq qarşısının alınması və sistematik zorlanmadan müdafiə və onun qarşısının alınması üçün maliyyələşmə çərçivələri və mexanizmlərin həyata keçirilməsi.

 

Kampaniya nəticə olaraq 2015-ci ilə qədər zorakılığın qarşısının alınması proqramları və zorakılığa məruz qalmış qadın və qızlar üçün birləşmiş xidmətlər də daxil olmaqla respublika və regional səviyyələrdə fəaliyyətə qoşulacaq müvafiq qanunları, fəaliyyət planları və büdcələri yaradılmış daha çox ölkələri cəlb etməyi nəzərdə tutur. Kampaniyanın digər məqsədi qadınlara və qızlara qarşı zorakılığın bütün formalarına son qoymaq və kişi və oğlanları bu zorakılığın qarşısının alınmasına cəlb etmək üçün məlumatlandırma və sosial səfərbər-etmə sahəsinə əhəmiyyətli töhfə verməkdir.

 

İrəliyə aparan yol: kişi və qadınların birgə iş aparması

 

Qadınlara qarşı zorakılıqla mübarizəyə həm gənc, həm də yaşlı kişilərin cəlb edilməsi bu mübarizənin müvəffəqiyyətinin ayrılmaz hissəsidir. Bunu nəzərə alaraq, Baş katib qadınlara və qızlara qarşı zorakılığın ləğv edilməsinə dair öhdəliklərinə əsasən hər yerdə kişilər arasında təlqin işləri aparacaq Kişi Liderlərin Şəbəkəsini formalaşdırmağı elan etmişdir. Qadınlara qarşı zorakılığın icma tərəfindən könülsüz bir güzəştlə qarşılanmasına son qoyulması baxımından fəaliyyətlər həyata keçirmiş mövcud koalisiyalardan müəyyən nümunələr var:

 

  • "Ağ Lent" Kampaniyası kişiləri və oğlanları heç zaman qadınlara qarşı zorakılığı həyata keçirməmək, belə hallarla barışmamaq və ya bilərək susmamağı öz öhdəliklərinə götürməyə çağırır. Kampaniya çərçivəsində kişilərin bu məsələyə münasibətinin formalaşması məqsədi daşıyan tədris materialları və fəaliyyət təlimatları hazırlanmış və orta və ali məktəblərə, korporasiyalara və əmək ittifaqlarına paylanılmışdır. 1991-ci ildə Kanadada başlanan bu kampaniya Afrika, Asiya, Avropa, Latın Amerikasında 47 ölkədə yayılmışdır. (bax: www.whiteribbon.ca)

 

  • Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən qeyri-hökumət təşkilatı Instituto ProMundo gender bərabərliyinin irəli çəkilməsi və qadınlara, gənclərə və uşaqlara qarşı zorakılığın qarşısının alınması işlərinə kişiləri, xüsusən də Rionun favela icmalarında gənc kişiləri cəlb etmək istiqamətində işlər aparır. Hazırda 20-dən çox ölkədə təkrarlanan bu təşkilatın kampaniyaları və tədris layihələri kişilərə və oğlanlara kişiliklə əlaqədar "normalara" qınaqla yanaşmağa və zərərli rəftardan yaxa qurtarmağa kömək edir (bax: www.promundo.org.br).

 

Mənbələr

 

Beynəlxalq Qadınlar Günü 2009:

www.un.org/events/women/iwd/

 

Baş katibin kampaniyası:

http://endviolence.un.org

 

BMT-nin Münaqişələr zamanı Zorlanma və Cinsi Zorakılıq əleyhinə Fəaliyyəti:

www.stoprapenow.org

 

Qadınlara qarşı Zorakılığa Yox Deyək (UNİFEM):

www.saynotoviolence.org

 

"V-Day" Kampaniyası (UNİCEF tərəfindən dəstəklənir):

http://newsite.vday.org/

 

Qadınlara qarşı zorakılıq əleyhinə 16 günlük aktivləşmə (UNFPA, UNIFEM, WHO):

www.cwgl.rutgers.edu/16days/home.html

 

WomenWatch - BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Artırılması üzrə İnformasiya və Resursları:

www.un.org/womenwatch

 

Gender Məsələləri və Qadınların İnkişafı üzrə BMT-nin Xüsusi Müşaviri:

www.un.org/womenwatch/osagi

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb