Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


İ


İcra yeri
debitorun ödəniş öhdəliyini yerinə yetirməli olduğu yer.

İdarə olunan hesab
çox zaman müştərinin idarəetmə tapşırığı (vəkaləti) əsasında bank tərəfindən idarə olunan (aktivləri idarə edən qurumun əlavə xidmətlərini aid olduğu sahədə) qiymətli kağızların seyf hesabları. Belə olduğu halda, bank, təkcə aktivlərin idarə olunması üçün texniki detalların yerinə yetirilməsini deyil, həmcinin tərkib dəyişiklikləri də daxil olmaqla qiymətli kağızlar portfelinə nəzarəti də həyata keçirir.

İddia; tələb
spesifik icra hüququ. Bir şəxs tərəfindən digərinə qarşı təstiq olunmuş inzibati və ya qanun hüquqlar əsasında qaldırılmış tələb. Nominal iddialar bir qayda olaraq, yalnız müəyyən pul məbləğinə aid olur.

İddia müddəti
tərəflərin tələblərini yerinə yetirməkdə ötrü öz hüquqlarından istifadə etmək üçün iddialarını irəli sürməli olduqları müddət. İddia növündən asılı olaraq, bu zaman müddəti müxtəlif olur. Öhdəliklər haqqında İsvecrə Federal Məcəlləsinə əsasən, mühüm iddia müddəti növləri aşağadakılardır:
- qanunda daha qısa müddəti müəyyən edilməmiş əsas iddialar: 10 il.
- əsas vəsaitdən faiz, faiz kuponları, dividendlər: 5 il.
- köçürmə vekselləri, çeklər: 3 il.
İpoteka ilə zəmanətlənmiş debitor borcları üçün heç bir iddia müddəti təyin olunmur.

İddia səviyyəsi
istehlakçının maddi vəziyyətindən, onun təhsilindən, yaşından və sənətindən asılı, istehlakçı psixologiyasında mühüm səbəb.

İxracatın maliyyələşdirilməsi
malların xaricə göndərilməsi, habelə müxtəlif ölkələrdə aparılan tikinti, mühəndis və hazırlıq işləri kimi əməliyyatlara lazım olan xidmətlərin göstərilməsi üçün ixracatçılara tələb olunan kapitalın verilməsi. İxracatın maliyyələşdirilməsi tədarükçüyə verilən kredit şəklində ola bilər. Qısa müddətli ixrac maliyyələşdirilməsində sənədli akkreditiv mühüm rol oynayır. İsvecrədə banklar bu gün klassik orta və uzun müddətli ixracat kreditindən istifadə edir. İxracatın maliyyələşdirilməsinin xüsusi növləri faktorinq, rekursiyasız maliyyələşdirmə və ofset (kompensasiya) əməliyyatlarıdır. İsvecrədə ixracatın maliyyələşdirilməsi çox zaman Federal Hökumətin ixracat risqinə zəmanət proqramı ilə kombinə edilmiş şəkildə aparılır.

İxracatın maliyyələşdirilməsi krediti
ixracatın maliyyələşdirilməsində istifadə edilən vasitələrdən biri, İsvecrədə ixracatın maliyyələşdirilməsi kreditləri isvecrə bankları tərəfindən rəsmi ixracat risqinə zəmanət proqramı tərəfindən əhatə olunmayan ixracat əməliyyatlarının, İsvecrəli istehsalcı tərəfindən göndərilmiş zavod və ya avadanlığın quraşdırılması ilə əlaqədar avans ödənişlərinin, vasitəçilərə ödənilən haqqın və yerli xərclərin maliyyələşdirliməsi üçün verilir.

İkiqat vergitutmanın aradan qaldırılması haqqında saziş
ikiqat vergitutma nəticələrini aradan qaldırmaq və ya yüngülləşdirmək məqsədilə müxtəlif ölkələr arasında bağlanan müqavilə (saziş).

İmic
malın obrazı, oxşarlığı, inikası, nə haqda isə təsəvvürü, mal bazarının iqtisadiyyatı ilə sıx bağlı sosial-psixoloji şəkli. Malın imici malın etibarlılığı, malın markası, müəssisə və istehsalçı-dövlətlə assosiasiya yaradır.

İndeks
statistik göstərici.

İnformasiya
1) xəbər vermə, işlərin vəziyyəti haqda xəbər vermə, nə haqda isə məlumat;
2) sahibkarlıq, marketinq və ya digər fəaliyyət məsələlərini həll etməyə kömək edən bütün məlumatlar, biliklər;
3) marketinq sistemi subyektlərinin qarşılıqlı əlaqə prosesində birbaşa və əks əlaqələrin nəticələrinin xarakteristikası;
4) müxtəlif enerji növlərinin qarşılıqlı əlaqəsinin nəticəsi.

İnstitutisional investorlar
əhəmiyyətli, çox zaman davamlı investisiya qoyuluşu tələb edən və iri həcmdə qiymətli kağızlar ticarətilə məşğul olan təşkilatlar. Məs., sığorta şirkətləri, təqaüd fondları, investisiya fondları və s.

İnternet
1) işgüzar ünsiyyət vasitəsi;
2) bazar subyektlərinin kommunikativ qarşılıqlı əlaqəsinin kompüter informasiya qipermühiti;
3) qlobal kompüter şəbəkəsi, dialoq-məlumat multi vasitələrindən istifadə etməklə interaktiv şəbəkə əməliyyatlarını həyata keçirən çoxsəviyyəli kommunikasiya modeli;
4) bazar mühiti, mübadilə aparılmasının elektron sahəsi, multimedia resurslarının istifadəçisi ilə World Wide Web (ümumdünya hörümçək toru) mühitində mal və xidmətlərin alqı-satqısı (video-, audio-, qrafika və s.).

İnventar dəyəri
investisiya fondlarında fond aktivlərininümumi dəyəri və emissiya edilmiş səhmlərin sayına əsasən fond səhmlərinin müəyyən bir gün üçün hesablanmış bazar qiyməti.

İnvestisiya
1) bank işində, adətən, uzun müddətə əmlaka, qiymətli kağızlara və ya digər dəyərlərə, habelə müəssisələrə pul qoyulması prosesi;ümumi (korporativ) mənada isə maşın, mexanizm, avadanlıq, tikili və s. alınması üçün uzun müddətli vəsait verilməsi.

İnvestisiya fondu səhmi (vahidi)
investisiya fondunda iştirakı təstiq edən, bərabər hissələrlə buraxılan qiymətli kağızların bir nüsxəsi. Nominal dəyəri göstərilmədən emissiya edilir. Habələ vahid və ya sertifikat da adlanır.

İnvestisiya kağızı
xüsusən, geniş miqyaslı investisiyalar üçün işlədilən qiymətli kağızlar.

İnvestisiya krediti
sabit kapitalın, yəni əmlak, zavod, maşın, avadanlıq və s. maliyyələşdirilməsi üçün verilən kredit.

İnvestisiya qurumları
İsvecrədə bu termin vergidən azad edilmiş Təqaüd Fondu Aktivlərinin İnvestisiyaları üzrə ABŞ Təşkilatı kimi, Federal Hökumətin nəzarəti alıtnda şirkətlərin təqaüd fondları tərəfindən toplanmış vəsaitin yerləşdirilməsinin həyata keçirən qurumlar üçün işlədilir.

İnvestisiya planı
müəyyən fondların optimal investisiyası üçün hazırlanan plan.

İnvestisiya siyasəti
müəyyən investisiya məqsədinə optimal üsulla nail olmaqdan ötrü fondların investisiya edilməsinə dair tədbirlər məcmusu. İnvestorun maliyyə vəziyyətindən asılı olaraq, holdinqlərin etibarlılıq, mənfəətlilik, qiymət və artım potensialı, habelə likvidliyi xüsusi əhəmiyyət kəsb edir. İnvestisiyaların alınıb-satılması üçün ən düzgün vaxt seçilməsi də eyni dərəcədə mühüm əhəmiyyət daşıyır.

İpoteka
götürülmüş borcu ödəmək və ya bəzi öhdəlikləri yerinə yetirməkdən ötrü, daşınmaz əmlakın, mülkiyyət hüququ saxlanılmaqla, zəmanət kimi başqasına verildiyini təstiq edən yazılı sənəd. Kreditorun əmlaka faktiki sahiblik hüququnun saxlanıldığı əmlaka həbsindən və mülkiyyət hüququnun debitora keçdiyi girovdan fərqlənir. Bax: ipoteka öhdəliyi.

İpoteka bankı
ipoteka kreditləri verməklə məşğul olan, ixtisaslaşmış bank. Həmcinin bax: ipoteka öhdəliyi.

İpoteka krediti
daşınmaz əmlakın ipotekası ilə zəmanətlənən kredit. Banklar tərəfindən verilən belə kreditlər ipoteka investisiyası, sabit avanslar, ipoteka ilə zəmanətlənən kreditlər və ipoteka ilə zəmanətlənən cari hesab kreditləri formasında olur.

İpoteka öhdəliyi
üzərinə fərdi iddia qoyulmuş və daşınmaz əmlakın üzərinə həbs qoyulması, yaxud ipoteka ilə sığortalanan qiymətli kağız. O özündə həm iddianı, həm də həbs hüququnu birləşdirir.

İstehlakcı krediti
çox zaman işləyən şəxslərə istehlak malları almaq üçün verilən nisbətən kiçik həcmli kredit.

İstehlakçıların öyrənilməsi
mümkün ola bilən alıcılar qrupunu üzə çıxarmağa kömək edir. Bu, alıcıların onların və rəqiblərinin mallarına necə münasibət bəslədiklərinə imkan verir.

İşgüzar qadın
innovasiya proseslərinin inkişafında təşəbbüssüz, yeniliksiz, xidmətlərin reproduktiv yayılması və təşkili, istehsalı, bölüşdürülməsi realizasiyası prosesində fəaliyyət göstərən qadın. Bu fəaliyyət, yaranmış ehtiyacın təmin edilməsi üçün aprobasiya edilmiş texnologiyalar, norma və qaydalar çərçivəsində eyni malın istehsalına, satışına, bölüşdürülməsinə yönəldilmişdir.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb