Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


İNGİLTƏRƏDƏ YENİ YANĞINSÖNDÜRMƏ UNİFORMASINA HİCAB DA DAXİL EDİLDİ


Böyük Britaniyada Yanğınsöndürmə xidmətində çalışan xanımlar üçün yeni hazırlanmış uniformaya uzun geyim libasları və uzunqollu köynəklərlə yanaşı hicab da daxil edilib, - Telegraph.co.uk xəbər verir.

İngiltərə hökumətindən bildirilib ki, yeni geyim yanğınsöndürmə işində çalışan xanımlara daha çox müstəqillik verir və onların professianallığını artırmağa xidmət edir. Özündə eyni zamanda idman formasını əks etdirən yeni boz və qırmızı rəngli geyim bu günlərdə "Linkolinşaye Yanğın və Xilasetmə Xidmətində" təqdim edilib.

 

"Biz istəyirik ki, yanğınsöndürmə və xilas xidmətində işləmək arzusunda olanları bu işlə mümkün qədər uğurla təmin edə bilək. Buna nail olmaq üçün gərək biz göstərək ki, onlar bu xidmətdə çalışacaqları müddətdə geydikləri uniforma nəinki, onları yanğından mühafizə edəcək, həmçinin onlar üçün rahat və eyni zamanda uyğun olacaq. Yeni hazırladığımız geyimlər həm əməkdaşlarımızı oddan mühafizə edəcək, həm də karyerasını bu sahədə qurmaq istəyən müsəlman xanımları bu xidmətdə çalışmağa şövq edəcək", - deyə İngiltərənin yanğın sondürmə xidmətinin naziri Sadıq Xan bildirib. O eyni zamanda qeyd edib ki, yeni uniformanın hazırlanması müxtəlif inancda olan insanların hüquqlarını təmin etməyə meyilli olduğumuzu nümayiş etdirməyə imkan verir.

 

Asiya Yanğın Xidməti Assosasiyasının nümayəndəsi Caqtar Sinq isə öz növbəsində İngiltərə yanğın xidmətinin dini inancları nəzərə alaraq ümumi uniforma hazırlamasından məmnun olduqlarını bildirib.

 

"Azərbaycanda hicabafobiya qalmaqda ikən bu xəbər necə qarşıladınız?" süalını ünvanladığımız İçərişəhər "Cümə" dini icmasının imamcamaatı, DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun cavabı belə oldu: "Ümumiyyətlə son illərdə çox ciddi surətdə hiss olunur ki, İngiltərə ingilis toplumu daxilində yaşayan müsəlmanlarla sülh yaratmaq, onları öz vətəndaşı kimi görmək ab-havasını yaratmaq istəyir. Bu xəbərdən bir müddət öncə də İngiltərədə hicablı xanımların polisdə hicabla işləmələrinə şərait yaranmışdı. Bu da əslində həmin ənənənin davamıdır. Sözsüz ki, bu orada yaşayan müsəlman cəmiyyətinin uğurudur ki, doğru istiqamət üzrə öz hüquq və azadlıqlarını genişləndirirlər. İngiltərə misalı Fransa ilə müqayisədə də çox müsbət nümunədir. Fransa tamamilə bunun əksini etməklə məşğuldur. Bu mənada İngiltərə bir örnək Avropa ölkəsinə çevrilməkdədir". "Bizim məmurlarımız üçünsə bu diqqət olunmalı məsələlərdən biridir ki, dünyada bu gün Avropaya inteqrasiya adına danışırlar, ancaq Avropanın düz mərkəzində bu kimi ənənələri görməməzlikdən gəlirlər", - deyən Hacı İlqar həmçinin, - "ona görə də bəzən ölkədə bəziləri Avropada gedən prosesləri başa düşmədən bu proseslərin əksinə gedirlər", - deyə bildirdi. "İngilis rəsmiləri bu addımlarını inanclıların peşə uğurunun aşkara çıxarılmasına və onların insan hüquqlarını təmin etməyə meylli olduqları ilə əlaqələndirilər. Ölkəmizdə ziyalı, şagird və tələbə inanclılara bu sahədə müxtəlif narahatlıqlar yaradılarkən, sizcə, nədən Avropada inanclı xanımlara hətta yanğınsöndürmə xidmətində də haqları tanınır və qorunur? Nədən Avropa buna önəm verir?" kimi süallarımızın cavabında isə Hacı İlqar bildirdi: "Biz hələ də sovetdən sonrakı dövrü yaşayırıq və bizim məmurların hələ də atdıqları addımlarının kökündə təhtəlşüur səviyyəsində olsa da sovet vərdişləri durur. Amma Avropa bu yolu gedib və indi geri qayıdır. Avropa başa düşür ki, toplumda inanca yer olmasa o zaman toplumun sonu pis olar". Avropanın əslində inanclıların haqlarını təmin etmə yolunu seçdiyini bildirən müsahibimiz ən azından İngiltərənin bu yolla getdiyini bildirdi. "Bu məna da bu kifayət qədər örnəkdir Azərbaycan məmurlarına", - deyə Hacı İlqar sonda bildirdi. ("Dəyərlər" AİN)

 

http://deyerler.org/26013-dngiltjjrjjdjj-yeni-yanddnsgndgrmjj-uniformasdna.html

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb