Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


K


Kabel köçürməsi, teleqraf köçürməsi
xarici valyuta ticarətində: vəsaitin kabloqram (teleqraf) vasitəsilə gecikdirilmədən xarici ölkədə olan şəxsin hesabına köçürülməsi üsulu.

Kapitaldan alınan gəlirlərdən vergi; mənbə vergisi
kapitaldan alınan gəlirlərdən tutulan vergi. Adətən gəlirin 20-40% hüdudlarında müəyyən olunur. İsvecrədə bu vergi kapitaldan, lotereya uduşları və müəyyən sığorta mükafatlarından gələn gəlirin 35%-i miqdarında tutulur. Belə vergi ödənişləri İsvecrə Federal vergi deklarasiyasında qeydiyyatdan keçmiş şəxslər üçün yumşaldıla və ya kanton vergi öhdəlikləri müqabilində kreditləşdirilə bilər. Ünvanı İsvecrədən kənarda olan fiziki və hüquqi şəxslər, onların vətəndaşı olduğu ölkə ilə İsvecrə arasında imzalanmış İkiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişə əsasən İsvecrə mənbə vergisindən azad ola bilərlər. İllik faizi 50 İsvecrə frankından yüksək olmayan bank əmanətləri bu vergidən azaddır.

Kapitalın ipotekası
konkret iddianı mühafizə edən girov. Girov əsas borcun, borca xidmət xərclərinin, müflisləşmə prosedurları başlandıqda və ya girovun satışı üçün sənədlər təqdim olunduqda üç illik itirilmiş gəlirlərin, habelə faizin son dəfə ödənildiyi tarixdən etibarən ödəniləcəyinə zəmanət verir.

Kapitallaşma
1) müəyyən faiz dərəcəsi (kapitallaşma norması) tətbiq etməklə, müntəzəm sürətdə əldə olunan vəsaitlərin (məs., qazanc gətirmə qabiliyyətini) və ya gəlirlərin (məs., renta gəliri) dəyərləndirilməsi;
2) korporasiyanın səhmlərinin bazar qiymətini onun dövriyyədə olan səhmlərinin ümumi sayına vurmaqla şirkətin qiymətləndirliməsi. Şirkət tərəfindən buraxılmış bütün digər qiymətli kağızlar da kapitallaşma hesablanmasına daxil edilməlidir.

Klirinq
bir neçə təşkilatın (bankların, brokerlərin və s.) qarşılıqlı sürətdə bir-birinə olan borclarının silinməsi üçün istifadə edilən sistem. Bu zaman bir-birinə qarşı iddialar aradan qaldırılır, balans razılaşdırılmış intervallarla yekunlaşdırılır və yalnız mövcud fərqlər saxlanılır. Daha çox qiymətli kağızlar klirinqdə istifadə olunur.

Kod
sözləri ifadə etmək üçün seçilmiş söz və ya şərti işarələr sistemi. Kodlaşdırılmış məlumatlar beynəlxalq teleks və kabel rabitəsində məxfiliyin saxlanması və xərclərə qənaət nöqtəyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Söz və cümlələrdən təşkil olunmuş məlumatların kodlaşdırılması və onların açılması zamanı kod (şifr) açarlarından istifadə olunur.

Kodlaşdırılmış hesab
sahibinin adı bank daxilində heç bir yerdə çəkilməyən və yalnız bank əməliyyatları ilə məşğul olan bir neçə şəxsə məlum olan, bütün əməliyyatlar zamanı yalnız şifrli kodlardan istifadə edilən hesab. Qiymətli kağızların saxlandığı seyf hesabları da kodlaşdırılmış seyf hesabları kimi istifadə edilə bilər.

Komisyon haqqı
görülmüş işə görə adətən əməliyyatın həcminə əsasən və ya mənfəət faizi formasında verilən ödənc.

Kommersiya öhdəlikləri
bu anlayış kommersiya əməliyyatları (malların təhvil verilməsi və ya hərəkəti) zamanı verilmiş banknotlara və akseptlərə aid edilir. Bunlar adətən satılan mallar və göstərilən xidmətlər müqabilində biznes müəssisələri tərəfindən əldə edilmiş, müəyyən tarixdə ödənilə bilən banknotlar və akseptlərdir. Kommersiya öhdəliklərinə görə alınan faiz belə qiymətli kağızların səciyyəvi bazar məzənnələrinə bərabər tutulan aşağı salınmış diskontla ödənilir.

Kommersiya reyestri
kommersiya prinsiplərinə uyğun ticarət, istehsal və digər növ iqtisadi fəaliyyət göstərən şirkətlərin rəsmi reyestri. İsvecrədə bu kommersiya reyestrinə daxil olmaq üzrə hüquq və vəzifələr Öhdəliklər haqqında İsvecrə Federal Məcəlləsində 934-cü maddəsi ilə müəyyənaolunur.
Kommunal müəssisələr
1) ABŞ-da bu termin əhalini elektrik, qaz, su və ya telekommunikasiya (telefon da buraya daxildir) xidmətləri ilə təchiz edən bütün xüsusi şirkətlərə aid edilir;
2) fond bazarı termini kimi bu növ şirkətlər tərəfindən emissiya edilmiş səhm və istiqrazlar üçün işlədilir.

Konsernin (qrupun) balansı
şirkətlərarası iştirak, satışlar, alacaqlar və borclar, yük daşıma və xidmətlər (yəni alqı və satqılar) və digər belə maddələr, yəni şirkətlərarası dövriyyə istisna olmaqla, şirkətlər qrupunun (konsernin) ümumi nəticələrini əks etdirən konsolidə edilmiş balans. Konsernin gəlir deklarasiyası konsolidə edilmiş balansda birgə hazırlanır.

Konsorsium
layihə üzrə tenderdə (müsaqibədə) iştirak etmək və əgər müvəffəqiyyət qazanılarsa, onların həyata keçirilməsi üçün imkan və ehtiyatların səfərbər edilməsi tələb olunduğu hallarda yaradılmış müstəqil şirkətlər birliyi. Korsorsium adətən bir layihəni ümumi xərclər hesabına həyata keçirmək üçün yaradılır.

Konsyumerizm
istehlakçıların fiziki təhlükəsizliyinin təmin edilməsi, onların iqtisadi maraqlarının müdafiə edilməsi, keyfiyyətsiz məhsulun buraxılması, vicdansız rəqabət və s. ilə bağlı istehlakçıların hüquq və maraqlarının müdafiəsinin mütəşəkkil hərəkatı.

Konversiya
1) köhnə, ödəniş vaxtı çatmış və ya geri alınmış istiqrazların onları buraxan şirkət tərəfindən ayrı şərt və qaydalar (borcun yenidən təşkili və yenidən maliyyələşdirilməsi) tətbiq etməklə yeniləri ilə əvəzlənməsi;
2) bank tərəfindən verilmiş orta müddətli kreditin təzələnməsi;
3) dönərli istiqrazların səhmlərə çevrilməsi;
4) xarici valyuta biznesində: kredit saldosu və ya iddianın bir valyutadan digərinə keçirilməsi.

Kooperativ səhmi (payı)
kooperativdə üzvlük və iştirakı əks etdirən sənəd. Qiymətli kağız sayılmır.

Korporativ maliyyələşdirmə
müəssisə lazım olan qısa, orta və uzun müddətli maliyyə resurslarının toplanması. Korporativ maliyyələşdirmə sahəsində şirkətlərə göstərilən konsaltinq və yardım bankların, xüsusən iri bankların mühüm fəaliyyət dairəsini təşkil edir.

Kredit
1) gələcəkdə geri qaytarmaq şərtilə borc pul almaq imkanı;mühasibatda, hesabın passiv hissəsinə daxil edilən qeyd;
2) maliyyədə, borc götürənə verilmiş məbləğ.
3) 3-cü bənddə göstərilmiş mənada kreditlər həm nəğd pulla, həm də blok krediti formasında istehsalat, investisiya qoyuluşu və ya cari işləri aparmaq məqsədləri, və yaxud istehlak (istehlak krediti) üçün verilə bilər. Kreditlər sığortalanmış və ya sığortalanmamış, yaxud istifadə formasından asılı olaraq cari hesab krediti və ya sabit kredit və avans şəklində ola bilər.

Kredit faizi
müştəriyə bank tərəfindən onun pullarının depozitləşdirilməsi müqabilində ödənilən faiz (xüsusən cari hesab saldosuna görə müştəriyə verilən kredit faizi). Bu anlayış ikili mühasibata aid edilir, belə ki, bu depozitlər (müştərinin hesabatında) aktivlərə göstərilir.

Kredit həddini aşma (I)
müəyyən olunmuş kredit limitindən və ya kredit xəttindən artıq kredit alınması.

Kredit həddini aşma (II)
depozit qalığı və ya kredit limitindən artıq vəsait götürmək.

Kredit xətti; kredit limiti
bank tərəfindən ayrı-ayrı kreditorlara verilən kreditin maksimal məbləği. Əgər müştəri bütün məbləği birdən almamışdırsa, o, kreditin əvvəlcədən razılaşdırılmış şərtlərinə əsasən, heç bir yeni sənəd təqdim etmədən, istənilən vaxt qalan hissəni də birdəfəlik ala bilər.

Kredit kartı
üzərinə sahibinin (üzvün) adı, imzası və nömrəsi göstərilmiş, kredit kartı buraxan təşkilatlarla müqaviləsi olan firma və yaxud müəssisələrlə (pərakəndə satış, mehmanxana, restoran, nəqliyyat şirkətləri və s.) mal alqısı və xidmət göstərilməsi müqabilində qeyri-nəğd hesablaşma aparmağa imkan yaradan, kredit kartı buraxan təşkilatlar (və ya universal mağazalar) tərəfindən verilmiş şəxsi kart. Beynəlxalq kredit kratları aşağıdakılardır: Avrokart, Daynerz Klab, Amerikan Ekspress, Viza, Master Kard və bir çox başqaları.

Kredit komisyonu
kredit biznesində faizlərə əlavə olaraq bank tərəfindən xüsusi xidmətlərin göstərilməsi üçün və ya risqə görə alınan kompensasiya. Bax: bank komisyonu.

Kredit ödəmə qabiliyyəti
istiqraz emissiyası ilə məşğul olan bank müştərisi, yaxud şirkətin reytinqini müəyyənləşdirən, avans və borcu ödəyə bilmə qabiliyyəti, habelə, digər bu kimi pozitiv xüsusiyyətlər.

Kredit sazişi
bankla ola borc üçün müraciət etmiş müştərisi arasında kredit və ya blok krediti verilməsi barəsində kontrakt.

Kredit üzrə xərclər
kreditin istifadəsi zamanı borc alanın məruz qaldığı bütün xərclər. Personal kreditlər verildikdə faiz ödəmələrinə əlavə olaraq, möhlətli alqı (kirayə-alqı) haqqı, tikinti kreditləri verildikdə isə kredit komisyonu ödənilə bilər.

Kredit vermək (fr. Crediter, latıncadan credete)
1) kiməsə borc vermək, nəsə kreditlə buraxmaq;
2) kiməsə kredit buraxmaq;
3) məbləği kredit hesabına yazmaq.

Kreditor
hər hansı bir fərdin, şirkətin və ya başqa hüquqi şəxsin ona pul və ya əmlak borcu olan şəxs və ya qurum. Başqa sözlə desək, başqasından müəyyən pul məbləğini məcburi qaydada geri almaqdan ötrü qanuni tələb irəli sürə bilən hər hansı bir şəxs. Kreditorlar sığortalanmış və ya sığortalanmamış ola bilərlər. Aktivlərin satılmasından əldə olunan gəlir fərdi kreditor qruplarının təsnifatına əsasən bölüşdürülür. Əksi: debitor və ya borc alan.


Kross məzənnə; (çarpaz mübadilə məzənnəsi)
iki valyutanın üçüncüyə nisbəti ilə qiymətləndirilən valyuta məzənnəsi. Məs., 1 ABŞ dolları = 1.4900 İsvecrə frankı və 1 ABŞ dolları = 1.7950 alman markası olduqda, 100 alman markası = 83.00 İsvecrə frankına bərabərdir.

Kupon
kəsilib emitentə təqdim edildikdə istiqraz və ya səhm sahibinə faiz ödənişi və yaxud dividend ala bilmək, habelə öz hüquqlarını təsbit etmək hüququ verən, istiqraz və ya səhmə əlavə olunmuş sertifikat.

Kvorum
başqa üzvlərin iştirak etmədiyi təqdirdə hər hansı əməliyyatı həyata keçirməkdən ötrü qərar qəbul edərkən təşkilatın buna hüquqi səlahiyyəti çatan üzvlərinin minimum sayı.

Kvota
ümumiyyətlə, hər hansı bir pay və ya hissə (məs., faiz).
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb