Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


M


Mal
1) bazarda satılan, ən ümumi şəkildə məhsul kimi müəyyən edilə bilən iqtisadi kateqoriya. Alqı-satqı obyekti;
2) alıcının müəyyən ehtiyacını təmin edən məhsulun əsas istehlak xarakteristikalarının cəmi;
3) istehlakçılara təqdim edilən, məhsulu tamamlayan və onun satılmasını asanlaşdıran, xidmət və güzəştlər;
4) məhsulun olduğu kimi "mühasirəsi" (malın dizaynı, malın keyfiyyəti, onun tərtibatı, növü, qablaşdırılması).

Mala tələbat
müəyyən vaxt müddətində müvafiq qiymətə alınacaq malın miqdarı.

Malın bazarda mövqeyi
bazarda mal üçün rəqabət qabiliyyəti yaratmaq və müvafiq marketinq kompleksi işlənib-hazırlanmasına dair iş.

Malın həyat dövrü
malın işlənib hazırlanmasından bazara çıxarılması məqamına qədər, malın əsas inkişaf mərhələlərini əks etdirən müəyyən vaxt dövrü. Bu dövrdən bilavasitə satıcının (produsentin) hər dövrdə əldə etdiyi gəlir asılıdır. Malın satışı və gəlir əldə etmə prosesində, adətən, beş mərhələ ayrılır: malın hazırlanma mərhələsi (bazara qədərki), malın bazara çıxarılma mərhələsi (tətbiq etmək), mal satışı həcminin artma mərhələsi, yetkinlik (doyumluluq) mərhələsi, satışın tənəzzül mərhələsi və ya malın bazardan eliminasiyası.

Malın innovasiyası
1) orijinal, təkmilləşdirilmiş və ya şəkli dəyişdirilmiş məhsulların yaradılması ilə bağlı, məhsulların arasıkəsilməz yaxşılaşdırılması prosesi. Malın həyati dövrü müddətini və müəssisənin rentabelliyini təmin etməkdə böyük əhəmiyyətə malikdir. Məhsulun differensiasiya və diversifikasiya üsullarını özündə yerləşdirir;
2) yeni məhsul və ya yeni məhsul qruplarının bazara çıxarılması

Malın rəqabət qabiliyyəti
1) malın, bazarda analoji malların müqabilində onun üstünlüyünü təmin edən keyfiyyət və qiymət xarakteristikalarının cəmi;
2) malın rəqib mallar bazarında birinci alınma qabiliyyəti;
3) malın istehlakından (istifadəsindən) onun əldə edilmə və istismar (istehlak qiyməti) xərclərinə faydalı effektin münasibəti;
4) müəssisənin milli və dünya mal bazarlarına çıxma məqsədəuyğunluluğunun mühüm meyarları.

Malın variasiyası
hal-hazırda istehsal olunan və bazarda mövcud olan malın modifikasiyası. Malın fiziki (materialı, keyfiyyəti), estetik (dizayn, rəngi, forması), rəmzi (mal markasının adı) və bu fəaliyyətlə bağlı firma bölmələrinin (alıcılar xidməti, servis xidməti və s.) xüsusiyyətləri dəyişdirilə bilər. Modifikasiyanın mühüm strategiyaları kimi malın keyfiyyətinin yaxşılaşdırılması strategiyası, malın mənfəətinin yüksəldilməsi, malın forma və üslubunun yaxşılaşdırılması ola bilər.

Maliyyə planlaşdırılması
şirkət üçün kapital toplamaq və likvid fondları mənfəətli və etibarlı sürətdə investisiya etməkdən ötrü qabaqçıl maliyyə vasitələrinin sistematik tətbiq olunması.

Maliyyəçi (maliyyə)
1) maliyyə əməliyyatlarının həyata keçirilməsi üzrə mütəxəssis;
2) iri pul əməliyyatlarını idarə edən sahibkar, bankir.

Maliyyələşdirilmə
investisiya üçün pul və ya kredit alınması, yaxud verilməsi. Səhmdar şirkətinin maliyyələşdirilmə strukturu onun ümumi planında, balansın passivlər hissəsində göstərilir.

Marja
1) bankın borc vermə və depozit məzənnələri arasındakı fərq (faiz dərəcəsi və ya spred);
2) qiymət və ya məzənnə risqini örtmək üçün forvard və ya fyuçers əməliyyatları, yaxud opsion satışı ilə bağlı olaraq fond bazarı, opsion, xarici valyuta və qiymətli metallar ticarətində depozitləşdirilən qiymətli kağız;
3) lombard (vasitəli təminatlı) kreditləri üçün borc vermə limiti;
4) kredit təminatının cari bazar dəyəri ilə kreditin nominal məbləği arasındakı fərq;
5) broker krediti hesabına aldığı səhmlərin qiymətinin alıcı (müştəri) tərəfindən ənğd pulla ödənilən hissəsi (ABŞ-da minimum 50%).

Marketinq prosesi
ideyaların, yeni ehtiyacların axtarışı və seçilməsi ilə bağlı və onların mal və ya xidmətlərlə ifadə edilməsinin qaydaya salınmış cəmi; bu məhsulların hazırlanması və müvafiq bazarlara və ya ticarət şəbəkələrinə verilməsi.

Marketinq şəbəkələri
1) üç qarşılıqlı əlaqəli komponentlərin qarşılıqlı hərəkət prosesinin kəmiyyət-keyfiyyət xarakteristikası: iştirakçıların (firmaların), resursların və fəaliyyət növlərinin;
2) resurs potensialının dəyişikliyində marketinq sistemi subyektlərinin hər birinin hakimiyyətinin qarşılıqlı əlaqə və asılılığının təzahürü sahəsi.

Media
1) reklamın yayılma vasitələri;
2) audio-, tele- və vizual kommunikasiya vasitələrinin bütün cəmi.

Menecer (ing. manager)
müəyyən inzibati-təsərrüfat müstəqilliyinə malik, istehsalat, satış və xidmət sahələrində təşkilatçılıq və idarəçilik üzrə mütəxəssis.

Menecment
1) bazar iqtisadiyyatının bu və ya digər iyerarxiya səviyyəsində müxtəlif fəaliyyəti təşkil etmək üçün lazım olan funksiyaların cəmi;
2) təkrar istehsal və iqtisadiyyatın ümumilikdə bu və ya digər sahəsinin təşkilat proseslərinin idarə edilməsi, planlaşdırılması, koordinasiya və nəzarəti təyin edən tək şəxsin və ya şəxslər qrupunun fəaliyyətinin və rolunun təsvir forması;
3) bazar iqtisadiyyatı ilə idarə etmə elmi, buraya sistemlər nəzəriyyəsi, qərarlar nəzəriyyəsi, sosial psixologiya, sosiologiya, psixologiya, riyaziyyat və s. daxildir;
4) rəqabət mübarizəsi şəraitində təşkilati prosesə və istehsalatın fəaliyyətinə başçılıq edən, nəticəyə və firmanın həyat qabiliyyətinə cavabdeh olan firma rəhbərliyi;
5) bazar şəraitində iqtisadiyyat, istehsalat, işçilər, resurslar və s. ilə idarə etmə.

Merfi qanunu
reklam qanunu, burada deyilir: "Kifayət qədər olmayan reklam xərcləri pulun mənasız məsarifinə gətirib çıxarır", yəni reklamda qənaət mənasızdır.

Mənbə vergisi
vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğindən imtina etməklə, bir-başa mənbədən tutulan vergi.

Mənfəət
müəyyən dövr ərzində bütün xərclərin çıxarılmasından sonra yerdə qalan gəlir. Banklar üçün götürülərkən, faiz ödənişi çıxıldıqdan sonra qalan ümumi gəlir, ümumi əməliyyat qazancı kimi başa düşülür. Ümumi gəlirdən bütün əməliyyat və qeyri-əməliyyat xərclərin çıxdıqdan sonra yerdə qalan vəsait, xalis, yaxud təmiz mənfəət adlanır. Bölüşdürülən xalis mənfəət il ərzində əldə edilmiş xalis mənfəət ilə əvvəlki maliyyə ilindən qalmış hər hansı vəsait qalığının cəmindən ibarət olur.

Mənfəət götürmə
ya qiymətli kağızları öz maya dəyərindən artıq qiymətə satmaqla, ya da qısa satış zamanı qiymətli kağızları, onların satış qiymətindən aşağı qiymətə geriyə almaqla fond birjasında mənfəət əldə edilməsi.

Mənfəət və itkilər haqqında hesabat (BB); gəlir hesabatı (ABŞ)
ötən maliyyə ili üçün şirkətin bütün xərc və gəlirlərini müqayisəli şəkildə əks etdirən siyahı. Həmcinin, gəlirdən mənfəət və itki haqqında hesabat da adlanır.

Mənfəətlik
kapitalın investisiya edilməsindən əldə edilən, faizlə ifadə olunmuş gəlir. Qiymətli kağızlarla əlaqədar hallarda, nəğd qazanc belə vasitələrin investisiya məqsədilə istifadə olunmasının məqsədəuyğunluğunun qiymətləndirilməsinin mühüm meyarı kimi çıxış edir. Yüksək nəğd qazanc gətirən səhm və ya istiqrazlar qazanclı (gəlirli) qiymətli kağızlar adlanır.

Möhkəm valyuta
müəyyən tipli müəssisələrə (məs., moda salonları), mövsumi fond tələbatını ödəmək və çətinlikləri aradan qaldırmaq üçün verilən kredit.

Möhlətli kredit
geri qaytarılarkən müəyyən zaman müddətindən sonra hissə-hissə (aylıq) ödənilən kredit. Belə kreditlər Böyük Britaniyada möhlətli alqı krediti adlanır.

Mübadilə məzənnəsi
hər hansı bir tarixdə, hər hansı bir ölkənin valyutasının başqa bir ölkənin müəyyən məbləğdə valyutası ilə alına bilməsi üçün tələb olunan məbləğ.

Müflisləşmə
borclunun öz borcunu ödəyə bilməməsi nəticəsində onun Kommersiya Reyestrinə daxil olan aktivlərinin müsadirə olunub təsviyyə edilməsi. Yerdə qalan aktivlər ləğv olunur və varidat (əldə edilmiş məbləğ) xüsusi plan əsasında kreditorlar arasında bölüşdürülür. Bundan başqa, müflisləşmə borclu şəxsin öz xahişi ilə məhkəməyə müraciəti əsasında da edan oluna bilər (könüllü təsviyyə).

Müflisləşmə hallarında imtiyazlı iddia
müflisləşmə zamanı müxtəlif prioritet üzrə bölünmüş iddialar arasında imtiyazlı (üstünlük verilən) mövqe. İsvecrədə Bank haqqında Federal Qanuna əsasən depozitlərin ümumi məbləği 5.000 İsvecrə frankına qədər olan əmanət qoyuluşları üçüncü prioritet növünə aid edilir. Bu məbləğdən artıq olan əmanət qoyuluşları əlavə 5.000 İsvecrə frankı məbləği üçün 4-cü prioritet növünə daxil olur.

Müflisləşmə zamanı borc iddiası
Kommersiya Reyestrinə daxil olan debitorun borclarını ödəməsini təmin etmək üçün görülən tədbirlər.

Müxbir bank
bir kredit qurumunun başqa bank mərkəzinə daxil olan bankla daimi əlaqələri. Bu zaman sonuncu, bank mərkəzində təmsil olunmayan birincinin agenti kimi çıxış edir.

Mükafat
Bax: laj.

Mükafat səhmi, pulsuz səhm
öz ehtiyatlarının debetinə yönəldilmiş, korporasiya tərəfindən səhmdarlara nəzərdə tutulan, yeni emissiya olunmuş səhmlər. Hər hansı bir şirkətin səhmdarları arasında onlara artıq məxsus olan səhmlərin sayına mütənasib və pulsuz şəkildə yerləşdirmək üçün buraxılmış səhmlər.

Mütərəddid borc
dövlət orqanının qısamüddətli, fondlaşdırılmayan və konsolidə olunmamış borcu (tikinti işlərinə verilən borclar və ya qısamüddətli reskripsiyalar kimi).

Mütərəddidlik
dəyişkənlik.

Müvəkkil əməliyyatlar
vəkil edilmiş şəxs tərəfindən aparılan əməliyyatlar. Vəkil edilənin onu vəkil tutan şəxsin göstərişlərinə əsasən mal, aktiv və ya iddiaların (alacaqların) öz adına əldə etməsi, habelə trast əsasında və onu vəkil edən şəxsin marağına və təlimatlarına uyğun olaraq bu aktivlərdən istifadə etməsi ilə səciyyələnən əməliyyatlar. Vəkil edilmiş şəxs öz adından, lakin vəkil edən şəxsin hesabı və risqi hesabına çıxış edir. Banklar tərəfindən pul bazarı investisiyaları, yaxud müvəkkil kreditlər formasında aparılan müvəkkil əməliyyatlar hər bir bankın öz adından, lakin müştərinin yazılı sifarişi əssında, sonuncunun vəsaiti və risqi hesabına verillən investisiya və kreditlərdir (müvəkkil investisiyalar, müvəkkil kreditlər). Vəkil edən şəxs valyuta, köçürmə və delkredere risqləri üçün məsulliyyət daşıyır. Müvəkkil əməliyyatlar qeyr-kredit əməliyyatlarına aiddir və buna görə də, balansa daxil edilmir. Lakin buna baxmayaraq, İsvecrə qanunvericiliyi belə əməliyyatların balansa ayrıca olaraq daxil edilməsini tələb edir. Daha geniş mənada bu ifadə, müvəkkil və ya müvəkkilə (trast) şirkətlərinə həvalə edilmiş bütün trast əməliyyatlarına aiddir.
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb