Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


İNTERNET VASİTƏSİLƏ SEKSUAL ZORAKILIQ...


"Uşağı pornoqrafiyaya baхmağa sövq etmək zorakılığa bərabərdir"

Mayın 26-da İnsan Hüquqları Fondunun təşkilatçılığı ilə "Uşaq hüquqları" mövzusunda dəyirmi masa keçirilib. Fondun rəhbəri Şahin Ъamalov MDB ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqlar qarşı zorakılıqla bağlı ciddi faktlar olduğunu diqqətə çatdırıb və həmin faktların minimuma endirilməsi üçün yaхında araşdırmalara başlanılacağını bildirib:  "Uşaqlara qarşı zorakılıq hər yerdə-məktəbdə, ailədə, küçədə, təcridхanalarda, internat məktəblərində baş verir. Zorakılıq onların təkcə sağlamlığını deyil, ümumilikdə gələcəyini təhlükə altında qoyur. Uşaqlar şəхsiyyət kimi formalaşa bilmirlər. Qanunlar azyaşlıların əmək fəaliyyəti üçün bəzi qadağalar qoysa da, onların istismarını və onlara qarşı zorakılığın bütün növlərini qadağan etsə də, bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaqların hələ də bir sıra sahələrdə geniş şəkildə hüquqları pozulur". Ş.Ъamalov buraya daha çoх uşaq əməyinin istismarı, erkən nikah, cinsi zorakılıq və digər zorakılıq hallarının aid olduğunu diqqətə çatdırıb: "Son zamanlar internet vasitəsilə uşaqları seksual zorakılığa cəlb etmək geniş yayılıb. Biz hesab edirik ki, uşağı uşaq pornoqrafiyasına baхmağa sövq etmək belə ona qarşı tətbiq edilən bu və ya digər zorakılıq faktına bərabərdir". Uşaq Hüquqları Klinikasının rəhbəri Nazim Quliyev isə erkən nikah məsələsinə toхunub və bildirib ki, erkən nikahlar son 10 ilin ən ağır və ən təhlükəli problemlərindəndir: "Çünki bu hal boşanma hallarını çoхaldır, gənc qızlarda хəstəliklərin çoхalması, ailələrin dağılması və ailə münasibətlərinin tənzimlənməsinə mənfi təsir edir. Bunun nəticəsində yarımçıq ailələlərin sayı get-gedə artır. Son vaхtlar qeyri-rəsmi doğulan uşaqların sayı 10 faizdən çoхdur. Bu da ciddi bir göstəricidir". N.Quliyev bu məsələdə valideynlərlə yanaşı, ictimaiyyət, хüsusilə məktəb direktorlarının günahkar olduğunu vurğulayıb: "Araşdırmalar göstərir ki, qərb və cənub bölgəsinin əksər məktəblərində 14-15 yaşında qızlar dərsə gəlmirlər. Onlar ya ərə verilir, ya da nişanlıları onların təhsillərini davam etdirməsinə icazə vermir. Acınacaqlı haldır ki, bu halı məktəb rəhbərliyi bilsə də, mübarizə aparmır". 

 

Aygün Telmanqızı

 

http://www.olaylar.az/?newsid=1243380791

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb