Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


ANA VƏ UŞAQ ÖLÜMÜNÜN YÜKSƏK OLMASI YALNIZ TİBBİ AMİLLƏRLƏ BAĞLI DEYİL


2009052702_120.Ancaq bununla bağlı həyata keçirilən tədbirlər proqramında həmin məqamlar nəzərə alınmayıb

İqtisadi Təşəbbüslərə Yardım Birliyi "Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı"nın icrası vəziyyətinin monitorinqini yekunlaşdırıb. Nazirlər Kabinetinin 2006-cı il tarixli qərarı ilə təsdiqlənən proqramın monitorinqi ötən il "Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış" koalisiyasının təşkilati dəstəyi ilə həyata keçirilib.

Məlumat üçün bildirək ki, 2006-2010-cu illəri əhatə edən bu proqramın məqsədi ana və uşaqların sağlamlığının möhkəmləndirilməsi, əhalinin reproduktiv sağlamlığının qorunmasıdır. Proqram sağlam və arzuolunan uşaqların doğulması üçün zəruri şəraitin yaradılması, ana və uşaqlar arasında xəstələnmə və ölüm hallarının azaldılmasına yönələn tədbirləri də əks etdirir. Proqramın əsas vəzifələri sırasında əhalinin reproduktiv sağlamlığının qorunmasının təşkilinin və təhlükəsiz analığın təmin edilməsi, mama-ginekoloji və pediatriya xidmətində çalışan tibbi kadrların hazırlanması və ixtisaslarının artırılması işinin yaxşılaşdırılması da var. Bundan başqa, sənəd respublika və rayonlararası perinatal mərkəzlərin təşkili, mama-ginekoloji və pediatriya xidməti göstərən tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və onların müasir müalicə-diaqnostika avadanlıqları ilə təchiz edilməsini də nəzərdə tutur. Eyni zamanda, doğuşayardım müəssisələrinin dərman preparatları ilə təminatının yaxşılaşdırılmasını əks etdirir.

Qeyd edək ki, proqramın icrası üçün 2007-ci ilin dövlət büdcəsində 4,8 milyon manat (təqribən 5,6 milyon ABŞ dolları) ayrılıb. 2008 və 2009-cu illərin dövlət büdcəsində isə bu məqsədlə 5,2 milyon manat (təqribən 6,3 milyon ABŞ dolları) məbləğində vəsait ayrılıb.

İqtisadi Təşəbbüslərə Yardım Birliyinin sədri, layihənin əlaqələndiricisi Azər Mehtiyevin sözlərinə görə, bu layihədə əsas istiqamət tədbirlər proqramının icrası vəziyyətinin monitorinqi əsasında ölkədə ana və uşaq sağlamlığının qorunması sahəsində atılan addımları izləmək olub. Eləcə də proqramın təkmilləşdirilməsi, ölkədə ana və uşaqların sağlamlığının qorunmasının gücləndirilməsi istiqamətində təklif və tövsiyələr işlənir.

Layihənin əlaqələndiricisi monitorinq çərçivəsində aparılan işlərə də aydınlıq gətirib: "Layihə çərçivəsində tədbirlər proqramının məzmununun qarşıya qoyulan hədəflərə uyğunluğunun qiymətləndirilməsi, proqramın icra olunmasının monitorinqi aparılıb, ölkədə ana və uşaq ölümünün qeydiyyatı sahəsində mövcud problemlər araşdırılıb". Monitorinq zamanı proqramın icrasının hüquqi bazası da araşdırılıb. Eyni zamanda, proqramın icrasına məsul olan bir qrup şəxsdən müsahibələr də götürülüb, onların müxtəlif KİV-lərə müsahibələri araşdırılıb, hökumət qurumlarının hesabatları öyrənilib, informasiya sorğuları vasitəsilə məlumat toplanılıb və müşahidələr aparılıb.

A.Mehtiyev bildirdi ki, monitorinqin nəticələrinə əsasən, tədbirlər proqramı ana və uşaq sağlamlığının qorunmasının yalnız tibbi amillərinə yönəldilib. Onun sözlərinə görə, burada əsasən doğuşayardım müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və təkmilləşdirilməsi, tibb işçilərinin peşəkarlığının artırılmasını nəzərdə tutan tədbirlər əks olunub: "Proqram çərçivəsində icra olunan işlər də əsasən bunlardır: 7 Perinatal Mərkəzin tikilməsi, tibb müəssisələrinə doğuşayardım xidməti üzrə tibbi avadanlıqların verilməsi, şöbələrin təmiri və təchizatı, tibb işçilərinə təlim və seminarların keçirilməsi. Halbuki, tədqiqatlar göstərir ki, ölkədə ana və uşaq ölümü səviyyəsinin yüksək olması heç də yalnız tibbi amillərlə bağlı deyil. Burada tibbdən kənar bir çox amil də mühüm əhəmiyyət daşıyır".

Mərkəz sədrinin bildirdiyinə görə, bu səbəblər sırasında əhalinin maddi-sosial durumu, adət və ənənələr, gender problemi, insanların həyat tərzi, qida rasionu və qidalanma mədəniyyəti də var. Layihənin əlaqələndiricisi əlavə etdi ki, ana və uşaq ölümü hallarının yüksəkliyinə təsiredici hallar kimi əhalinin tibbi maariflənmə səviyyəsi, kommunal xidmətlərə çıxış, ətraf mühit və ekologiya və s. kimi amillər də başlıca rol oynayır: "Amma məhz bu məsələlər üzrə atılacaq addımlar proqramda əks olunmayıb".

 

A.AKİF

 

http://www.ayna.az/rubric.php?id=42074

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb