Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


1 İYUN UŞAQLARI BEYNƏLXALQ MÜDAFİƏ GÜNÜDÜR


Azərbaycanda uşaqlara qayğı daim diqqət mərkəzindədir. Məhz bu səbəbdən də Azərbaycan Respublikası müstəqilliyinin ilk ilindən Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" Konvensiyasına qoşulmuş və həmin Konvensiyanın müddəalarına uyğun olaraq öz öhdəliklərini tam həcmdə yerinə yetirir. Uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətin onlara qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması, eləcə də ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədi ilə dövlət başçısı İlham Əliyev 2008-ci il 22 dekabr tarixli Sərəncamı ilə 2009-cu ili Azərbaycan Respublikasında "Uşaq ili" elan etmişdir.

Dövlət Statistika Komitəsindən bildirmişlər ki, bu gün 18 yaşadək uşaqlar ölkə əhalisinin 29 faizini təşkil edir. 2008-ci ildə Azərbaycanda 152,1 min, cari ilin dörd ayında isə 48,4 min körpə dünyaya gəlmişdir. Onların 53,4 faizini oğlan, 46,6 faizini qızlar təşkil edir. Hesablamalara görə, ötən il doğulan uşaqlar üçün gözlənilən ömür uzunluğu 72,6 yaş, o cümlədən oğlanlarda 69,9, qızlarda isə 75,4 yaş təşkil еdir. Doğulan uşaqlara ən çox qoyulan oğlan adları Məhəmməd, Əli, Hüseyn, Murad və Nihad, qız adları isə Fatimə, Zəhra, Nərmin və Nuray olmuşdur.

Uşaqların sağlamlığının qorunması dövlət orqanlarının qarşısında duran əsas vəzifələrdən biridir. 2009-cu ilin əvvəlinə ölkədə uşaqlara tibbi xidmət göstərən 591 poliklinika, ambulatoriya və uşaq şöbəsi olan müəssisələrdə 4,5 min nəfər həkim pediatr çalışmışdır. Cari ilin əvvəlinə ölkədə idman bölmələrində məşğul olan uşaqların sayı 339 min nəfər olmuşdur. Uşaqlar daha çox futbol, voleybol, şahmat, yüngül atletika, sərbəst güləş, basketbol və stolüstu tennis idman növlərinə maraq göstərirlər.

Ölkədə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi sahəsində də mühüm tədbirlər həyata keçirilir. Aztəminatlı ailələrdəki uşaqların rifahını yaxşılaşdırmaq və sosial müdafiəsini gücləndirmək məqsədi ilə dövlət tərəfindən sosial müavinət və yardımlar təyin olunur. 2009-cu il aprel ayının 1-i vəziyyətinə ölkədə 11,7 min ailədə 22,8 min uşağa aylıq sosial müavinət təyin olunmuşdur. Bu müavinətləri alan uşaqların 1,8 mini şəhid ailələrinin, 16,4 mini müharibə əlillərinin, 4 mini I və II qrup Çernobıl AES əlillərinin, 0,6 mini isə müddətli xidmətdə olan hərbi qulluqçuların uşaqlarıdır. Bununla yanaşı, sağlamlıq imkanları məhdud olan 56,5 min uşağa və 10,7 min ailənin 1 yaşınadək olan 10,8 min uşağına aylıq, 23,6 min ailəyə 24 min uşağın doğulmasına görə birdəfəlik sosial müavinətlər verilmişdir. Bundan əlavə, 173,3 min ailənin 381,7 min uşağı ünvanlı dövlət sosial yardımı almışdır.

Azərbaycanda bütün uşaqlar keyfiyyətli təhsil almaq hüququna malikdirlər. Hazırda ölkəmizdə 1612 məktəbəqədər təhsil müəssisəsi, 4550 gündüz ümumtəhsil məktəbi, 108 peşə məktəbi və peşə liseyi, 60 orta ixtisas təhsil müəssisəsi, 48 ali məktəb fəaliyyət göstərir.

Mədəniyyət və Turizm Nazirliyi sisteminin klub müəssisələrində 3672 uşaq dərnəkləri və kollektivləri, 104 uşaq kitabxanası və 234 uşaq musiqi incəsənət və rəssamlıq məktəbləri fəaliyyət göstərir.

 

www.azertag.com

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb