Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


"AZƏRBAYCAN AİLƏSİNDƏ ERKƏN NİGAH PROBLEMİ VAR"


AYNUR SOFİYEVA: "Təəssüf ki, erkən nigahlar əksər hallarda valideynlərin təsirilə baş verir"

 

"Azərbaycan qadınına həmişə hörmət, diqqət və qayğı olub. Ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra isə qadın məsələsinə dövlət siyasəti səviyyəsində yanaşılıb. Azərbaycan qadınının bu gün cəmiyyətdə özünü təsdiq etməsi üçün hər cür imkan və şərait var. Qanunvericilik baxımından da Azərbaycan qadınının geniş fəaliyyəti üçün lazım olan hüquqi baza formalaşdırılıb". Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva dilə gətirib. Onun sözlərinə görə, 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Həmin ildən başlayaraq dövlət qadın siyasəti, qadınların fəallığının artırılması ilə bağlı ölkə prezidentinin fərman və sərəncamları olub, 2006-cı ildə "Gender bərabərliyinin təminatları haqqında" qanun qəbul olunub. Eyni zamanda, həmin ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin nəzdində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu sahəyə dövlətimizin xüsusi diqqətinin nümunəsidir: "Ümumiyyətlə, Konstitusiyamızda və digər qanunlarda gender məsələləri nəzərə alınıb. Yəni, qadınların hüquq bərabərliyi təsbit olunub. Hakimiyyətin hər üç qoluna - istər icra hakimiyyəti orqanlarında, istər qanunvericilik orqanında, istərsə də məhkəmə sisteminə baxsaq görərik ki, qadınların rolu artmağa doğru gedir. Bir neçə il öncə rayon icra hakimiyyətlərində cəmi bir neçə yüksək vəzifəli qadın çalışırdısa, hazırda 30-dək rayonda qadınlar icra başçılarının müavini səviyyəsində təmsil olunur. Bu artıq müsbət göstəricidir. Bəzən belə bir fikir də deyilir ki, qadın olduğuna görə kimsə irəli çəkilməlidir. Mən bununla razı deyiləm. Biz gender məsələsini nəzərə alırıqsa, bu o demək deyil ki, qadınlara üstünlük verilməlidir. Gender hüquq bərabərliyi deməkdir, yəni qadınların statusunu daha yüksək tutmur. Qadınlığına görə, kiməsə üstünlük verilsə, bu kişilərin hüquqlarının pozulması olardı. Bu gün biz hüquqi dövlətdə, bazar iqtisadiyyatı şəraitində yaşayırıq. Əgər kiminsə bacarığı varsa, öz imkanlarını göstərə bilirsə, təbii ki, irəli çəkiləcək. Bu baxımdan da əgər belə bir sual olsa ki, Azərbaycan qadını fəaldırmı, o zaman söyləmək olar ki, bəli, fəaldır. Amma müəyyən problemlər var. Biz tez-tez müxtəlif bölgələrdə oluruq, qadınlarla görüşürük, görürük ki, bir çox qadınlar hətta öz hüquqlarını belə bilmirlər. Ona görə də bu gün Dövlət Komitəsinin əsas prioritet istiqamətlərindən biri məhz qadınların maarifləndirilməsi ilə bağlıdır".

 

Onu da qeyd edək ki, hər bir cəmiyyətdə ailə cəmiyyətin əsasını təşkil edir. Bu baxımdan, görəsən, komitə sədrinin müavini ölkəmizdə ailə məsələləri haqqında nə düşünür? Eyni zamanda, təmsilçisi olduğu təşkilat tərəfindən müasir dövrümüzdə xalqımızın ailə ənənələrini qorumaq və inkişaf etdirmək istiqamətində nə kimi tədbirlər görülür? A.Sofiyevanın bildirdiyinə görə, Azərbaycan xalqının ailə modeli nəinki Qərbdə, həm Şərqdə unikal hesab olunan bir ailə modelidir. Yəni, buraya ailədaxili münasibətlər, böyüklərə hörmət və ehtiram, valideyn-övlad münasibətləri və sair kimi ənənələr daxildir və fundamental milli dəyərlər ta qədimdən bu günə kimi gəlib çatıb: "Amma əlbəttə ki, zaman, müasir inkişaf da öz təsirini göstərir. Bilirik ki, inkişafın müsbət təsirləri olduğu kimi, yaratdığı problemlər də var. Azərbaycan ailəsinin də hər bir cəmiyyətdə olduğu kimi müəyyən problemləri var. Bu gün təəssüflər olsun ki, məişət zorakılığı hallları da mövcuddur. Azərbaycan ailəsində erkən nigah problemi var. Biz bu məsələlərlə bağlı araşdırmalar aparırıq. Erkən nigahlar da təəssüflər olsun ki, əksər hallarda valideynlərin təsiri ilə baş verir. Bu valideynlər öz övladlarının xoşbəxtliyini istəyirlər, lakin özləri də bilmədən onları risk altına qoyurlar. Erkən nigahın olması həm uşağın psixologiyasına pis təsir edən hadisədir, həm də həmin uşağın ailə məsuliyyətini öz zərif çiyinlərinə götürə bilməməsinə gətirib çıxarır. Bu sonradan doğulan körpələrin fiziki və psixi xəstəliklərlə dünyaya gəlməsinə səbəb olur".

 

Yeri gəlmişkən, Milli Məclis (MM) tərəfindən Ailə Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bəs, görəsən, yuxarıda qeyd edilən problemlərin həlli ilə bağlı bu Məcəlləyə hansısa dəyişikliklər ediləcəkmi? Komitə sədrinin müavininin qeyd etdiyinə görə, Azərbaycan ailəsində qan qohumluğu problemi var ki, bu da təəssüflər olsun ağrılı problem kimi qalır: "Qan qohumlarının evlilik problemi və onun fəsadları haqda əvvəllər elmi məlumat yox idi. Amma son zamanlar bu tibb elmi tərəfindən ortaya qoyulub və insanlar bu haqda məlumat əldə edə bilirlər. Bu kimi faktlar milli genefondumuzu zədələyən tendensiyadır. Bir çox xarici ölkələrdə belə hallara qanunvericilikdə qadağa qoyulur. Bəzi hallarda deyirlər ki, bu ailədaxili problemdir və heç kimin qarışmağa haqqı yoxdur. Amma biz bilirik ki, ailədə yaranan problemlər sonradan cəmiyyətdə yayılır və cəmiyyət üçün pis nəticələr verir. Buna görə də bizim buna kənarda durub baxmağa haqqımız yoxdur. Bu, həm də dövlətçiliyimiz və milli inkişafımız üçün problem yarada bilər. Ona görə də dövlət bu məsələni tənzimləməlidir. Biz də Dövlət Komitəsi olaraq bu istiqamətdə iş aparırıq. Bəli, ailə problemlərinin həlli baxımından biz qanunvericiliyin təkmilləşdirilməsi üçün öz təkliflərimizi vermişik. Yəqin ki, yaxın zamanlarda Milli Məclisdə bu məsələyə baxılacaq. Təkliflər sırasında erkən nigahın yaş həddinin qaldırılması, nigah öncəsi tibbi arayışın alınması, nigah müqaviləsi və s. məsələlər daxildir. Belə təcrübə inkişaf etmiş ölkələrdə var. Sağlam cəmiyyətin yaradılması üçün bütün bunlar məcburi qaydada olmalıdır. Bizə olan müraciətlərin 30 faizi məhz əmlakın bölüşdürülməsi ilə bağlı problemlərdir ki, burada ən çox əziyyət çəkən qadınlardır. Nigah müqaviləsi olmadıqda, qadınlar hüquqi olaraq müdafiəsiz qalırlar. Bizim işimiz də qadınları bu sahədə maarifləndirməkdən ibarətdir. Problemlərin böyük bir hissəsi məhz maariflənmənin aşağı səviyyədə olmasından meydana gəlir. Bu məsələdə kütləvi informasiya vasitələrinin dəstəyinə ehtiyacımız var".

 

"Ölkə prezidenti tərəfindən 2009-cu il Azərbaycan "Uşaq ili" elan olunub. Dövlət Komitəsi "Uşaq ili" çərçivəsində hansı layihələri həyata keçirməkdədir" sualına cavabında isə A.Sofiyeva bunları qeyd edib: "Uşaq problemləri çox vacib məsələdir. Bizim dövlətimizin siyasətində uşaqlara diqqət və qayğı həmişə olub. "Uşaq ili" ilə əlaqədar müxtəlif layihələr, proqramlar həyata keçirilir. Buna görə biz hörmətli Prezidentimizə təşəkkür etməliyik. Dünya hazırda iqtisadi böhran keçirir və bir çox ölkələr bu cür tədbirləri təxirə salırlar. Amma belə bir vaxtda bizim ölkədə uşaqlarla bağlı dövlət proqramlarının həyata keçirilməsi onlara böyük bir qayğıdır. Uşaqların daha yaxşı təhsil alması, onlara milli mənəvi dəyərlərin aşılanması, ana-uşaq ölümünün azaldılması yönündə tədbirlər və sair bu kimi işlər həyata keçirilir. Bu il bütün bu işləri təkcə bizim komitə yox, bütün aidiyyatı qurumlar lazımi səviyyədə həyata keçirməkdədir".

   

Kamil HƏMZƏOĞLU

 

http://www.525.az/new/2009/06/05/read=43739

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb