Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


AZƏRBAYCANDA UŞAQ OMBUDSMANININ YARADILMASINA EHTİYAC VAR


Yaap Doek: "Uşaqların öz problemləri ilə bağlı müraciət edə biləcəkləri bir ünvan olmalıdır"

 

Dünya təcrübəsi göstərir ki, son 27 ildə həm milli, həm də regional səviyyədə müstəqil uşaq hüquqları üzrə müvəkkil - uşaq ombudsmanı institutlarının yaranması prosesi gedir. Hazırda dünyanın 60-dan çox ölkəsində belə ombudsmanlar fəaliyyət göstərməkdədir. Azərbaycanda da ölkə üçün tamamilə yeni bir təcrübə olan uşaq ombudsmanının formalaşdırılması istiqamətində təşəbbüslər irəli sürülməkdədir. "Uşaq ili" çərçivəsində reallaşacaq işin təşkilində isə Azərbaycana UNICEF kömək göstərəcək. Bəs görəsən, uşaq ombudsmanının əsas funksiyaları nədir? Bununla bağlı suallarımızı 2001-2007-ci illər ərzində BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinin sədri olmuş, hazırda isə Amsterdam Apelyasiya Məhkəməsində hakim müavini, Amsterdamda Vriye Universitetinin Huquq (Ailə və Yeniyetmə üzrə Qanun) üzrə professoru Yaap Doek cavablandırıb:

- Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da gələcəkdə uşaq hüquqları üzrə müvəkkil yaradılarsa, onun əsas funksiyası uşaq hüquqlarının nəzərə alınması, onların hüquqları ilə bağlı təbliğatı həyata keçirmək olacaq. Bundan əlavə, uşaqlar öz problemləri, hüquqlarının pozulması ilə bağlı həmin ombudsmana rəsmi olaraq müraciət edə biləcəklər. Ombudsman da öz səlahiyyətləri çərçivəsində həmin müraciətləri araşdıraraq tədqiqatlar aparacaq. Ümumiyyətlə, bir çox ölkədə, o cümlədən Azərbaycanda böyüklərdən fərqli olaraq uşaqların məhkəməyə çıxışı məhduddur, məhkəmlərdən istifadəsi çətindir. Bu baxımdan, uşaq ombudsmanı onların bu imkanlarını artıracaq. Ombudsmanla uşaqlar arasında canlı əlaqənin olması, uşaqların ombudsman işində iştirakı da çox mühümdür. Bunu isə müxtəlif yollarla etmək olar. Məsələn, ombudsman öz tərəfindən kiçik broşürlar, materiallar çap etdirə, onları uşaqlar arasında yaya, onlarla mütəmadi görüşlər keçirə bilər və s. Və ya gənclərdən ibarət komissiya yaradıla bilər ki, onlar ombudsmanın işində daha yaxından iştirak etsinlər.

 

- Azərbaycanda uşaq ombudsmanının yaradılması təşəbbüsü hansı zərurətdən ortaya çıxıb?

 

- Azərbaycanda uşaq ombudsmanının yaradılmasına ehtiyac digər ölkələrdə olduğu ehtiyacla eynidir. Yəni bir qayda olaraq, uşaqların öz problemləri ilə bağlı müraciət edə biləcəkləri bir ünvan olmalıdır. Digər tərəfdən, əslində, uşaqların səsvermə hüququ yoxdur. Beləliklə, həm siyasətin, həm qərarların qəbulu, həm də qanunvericiliyin formalaşdırılması baxımından uşaqların öz fikirlərini ifadə etməsinə və bu fikirlərin eşidilməsinə ehtiyac var. Uşaqlar özləri öz hüquqlarından istifadə edə bilmədikləri üçün onların fikirlərini ifadə edə biləcək bir orqanın, bir şəxsin olması çox mühümdür. Eyni zamanda, uşaqların hüquqlarının müdafiəsi baxımından Azərbaycanda da uşaq ombudsmanının yaradılmasına ehtiyac var.

 

- Azərbaycanda uşaq hüquqlarının qorunması ilə bağlı vəziyyətlə yəqin ki, tanışsınız. Ümumiyyətlə, bu sahədə vəziyyəti necə qiymətləndirirsiniz?

 

- Azərbaycanda uşaq hüquqları ilə bağlı müəyyən irəliləyiş əldə edilib. Xüsusən də məcburi köçkün uşaqlarının sağlamlıq və təhsil hüquqları ilə bağlı müəyyən irəliləyiş var. Eyni zamanda, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri ilə keçirdiyim görüşlərə, ombudsmanın hesabatına əsaslanıb deyə bilərəm ki, ölkədə de-insitutlaşdırılma, uşaqların dövlət müəssisələrindən çıxarılaraq ailələrə verilməsi istiqamətində də irəliləyiş əldə olunub. Amma buna baxmayaraq, yuvenal ədliyyə sahəsində bəzi narahatlıqların olduğunu qeyd etmək istəyirəm. Milli Məclisdə də başa düşürlər ki, bu istiqamətdə qanunvericilikdə islahatlar aparmaq lazımdır. Xüsusən hal-hazırda yuvenal hüquq pozuntuları ilə davranış, onların müvəqqəti saxlanma müəssisələrində saxlanması ilə bağlı müəyyən narahatlıqlar var. Belə ki, bəzən hüquq pozuntusu törətmiş uşaqların saxlanma şəraiti beynəlxalq səviyyədə qəbul olunmuş standartlara uyğun gəlmir. Onlar böyüklərlə bir kamerada saxlanılır ki, bu da qanunaziddir. Əslində isə belə uşaqları böyüklərlə bir yerdə saxlamaq olmaz. Bu baxımdan, həm prokuror, həm polislər 12-15 yaşlı cinayət, hüquq pozuntusu törətmiş uşaqlara fərqli yanaşmalıdırlar. Onlar bilməlidirlər ki, uşaqların böyüklərlə bir yerdə saxlanması günlərlə davam edərsə, bu, uşağı məhvə sürükləyər. Ona görə də bu məsələ ilə bağlı həm hakimlər, həm prokurorlar, həm də polislər üçün treninqlərin keçirilməsi olduqca vacibdir. Növbəti narahatlıq doğuran məsələ uşaqlara qarşı zorakılıqdır. 2006-cı ilin sonunda BMT-nin baş katibinin uşaqlara qarşı zorakılıqla bağlı tədqiqatının son nəticələri açıqlanıb. Nəticələrdə ev, məktəb, küçə, eləcə də digər yerlərdə uşaqlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı tövsiyələr verilib. Hər yerdə olduğu kimi, Azərbaycanda da bu narahatlıq mövcuddur. Bu istiqamətdə isə hökumətin üzərinə müəyyən öhdəliklər düşür. Amma onu qeyd edim ki, ailədə uşaqların zorakılığa məruz qalması ən gizli zorakılıq formalarından biridir. Onun aşkar edilməsi çox çətindir. Bir çox ölkədə uşaqların ailədə baş verən bu hallarla bağlı məlumat verə bilməsi üçün "Etimad xətti" yaradılıb. Bildiyimə görə, Azərbaycanda da belə bir xətt yaradılmaqdadır ki, bu da onların hüquqlarının qorunmasında faydalı olacaq.

 

- Uşaq hüquqları üzrə müvəkkillərin mövcud olduğu ölkələrlə onların heç olmadığı ölkələri müqayisə etdikdə uşaq ombudsmanının fəaliyyəti özünü nə qədər doğruldur?

 

- Bu, uşaq ombudsmanının fəallığından asılıdır. Uşaq ombudsmanının mövcud olduğu İsveç, Danimarka, Böyük Britaniya, Norveç, Avstriya, Belçika təcrübəsi göstərir ki, bu ölkələrdə təkcə cəmiyyətdə deyil, siyasi dairələr, eləcə də uşaqlar arasında uşaq hüquqları ilə bağlı məlumatlılığın səviyyəsi çox yüksəkdir. Uşaqların böyük əksəriyyəti "Uşaq hüquqları üzrə Konvensiya"nın mövcudluğundan xəbərdardır. Eyni zamanda, uşaq ombudsmanı tez-tez ve fəal şəkildə müxtəlif mətbu orqanlarda, radio və telekanallarda çıxış edir, təbliğat aparır, hər il hesabat hazırlayır, parlamentə təqdim edir, hesabat müzakirə olunur. Bu baxımdan, uşaq hüquqları üzrə müvəkkillərin mövcud olduğu ölkələrdə daha çox irəliləyiş var.

 

- Azərbaycanda uşaq ombudsmanının təşkili məsələsindən əvvəl yəqin ki, beynəlxalq təcrübə öyrənilir. Ümumiyyətlə, bizim üçün model seçilərkən hansı ölkənin təcrübəsinə üstünlük verilməlidir?

 

- Ümumiyyətlə, uşaq ombudsmanlığı üzrə əsas iki model mövcuddur. Birinci model müstəqil uşaq ombudsmanı, ikinci model isə mövcud ombudsman sistemi daxilində uşaq hüquqları üzrə müvəkkildir. BMT Uşaq hüquqları üzrə Komitəsinin tövsiyə xarakterli sənədində deyilir ki, uşaq ombudsmanı müstəqil olsa, daha yaxşı olar. Çünki burada əsas məsələ də uşaq hüquqları üzrə müvəkkilin müstəqilliyini əldə etməkdir. Əgər uşaq hüquqları üzrə müvəkkil mövcud ombudsman qurumu çərçivəsində yaradılırsa, onun müstəqilliyini təmin etmək çətin olur. İstənilən halda uşaq ombudsmanı həmin quruma və onun başında duran şəxsə tabe olacaq.

 

- Hər hansı modelin tətbiqində ölkənin milli xüsusiyyətləri də nəzərə alınır. Məsələn, Gürcüstanda belə bir təcrübə var ki, uşaq ona sillə vuran valideynini məhkəməyə verə bilər. Amma Azərbaycanda bu hal qəribə qarşılanar. Bu baxımdan, burada yaradılması dəstəklənən uşaq hüquqları üzrə müvəkkilin funksiyaları digər ölkələrdəkindən nə ilə seçiləcək?

 

- Uşaqlara qarşı zorakılıq uşaq ombudsmanının məşğul olacağı digər işlərlə yanaşı əsas məsələlərdəndir. Bu problemin yerli xüsusiyyətlər məsələsi təkcə Azərbaycana xas deyil. Dünyanın müxtəlif ölkələrində bəziləri düşünür ki, uşağa qarşı hansısa fiziki cəzanın tətbiq edilməsi yaxşı niyyətlə edilir və əsas məqsəd gələcəkdə həmin uşağın ləyaqətli vətəndaş olmasını təmin etməkdir. Ümumiyyətlə, hər bir uşaq ombudsmanının valideynlərə çatdıracağı mesay bundan ibarətdir: "Öz uşağınızı döyməyin. Sizin uşağınızın yerində başqa bir böyük olsaydı, siz onu səhv hərəkət etdiyinə görə vurardınzmı? Bu halda onun sizə qarşı reaksiyası necə olardı? Öz uşağınızı ancaq ona görə döyürsünüz ki, o sizin gözlədiyiniz nəticəni verməyib va ya gözlədiyiniz kimi hərəkət etməyib?" Ona görə də müxtəlif ölkələrdə uşağa qarşı zorakılıq, xüsusən də uşaqlara qarşı cismani cəza qadağan edilirsə, bu halda uşağın məhkəməyə müraciət etmək haqqı var. Hətta ən ağır hallarda prokuror özü məhkəməyə müraciət edərək uşağına qarşı ciddi cismani cəza tətbiq edən valideyni məhkəməyə cəlb edə bilər. Əksər ölkələrdə uşaqlara qarşı zorakılıq, döymə, cismani cəzanın qadağan edilməsi yeni cinayət növü kimi nəzərə alınır. Hətta bu, Mülki Məcəllədə fərqləndirici məqam, xüsusi müddəa kimi öz əksini tapır ki, əgər uşağı tərbiyə edirsinizsə, onu vurmayın. Ümumiyyətlə, Azərbaycanda da belə bir qanun qəbul edilərsə, o qanun qəbul edilməzdən əvvəl və eyni zamanda, qəbul edilərkən geniş ictimaiyyət arasında təbliğat aparmaq, müəllim və valideynlərə bildirmək lazımdır ki, uşaqlara qarşı heç bir zorakılıqdan istifadə etmək olmaz. Valideynlərin nəzərinə onu da çatdırmaq lazımdır ki, bununla biz uşaqların nizam-intizama cəlbi, islah edilməsi, tərbiyə olunmasının əleyhinə deyilik. Amma onların tərbiyələndirilməsində digər nativ vasitələrdən istifadə olunmalıdır.

 

- Ölkələr, o cümlədən də Azərbaycan "Uşaq hüquqları üzrə Konvensiya"ya qoşulub və üzərlərinə öhdəliklər götürüb. Sizcə ölkələr bu öhdəlikləri tamamən yerinə yetirsəydilər, uşaq ombudsmanının formalaşdırımasına yenə də ehtiyac qalardı? Ümumiyyətlə, ölkələr bu öhdəlikləri hansı səviyyədə yerinə yetirirlər?

 

- 191 ölkə "Uşaq hüquqları üzrə Konvensiya"nı ratifikasiya edib və bununla üzərlərinə bir sıra öhdəliklər götürüb. Sadəcə, fərq bu öhdəliklərin həyata keçirilməsinin tempindədir. Yoxsul ölkələrdə bu öhdəliklərin həyata keçirilməsi üçün maliyyə imkanları yoxdur və nail olmaq istədiklərindən daha az iş görə bilirlər. Digər ölkələr isə uşaqlara qarşı istismarın, zorakılığın qarşısını almaq, səhiyyə, təhsil və s. xidmətlərə əlçatanlığı təmin etmək üçün qanunvericiliklərində dəyişikliklər ediblər. Ümumiyyətlə, bütün ölkələrin üzərlərinə düşən bütün öhdəlikləri tam yerinə yetirməsi ehtimalı çox azdır. Dünyada heç bir ölkə mükəmməl deyil və bu, praktikada da baş verəcək hal deyil. Uşaq ombudsmanına gəlincə, digər ölkələr kimi Azərbaycanda da ona böyük ehtiyac var. Çünki siyasətçilər gələcəkdə qərar verərkən, tədbirlər görərkən uşaqların nəyə ehtiyacı olduqlarını dəqiq bilməlidirlər. Əgər ölkədə uşaqların 95 faizinin vəziyyəti yaxşı, 5 faizinin problemləri varsa, ombudsman da məhz o 5 faizi təmsil edir. Hətta ən zəngin ölkələrdə elə ailələrdə yaşayan uşaqlar var ki, onlar yoxsulluq səviyyəsindən də aşağı həddə yaşayırlar. Bu baxımdan, hər bir ölkənin hökuməti bu istiqamətdə işləməli, belə uşaqları müəyyənləşdirərək təmin etməlidir ki, onlar normal yaşaya bilsinlər.

 

HƏQİQƏT

 

http://www.kaspi.az/news/a-3832.html

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb