Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


QADIN KOLONİYASINDA BİR GÜN


Məhkum Solmaz Bayramova: "Yoldaşımın təhqirlərinə dözməyib 7 illik ailəmi bir anın içərisində dağıtdım"

Dünən "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" (AMYM) İctimai Birliyi Penitensiar Xidmətin 330 məhkum qadının cəza çəkdiyi 4 saylı cəzaçəkmə müəssisəsində rəssam Cavanşir Əliyevin Azərbaycan xalçaları və miniatürlərinin fotosərgisini təşkil etmişdi. Sərginin məqsədi müəssisədə fəaliyyət göstərən xalçaçılıq məktəbi üçün yeni mövzuların verilməsi idi.

Rəssam Cavanşir Əliyevin sözlərinə görə, belə bir sərginin təşkil edilməsi Bakı Şəhər İcra Hakimiyyətinin və Ədliyyə Nazirliyinin təşəbbüsü, eləcə də AMYM təşkilatı dəstəyi ilə reallaşıb. Dediyinə görə, sərginin məqsədi həbsxana həyatı yaşayan qadınları şad etməkdir. Qeyd edək ki, sərgidə 60-dan çox əsər təqdim olunub.

Azadlığın hər şeydən əziz olduğunu deyən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəis müavini, polkovnik Hüseyn Əlixanovun sözlərinə görə, cəzaçəkmə müəssisəsində qadınlar yalnız azadlıqdan məhrum olmalarını məhkəmənin hökmü ilə hiss edirlər: "Digər azadlıqların, arzu və istəklərinin həyata keçməsi üçün isə tədbirlər həyata keçirilir".

"Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyinin rəhbəri Kamil Səlimov isə sərginin adıçəkilən müəssisədə keçirilməsi üçün 2 ay vaxt sərf edildiyini deyərək, bildirdi ki, Penitensiar xidmətlərin tarixində ilk dəfə olaraq bu cür tədbir həyata keçirilir. "Bu aksiyanın əsas istiqaməti ondan ibarətdir ki, digər təşkilatlar, işgüzar adamlar, dövlət strukturlarının nümayəndələri də cəzaçəkmə müəssisələrində bu kimi tədbirlər həyata keçirsinlər".

Tədbir əsnasında məhkum qadınlarla da söhbətləşmək istədik. Amma onların əksəriyyəti danışmaq istəsələr də, bundan çəkindikləri hiss olunurdu. Bununla belə onlardan biriylə həmsöhbət ola bildik. Solmaz Bayramova adam öldürmək üstündə həbsxanada yatır. Dediyinə görə, törətdiyi əməldən peşmandır. Onun sözlərinə görə, istəyərək qurduğu ailəsini, yoldaşını öldürməklə dağıdıb. Ərinin içkiyə qurşandığını, ona olmazın əzab-əziyyətini verdiyini deyən S.Bayramova bütün əzablara uşaqlarının xatirinə dözürmüş. Amma bu dözümə son anda yoldaşını evlərindəki qoşalüllə tüfənclə öldürməklə son qoyub: "Yoldaşımın mənə çəkdirdiyi bütün əzablara uşaqlarıma görə dözürdüm. Amma son zamanlar görürdüm ki, bu hərəkətlər uşaqlarıma psixi təsir edir. Onların gözü qarşısında mənə qarşı zor işlədirdi. Və bu əzablara dözə bilməyib, 7 illik ailəmi bir anın içərisində dağıtdım".

Bir qədər susur. Nəzərləri yerə dikilir. Bir qədər sonra söhbətə davam edir: "Hərəkətimdən çox peşmanam. Çünki uşaqlarım atasız qalıb, özləri də uşaq evlərindədi. 6 aydan bir uşaqlarımı görürəm".

Həmsöhbətim bu hərəkəti etmədən öncə hətta boşanmağı da düşünürmüş, amma dediyinə görə, yoldaşı bu barədə eşidəndə onu öldürmək həddinə qədər çatırmış. Bu yolun da alınmayacağını görən iki uşaq anası həm ərini, həm də özünü öldürməyi düşünüb. Bu düşüncə yoldaşının həyatına son qoyulmasına, özünün isə yaralanıb, daha sonra məhkum həyatı yaşamasına səbəb olub.

S.Bayramova 4 saylı cəzaçəkmə müəssisəsində gigiyena baxımından təmizlik olduğunu desə də, burada məhkumların haqlarının tez-tez pozulduğunu bildirir. Daxili orqanlarının xəstə olduğunu deyən S.Babayevanın sözlərinə görə, xəstəliyi ilə əlaqədar müəssisə tərəfindən heç bir yardım olunmur: "Şəxsən rəis özü, Müzəffər Məmmədov məni ağır təhqirlə rədd edib. Bura gələndə böyrəyimdə heç bir problem yox idi. Bir saatlıq yataq rejimi istədiyimə görə məni sutkalıq soyuq cəza otağına salıblar. Daxili orqanlarım artıq sıradan çıxıb, hər dəfə də səhiyyədən işbirliyi olan adamlar gətirib yoxladırlar və mənim heç bir problemimin olmadığı, guya sağlam olduğumu deyirlər".

Həmsöhbətim deyir ki, bu cür münasibətə dözməyib, həkim çağırıblar və xərcini də özü ödəyib. Və həmin həkimin müayinəsindən sonra məhkumu xəstəxanaya yerləşdirmək mümkün olub. Dediyinə görə, burada şikayət etməyə də icazə verilmir, şikayət edənlər də bəhanə ilə cəza otağına atılır. "Burada bizə istənilən cəzanı verirlər, amma bizə imkan vermirlər ki, şikayətimizi, problemimizi bildirək. Daxili orqanlarımın sıradan çıxması bir yana, əsəblərim də pozulub".

Elə söhbətimizin bu yerində əvvəldən ətrafımızdan çəkilməyən müəssisə nəzarətçiləri rəisin bizlə danışmaq istədiyini deyərək, müsahibimizlə söhbətimizi yarımçıq qoydular.

4 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini Ramiz Usubov isə deyilənlərin yalan olduğunu deyərək, müəssisədə məhkumlar üçün hər bir şəraitin olduğunu və həmin şikayətçi qadının müalicəsinin həyata keçirilməsində köməklik etdiklərini dedi: "Biz özümüz onu müalicə müəssisəsinə göndərmişik. Bütün sənədələri də toplanılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə əlillik alması üçün göndərilib və bu günlərdə cavab gəlməlidir".

Rəis müavininin sözlərinə görə, məhkumlar istədikləri yalanları danışa bilər, amma onlara inanmaq lazım deyil. Bundan əlavə, R.Usubov həmin şikayətçi məhkuma köməklərini əsirgəməyəcəklərini və qəzetimizə danışdığına peşman etməyəcəklərinə də söz verdi.

 

Aytən NƏBİYEVA

 

http://www.express.com.az/second.asp?id=119947

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb