Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


UŞAQLARIN SAĞLAMLIĞI ÜÇÜN HƏKİMDƏN BEŞ MƏSLƏHƏT


Sent-Luis universitetinin tibb məktəbinin pediatriya professoru Toni Skaltso yay aylarında valideyinlərin əksər hallarda uşaqlarda dərin kəsik, sınıq və baş ağrıları səbəbindən təxirəsalınmaz tibbi yardıma müraciət etdiklərini bildirib. "Yay aylarında xoşagəlməz hadisələr və idman yarışları səbəbindən uaşqların yaralanmaq təhlükəsi artır. Onlar uşaqdırlar və adi hallarda da zədə ala bilərlər. Lakin, valideyinlər nəzarəti artırmaqla belə xoşagəlməz halların qarşısını ala bilər", - deyə Skaltso hesab edir. Professor Skaltso uşaqlar üçün yay aylarında daha çox təhlükə yaradan 5 faktoru qeyd edir.

 

1. Tramplin. Hər yay uşaqlar tramplinlərdən yıxılaraq ağır yaralar və sınıqlarla həkimlərə müraciət edir. Xüsusilə onların yıxıldıqları yerlərdə kəsici məmulatların olması ən ciddi problem olur. Professor Skaltso tramplinlər ətrafında mümkün qədər müdafiə setkalarının qurulmasını və əgər mümkündüsə, ümumiyyətlə onları uşaqlara qadağan etməyi təklif edir.

 

2. Velosiped, rolik və skeytlər. Hər il ABŞ-da 580 min velosipedçi, həmçinin 100 min skeytçi zədə və sınıqlar alır. Adi təhlükəsizlik tədbirləri görməklə, bunların bir çoxunun qarşısını almaq mümkündür. Velosiped sürənlərin xüsusi dəbilqə geyinmləri, həmçinin dizlik, dirsəkliklərinin olması önəmlidir.

 

3. Boğulma. Bu ölümlə nəticələn ən çox yayılmış bədbəxt hadisədir. Bu həm dənizdə, həm də çimərlik hovuzlarında baş verə bilər. Həkim məsləhət bilir ki, uşaqlar təhlükəsizlik naminə xilasetmə gödəkcələri geyinməlidir. Və unutmaq lazım deyil ki, valideyinlərin nəzarəti daim uşaqların üzrəində olmalıdır.

 

4. Avtomobil qəzaları. Maşınlarda təhlükəsizlik kəmərlərinin taxılmasının labüdlüyü haqqında hər kəsin məlumatı var. Yay səyahətləri zamanı ən çox qəzaların baş verdiyi vaxtdır. Əgər səfər gecə-gündüzlü vaxt alırsa, bu zaman uşaqların xüsusi avto-kreslolarında oturdulması zəruridir. Dincəlmək üçün maşınların tez-tez saxlanması da uşaqlara xeyirlidir.

 

5. Yüksək hərarət və susuzluq. Hər il bir çox uşaqların xəstələnməsinə və hətta həlak olmasına səbəb, onların yuxarı hərarətli yerlərdə oynaması və valideyinləri tərəfindən saxlanması olur. Yüksək hərarət və uşaqların susuzluğu onlar üçün çox təhlükəlidir. Əgər uşaqlar yüksək hərarətli ərazidə oynayırlarsa, tez-tez maye qəbul etməlidirlər. Çox kiçik yaşlılara isə çox su vermək lazım deyil. Bunun əvəzində onlara hər hansı qida qarışığı verilsə daha xeyirli olar.

 

http://deyerler.org/32625-ueaqlardn-sadlamlddd-gggn-hjjkimdjjn-bee.html

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb