Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


BEYNƏLXALQ ƏMƏK TƏŞKİLATI


İş və ailə əksər insanların həyatlarının əsası kimi həmişə mövcud olmuşdur, lakin bu gün biz onların arasında baş verən münaqişələrdən daha tez-tez danışırıq. Buna səbəb nədir?

Aqrar, sənayedən əvvəlki cəmiyyətdə "iş" və "ailə" anlayışlarının məzmunu bir qədər başqa olmuşdur. Torpaq əkib-becərənlərin və sənətkarların əməyi ailənin məişeti ilə sıx bağlı idi və demək olar ki, ailənin bütün üzvləri bu əməkdə iştirak edirdilər. Ailənin özu də fərqlənirdi: bir dam altında üç-dörd nəslin nümayəndələri yaşayırdılar və hər zaman ailənin məişət qayğılarını təmin edən, uşaqların, xəstələrin və qocaların qeydinə qalan bir kəs tapılırdı.

Sənayenin inkişafı ilə əlaqədar olaraq iş ev təsərrüfatının hüdudlarından kənara çıxır. İş getdikcə daha ixtisaslaşmış xarakter almağa, ailələrdə köməkçi üzvlərin sayı isə azalmağa başlayır. Ailənin əmək qabiliyyətli üzvləri işdə olduqları vaxt uşaqlar və qocalar nəzarətsiz qalırlar. Harmoniya pozulur, ailə vəzifələri işlə münaqişəyə girir. Qadınlar öz fikirlərini ev, uşaqlara və qocalara qulluq etmək işləri üzərində cəmləşdirməyə məcbur olur, tədricən ailəni əsas dolandıranlar isə yalnız kişilər olurlar.

Dünyaya uşaq gətirmək funksiyası təbiət tərəfindən qadınlara verildiyindən, ilk növbədə məhz qadınlar "iş - ailə" ixtilafının girovuna çevrilirlər. Hamiləlik, doğuşlar, körpənin döşlə qidalandırılması və uşaqlara qulluq tam iş günü ilə və yüksək iş yükü ilə çox çətinliklə uzlaşır. Bir qayda olaraq, qadın ənənəvi stereotiplərin təsiri altında özünün peşə karyerasını ailə vəzifələrinə qurban verir. Təbiidir ki, işəgötürənlər bu situasiyada qadınların timsalında tez-tez işdən yayınan, əlavə şərtlər tələb edən

(məsələn, uşaq doğuşu ilə əlaqədar) potensial "problemli işçi" görürlər. Bu isə gender ayrı-seçkiliyi üçün zəmin yaradır: qadınları işə çox həvəssiz qəbul edirlər, hamilələri işdən çıxarırlar, qadınlara az əmək haqqı ödəyirlər, xidməti vəzifədə irəli çəkmirlər və s.

Öz növbəsində ailə vəzifələri ilə yüklənməyən əməkçi-kişi "ideal işçi"yə çevrilir. Lakin əmək haqqı və vəzifə inkişafında irəli düşən kişilər iş yükünün həddən çox artması ilə qarşılaşırlar ki, bu da onların həm fiziki, həm də psixoloji sağlamlıqlarına pis təsir göstərir. Bununla belə, ailəyə daha çox vaxt həsr etmək istəyən kişilər işdə eynilə qadınlar kimi ayrı-seçkiliyə məruz qalırlar. Artıq təsbit olunmuş stereotiplərdən yayınmanı cəmiyyət təqdir etmir.

Bir çox ölkələrin təcrübəsi göstərir ki, kişilər ailə vəzifələri olan bir isçi kimi öz hüquqlarını tələb etməyə başlayarkən, onlar da iş yerində qadınlar kimi ayrı-seçkiliklə üzləşirlər. Faktiki olaraq söhbət cinsindən asılı olmayaraq, ailə vəzifələri olan bütün işçilərin ayrı-seçkiliyə məruz qalmasından gedir.

Ailə vəzifələri olan işçilərə münasibətdə ayrı-seçkiliyə yolverilməzliyin əsaslan BƏT-in 156 №-li Konvensiyasında verilir və müvafiq olaraq 165 №-li (1981) Tövsiyəsində nəzərdən keçirilir. Ailə vəzifələri olan işçi kimi qadınların hüquqlarını müdafiə edən 123 №- li (1965-ci il) Tövsiyədən fərqli olaraq, 156 №-li Konvensiya ailə vəzifələri olan həm qadınlara, həm də kişilərə şamil edilir. Bu, konvensiyanın adında da öz əksini tapır. "Kişi və qadın işçilər üçün bərabər münasibət və bərabər imkanlar haqqında Konvensiya: ailə vəzifələri olan işçilər".

 

www.gender-az.org

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb