Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


«GENDER» ANLAYIŞININ MAHİYYƏTİ VƏ KATEQORİYALARI


 Müasir tədqiqatlarda belə yeni istiqamətlərdən biri kimi aktuallaşan gender yeni elmi dünyagörüşündə bəşər tarixinin bütün inkişaf mərhələlərinin dərki, cəmiyyətdə baş verən ictimai-siyasi proseslərin nəticəsi olaraq cinslərə sivil yanaşma tərzi tələb edir. «Gender», «gender dünyagörüşü», «gender fəlsəfəsi», «gender tarixi», «gender bərabərliyi», «gender mədəniyyəti», «genderşünaslıq», «gender siyasəti» və s. bu kimi anlayışları müəyyən etmək, məkan həddini, zaman mərhələsini aydınlaşdırmaq, araşdırma istiqamətini təyin etmək, problemlə bağlı kateqoriyalarının sistemə salmaq, müxtəlif elm sahələrinin gender məsələlərinə münasibətini öyrənməklə, bu yeni elmin də onlarla sıx əlaqəsini açıqlamaq üçün fəlsəfi, tarixi, siyasi, hüquqi, sosioloji və s. çoxsaylı ədəbiyyata, о cümlədən izahlı lüğətlərə və ensiklopediyalara müraciət etmişik.

Gender anlayışının elmi terminologiyaya daxil edilməsi, mövzu haqqında ümumi təsəvvür yaranması üçün problemin üç hissəyə ayrılması daha məqbuldur: birincisi, kişi və qadın kimi qütbləşən cinslərin «ilahi təyinatı», «təbii yaradılışı» kimi formalaşan təsəvvürün fərziyyə olduğunu açıqlamaq; ikincisi, insanlığı bioloji-fizioloji müstəvidən çıxarıb ictimai-tarixi, siyasi - hüquqi səviyyədə tədqiq etmək; üçüncüsü isə, cins terminini sosial amillər - sinif, yaş, etnos və s. daxil olmaqla kateqoriya kimi təhlil etmək.

Gender anlayışının çoxçalarlı tərəflərini fəlsəfi, tarixi və siyasi-hüquqi aspektdə təhlil etmək üçün cinslərin əlaqəli fəaliyyəti ilə bağlı qarşılıqlı münasibətini, genderin məkan və zaman nisbətində təkamülü həddini, kateqoriya və funksiyalarını təhlil edək. Bu məqsədlə həm beynəlxalq, həm respublika, о cümlədən də, postsovet dövrünün müxtəlif elmi sahələrində işlənmə dərəcəsini elmi ədəbiyyatlar, lüğət və rəsmi materiallarda nəzərdən keçirək. Gender problemlərini araşdırarkən məsələnin kökündə dayanan «gender» anlayışının özünün mahiyyəti, genezisi, mənası, kateqoriyaları haqqında olan müxtəlif fıkirləri nəzərə çatdıraq.

Araşdırdığımız mövzunun kökündə «gender» məfhumu əsas təşkil edir. «Gender» ingilis sözü olub, mənası «cins» deməkdir. Gender anlayışının ümumi mənası kişi və qadının cins üzrə sosial fərqlidirsə, ictimai-tarixi mənası bioloji cinsə əsaslanan, lakin onunla üst-üstə düşməyən, sosio-mədəni baxımdan bölünməsi, fəlsəfi-siyasi mənası isə cəmiyyətdəki proseslərdə cinslərin qarşılıqlı münasibəti, hüquqi təsbitdə bərabərlik hüququdur. Bu isə problems sosiallaşma metodu verir və onun fəlsəfi mahiyyətini daha da aktuallaşdırır. Müasir cəmiyyətşünaslıqda «gender» anlayışı sosiallaşmanın təzahürü olaraq artıq aktuallıq baxımından çox geniş şəkildə istifadə olunur. Gender hazırda qloballaşaraq beynəlxalq, regional, həm də milli problem kimi çoxtərəfliliyi ilə də kütləviləşmişdir. Gender dünyagörüşü özündə «sosial cins» mənasını ehtiva edir. Qeyd edək ki, ingilis dilində sosial cins - yəni «gender» və bioloji cins - «seks» anlayışları, hər biri ayrı-ayrı mənalar kəsb etsə də, bir-birini tamamlayır. Problemin terminoloji anlayışını təhlil edəndə aydın olur ki, ilkin olaraq bu məsələlər feminizmin inkişafı mərhələsində, daha sonra isə xüsusilə də gender tədqiqatlarının araşdırılması prosesində vəhdət yaratmış, «genderşünaslıq» və ya «genderologiya» kimi aktuallaşmışdır. Gender problemlərinin təkcə bir elm çərçivəsində öyrənilməsi, tədqiq, məntiq, ədəbiyyat, psixologiya, linqvistika, genetika, statistika, iqtisadiyyat, tibb, mədəniyyətşünaslıq, dinşünaslıq və bir sıra digər elmlərin predmetlərini əlaqələndirir. Sadalanan elm sahələrinin hər birinin tədqiq metodunun köməyi ilə gender problemləri ilə bağlı xüsusi anlayışları meydana çıxır ki, bu da onun nəzəri modelini təşkil edir:

1.  Gender dünyagörüşü müasir fəlsəfəniıı yeni sahəsidir. Bu yeni elmi istiqamət də fəlsəfənin kateqoriyalar, funksiyalar və metodlar sistemindən istifadə edir. Ümumiyyətlə, varlığın və idrakın ümumi formaları, insanla (istər kişi, istər qadın cinsi) ətraf mühitin qarşılıqlı əlaqəsi, təbiət, cəmiyyət və təfəkkürün ümumi qanunauyğunluqları haqqında elm olan fəlsəfədən sosiumda kişi-qadın münasibətləri haqqında yeni elm sahəsi olan gender daim istifadə edir.

2.  Gender öz tədqiqat sahəsində ictimai inkişaf mərhələlərini, hadisə və prosesləri, tarixi şəxsiyyət və mütəfəkkirlərin fikir və ideyalarını, mədəni və yazılı abidələrdə cinslərə münasibət məsələsini öyrəndiyi üçün fəlsəfə tarixi elmi ilə də sıx bağlıdır.

3.  Baş verən dəyişikliklər, inkişaf edən mədəniyyətlər cinslərin hadisə və proseslərdə mövqeyi, tarixi faktlar və dəqiq rəqəmlər gender elmi üçün böyük əhəmiyyət kəsb edir, buna göгə də tarix elminin materiallarından gender tarixində istifadə olunur.

4.  Cinslərin psixoloji stereotiplərini, davranış və fəaliyyətini öyrənmək üçün gender psixologiya elmindən istifadə edir. Gender psixologiyası cinslər arasında olan ziddiyyətlərin, harmoniyanın, subyektiv və obyektiv fərdiliklərini, şüur və şüuraltı mexanizmlərin tədqiqində psixologiya elmi ilə əlaqə qurur.

5. Gender sosiologiya elminin empirik xidmətlərindən istifadə edir, cəmiyyətdə cinslərin qarşılıqlı münasibət məsələsini araşdırır, sorğular keçirir, konkret elmi dəlillərlə əsaslandırıb, yekun nəticəyə gəlir, təklif və tövsiyələr verir.

6.  Gender elmi siyasət haqqında elm olan politologiya ilə əlaqə qurub, gender siyasəti kursunu yaratmışdır. Bu kursun öyrəndiyi istiqamətlərə siyasət fəlsəfəsindən başlayaraq müasir siyasətşünaslıq, beynəlxalq münasibətlər, cinslərin siyasətdə yeri və rolu məsələsi də daxildir.

7. İnsan hüquqları və gender siyasəti, beynəlxalq və milli qanunvericilikdə cins məsələsi və s. bu kimi problemləri öyrənilməsində hüquq elminin köməyindən istifadə edir.

Gender elmi ictimai təmayüllü elmlərdən savayı digər elmlərlə də bağlıdır. O, statistikadan, müasir informasiya texnologiyalarından, tibb və dəqiq rəqəmlərin verilməsində riyazi modellərdən istifadə edir.

Gender üzrə araşdırma aparan müəlliflər genderə bu və ya başqa elmi tərif verməyə çalışmışlar. Bu cəhətdən XX əsrin sonundan etibarən gender elmini, gender tədqiqini, gender tədrisini, gender təbliğini respublikamızda ilkin təhlil edən müəlliflərin fikirlərinə nəzər salmağı olduqca məqsədəuyğun hesab edirik.

XX əsrin II yarısından etibarən Qərb ölkələrinin sosial-siyasi elmlərində (antropologiya, tarix, politologiya, siyasət, psixologiya, fəlsəfə və s.) işlədilən «gender anlayışı» cəmiyyətdə qadın - kişi münasibətlərinin təhlili ilə əlaqələndirilir. Qadın və kişi münasibətlərinin qarşılıqlı təhlili üçün bioloji amillərin kifayətliyi fikrinin də bu dövrə təsadüf etməsi məsələsini psixoloq R.İbrahimbəyova xüsusi qeyd edir. Fikrimizcə, müəllif burada müəyyən dərəcədə bioloji amilə çox diqqət yetirilməsi məsələsini yerində göstərir.

Gender anlayışı haqqında XX əsrin 70-ci illərindən Qərb ədəbiyyatında, əsasən ingilisdilli ədəbiyyatda, sonralar isə müxtəlif ölkələr çaplarında, hazırda Azərbaycanda da müəyyən tədqiqat cəhdləri və mülahizələri ilə rastlaşırıq. Azərbaycan filosofu Z.Quluzadə göstərir ki, «gender» ingiliscə cins məfhumunun çoxçalarlığını (bioloji növ, qrammatik və sosial cins və s.) ifadə edən sözdür. Buradaca xüsusi qeyd etməyi borc bilirik ki, o, Azərbaycanda gender tədqiqi ilə məşğul olan alimlərdən biridir.

Z.Quluzadə hesab edir ki, gender münasibətlərini tədqiq edərkən cəmiyyətə dialektik yanaşmanın obyektiv və elmi olması, heç də marksizm-leninizm ideologiya və metodologiyasının təkrarı deyildir. Gender münasibətlərinin bioloji, psixoloji və sosial-mədəni həyatın müxtəlif (iqtisadi, siyasi, hüquqi, dini, etnik, ailə, məişət və s.) sahələrində mövcudluğu, onların qarşılıqlı əlaqə və təsiri tədqiqatların metodoloji çıxış nöqtələrindən olmalıdır.

Filosof Ə.S.Abasova görə, cinslərin soy əlamətlərinə görə fərqləndirilməsi toplumun dünyagörüşü və mədəniyyəti ilə bağlıdır və konkret cəmiyyətin dəyərləri və ideallar sistemini əks etdirir. Buna görə də cəmiyyət həyatının bütün sferalarında, hətta dildə də, qadın və kişi cinsləri arasında süni yaradılmış fərqlərlə qarşılaşmaq mümkündür. Ə.S.Abasov daha sonra anlayışın açıqlanmasında dilin xüsusi mənа kəsb etməsini belə izah edir ki, ingilis dilində "he - she - it"

(rus dilində "on - ona - ono") fərqləndirməsi türk dillərində yoxdur. Dilimizdə isə bu üç söz sadəcə «o» əvəzliyi ilə ifadə olunur. Təbii ki, biz də onun fıkri ilə razıyıq.

Lakin, fılosofun «gender araşdırmaları ilə daha çox qadınlar məşğul olur» fikri ilə razı deyilik. Bu prinsipdən baxsaq görərik ki, «femin» kimi (femin - latın sözü olub, mənası qadın deməkdir) Platonun adı müasir elmi-fəlsəfı ədəbiyyatda daha çox hallanır. Biz tədqiqatın sonrakı fəsillərində bu məsələyə çox geniş yer verəcək və məhz bu problemin kişilər tərəfındən ortaya atılması gerçəkliyinin səbəblərini göstərəcəyik.

Əgər Ə.S.Abasova görə, qadın və kişi arasında təbii (biolo­ji), sosial fərqləri iki mərkəzi anlayış: cins (seks) və genderlə (soy) möhkəmlətmək lazımdır, Z.Quluzadəyə görə isə, gender münasibətləri bioloji, psixoloji, sosial və mədəni aspektləri özündə sintezləşdirir və onların üzvi vəhdətidir. Bu münasibətlərin ayrı-ayrı aspektlərinin tədqiqat obyekti kimi seçilməsi, bir-birindən təcridi "canım parçalayaraq onun əza və hissələrinin ayrılıqda öyrənilməsinə" bənzəyir. Həqiqətdə cins tam və bütöv, hər iki tərəfi öyrənmə obyekti olmalıdır.

Müasir tədqiqatçıların da göstərdiyindən aydın olur ki, gender tədqiqatlarında aparıcı istiqamət cinslərin hər ikisinin təhlil obyekti olmasıdır. Rus alimi İ.Kon «müasir dövrdə gen­der münasibətləri» dedikdə şərti olaraq cinslərin ancaq sosial-mədəni sahədə olan qarşılıqlı münasibətləri nəzərdə tutulur, hərçənd bu baxış yekdilliklə qəbul edilməyib mülahizəsi ilə çıxış edir. İngilis tədqiqatçısı Geyl Rubin «Cins haqqında düşüncələr: seksual siyasətin radikal nəzəriyyəsi haqqında qeydlər» əsərində gender haqqında fikirlərini belə əsaslandırır: «İngilis dilində seks sözü iki fərqli cəhəti özündə ehtiva edərək, həm gender, həm də gender identikliyinin ifadəsidir, «kişi cinsi» və «qadın cinsi»ni bildirir. Lakin seks həm də cinsin aktivliyini şərh etməklə, kişi-qadın münasibətlərinin semantik birləşmə funksiyasıdır. Gender və seksuallığın mədəni surətdə bir-birinə yapışdırılması seksual nəzəriyyələrin birbaşa gender nəzəriyyələrindən törəməsi ideyasına yönəlib». Göründüyü kimi, G.Rubin genderlə seksi eyniləşdirməklə, hətta seksual nəzəriyyənin də gender nəzəriyyəsindən çıxdığını iddia edir. Fikir Qərb üçün aktual olsa da Şərq dünyası üçün xarakterik deyil, о cümlədən respublikamız üçün də təqdir olunmur. «Cins kateqoriyası iki başlıca komponentdən: cinsin bioloji (seks) cinsin sosial (gender) tərkibindən ibarətdir» fikri D.Lorberin «Cins sosial kateqoriya kimi» əsərində müəyyənləşdirilib.

Ukraynalı tədqiqatçı Natalya Puşkaryova «Gender tədqiqatları və tarix elmi» əsərində problemə qiymətdə belə fıkir irəli sürür ki, «cins yeni ideyalar sistemində yalnız cəmiyyətin yazılmış və yazılmamış qanunları ilə möhkəmləndirilmiş, bio­loji interpretasiyasıdır». Ona görə, «gender sadəcə olaraq cinsin sosial büruzə əlamətidir, sadəcə sosial cinsdir». Düzdür, N.Puşkaryova gender məfhumunu sosial cins kimi xarakterizə edirsə də, onun bioloji interpretasiya yanaşması ailə-məişət zəmini üçün əhəmiyyətlidir və sosial rolda fərqlilik daha çox seçilir.

Tədqiqatçıların əksər hissəsi təsdiq edir ki, «gender anlayışı» XX əsrin 60-70-ci illərində elmi kateqorial aparata daxil edilmişdir. S.Xrisanovanın «Gender terminləri lüğəti»ndə bu haqda müfəssəl məlumat verilir. Ona görə ilk dəfə «gender» termini XX əsrin 70-ci illərində ingilis tədqiqatçısı Enn Qakley və onun həmkarları tərəfındən işlədilmişdir. Termin kişi və qadın xüsusiyyətlərinin təsvirində onların sosial təyinatının bioloji təminatına əks olduğunu göstərmək üçün istifadə olunmuşdur. Bu isə artıq araşdırmalardan bəlli olan cins (seks) və gender (sosial) kateqoriyalarının differensiyasında yeni bir nəzəriyyəyə keçid mərhələsi idi. Cins və gender arasındakı nəzəri fərq haqqında Enn Qakleyin və həmkarlarının təlimi çox faydalı oldu. Bu problemə universal baxış idi. Məhz bu dövrdə amerikalı tarixçi Coan Skott «Gender: tarixi təhlildə faydalı kateqoriyadır» əsərində gender tarixinin nəzəri-metodoloji aspektlərini açıqlamağa cəhd etdi.

Bu ərəfədə Qərbdə «Qadın, mədəniyyət, cəmiyyət» adlı bir məqalələr məcmusunun nəşri kəskin mübahisə və müzakirələr yaratdı. Məsələn, M.Rozaldo L.Lamferenin (1974) redaktoru olduğu bu məcmuədə nəşr olunan S.Oztnerin «Təbii və mədəni kimi qadınlıq və kişilik də uyğunlaşırmı?» məqaləsi böyük qalmaqala səbəb olmuşdu. Həmçinin bu topluda Rodı Unger, Andrienna Riç Geyl Rabin gender anlayışı ilə müzakirələrə yol açdılar. Adları qeyd olunan tədqiqatçılar «gender məfhumunu», «cəmiyyətin bioloji seksuallığını insan fəallığının məhsuluna çevirən razılaşmalar toplusu» kimi təqdim etmişlər. Gender insana sosiallaşma prosesində yaşadığı cəmiyyətin mədəniyyəti vasitəsilə aşılanır. Gender - dinamik konsepsiyadır. Yəni, gender anlayışları da dəyişir. Bəzən isə bu dəyişikliklər daimi xarakter daşıyırlar.

XX əsrdə gender bərabərliyi, inkişaf və sülhün bərqərar olunması sahəsində keçirilən tədbirlər gələcək tərəqqinin əsasını təşkil edir. Fikrimizi əsaslandırmaq üçün qeyd edək ki, BMT Baş Məclisinin 23-cü xüsusi Sessiyasının 2000-ci ildə qəbul etdiyi 1325№li Qətnaməsində də bu məsələ aktuallıq kəsb etmişdir. Qətnamədə deyilir: «...qadınların problemləri ümumi xarakter daşıyır və bu problemlərin həlli bütün dünyada gen­der bərabərliyinə nail olmaq məqsədilə qadınların ancaq kişilərlə birlikdə, müttəfıqlik şəraitində çalışmaları sayəsində mümkündür».

Kateqoriyalar sistemi istənilən elmin «açar»ı və şərh edən «dil»idir. Нər hansı elmin kateqoriyaları sayəsində onun elmi bazası qurulur. Kateqoriya obyektiv varlığın, təfəkkürün, dünyagörüşü sisteminin ən mühüm və ümumi hadisələrini ifadə edən elmi aparatdır. Bu baxımdan gender elmində də çoxvariantlı kateqoriyalar sistemi mövcuddur.

Bəhs etdiyimiz yeni elmin kateqoriyasına «cins», «kişi və qadın», «gender fəlsəfəsi», «gender tədqiqatları», «gender mədəniyyəti», «gender şüuru», «gender təfəkkürü», «gender asimmetriyası», «gender fərqi», «gender ölçüsü», «gender siyasəti», «feminlik», «maskulinlik», «diskriminasiya», «patriarxat», «matriarxat», «emansipasiya», «feminizm», «gender eyniliyi», «gender tarazlığı», «gender rolları», «gender mövqeyi», «gender texnologiyaları», «gender zorakılığı» və s. kimi çoxsahəli anlayışlar sistemi aiddir.

Son dövrlər «gender anlayışına» artıq ensiklopediya və lüğətlərdə az da olsa rast gəlinir. Böyük sosioloji izahlı lüğətlər artıq nəinki «gender anlayışı», həmçinin «gender ideologiyası», «gender təbəqələşməsi», «gender rolu», «gender «stratifikasiyası» kimi terminlərin də izahını şərh edir. Beləliklə, yeni elm istiqamətində genderin izahı üçün məntiqi yanaşmalara diqqət edək.                                                                

V.İ.Dalın lüğətində cinsin tərifi belə verilir: Cins - soy əlamətlərinin yarısından biridir. Diqqət yetirsək görürük ki, cins ya soy, уa da sosial məfhum kimi paralel olaraq işlədilir.

«Böyük izahlı sosioloji lüğət»də genderlə bağlı anlayışlar sisteminə nəzər salaq. «Gender ideologiyası»-elə bir ideyalar sistemidir ki, onun vasitəsilə gender fərqləri və gender stratifıkasiyası (o cümlədən «təbii fərqlər» və «qeyri-təbii əqidə»də), sosial bəraət qazanır kimi xarakterizə olunursa, «gen­der təbəqələşməsi» - kişi ilə qadın arasındakı bioloji fərqlərin sosial əhəmiyyət kəsb etməsi və sosial təsnifat vasitəsi kimi istifadə olunma prosesidir. Bəzi mədəniyyətlərdə «cinslər arasındakı bioloji fərq böyüdülə, bəzilərində isə kiçildilə bilər ki, bu da ayrılmaz bir əlamət hesab olunmamalıdır» şəklində açıqlanır. Çox tez-tez təkrarlanan bir termin - «genderin rolu» dedikdə isə onu əhatə edən anlayışlardan doğan sosial gözləmələr, həmçinin nitq, manera, geyim və jestlərlə ifadə olunmuş davranış nəzərdə tutulur. Belə hesab olunur ki, kişi və qadın ideyaları bir-birini istisna edir, bəzi cəmiyyətlərdə isə rol davranışı qütbləşir: passivlik - qadın roluna, aktivlik kişi roluna çevrilir. Gender rolları ilə bağlı olan davranışa aid deyilənlər kişi və qadın əməyinin mövcudluğunda özünü daha qabarıq əks etdirir: «gender stratifıkasiyası» - onun vasitəsi ilə gende­rin sosial stratifıkasiyasının əsasına, cinslər arasında qəbul olunmuş fərqin isə sistematik olaraq qiymətləndirilən və qiyməti verilmiş fərqə çevrildiyi prosesidir. Belə stratifikasiya сох vaxt təhrif olunurdu və 1, sosial-sinfi, yaxud etnik stratifıkasiyaya tabe etdirilirdi. Bu baxımdan məhz «gender anlayışının» - «Böyük sosioloji izahlı lüğət»də mənası kişi ilə qadın arasında anatomik cinsi fərq kimi, sosioloji mənası isə anatomik cinsi fərqə əsaslansa da, mütləq onunla uyğun gəlməyən sosial bölünmədir. «Cins» - bioloji xarakteristikaya aiddir və buna müvafıq də insanlar «kişi», «qadın» və bəzi halda «hermofrodit» (hər iki cinsin xarakteristikası faktiki və açıq-aşkar birləşmiş olanda) kateqoriyalarına, gender - insanları «kişi», «qadın», yaxud «hermofrodit» (hər iki genderin xarakteristikası qərəzsiz birləşmiş olanda) kateqoriyasına bölən sosial və sosial-psixoloji atributlara bölünür. Sosial amillər -sinif, yaş, irq və etnos da genderin xüsusi əhəmiyyətini, ifadə və təcrübəsini yaradır və bir fakt xüsusi qeyd olunur ki, «onu hansısa bəsit üsulla cins və seksuallıqla eyniləşdirmək olmaz».

«Gender şüuru» - ayrıca və ya əlavə məsələ deyildir. Bu bizim insanları və cəmiyyəti dərk etməyimizi formalaşdıran baxış tərzidir. Gender şüuru - dünyaya yeni gözlə baxmaq və daima bütün yeniliklər üçün açıq olmaq deməkdir.

«Gender displeyi» anlayışı elmi ədəbiyyata ilk dəfə İ.Hoffman tərəfındən gətirilmişdir. Gender displeyi - kişi və qadınların daimi qarşılıqlı münasibətlərinin çoxçalarlı təsəvvür və təzahürləridir.

«Gender identikliyi»ndə dərketmə kişilik və qadınlığın mədəni təyinatında əks olunur. Anlayış subyektiv təcrübədən kənara çıxmır, kişi və qadın psixoloji cizgilərinə xidmət edir ki, nəticədə "mən" qarşılığı yaranır. Gender tək cinsdən asılı deyil, о həm də gender identikliyinin yekunudur.

Daha çox fəlsəfı terminlərin izahını açıqlayan «Müasir fəlsəfi lüğət»də isə «gender tədqiqatları» - «birinci növbədə cinsin sosial-psixoloji, siyasi-hüquqi, sosial-mədəni xüsusiyyətlərinin öyrənilməsidir» kimi şərh edilmişdir. «Fəlsəfı lüğət»dən başqa bir məlumat da alırıq: «Gender tədqiqatları», deyilənlər nəzərə alınaraq,  belə  səciyyələndirilir:   -  sosial  informasiyalar və üstünlük sistemlərinin təhlili üçün gender yanaşması evristik imkanlarını  reallaşdıran fənlərarası tədqiqat praktikasıdır. XX əsrin sonunda fəlsəfı və ümumhumanitar fıkir cinslərarası əlaqəyə və qadın məsələsi deyilən problemə yeni baxış tətbiq etdi. Cinsin sosiallaşması mexanizmləri artıq hakimiyyət diskursu mexanizmləri olaraq tam aydın üzə çıxarıldı. Sosiumun ən aktual problemləri siyasət, hakimiyyət, zorakılıq, özünüdərk və şəxsiyyət azadlığı və hüququ, postsənayeləşmiş cəmiyyətdə fərqin cinsi eyniləşmə və müvafıq sosial rolları problemi kimi qarşıya qoyuldu. İnsan mahiyyəti problemi, insan mövcudluğunun mənа və gərəkliyi, məkan və zaman kimi əsas fəlsəfi məsələlər gender ölçüsünə çevrildi. Həmin müddəanın dərki isə bütün dünyada geniş yayılan gender tədqiqatlarında öz əksini tapdı. Gender tədqiqatları ilə əhatə olunmuş elmlərin çevrəsi çox genişdir. Buraya fəlsəfə, tarix, politologiya, sosiologiya, hüquq, iqtisadiyyat, demoqrafiya, psixologiya, antropologiya, sosiolinqvistika, semitika, linqvistika, etnoqrafiya, mədəniyyətşünaslıq və s. aiddir».

Gender elmində daha çox işlək terminlər olan müəyyən kateqoriyaların da lüğəti açıqlanmasını zəruri hesab edərək, onlardan vacib olanları sistemləşdirdik. Buradan aydın olur ki, genderin çoxsaylı tərifləri tədqiqatçılar üçün bir sıra suallar meydana çıxarır. Bəs, ümumiyyətlə niyə «gender» məfhumu işlək termin olub? İngiliscə bu söz var idisə, niyə rusca «pol» və ya «rod», türkcə «soy» və ya «zat», Azərbaycan dilində «növ», «cür», «qism», «mənşə», «əsl», «tayfa» və s. kimi zənginləşdirilmiş ifadələrdən deyil, yalnız «gender» açmasında vurğulandı? Niyə «cins» sözü elmə gətirilmədi? Burada da müxtəlif baxışlarla rastlaşdıq. Keçirilən seminar-treninqlər, aparılan sorğular birincisi optimist, ikincisi pessimist, üçüncüsü nihilist kimi fıkirlərə gəlib çıxdı. Birincilərin fikrincə, cins-növ və s. deyiliş forması yox, əsas vəzifə cins və ya soy, eləcə də növ kimi insanlığın öz arasında olan fərqlərin düzgün tapılmasıdır. Pessimistlər isə belə hesab edirlər ki, «qadın» və «kişi» termini daha müvafıqdir, Qərbin «qondarma» «dəb» meyllərini uzaqlaşdırmaq gərəkdir. Nihilist fikirli tərəfdarlar isə ümumilikdə «qadın» qismini yalnız və yalnız «dəmir pərdə» arxasında «dəmir əl»lərin himayəsində görürlər.

Cinslərarası sosial münasibətlər təkcə onların bioloji xüsusiyyətləri ilə şərtlənməmişdir. Tarixi inkişafın müxtəlif sosial şəraitlərində qadın və kişilərin rolları elə özünəməxsus tərzdə müəyyən edilibki, bunu subyektiv fərqlə izah etmək tamamilə qeyri-mümkün olardı. Başqa sözlə, sosial rollardakı dağınıqlıq fızioloji fərqlərdən daha genişdir. Psixoloq - genderşünas R.İbrahimbəyova bu məsələ haqqında yazır: "Gender" anlayışı onu xüsusi qeyd edir ki, cəmiyyətdə qadın və kişinin rol­ları sosial baxımdan təyin olunur və qurulur. Buna görə də resursların, gəlirlərin, hüquqların, vəzifələrin və s. bu kimilərin daha ədalətli bölüşdürülməsi istiqamətində onların dəyişdirilməsi, ənənəvi quruluşların müdafiəçilərinin inandırmağa çalışdıqları kimi, heç də insan cəmiyyətinin əsaslarını sarsıtmır, əksinə əsl ahəngdarlığın əldə olunmasına, insan hüquqlarının təmin edilməsinə xidmət edir.

Tanınmış fransız filosofu, gender elminin əsasını qoyanlardan hesab olunan Simona de Bovuar özünün «İkinci cins» (1949) kitabında cins münasibətlərini aydınlaşdırarkən qeyd edir ki, bir mədəniyyətə xas olan cinsi təsəvvürləri "insanın təbiətinə", onun cinsi xarakteristikasına aid etmək olar.

XX əsrin 90-cı illərində «gender» anlayışı «cins» deyimi çərçivəsindən çıxsa da, onunla əlaqəlidir. Nəzərə çatdıraq ki, cins kateqoriyasının ekvivalenti müxtəlif elmlərdə həmin elmin özünəməxsusluğu səpgisində öyrənilməkdədir. Gender tədqiqatçısı O.Şaburova bunu «Fəlsəfi idrakda «gender» yalnız fəlsəfəyə xas olan və onun bənzərsiz məfhum aparatının yer üzündə kişi və qadının vəzifəsi, davranışı, onların cəmiyyətdə tutduğu yer barədə təsəvvürlər məcmusudur kimi qiymətləndirmişdir. Psixologiyada isə «gender» elə sosial bioloji məfhumdur ki, onun vasitəsi ilə insanlar «kişi» və «qadın» anlayışlarını izah edirlər» kimi təhlil edir.

C.Lorber «Cins sosial kateqoriyadır» əsərində gender rollarının unifıkasıyasını vermis, genderin kateqorial aparatını qurmuşdur. J.Lorber gender bərabərsizliyini də sosial bərabərsizlik kimi, kişi və qadın arasında təbii, bioloji fərqlər əsasında meydana çıxdığını göstərir:

I.    Gender stratifıkasiyası sosial stratifıkasiyanın struktur bölməsidir.

II. Gender mənsubiyyəti sosial əlaqələrin elementidir və bu cinsi fərqlərlə əsaslanır, cins isə hakimiyyət əlaqələrinin prioritet ifadəsidir.

III. Cins-sosial kateqoriyadır, о cümlədən: - cinsi (seks-gender) identiklik - özünü müəyyən cinsin nümayəndəsi hesab etmək, kişi və ya qadın olduğunu hiss etməkdir; - sosial kontekstdə öz cinsini müəyyən etmədir; - cins-prosesdir - öyrətmə, öyrənmə, davranışlara yiyələnməkdir; - cins - (gender) statusu - cinslər arasında yazılmış və yazılmamış qanunlarla tənzimlənən qarşılıqlı münasibətdir.

Genderşünas N.Puşkaryova isə digər bir qruplaşma aparır və bunu belə şərh edir: - gender ideologiyası gender stereotipləri ilə sıx əlaqədə olan, gender fərqi və gender stratifikasiyasına sosial mahiyyət verən ideyalar sistemidir; - gender tədqiqatlarında diskriminasiya kateqoriyası onun tərkib hissəsidir. Burada kişi nüfuzu, kişi əməyi bütün cəmiyyətlərdə üstün tutulur. Kişi və qadın fəaliyyət sahələri qeyri-bərabər hesab edilir, üstünlük, hakimlik, idarəetmə üslubu kişiyə xas olur; - gender ayrıseçkiliyi ümumiyyətlə, bir cinsə digəri ilə müqayisədə üstünlük verilməsidir; - gender sistemi adı altında cinsə məxsus ideyalar, institutlar, davranışlar, formal və qeyri formal qaydalar digər sosial qarşılıqlı əlaqələr nəzərdə tutulur.

Göründüyü kimi, "gender" termininin çoxtərəfliliyi, müxtəlif variantlarda onun geniş şərhi verilmişdir. Genderin elmi terminologiyada "yer tapmasına" görə, onun tədqiqatçılar tərəfindən başa düşülməsinə də diqqət yetirmək lazım idi. Qeyl Rabiy «Qadın mübadiləsi» araşdırmasında ilk dəfə «cins» və «gender» terminlərini tam aydınlıqla fərqləndirir: «Cins» (seks) bioloji reproduktiv fərqlər kimi müəyyən edilir: gender-bioloji cinsin mədəniyyətinin maskulinlik və   feminliyin  müstəqilliyinə   keçirilməsi   kimi aşkarlanır.

Burada bir əsas prinsip də genderin «qadın elmi» olmaqdan çıxması və kişi qisminin də problemlərinin açıqlanması rəvac verməsidir. Aydın oldu ki, nəinki qadına qarşı zoraklııq var, onun hüququ pozulur və s. kimi cəhətlərdə kişilər də belə hüquqsuzlıqlarla üzləşir. Tədqiqatlarda cinslərin paralel olaraq təhlili genderi faktik olaraq daxil olduğu humanitar elmlər cərgəsində bütöv bir insanlığı təhlil edən sistemli elmə çevirdi və «cins» məfhumu təmamilə «gender» anlayışı ilə əvəzləndi. Bu baxımdan cinsin artıq hər iki qütbünün təhlili sübut edir ki: əvvəla, bu elmin obyekti hər iki cinsdir; ikıncisi, gender tədqiqatları xüsusilə kişi-qadın konstruksiyalarının sosial dominantlarına cəlb edir; üçüncüsü, ənənəvi olan təsəvvür və stereo­tipləri neytral edir; dördüncüsü, bu zaman nəzəri-metodoloji paradiqmalar çoxluğuna aid tədqiqat sahələrindən cins məfhumunun izahını istisna etmir.

Yuxanda adlarını çəkdiyimiz müəlliflər də təsdiq edir ki, gender - ən yeni elmi dünyagörüşü anlayışlarından biri olaraq, humanitar təmayüllü, о cümlədən, həm də tibb elmlərinin kateqoriya və terminləri ilə qarşılıqlı mətndə müəyyənləşdirməklə açıqlanır. Yeniləşən cəmiyyətdə kişi-qadın münasibətlərinə aid yanaşma tərzi də müasirləşərək, ətraflı tədqiqatlara başladı. Bu baxımdan fəlsəfədə də, yeni bir elmi istiqamət olaraq, gender tədqiqatlarının dövrün tələblərinə uyğun olaraq araşdırılmasına zəmin yarandı. Artıq dünyagörüşündə yeni istiqamətli elm kimi, formalaşan gender nəzəriyyələri və onun metodologiyası təşəkkül tapmağa başladı.

Burada maraqlı bir sual meydana çıxır ki, nə üçün bərabərsizliyə qarşı gender istiqaməti qadağa, tabu, sədd və s. kimi hesab edilir? Niyə indiyə kimi cəmiyyətdə bərabərsizlik sindromu aradan qaldırılmayıb? Belə olan məqamda bir arqument əsas dəlil olaraq cavab kimi verilir ki, genderin bu bərabərlik istiqaməti cəmiyyətin ənənələrinə, dünyagörüşünə, ənənəvi mədəniyyətinə ziddir. Bundan əlavə, mədəniyyət - dinamikdir, ictimai-siyasi, sosial-iqtisadi şərait isə hər zamanın tələbatına uyğun olaraq dəyişir. Gender bu dəyişikliklərdə olan fərqləri dərk etməyə kömək edir. Sosial bərabərlik aspektində gender - son hədd olaraq, bütün insanlar üçün baxış və təcrübələrin transformasiyasını məhz gender şüuru, gender davranışı, gender dünyagörüşündə birləşdirir.

Biz nəzəri cəhətdən genderlə bağlı müəyyən anlayışlalı aydınlaşdırmağa çalışdıq. Burada məqsəd gender - yeni elmi dünyagörüşünün gələcək tədqiqatlarda düzgün araşdırılmasına istiqamət verməklə, gender fəlsəfəsinin tarixi, siyasi-hüququ aspektlərinin ətraflı fəlsəfi təhlilinə yol açmaqdır.

 

Rəna Mirzəzadə

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb