Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


Qadınlara sülh uğrunda mübarizəsi


Qadınların sülh uğrunda mübarizəsi Qadın cəmiyyətin əsasıdır, qadının tərəqqisi ölkənin tərəqqisi deməkdir.

(Həzrəti Məhəmməd Peyğəmbər)

 

Qadınların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınlarının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki,cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayır.

(Heydər Əliyev)

 

Qadınlar kişilərlə birlikdə müharibədən çox ziyan çəkirlər. Lakin, onlar çox vaxt müharibəyə qərar verilməsində əsas rol oynamırlar. Onların perspektivləri, qanuni ehtiyac və qayğıları rəsmi səviyyədə hesaba alınmır. Müharibə və sülh şəraiti qadın və kişilərin maraqlarına fərqli təsir göstərir. Silahlı toqquşma və münaqişədə qadınlara nisbətən daha çox kişilər həlak olur, qadınlar müharibə zamanı zorlamaların qurbanı olur, qaçqın-köçkün düşərək mərhumiyyətlərlə qarşılaşırlar. Qadınlara nisbətən daha çox kişilər müharibəyə getmək yaxud getməmək barədə qərar qəbul etmək zərurəti ilə üzləşirlər. Buna baxmayaraq, qadınlar müharibədən dağılmış cəmiyyətlərdə üzərlərinə düşən işlərin öhdəsindən uğurla qəlirlər.

Qadınlar da kişilər kimi, əzab-əziyyət çəkir, müsibətlərə düçar olur. Lakin müharibədə və silahlı konfliklərdə kişilər daha çox həlak olur. Bunlara baxmayaraq qadınlar müharibənin dəhşətlərindən yaxasını qurtara bilməmişlər. Müharibənin canlı şahidi olan qadınlar həmişə  sülh tərəfdarı olmuşlar. Adətən qadınlar sülhpərvər kimi təsvir edilir və onların sülhə olan xüsusi rəğbətini analıq qayğısı ilə əlaqələndirirlər. Tatyana Mamanova qeyd etmişdir ki, «...insanlara həyat bağışlayan qadınlar, istər Vyetnamda, istər Əfqanıstanda, istərsə də harada olursa-olsun, təbii olaraq müharibə və zorakılığa, insana qarşı zülmə müxalifdirlər». Və yaxud nüvə silahına qarşı çıxan avstraliyalı qadın Helin Kəldikotun yazdığı kimi, «...Ana kimi, biz dünyanın övladlarımız üçün sakit və dinc olmağına əmin olmalıyıq. Мən xüsusən qadınlara müraciət edirəm...çünki, biz həyatın mənşəyini yaxşı anlayırıq». Əlbəttə dinindən, dilindən asılı olmayaraq dünyada insanlara həyat bağışlayan qadınlar harada olursa-olsun təbii olaraq müharibəyə öz nifrətlərini bildirirlər. Onlar övladlarını dinc səma altında böyüməsini istəyirlər, qadınlar sadəcə olaraq müharibəyə nifrət edərək sülhü seçirlər. Digər tərəfdən isə, müxtəlif mədəniyyətlər sülh məsələsində qadınların xüsusi rol oynadığını vurğulayır. Qadınlar «analıq simvolunu» əldə bayraq tutaraq böyük-böyük hərəkatlara qoşulmuşlar.

Belə göstəricilər təkcə qadınlara qarşı edilən ədalətsizliyi deyil, həmçinin, onların diribaş və bacarıqlı olmağını göstərir. Tarix boyu qadınlar cəmiyyətin rəvan inkişaf etməsində əsas rol oynamışlar. Ailələrinə qayğı göstərmək, onların əsas ehtiyaclarını ödəməklə, qadınlar cəmiyyətin mövcudluğuna və davamlı olmağına təminat verir. Buna nail olmaqdan ötrü onlar çox vaxt formal institutlar xaricində, öz ev təsərrüffatı və cəmiyyətlərinin işini təşkil etmək və təkmilləşdirmək məqsədi ilə bacarıqlarını inkişaf etdirir. Göstərilən səbəblər qadınların konfliktin əsasını təşkil edən siyasi, iqtisadi və sosial problemlərin həllinə inteqrasiya edilməsini zəruri edir. Bir sıra sahələrdə bu istiqamətdə tərəqqi əldə edilməsinə baxmayaraq, başqa sahələrdə çatışmayan cəhətlər də az deyildir. Qadınların insan hüquqları   demokratiya və davamlı inkişaf kimi universal məsələlərin həllində iştirakının strateji əhəmiyyəti artıq heç bir şübhə yaratmır. Lakin mədəniyyət, etnik müharibə və konfliktin həlli kimi sahələrdə qadınlar mübahisələrə qoşulmağa başlamışlar.

Sülh sahəsində uğur qazanmaq imkanları, konfliktin dinamikası və konfliktin təkrar baş verməsinin qarşısının alınmasında qadınların iştirak etməsi həmin imkanların daha da genişləndirilməsində böyük rol oynayır.

Argentinada Plaza de Meyo Anaları 1997-ci ildə eyni adda meydanda nümayişə çıxmış  qadın    qruplarına qoşulmuşdular. Onlar itkin düşmüş övladlarını tələb edirdilər. Karina Perellinin qeyd etdiyinə görə, Arqentinada demokratiya bərpa olandan sonra, «Analar hərəkatı» məlumat toplamaqda davam   etmiş, həmçinm ədalətli tələblər irəli sürmüşlər; onlar 1976-ci ildən 1983-cü ilədək «Çirkli müharibə»də itkin düşmüş bir milyona yaxın adamın taleyi üçün məsuliyyət daşıyanları məhkəməyə cəlb etmək istəmişlər. Lakin 1980-ci illər ərzində «Analar hərəkatı» hərbi diktaturanın ölkədə yenidən dirçəlməsinə   qarşı yönəlmiş mübarizənin əsas dayaq nöqtəsindən biri olmuşdur. Əslində, «Analar hərəkatı» bu qəbildən yeganə təşkilat deyildir: əsasən qadınlardan ibarət, «Dustaqlar və İtkin Düşənlərin Qohumları»nın Çili Assosiasiyası (1974-cü ildə) yaradılmışdır. Uruqvayda ilk dəfə olaraq qadınlar hərbi hakimiyyətə qarşı 1970-ci ildə çıxış edirlər.

Karina Perelli daha sonra qeyd etmişdir ki, 1991-ci ildə Balkanlarda, Serb-Xorvat müharibəsi dövründə zorakılığın hələ də geniş vüsət aldığı bir şəraitdə, iki qadın üç min nəfər qadının iştiraki ilə keçmiş Yuqoslaviyada kütləvi mitinq təşkil etmişdir. Nəticədə, doqquz yüz qadın nümayəndə xorvatiyanın müharibədən dağılmış ərazilərinin vəziyyətini Avropa Parlamentinə çatdırmaq üçün Brüsselə getmişlər.

Yaxud daha bir real həyatda olmuş hadisəni geyd etmək yerinə düşərdi. Malvern Lumsdenin qeyd etdiyinə görə, 1976-cı ilin avqust ayında Britaniya hərbi hissəsinin əsgəri Belfasda sürücünü güllələmiş, özünə nəzarəti itirərək üç uşağı da qətlə yetirmişdir. Hadisənin şahidi olmuş Betti Vilyamz öz rəyini bildirərək münaqişəyə son goyulmasını tələb etmişdir. Lakin, həlak olmuş uşaqların xalası, Meyrid Korriqan onunla birləşib on min nəfərin iştirakı ilə sülh yürüşü təşkil etmişdir. Sonradan, onlar «Sülh tərəfdarları» təşkilatını yaratdılar. Kişiləri istisna etmədən, bu təşkilat iki qadının liderliyi sayəsində nüfuz qazanmış və 1976-cı ildə Nobel sülh mükafatına (NSM) layıq görülmüşdür.

Qadınlar çox vaxt silah və sözlə ədalətin, sosial islahatların xeyrinə bütün dünyada mübarizə aparırlar. Lakin, qadınlar sülh danışıqlarında, konfliktin həllinə həsr olunmuş forumlarda nadir hallarda iştirak edirlər. Bununla belə, onlar konfliktin müxtəlif həlli yollarını özünəməxsus şəkildə axtarmağa çalışmışlar. Sülhlə bağlı müxtəlif qeyri-hökumət təşkilatlarında qadınların iştirakı ilə keçən əsrdə geniş vüsət almışdır: onlar müxtəlif sülh təşəbbüsləri, tədbirləri və proqramları ilə çıxış etmişlər. Bu təşəbbüslər onu göstərir ki, qadınların sülhə, təhlükəsizliyə və diğər qlobal problemlərə yanaşmasında, kişilərdən fərqli olaraq, daha çox yenilikləri vardır.

Bir sözlə XX əsrin sonunda baş vermis müharibə başqa dövlətlərdə olduğu kimi Azərbaycanda da qanlı hərflərlə tarixdə iz qoydu.

Sovetlər birliyinin dağılması ərəfəsində xalqımızın tarixində ən ağrılı məsələlərdən olan Dağlıq Qarabağ problemi yenidən gündəmə gəldi. Ermənistan beynəlxalq hüquq normalarını və BMT Nizamnaməsini pozaraq, Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ: Ermənistana birləşdirmək məqsədilə fəaliyyətə başladı. Lakin bu istək təkcə DQMV hüquqları ilə məhdudlaşmadı, ərazi iddiası Dağlıq Qarabağ ərəzisindən yaradılmış DQMV-nin ərazisindən dörd dəfə böyük olan Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan bölqəlırini də əhatə etdi və Azərbaycan ərazisinin 20% Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Nəticədə yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün taleyini yaşamağa məcbur edildi.

Hələ XX əsrin əvvəllərindən başlayaraq ermənilər «dənizdən-dənizə», «Böyük Ermənistan» yaratmaq xülyasını əsrin sonunda həyata keçirməyə başladılar. Nəinki Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda, hətta utanmadan erməni silahlı dəstələri minlərlə dinc insanı qətlə yetirdilər. Ən dəhşətlisi isə «Xocalı» faciəsi idi. Ermənilər bu şəhəri yerlə-yeksan etdilər. Amansızcasına qoca, qadın və uşağa işgəncələr verərək qırdılar və dünya tarixində görünməmiş soyqırım törətdilər.

 

Həcər Abdallı

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb