Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


ƏŞRƏF HACIYEVİN «MƏHƏBBƏT KÖNÜL ÇIRAĞIDIR» ƏSƏRİ GENDER TƏDQİQATI KİMİ


İctimai, elmi-mədəni həyatımıza, dilimizə təkcə son on ildə neçə-neçə xarici, yad kəlmələr, sözlər daxil olmuşdur. İlk dəfə eşidərkən, qulaqlarımızda cingildəyən həmin sözlər getdikcə adiləşir, onlara yavaş-yavaş alışır, vərdiş oluruq. Bizdə, necə deyərlər, vətəndaşlıq hüququ qazanmış belə sözlərdən biri də gender (ingilis dilindən azərbaycancaya tərcümədə «cins» deməkdir) sözüdür. Yeni söz özü ilə bəгаbər əslində köhnə, lakin həmişə aktual problemi müasir dövr müstəvisinə keçirərək yenidən yada salmışdır. Artıq sözün müstəqim mənası problemin cəmiyyətdə cins ayrılığı, cinsi fərqlərin mövcudluğu, təbiətin insanları əks qütlələr -kişilər və qadınlar şəklində yaratması faktının kəskin şəkildə qoyulması ilə və onlar arasında münasibətlərlə bağlılığını ehtimal etməyə imkan verir. Tarixin özü qədər qədim olan bu problemi əvvəllər biz qadın məsələsi adlandırırdıq. Onun məğzində tərəqqipərvər insanların qadın hüquqlarının kişilərinki ilə bərabərləşdirmək arzuları və bu arzuları həyata keçirmək səyləri dururdu. Hələ məşhur babilər təriqətinin əsasını qoyan Bab Əli Məhəmməd obrazlı şəkildə deyirdi: Kişi və qadın sanki bir quşun qanadlarıdır. Quşun hər iki qanadı eyni dərəcədə qüvvətli olduqda göylərdə uçur, qanadlarından biri sınanda, о havaya qalxa bilmir.

Genderi ictimai baxışlar sistemi, fəaliyyət və elm kimi varisi olduğu qadın hərəkatlarının yeni mərhələsi hesab etmək olar. Hazırda Azərbaycan tədqiqatçılarının da qoşulduqları gender araşdırmaları gerçəklik nəzərə alınmaqla cəmiyyətin ən müxtəlif sahələrində kişi və qadın münasibətlərində ahəngdarlığa, tarazlığa, əməkdaşlığa və qarşılıqlı anlaşmaya nail olmağa çalışır.

İlk bu tip orijinal tədqiqat əsərinin nümunəsi Azərbaycanda artıq 1965-ci ildə yaradılmışdı. Biz, Əşrəf Hacıyevin «Məhəbbət könül çırağıdır» kitabını nəzərdə tuturuq.

Respublikanın əməkdar jurnalisti, yazıçı Əşrəf Hacıyevin (1932-2001) çoxşaxəli fəaliyyətində əxlaq və mənəviyyat məsələləri aparıcı mövzulardan olmuşdur. «Azərbaycan gəncləri», «Kommunist» (1990-cı ildən «Xalq qəzeti»), «Respublika» qəzetlərində işləyərkən həmin mövzuda publisist yazılarla çıxış etmiş, redaksiyaya müraciət edən qadınların tapdanmış hüquqlarının bərpasında, ailələrin dağılmasının qarşısını almaqda jurnalist kimi əlindən gələni əsirgəməmişdi. O, belə məsələlərdə müsbət nümünəni vacib sayırdı. Bu baxımdan Ə.Hacıyevin Azərbaycan kinostudiyasında 1978-ci ildə çəkilən «Toy bir dəfə olur» adlı sənədli filminin ssenari müəllifi olması səciyyəvidir. Film Kəlbəcər rayonunun kəndlərindən birində tarix boyu bir dəfə də olsun boşanma hadisəsinin baş verməməsindən bəhs edirdi. Yazıçı eyni zamanda povest, hekayə və pyeslərində Azərbaycan qadınının ən gözəl sifətlərini özündə birləşdirən bir sıra yadda qalan obrazlar yaratmışdır.

«Məhəbbət könül çırağıdır» kitabına gəldikdə, o, ozünəməxsus janrda yazılmışdır. Onu 50-60-cı illərdə Azərbaycanda gender münasibətlərinin mənzərəsi haqqında geniş təsəvvür yaradan sosioloji tədqiqat da hesab etmək olar. Belə ki, əsərin sosial bazasını yüzlərlə oxucu məktubları təşkil edir. Məsələ burasındadır ki, Əşrəf Hacıyev «Azərbaycan gəncləri» qəzetinin səhifələrində açılan «Qadın ləyaqəti, qız isməti», «Günəşin ziyası, ana südü», «Kim haqlıdır: Sənubər yoxsa Aslan?» mövzularındakı müzakirələrin təşəbbüskarı və əsas aparıcısı kimi redaksiyaya göndərilən məktubları oxuyub, tez-tez qəzetdə xülasələrlə çıxış edirdi. Gənclər, ahıl insanlar respublikanın rayon və kəndlərindən özlərinin, dostlarının başına gələn hadisələrdən söhbət açır, ilk dəfə qarşılarına çıxan mürəkkəb həyat hadisələri haqqında mülahizələrini söyləyir, xoşagəlməz hallardan kədərlənir və qəzəbləndiklərini bildirirdilər. Beləliklə, həmin məktublar kitab üçün, Ə.Hacıyevin özünün qeyd etdiyi kimi, «canlı həyat materialı» olmuşdur.  Digər tərəfdən, əsər mövzu ətrafında bədii formada fəlsəfi düşüncələr məcrasında yazılmışdır.

6000 tirajla buraxılan əsərin, deyilənə görə, kitab mağazalarının rəflərində görünməsi ilə yox olması bir olmuşdur. Еlə indi də o, böyük maraqla oxunur. Bu tamamilə təbiidir. Çünki insanları narahat edən və düşündürən əbədi problemlər haqqında yazılan səmimi, insani, dəlil-sübutlu əsərlər heç vaxt aktuallığını itirmir.

İnsanların ömründə sevgi, ailə mühüm yer tutur. Ə.Hacıyev kitabın qısa girişində yazır: «Axı insanın həyatının böyük bir hissəsi ailə içərisində keçir. Təsadüfi deyildir ki, yunan mütəfəkkirlərindən biri insanın həyatını üç mərhələyə bölmüşdür. İnsanın həyatının necə keçəcəyinin iyirmi beş faizi, onun hansı ailədə doğulub tərbiyə almasından asılıdır; о biri iyirmi beş faiz hansı sənətə və necə yiyələnməsidir. Üçüncü kiminlə ailə qurmasıdır ki, bu onun həyatının əlli faizi deməkdir» (1, 4). Hamı bilir ki, insan xoşbəxtliyə can atir. İnsanın xoşbəxtliyi isə, istər kişi, istərsə də qadın olsun, məhz öz həqiqi sevgisini   tapmasından, kiminlə ailə qurmasından, aildəki ab-havadan: ailənin yaşlı üzvləri, valideynlərlə münasibətin qurulmasından, övlad tərbiyəsindən və s. asılıdır. Qadın və kişi münasibətləri ilə tanışlıq da ailədən - baba və nənə, ata və ana, qardaş və bacı münasibətlərindən başlayır. Bu cəhətdən ailəni gender münasibətlərinin fokusu - mərkəzi nöqtəsi hesab etmək olar. Eyni zamanda ailənin möhkəmliyi, ruhən sağlamlığı cəmiyyətin inkişafı üçün böyük əhəmiyyətə malikdir. Təəssüf ki, bu sahədə həmişə ağrılı problemlər olmuşdur. Müəllif «ölkəmizdə minlərlə gözəl ailələr»in yaranmasına baxmayaraq, pozulan ailələrin, baş tutmayan sevgilərin, sevgiyə və ailəyə xor baxanlar, yüngül münasibət bəsləyən məhəbbət oğrularının da olduğunu söyləyir (bax: 1, 4).

Kitabın araşdırma predmetini təşkil edən bütün bu sadalan problemlərin həllində, Əşrəf Hacıyevin fikrincə, ağıllı sözə, nəsihətə, tövsiyələrə, düzgün, sağlam ictimai rəyə ehtiyac vardır. «Şəxsi fikrə ictimai rəy» adlandırdığı bölmə belə başlanır: «Yaşlı adam bir iş tutanda, çox vaxt yaxın yoldaşına, əziz dostuna məsləhət eləyir. Məsləhət-məşvərətdə, fikri əvvəlcədən sınayıb yoxlamaq hadisəsinin özündə bir ictimai məzmun vardır. Məhz bu zaman o, öz şəxsi fikrinə ictimai rəy alır, bu qərarın ətrafındakı adamlara necə təsir bağışlayacağını öyrənir. Xalqın yaradıcı təfəkkürü də bu məsələnin üstündən keçməmişdir. «Ağıl-ağıldan ötkəm olar» zərb məsəli həmin münasibətlə yaranmışdır» (1, 73).

Bu prinsip kitabın əvvəlindən axırınadək gözlənilmişdir. Əsər gənclərə müraciətlə, söhbət şəklində yazılmışdır. Müəllif sanki müxtəlif oxucularla dialoqa girir. Ailə və məişətdə, ümumiyyətlə, cəmiyyətlə kişi-qadın münasibətlərinin müxtəlif aspektlərini müzakirə obyektinə cevirir, məktublardan gətirilən parçalar vasitəsilə eyni məsələlər barəsində müxtəlif insanların oxşar və fərqli baxışlarını qarşı-qarşıya qoyur, bu barədə dünya klassiklərinin, yazıçı, şair, filosofların fikirləri ilə tanış edir, həmçinin xalqın əxlaqını əks etdirən Qabus-naməyə, dastanlara, atalar sözlərinə, zərb məsəllərə istinad edir. Beləliklə, aşılanmalı olan mülahizə - fikir, mənəvi prinsip sanki məntiqi nəticə kimi həmin dialoqdan, ictimai rəylərdən doğur. Yazıçı fikir və rəylərini zorla oxucuya sırımır, onların doğruluğuna inandırmağa çalışır.

Əsərin çox rahat, demək olar ki, bir nəfəsə oxunması onun rəvan, axıcı, aydın dillə yazılmasından əlavə həm də cıddi düşünülmüş kompozisiyası ilə əlaqədardır. Ümumi sevgi və ailə məsələsinə daxil olan konkret problem ayrılıqda, mövzusuna görə müstəqil, lakin eyni zamanda bir-biri ilə baglı, bir-birinin məntiqi davamı olan 24 hissədə ayrıca başlıqlar («Vaqonda mübahisə», «Oğurlanmış məhəbbət» və s.) altında  verilir. Burada hər  bir  hissə  tamı,  yəni  əsəri bütövlükdə, tam isə hər bir hissəni dərindən başa düşməyə imkan yaradır.

«Vaqonda mübahisə»də «məhəbbət nədir», «həqiqi məhəbbət varmı» suallarına cavab axtarılır. Maya tutmayan gənc ailələr, sevgilərində aldanılmış gənc qadınlar, ailəsini atan, dönük çıxan ərlərdən «Oğurlanmış məhəbbət»də bəhs edilir. «Kədərli səhifələr» keçmişdə qadın hüququnun olmadığı dövrlərdə qadın ləyaqətinin alçaldığı, kişilərin qadınlar üzərində qeyri-məhdud hakimiyyətindən danışılır, zəmanənin sərt, amansız qanunlarının ülvi məhəbbəti puç etməsi, aşiqlərin  faciəsi  göstərilir.   Burjua  cəmiyyətində dözülməz tənhalıq, ümidsizlik və məhəbbət həsrəti, sevginin alqı-satqı obyektinə çevrilməsi, boşanmaların sayının artmasını təsvir edən hissə «Duyğular bazarı» adlanır. Kitabda həmçinin məhəbbətdə zahiri və daxili gözəlliyin, qəlb paklığının nisbəti («Gözəllik qanunu»), məhəbbətdə fədakarlıq («Mərdlik»), ailədə qızlara münasibətdə köhnə adətlər, qardaşların ağalığı, qızların məktəbdən, ictimai tədbirlərdən və yaxud idman dərslərindən uzaqlaşdırılması ("Yaxşı qızların yaxşılığı nədədir?"), sevgi və dostluq, ilk məhəbbət və onun psixoloji aspektləri («İki bədəndə bir ürək»), valileynlərin maddi cəhətdən himayə etdiyi cavan ailələrin möhkəm olmaması («Bunu nə dostluq, nə də sevgi adlandırmaq olar»), məhəbbətə əуləncə kimi baxılmasının ağır nəticələri («Romantika  yoxsa  macəra?»), qısqanclıq («Məhəbbət  ləkэ götürmür»), ailədə yaşlı nəslin nümayəndələrinə hörmətin («Özək möhkəm olarsa»), yeniyetmələrə həssas münasibətin vacibliyi kimi və i.a. problemlərdən söhbət açılır.

Müəllifə mövzu ilə bağlı əxlaqi istilahların izah və şərhi xasdır. O, sadə dil qızların məharətlə qurulmuş tora düşmələri, öz sevgilərini «sübut etdikdən» sonra atılmaları haqqında peşmançılıq dolu etiraflarını ifadə etdikləri məktubları ilə tanış edir, bir çox qızların hisslərə əsir olaraq həyata yüngül münasibət bəsləmələri, oğlan qarşısında boyun əуmələri, onun xatirinə dəyməmək üçün güzəştə gedib asanlıqla özlərini təslim etmələrinin tamamilə bağışlanılmaz hal olduğunu deyir. Bu mənada ismət, qürur, ləyaqət kimi mənəvi anlayışları onların yadına salır, mənasını anladır: «İsmət dedikdə, biz məhz tələbkarlığı, qız qürurunu nəzərdə tuturuq. Qürur lovğalıq sayılmamalıdır. Lovğalıq mənfi sifətdir. Qürur isə təhqirə dözməməklə, şəxsi ləyaqət və mənliklə, şərəflə əlaqədardır... Kim anasının Leyliyə nəsihətini xatırlamır. Dahi Füzuli bu nəsihətdə qızının halına yanan ananın əxlaqi görüşlərini, ismət haqqında anlayışını vermişdir. Bu görüşdə feodalizm dövrünün əxlaqi baxışları öz əksinə tapsa da, burada xalqın etika və tərbiyəsindən gələn gözəl məsləhətlər də vardır. Anası Leyliyə deyir ki, qızsan, ucuz olma, qədrini bil. Biz, qızlarımızın hər şeydə - işdə də, təhsildə də, sevgi və ailədə də mətanətli və mübariz olmalarını, öz ismət və ləyaqətlərini gözləmələrini istəyirik. Bu cür məğrur, mətanətli qızlar bizim övladlarımız üçün nəcib və xeyirxah, fədakar ana ola bilərlər» (2). Əşrəf Hacıyevin fikrincə, «insan yaşamağı və işləməyi bacardığı kimi, sevməyi də, hisslərini saf-çürük etməyi də bacarmalıdır» (1, 15).

Dünyada gedən qloballaşma prosesləri, Qərb ölkələri ilə müxtəlif səviyyələrdə əlaqələrin genişlənməsi nəticəsində yad təsirlərin hədsiz dərəcədə güclənərək, xüsusilə mənəviyyatımıza ziyan vurduğu hazırkı şəraitdə Azərbaycanda gender tədqiqatlarının, bu sahədə təbliğat, maarifləndirmə işinin böyük əhəmiyyətə malik olması şəksizdir. Bununla belə, işi elə qurmaq lazımdır ki, nəyin bahasına olursa-olsun qadın hüquqlarının kişilərlə təkcə qanunda deyil, faktiki bərabərləşdirilməsi istəyi onları kişilərə, ailənin ağsaqqallarına qarşı qaldırmaqla ailələrin dağılması ilə nəticələnməsin. Halbuki belə meyllərə də rast gəlirik. Bu gün milli özünəməxsusluğumuzu, mənəvi dəyərlərimizi, ənənələrimizi qorumaq zərurəti birə-beş artmışdır. Bu baxımdan Ə.Hacıyevin xalqımızın ənənələrimizi, mənəvi dəyərlərinə arxalanması, onlara rasional münasibət bəsləməsi diqqətə layiqdir. Məsələn, o, ata-babalarımızın «Evin sirri evdə qalmalıdır» kimi müdrik nəsihət-tövsiyyəsini belə şərh edir: «Xalq etikasına görə, ailədaxili narazılığı, münaqişəni, söz-söhbəti kənara çıxarmaq, faş etmək rüsvayçılıqdır. Deyingənlik edib öz arvadının xasiyyətindəki qüsurları (təmizkar deyil, biş-düş bilmir, əsəbidir və s.) yadların yanında danışan kişi, ərinin qüsurları barədə (acizdir, az qazanır, heç nə əlindən gəlmir və s.) başqa arvadlarla qeybət qıran qadın ləyaqətsiz hesab olunur. Axı, ailə yüksək məsuliyyət və həssaslıq tələb edir münaqişəli, mübahisəli vəziyyət törədən səbəbləri kənar adamın dərindən duyub anlayacağına, düzgün qiymətləndirəcəyinə bel bağlayıb ümid etmək sadəlövhlükdür. Ailə ixtilaflarının kənara çıxması bir çox hallarda onların həllini çətinləşdirir, yersiz söz-söhbətə, şikayətlərə səbəb olur. Eyni zamanda biz ailə qapalılığının, «ev bizim - sirr bizim» xatirinə nəyin bahasına olursa-olsun haqsızlığa dözməyin də tərəfdarı deyilik. Ev-ailə sirri ciddi eybləri gizlətmək məqsədi güdmür, xırda narazılıq və anlaşılmazlıqları vaxtında, hay-küysüz, ağıl və təmkinlə yoluna qoymağı nəzərdə tutur» (3)..

İşıq üzü gördüyü vaxtdan 42 il keçməsinə baxmayaraq, «Məhəbbət könül çırağıdır» kitabı öz əhəmiyyətini nəinki saxlamış, gender münasibətlərində bəzi məsələlərə diqqət yönəltməsi, müasir dövrlə müqayisəyə imkan yaratması baxımından onun aktuallığı hətta bir qədər də artmışdır. Ötüb keçən illər ərzində xalqımızın həyatında köklü dəyişikliklər baş vermişdir. Kitabda təsvir olunan bir sıra xoşagəlməz hallar daha kəskin xarakter almış, köhnə problemlərin üzərinə yeniləri gəlmişdir. Bu gün bütün bu mürəkkəb problemləri öyrənən, səbəblərini müəyyənləşdirən, onlara münasibət bildirən və aradan qaldırmaq üçün yollar arayan, təklif edən hamının başa düşdüyü anlaşıqlı əsərlərə ehtiyac vardır. Mənəvi dəyərlərin dəyərsizləşməyə başladığı zəmanəmizdə, zənnimizcə, gender sahəsində milli mentalitet, mütərəqqı ənənələrə istinad edən və eyni zamanda yeni reallığı nəzərə alan sağlam ictimai rəy formalaşdırılması xüsusilə mühüm əhəmiyyət kəsb edir.

Əşrəf Hacıyev «Məhəbbət könül çırağıdır» əsərini yazanda 33 yaşı vardı və o, romantik gənclik nikbinliyilə hər bir insanın həyatında məhəbbətin səadət və sonsuz fərəh mənbəyinə çevrilməsini, çıraq kimi qəlbləri işıqlandırmasını arzulayır və bunun insanların özündən asılı olduğuna, ona görə də mümkünlüyünə səmimiyyətlə inanırdı.

 

İstifadə olunmuş ədəbiyyat:

 

1.  Hacıyev Əşrəf.  Məhəbbət könül çırağıdır. Bakı, Azərnəşr, 1965.

2.  Hacıyev Əşrəf.  Sevin, xoşbəxt olun. // «Azərbaycan gəncləri» qəzeti, 5 iyul 1964-cü il.

3. Hacıyev Əşrəf.  Ev-ailə sirri. // «Kommunist» qəzeti 20 iyul 1986-cıil.

 

Arzu Hacıyeva

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb