Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


İNSAN HAQLARININ SOSİAL-FƏLSƏFİ ASPEKTLƏRİ


İnsan haqları probleminə fərqli yanaşmalar mövzunun aktuallığından irəli gəlir və bu aktuallıq bir sıra məqamlarla izah olunur.

- Əvvəla, insan haqları, onun cəmiyyətdəki funksional çəkisi, digər sosial problemlərlə qarşılıqlı əlaqələri ictimai elmlərin, ələlxsus fəlsəfənin əbədi problemlərindəndir. Bu mövzu tarixi proseslə, ictimai mövcudluqla bağlı olduğundan aktual səciyyə daşıyır. Hər tarixi dövr üçün yeni yanaşmalar, yeni suallar, yeni çalarlar, bir sözlə həllini gözləyən məsələlər doğurur. Bunlar isə tarixi prosesin, insan yaşayışının dərin transformasiyaları ilə şərtlənir. İkinci zəruri aspekt budur ki, tarixi inkişaf prosesi dinamikdir və keçid dönəmləri, transformasion dəyişiliklər mərhələlərində insan haqları mövzusu yeni məzmun kəsb edir. Əvvəlki, tarixi mərhələlərdə formalaşan məsələlər yeni dövrün məzmununa uyğun olaraq çıxdaş edilir, yeni tarixi vəzifələrə adekvat olan interpretasiyaların yaranması zərurətə çevrilir.

- İnsan haqları kompleks anlayış olmaqla bir çox tərəflərə malikdir. İlk növbədə sosial, mənəvi, psixoloji yönümləri fərqləndirmək olar. Dərhal qeyd edilməlidir ki, bu yönümlərin hər biri ayrılıqda qiymətləndirilməlidir. Bu baxımdan yanaşdıqda insan haqlarına dair nəzəri fikir yürüdülərkən bu meyarlar nəzərə alınmalı və əsas götürülməlidir. Biz də bunu əsas tutaraq insan haqları probleminə hər bir xarakteristika üzrə ayrıca yanaşırıq.

İnsan haqlarının sosial xarakteristikası ikili şərhə əsas ve­rir. Birincisi, dar mənada bu problem insan toplumunun keyfiyyət müəyyənliyindən biri kimi sırf ictimai hadisədir. Başqa sözlə, insan haqları insan birgəyaşayışının atributiv əlaməti kimi bütün hallarda sosialdır, ictimai olandır.

Geniş mənada insan haqları sosial proses kimi müəyyənləşir. Yuxarıda qeyd etdiyimiz faktor - tarixi prosesin sonsuzluğu - insan haqlarının təkamüldə olan fenomen kimi xarakterizə edilməsinə əsas verir. Qırılmazlıq, davamlılıq xüsusiyyətləri proses yaradan nəsnələr kimi insan haqlarının da sosiallaşmasına, beləliklə proses olaraq statuslanmasına əsas verir. Proses kimi status alması insan haqlarının cəmiyyət daxili münasibətlər sistemində aparıcı mövqelərə adlanmasına, hətta determinatlıq xarakteri kəsb etməsinə imkan yaradır. Hazırki mərhələdə beynəlxalq münasibətlər sistemində demokratikləşmənin əsas şərtləri sırasında ölkədaxili (cəmiyyətdaxili) münasibətlər ierarxiyasında insan haqlarının vəziyyətinin nəzərə alınması buna əməli sübutdur.

İnsan haqlarının psixoloji xarakteri ictimai şüur - fərdi şüur müstəvisinin elementi kimi ümumpsixoloji, ehtiva etdiyi məsələnin (prosesin) məzmununa görə isə özəl aspektə malikdir. Ümumpsixoloji aspekt olaraq insan haqlarını in­san şüuru sferası hadisəsi kimi nəzərdə tuturuq. Bir qədər aydınlaşdırsaq, hər bir sosial hadisə və fenomen fərdi, eləcə də ictimai şüurda əks olunur, mövcud şüur səviyyəsi çərçivəsində dərk olunur. İnsan haqları da belə dərkolunma obyekti kimi şüur müstəvisindən keçir.

İnsan haqları anlayışının özəl psixoloji tərəfi dedikdə insanın şüuraltısında bu məsələnin dərk olunma özəllikləri nəzərdə tutulur. Məlumdur ki, hər bir şüur hadisəsi şüuraltı komplekslərlə şərtlənir və müəyyən olunur. İnsan haqları da şüurun təfəkkür prosesindən özünün ağlı-qaralı, müxtəlif çalarlı özəllikləri ilə süzgəcdən keçir, idrak obyekti kimi formalaşır.

İnsan haqları probleminin öyrənilməsi bütövlükdə сəmiyyətdəki münasibətlər sisteminin təbiəitinin müəyyənləşdirilməsi ilə sıx bağlıdır. İnsan cəmiyyəti isə mürəkkəb, dinamik sistem olmaqla sosial münasibətlərin məcmuu kimi prosesləşir. Filosof Yusif Rüstəmov yazır: «insan cəmiyyəti sabitiliyi qoruyub saxlanma ilə dəyişmənin, yaranma ilə doğurma prosesinin qarşılıqlı nisbətinin tamamilə yeni tituludur. Bu proseslərin maddi və mənəvi, ictimai və şəxsi, əbədi və keçici, zəruri və azad forma və mexanizmləri haqqında aydın, dəqiq bilik indiki dövrdə təxirəsalınmaz qlobal, regional və lokal problemlərin səmərəli həlli üçün zəruri şərtdir».

İnsan haqlarına sırf nəzəri dəyərləndirmə nöqteyindən yanaşma onun praktik fəaliyyət sferasından kəskin ayrılığı haqda qənaətlər çıxarmağa əsas verməməlidir. İnsan haqları məhz insanların maddi-mənəvi tələbatlarının nəzəri ifadəsi olmaqla praktikanın tələblərinə adekvatlaşan, yəni nəzəri və təcrübi sərhədləri şəfaf olan anlayışdır. Ən təbii haqlara yaşamaq, toxunulmazlıq, azadlıq, mülkiyyət - epizodik yanaşma belə onların reallaşmasının cəmiyyətdəki gündəlik münasibətlər sistemində aparıcı olduğunu təsdiqləyir. Elə bundan çıxış edərək demək mümkündür ki, insan haqları hər bir cəmiyyətin   özəlliklərindən, insanların dünyagörüşündən asılı olaraq keyfiyyət müəyyənliyinə malik olur. Yəni, bir sıra mənbələrdə göstərildiyi kimi insan haqlarının universal xarakteri nisbi anlayış olmaqla, onun bəşəriliyini göstərmək baxımından mötəbərdir. Reallıqda isə cəmiyyətdəki münasibətlər, insanların aid olduqları sosial xarakteristikalar (qrup, milli, konfensional və s. aidlilik) insan haqlarını sırf milli çərçivəyə salır. Bu о deməkdir ki, ingilis, fransız, yapon və digər millətlərə xas olan insan haqları ideallarının digər toplumlar tərəfindən olduğu kimi qəbul edilməsi mümkünsüzdür. Başqa sözlə, bütün cəmiyyətlər üçün ortaq olan, optimal olan mütləq nəsnələr yoxdur. Filosof Cəmil Əhmədli yazır ki, optimallıq anlayışı həmişə konkret məzmuna malik olur. Bütün cəmiyyətlər və ölkələr üçün eyni meyarlı və eyni məzmunlu optimallıq utopiyadır. Нər ölkədə mövcud olan norma və prinsiplərin optimallığı ölkədəki obyektiv və subyektiv amillərlə şərtlənir. Millətin formalaşdığı tarixi şərait, coğrafi, dini, etnomədəni və s. amillər milli təfəkkürün özünəməxsusluğunu şərtləndirir. Bu da millətin toplum kimi dünyagörüşünə, ayrı-ayrı ideallara baxış tərzinə öz izini qoyur. Müqayisəli şəkildə desək, məsələn, azadlıq kateqoriyası müxtəlif dövrlərdə fikir sahibləri tərəfindən fərqli şəkildə təfsir edilsə də bununla bağlı konkretləşmiş mülahizə hələ də formalaşmışdır.

«Rasionallıq və elmi məntiq vasitəsiylə dərk edilməyə çalışılan həqiqət subyektivləşmə prosesində heç bir zaman emosiya və subyektiv xüsusiyyətlərdən azad ola bilmir. Deməli, insanın həqiqətəni daşıyan təbii hüquqlar, onun varlığının ayrılmaz tərkib hissəsi kimi universal və yaxud obyektiv, sosial statusu, əxlaq və intelekt səviyyəsinə görə isə fərdi və ya subyektivdir».

Нər hansı təlimləşdirilmiş, konseptual çərçivələrə oturdulmuş fenomenlərin ilkin anlamları reseptləşmiş yanaşmalardan daha uzaq olmaqla fəlsəfi dəyərləndirmədə konyukturizmi və subyektivizmi kənar saxlayır. F.Xayek bu xususda yazır ki, «Şüurlu qaydalar» insan şüurundan törənir və əvvəlcədən hazırlanmış plana əsasən fəaliyyət göstərir. Onlar konkret məqsədə nail olmağa yönəlmiş və konkret komandalar, əmrlər əsasında qurulur. Spontan qaydalar isə harmonik təkamül prosesinin gedişində yaranır, onlar kiminsə fikrini təcəssüm etdirmir və vahid mərkəzdən idarə edilmir. Onlarda koordinasiya hansısa ümumi məqsədə nail olmaq hesabına əldə edilmir, əksinə universal davranış qaydalarına əməl olunması hesabına nail olunur.

İnsan haqlarının müasir dövrdə bir ideal olaraq dərki və qəbul edilməsi bütövlükdə cəmiyyətdəki münasibətlər kompleksinə bağlı olan bir məsələdir. Bu baxımdan yanaşdıqda insan haqları haqda idealların yüksək tutulması bütövlükdə cəmiyyətin inkişafı ilə paralel getməlidir. Sonuncunun təşükkül tapması isə bir sıra amilləri əhatə edir. Bu haqda fəlsəfə elmləri doktoru Cəmil Əhmədlinin fikri lakonik ifadə tərzinə görə fərqlənir. «Cəmiyyətin mənəvi bilik sahələri (elm, incəsənət, hüquq, əxlaq, din, mədəniyyət və s.) mühüm ünsürlərdən  ibarətdir:  mənəvi  həyatı  tənzimləyən,  onun konkret qaydalar çərçivəsində axarını təmin edən normalar və prinsiplər sistemi (hüquqi, əxlaqi, dini norma və prinsiplər); bu norma və prinsiplərin insanlar tərəfindən dərk edilməsindən ibarət olan şüur formaları (hüquqi şüur, əxlaqi şüur, dini, siyasi və s. şüur); mövcud normalar və prinsiplər əsasında qurulan münasibətlər sistemi (praktika). Bunlara cəmiyyətdəki əxlaqi, siyasi, hüquqi, dini və sair münasibətlər aiddir. Cəmiyyətin normal inkişafı, ahəngdarlığı, sosial harmoniya bu üç ünsürün bir-birinə uyğunluq dərəcəsi ilə ölçülür».

Deyilənlərin yekununu belə ifadə etmək olar ki, insan haqları dinamik problem kimi doqmatik yanaşmaları istisna edərək daim yeni yanaşmaları zəruri edir.

 

İstifadə olunmuş ədəbiyyat:

 

Rüstəmov Y. Fəlsəfə, 2001, Bakı.

Əhmədli C. Cəmiyyət-Siyasət-İdeologiya. Siyasi biliklərin əsasları. I cild. Bakı, 1999.

 

Rabil Mehtiyev

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb