Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


SÜLH MƏDƏNİYYƏTİ XALQLARARASI DİALOQUN ƏSASI KİMİ


Yaşadığımız kataklizmlərlə, dramatizmlə, kolliziyalarla, mürəkkəb sosial-siyasi hadisələrlə müşayiət olunan dövrdə qarşımızda duran mühüm məsələlərdən biri ailədə, istərsə də cəmiyyətdə, müxtəlif etnik qruplar, dövlətlər, millətlər arasında ауrı-seçkiliyin bütün təzahür formalarını, aradan qaldırmaq problemi durur. Başqa sözlə insanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək lazım gəlir. Bildiyimiz kimi sülh mədəniyyəti zəngin məzmuna malikiir. Buraya "sülh mədəniyyəti" anlayışına aid edilən fəlsəfi, əxlaqi normalar daxildir.

Ümumiyyətlə, sülh mədəniyyətinin bir fenomen kimi çox dərin tarixi kökləri var. Belə ki, tanınmış italyan tarixçisi V.Mançelli beynəlxalq konfransların birində demişdir: "Xoşbəxtlikdən dünyada davakar siyasətçilərlə yanaşı sülh barədə fikirləşən və pasifik fəlsəfəni formalaşdıran siyasətçilər də olmuşdur". Onlar sülh konsepsiyasını verməklə yanaşı, onun həyata keçməsi üçün çalışmışlar.

Əgər biz sülh mədəniyyətindən danışırıqsa, təbii ki, onun mənbələrini, tarixi ənənələrini və köklərini təhlil etməliyik. Sülh mədəniyyətinin yaranması münaqişələrin aradan qaldırılması uzun zaman, böyük səylər tələb edir. Sülh çox çətin əldə edilən və asanlıqla itirilən bir xoşbəxtlikdir. Müharibə və zülmə qarşı qoyulan "əbədi və daimi sülh" anlayışı dünya fəlsəfəsinə və ictimai fikrə tədricən daxil olmuşdur. Sülh mədəniyyəti ideyasının reallaşması sosial və siyasi isla­hatları aparmaqla, cəmiyyətin yenidən qurulması, sülh dəyərlərinin maarifləndirmə yolu ilə yayılması ilə əlaqələndirilmişdir. Sülh mədəniyyətinin qarşısında duran əsas məsələlərindən biri çoxlu sayda beynəlxalq və daxili münaqişələrin qarşısını almaqdır. Sülh mədəniyyətinə nail olmaq böyük əhatə dairəsinə malik olan tədris proqramlarının həyata keçirilməsini, mədəni, sosial və vətəndaş yaradıcılığını tələb edir. Bu yolda təhsilin bütün aspektlərindən: onun mahiyyətindən, metodlarından, təşkilindən, müəllimlər və tələbələr müxtəlif təhsil ocaqları, ailələr arasındakı münasibətlərdən istifadə etmək lazımdır.

İnsanların sülh mədəniyyəti ruhunda tərbiyə etməkdən ötrü təkcə formal təhsildən deyil, qeyri-formal təhsildən də istifadə edilməlidir. Qeyri-formal təhsil dedikdə bura ailədəki tərbiyə, informasiya vasitələri, ictimai təşkilatların, xüsusilə qadın təşkilatlarının rolu nəzərə daha qabarıq çarpır.

Təlimdə əsas məqsəd dialoq vasitəsi ilə birgə yaşayışın prinsiplərini və müxtəlif yollarını izah etməkdir. Təhsil müharibələrin baş verməsinə mane olmalı, münaqişələrin həllini dialoq yolu ilə tənzimlənməsinə yönəltməlidir. Təhsil işçiləri şagird və gənclərdə vətəndaşlıq borcunun yerinə yetirilməsi, digərlərinin hüququna hörmətlə yanaşması, öz haqları uğrunda mübarizə aparma kimi hissələri aşılamaqdan ötrü müxtəlif metodlardan istifadə etməlidir. Bu istiqamətdə təhsil tarixi və iqtisadi baxımdan ölkələrin fərqlənməsini tədqiq etməli, araşdırmalıdır.

Ümumiyyətlə, gənc nəslə başa salınmalıdır ki, müyyən vəziyyətlərin və problemlərin dərk edilməsi onların şəxsi həyatlarından, yaşadıqları cəmiyyətin inkişaf tarixindən, adət və ənənələrindən asılıdır. Elə məhz buna görə də insanlar bir-birlərinə eyni dərəcədə qulaq asıb, üst-üstə düşən nöqteyi-nəzəri axtarmalıdır.

Sülh mədəniyyətini insanlara aşılamaqdan ötrü sülh mədəniyyətinə aid metodoloji xarakter daşıyan ədəbiyyatdan, dövrü mətbuatdan (qəzet, jurnal) tarixi sənədlərdən istifadə olunmalıdır. Sülh mədəniyyəti güc işlətməyə, insanların fundamental hüqüq və azadlıqlarına hörmətə əsaslanan dəyərlər, əxlaq normaları və bunlara yanaşmaq qaydalarının vəhdətindən ibarətdir. Bu hüquqlar insan hüquqları haqqında Ümumdünya Deklarasiyasında öz əksini tapmışdır. Sülh mədəniyyətində güc silahdan deyil, qarşılıqlı əlaqələrdən, dialoq və əməkdaşlıq prinsiplərindən doğur. Bu güc zəiflərin, uşaqların, əlillərin, qocaların və sosial hüquqsuzla-hüquqlarını müdafiə edən cəmiyyətin yaranmasına təkan verir.

Sülh mədəniyyətini inkişafı üçün qadınların geniş iştirakı olduqca vacibdir. Hərbi fəaliyyət sahəsini kişilər tərəfindən zəbt edilməsi qadınları hakimiyyət vəzifələrindən tamamilə uzaqlaşdırılmışdır. Halbuki, mübadilə, əməkdaşlıq və həmrəylik sahəsində qadınların qabiliyyət və bacarığı, gələcək nəslin tərbiyəsi və ailənin idarə olunması təcrübəsi sülh mədəniyyətinin inkişafı üçün olduqca vacibdir.

Sülh mədəniyyəti həmçinin, sərbəst mübadilə və sərbəst informasiya axını ilə fərqlənir. Məxfilik, informasiya axınının məhdudlaşdırılması bilərəkdən gəlir və ondan güc mənbəyi kimi istifadə etmək bütün bunlar, "başqalarına" istismar obyekti və ya potensial düşmən kimi baxan mədəniyyətin bir hissəsi idi.

Sülh mədəniyyəti güclə qəbul etdirilə bilməz. Bu, müəyyən bir xalqın nümayəndələrinin inandırması və təsiri əsasında inkişaf edən bir prosesdir. Bu proses hər ölkədə və regionda, onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf edir. Mozambikdə qoca bir kəndli YUNESKO-nun nümayəndəsinə demişdir: "Siz müharibə mədəniyyətini təyyarədə və ya humanitar yardımı yük maşınında gətirə bilərsiniz, lakin siz bizə sülh mədəniyyətini gətirə bilməzsiniz, çünki o, kökləri bizim yerin çox dərinliklərinə gedən bir ağacdır ".

Sülh mədəniyyəti - daima səy və yardım tələb edən uzun bir prosesdir. Sülh mədəniyyətini münaqişənin yoxluğu kimi qəbul etmək olmaz. Mürəkkəb həyatda münaqişə həmişə inkişafın bir hissəsi olacaq. Münaqişədən qorxmaqdansa, biz ona düzgün qiymət verməyi öyrənməli, münaqişənin ədalətsizlikdən imtina etməyi tövsiyyə edən pozitiv gücişlətmək aspektlərini aşkar etməliyik.

Sülh mədəniyyəti yalnız о şəraitdə çiçəklənə bilər ki, müharibə, münaqişəni həll etməyin yeganə vasitəsi kimi aradan qaldırılmış olsun, onun vəzifələri isə, pozitiv altenativlərlə əvəz olunsun. Belə mədəniyyətin təsdiqi öz parametrlərinə görə çoxməqsədli və dünyəvi olmaqla, böyük bir layihədir. Bu layihə aşağıdakılarla sıx əlaqədardır:

1. İqtisadi təhlükəsizlik və inkişaf

2. Siyasi təhlükəsizlik və demokratiya

3. Hərbi təhlükəsizlik və tərksilah

4.  İqtisadi səmərənin yüksəlişi və iqtisadiyyatın yenidən qurulması

5. Qlobal həmrəyliyin inkişafı.

1998-ci ilin sonunda, YUNESKO-nun təşəbbüsü ilə BMT 2000-ci ili rəsmən Sülh mədəniyyəti ili elan etmişdir. Bununla əlaqədar olaraq, Nobel Mükafatları laureatlarının təşəbbüsü ilə 2000-ci il Manifesti hazırlandı və YUNESKO bu təşəbbüsü dəstəklədi. Sülh mədəniyyəti qeyri-zorakılığa, əsas hüquqlara və azadlıqlara hörmətə, qarşılıqlı anlaşmaya, dözümlülüyə və həmrəyliyə, qadınların fəal iştiraka cəlb edilməsinə əsaslanmış ümumi məqsədlər, məramlar, nəzərlər və davranışlar məcmusudur.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev bu təşəbbüsü dəstəkləyərək 1999-cu ilin 4 iyul tarixində Manifesti imzalayan dövlət başçılarından biri oldu. Bundan əlavə Azərbaycan Respublikasının prezidenti 28 dekabr 1999-cu il tarixində YUNESKO-nun tövsiyyəsi ilə Beynəlxalq Sülh Mədəniyyəti ilinin (2000-ci il) qeyd edilməsi ib əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalamış və tədbirlər planı hazırlanmışdır. Bunun­la əlaqədar ölkəmizdə bir sıra tədbirlər həyata keçirilmişdir. İlk növbədə «Manifest-2000» sənədinin kütləvi imzalama kampaniyası təşkil edilmiş və qısa müddət ərzində 400000-dən artıq imza toplanmışdır.

Sülh mədəniyyəti güc işlətməyə, insanların fundamental hüquq və azadlıqlarına hörmətə əsaslanan dəyərlər, əxlaq normaları və bunlara yanaşmaq qaydalarının vəhdətindən ibarətdir. Bu hüquqlar insan hüquqlan haqqında Ümumdünya Deklarasiyasında öz əksini tapmışdır. Sülh mədəniyyətində güc silahdan deyil, qarşılıqlı əlaqədən, dialoq və əməkdaşlıq prinsiplərindən doğur. Bu güc zəiflərin, uşaqların, əlillərin, qocaların və sosial hüquqsuzların hüquqlarını müdafiə edən cəmiyyətin yaranmasına təkan verir. Əgər sülh mədəniyyətinə bir hərəkat kimi baxsaq, onu elə bir böyük çaya bənzətmək olar ki, oraya çoxlu sayda müxtəlif cür ənənə, mədəniyyət, dil, din və siyasi cərəyanların selləri tökülür. Sülh mədəniyyətinin məqsədi elə bir dünya qurmaqdır ki, orada mədəniyyətin bütün müxtəlif növləri qarşılıqlı anlaşına və həmrəylik şəraitində mövcud olsunlar.

 

Gülsüm Xalafova

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb