Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


QADINLARA QARŞI ZORAKILIĞIN TƏTBİQİNDƏ KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN ROLU


Oğlanların tərbiyəsi ideal sayılan kişi surətinə istiqamətləndirilir, bu da müxtəlif zaman kəsirində müxtəlif ola bilər. "Əsl kişi"  xasiyyətində təxmini aşağıdakı xüsusiyyətlər olmalıdır:

- qadın işləri ilə məşğul olaraq alçalmamaq;

- "qadın zəifliklərinə" rişxəndlə yanaşmaq;

- başqalarına qarşı öz üstünlüyünü isbat etmək;

- hissləri büruzə verməmək;

- özünü müdafiə etməyi bacarmaq;

- özünü  başqalarına  nisbətən  güclü  hiss  etmək,  lazım gəldikdə zor tətbiq etməkdən çəkinməmək;

- pul qazanmaq qabiliyyəti və s.

Bu "əsl kişi" idealı daimi olaraq  kütləvi mədəniyyət tərəfindən tirajlanır və bir çox xoşagəlməz nəticələrə gətirib çıxarır.

Müasir kişi idealının inkişafında bir meyli də qeyd etmək lazımdır. Təxmini təsvirə görə bu "müasir kişi" haradasa bir qulduru xatırladır, və cəmiyyət artıq bu "kult kişi" obrazına öyrəşməyə başlayır. Son vaxtlar mətbuatda öz rəfiqələrinə divan tutan "sərt" kişilər haqqında bir çox məlumatlar verilir, və təəcüblüsü budur ki, belə cinayətkarlar "sosial təhlükəsiz" adı ilə uzaqbaşı 2 il müddətinə azadlıqdan məhrum olunurlar.

Müşahidələr və tədqiqatlar sübut edir ki, həm uşaqlar, həm müxtəlif yaşlı, sosial mənşəli və xasiyyətli böyük adamlar Kütləvi İnformasiya Vasitələri tərəfindən təqdim edilən zorakılıq axınının təsiri altında daha aqressiv olurlar. Seksual zorakılığının qərəzli işıqlandırılması kişilər tərəfindən qadınlara münasibətdə zorakılıq hadisələrinin heç də imkansız olmadığının qavranmasına yol açır. Bu işıqlandırmalar onların (kişilərin) şüurunda qadınların təhtəlşüur zorlanmaq istəyinə və yaxud zorlanmağa təhrik etməsinə dair əfsanələr yaradır.

Amerikada və Kanadada keçirilmiş müxtəlif sosioloji sorğular cəzasız qalacaqları təqdirdə zorlamaya yol verə bilən kişilərin böyük bir qrupunu (20-30 %) üzə çıxarmışdır.

Bu kişilər belə mövzularda göstərilən videomateriallardan böyük bir zövq aldıqlarını bəyan etmişlər. Kütləvi İnformasiya Vasitələrində yer almış bir çox süjetlərdə cinayət zamanı müxtəlif amillərin təsiri altında (məsələn, alkoqol, narkotika sərxoşluğu, psixoloji stres, qurbanın "ağılsız, təhrikedici" davranışı) cinayət törədən zorakı cinayətkar obrazı yaradılır. Zorakılıq probleminin bu səpkidə təqdimatı təsdiq etməyə çalışır ki, zorakılıq (zorlama, döyülmə) - insan davranışında izolə edilmiş, "müstəsna" bir haldır ki, bunu da başqa sosial problemlərdən, həmçinin cəmiyyətdə kişi və qadınlar arasında mövcud olan münasibətlərdən ayırmaq lazımdır.

KİV-in zorakılıq haqqında olan süjetlərində cinayətin növündən asılı olaraq canilərin və qurbanların təsviri müxtəlif verilir. Fərz edək ki, çoxsaylı və qrup şəklində baş verən zorlama hadisələrində, yaxud azyaşlı, ya da yaşlıların zorlanma hadisələrində caniləri mənəvi terminlərlə "heyvan", "vəhşi" kimi təsvir edirlər. Qurbanların paralel aparılan təsviri onların günahsızlığını isbat edir: "ləyaqətli", "köməksiz", "zərif". Lakin cinayət "pozğunluq" kimi seksual zorakılığın standartlarına cavab vermirsə, onda canilərin təsviri onların şəxsiyyətlərinin qiymətləndirilməsinə əsaslanır, məsələn, "emosional müvazinətsiz", "qısqanc", "stresə və emosional pozulmaya asan məruz qalan". Belə hallarda məsuliyyət bölgüsündə bir hissənin də qurbanın üzərinə düşmə tendensiyası mövcuddur, xüsusilə də onun xarici görünüşünə münasibətdə: "seksual", "ağılı başdan çıxaran", "cəlbedici", "ədəbsiz" və s. Canilərin və qurbanların bu cür təsviri qadınlara qarşı olunan zorakılığa münasibəti ya normadan cüzi dərəcədə kənara çıxmaq kimi, yaxud davranışın bir az pozulması kimi formalaşdırır. Hər iki halda canilərin məsuliyyəti azalır.

KİV nümayəndələri cəmiyyətdə mövcud olan qadınlara qarşı zorakılığa olan münasibəti xeyli dəyişməyə qadirdilər. Əgər KİV öz dinləyici və tamaşaçılarının sayını artırmaq üçün sensasiya naminə belə faktlara müraciət edəcəklərsə, onda zorakılıq problemi getdikcə kəskinləşəcək.

Bütün bunlan nəzərə alaraq, artıq qanun gücünə malik olan qaydaların qəbul edilməsinin zamanı gəlib çatmışdır. Bu qaydaların pozulması cinayət, yaxud inzibati məsuliyyətə cəlb olunmaqla nəticələnərsə, ümid bəsləmək olar ki, zorakılıq halları getdikcə azalacaq.

KİV-ə nəzarət məsələsinin belə qoyuluşunun hüquqi tərəfi də var. Bu zorakılıq qurbanının hüquqları problemidir, hansi ki bəzi hallarda KİV işçilərinin qeyri-obyektiv şərhlərinə görə həm acıq kütlə arasında adı hallanır, həm də "ədəbsiz davranışda" günahlandırılır. Belə faktların cəzasız qalması qadınlara qarşı zorakılıq hallarının yayılması təhlükəsini artırır.

 

Naidə Hacıyeva

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb