Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


FEMİNİZM İRSİNİN ASPEKTLƏRİ


Cinslərarası münasibət ayrı-ayrı dövrlərdə yaşamış bir sıra mütəfəkkir və alimlərin tədqiqat predmeti olmuşdur. Platon, Kant, Hegel, Toynbi, Freyd və bir çox başqa filosof, tarixçi və psixoloqlar öz əsərlərində bu mövzuya müxtəlif dərəcədə toxunmuşlar. Buna baxmayaraq problemin nəzəri təhlilinin başa çatdığı haqda fikir yürütmək hələ tezdir. Son yüz il ərzində ictimai inkişafın xüsusiyyətləri onun həllinə tamamilə yeni nöqtədən yanaşmağı tələb edir. Bir tərəfdən obyektiv olaraq kütləvi şəkil almış ictimai istehsalın inkişaf surəti qadının professional fəaliyyətinin ayrı-ayrı sahələrinə cəlb olunmasına səbəb oldu. Nəticədə qadınların «İntellektual bacarıqsızlığı» barədə rəvayətin puçluğu aşkara çıxdı. Bununla da həm kişilik və qadınlıq haqqındakı, həm də onların «təbiiliyi» ilə bağlı mövcud təsəvvür şübhə altına alındı. Digər tərəfdən isə baş vermis dəyişiliklərlə əlaqədar olaraq cinslər arasında münasibət probleminə ənənəvi elmi baxışların bir tərəfliyi, bununla bağlı mövcud nəzəri fikirlərin ideoloji funksiyası aşkar olunmağa başladı. Bu həmçinin ictimai elmlərdə geniş yayılan cinsi münasibətlərin təsvirindəki, «qalıq prinsipləri»nə də aid idi. Qanuna uyğun olaraq məhz həmin problemə həsr olunmuş xüsusi bir nəzəriyyənin yaradılmasına ehtiyac yarandı. Tədricən sonradan qərbi humanitar elmdə gender adını almış yanaşma təşəkkül tapdı. Gender yanaşması özünün feminist təhlili məntiqi nəticəsi kimi təhlil etdi.

Feminizm nə demək olduğunu müəyyənləşdirmədən gender araşdırmalarının mahiyyətini anlamaq mümkün deyil.

Feminizm nədir? Təkcə müəyyən bir tarixi mərhələdə dəqiq desəm XVIII əsrdə əvvəlcə Şimali   Amerikada sonralar müstəqillik uğrunda mübarizə illərində (1775-1783 «Böyük Fransız inqilabı») Fransada yaranan qadın hərəkatıdır. Yoxsa bu anlayışın arxasında köklü əsərlərin dərinliklərinə bağlanan daha böyük məna gizlənmişdir. Mənə elə gəlir ki, feminizm məfhumu məhz qadınların öz hüquqları uğrunda mübarizəyə qalxıb birləşdikləri vaxtdan tarixə daha çox işlədilən termin kimi daxil olsa da onun mənbələri daha incə, qarışıq və hətta mən bunu qətiyyətlə deyə bilərəm ki, fizioloji və bioloji proseslə bağlıdır.

Feminizm məfhumun ön sözü - femina - latınca femina qadın deməkdirsə «ba» sözün mifoloji tarixini izləsək aydın müşahidə etmək olar ki, femme - qadın anlayışının - qadın ilahə femida ilə söz kökü qohumluğu var.  Femida - Qədim Yunanıstan mifologiyasına görə Zefs Allahın həyat yoldaşı olmuşdur.

Feminizm hərəkatına qoşulan qadınlar birinci növbədə haqq-ədalətin bərqərar olması naminə və qadın haqlarının pozulmaması naminə ayrı-ayrı qadın təşkilatlarında birləşməyə başladılar.

Əgər feminizmi «qadınların öz hüquqları» uğrunda mübarizə hərəkatı yaradan səbəbləri morfoloji köklərlə birləşdirən məntiqi əsaslar var. Məsələn: Böyük Fransız İnqilabı mərhələsində feminizm - bir qadın hərəkatı kimi Şimali Amerikadan Fransaya - inqilabın və ehtirasların tüğyan etdiyi ölkəyə adlayanda, bir о qədər də məşhur olmayan fransız qadın yazıçısı Olimpiya de Quc «İnsanın və vətəndaşın (hər iki halda yalnız kişilər nəzərdə tutulur) hüquqları deklorasiyası»nı əksinə olaraq «Qadının və vətəndaşın (yalnız qadınlar nəzərdə tutulur) hüquq deklorasiyası»nı irəli sürdü. Həmin deklorasiyada çılğın və ehtiraslı Olimpiya, qadının da insan olduğunu bəyan edir və bununla əlaqədar olaraq, qadının da kişilərlə bərabər səviyyədə öz hüquq və haqqını tələb etməyə ixtiyarı olduğunu sübut edirdi.

Həmin vaxtdan etibarən Olimpiya de Qucun tərəfdarlarını «feministlər» onların hərəkatını isə «feminizm» adlandırmağa başladılar. Olimpiya de Quc göstərir ki, qadın «feme» insandır.

Lakin bu məsələnin yalnız üst səthində olan tərəfidir.

Əgər «feminizm» anlayışının daha dərin qatlarını araşdırsaq, son dərəcə maraqlı və «qəribə» hadisələri müşahidə edə bilərik. Beləliklə, «feminizm» nədir?

Əgər «feminizm» daim inkişafda və yayılmaqda olan, qarşısı alınmaz proses kimi nəzərdən keçirdiksə, istər-istəməz feminizasiyanın kök əsaslarını da araşdırmalıyıq... Tarixi mənbələrə görə, feminizasiya kişi cinsindən olan fərdlərdən ikinci dərəcəli qadın cinsiyyəti orqanlarının inkişaf etməsi prosesidir. Feminizasiyanı təkcə insanda deyil, eyni zamanda suda-quruda yaşayanlarda quşlarda və heyvanlarda müşahidə etmək olar.

Bu prosesin əksini maskulinizasiyanı isə qadın cinsindən olan fərdlərdə müşahidə etmək olan (masculinus-kişi) deməkdir. Maskulinizasiya qadın cinsindən olan fərdlərdə ikinci dərəcəli kişi cinsiyyət orqanlarının inkişafı prosesidir.

Tarixin müxtəlif mərhələlərində yumşaq təbiətli, kişilər və sərt xarakterli qadınlar müşahidə etmək olar. Müxtəlif vaxtlarda, müxtəlif sahələrdə, Amazonkalar, Janna Dark, Mariya Antuanetta kimi kişilərdən cəsarətdə və hünərdən geri qalmayan qadınları, və yaxud Fransız kralı XIV Lüdoviq kimi mülayim, yumşaq, həlim xasiyyətləri ilə fərqlənən kişiləri yada salmaq olar. Əlbətdə, «feminiziya» prosesi bioloji prosesdir. Lakin, şübhəsiz ki, bu prosesdə sosial və digər proseslərin uyğunlaşması və ya bir-birinə keçməsi halı məntiqi bir hal kimi qəbul etmək olar.

Tarixən kişilərə və qadınlara cəmiyyətdə və məişətdə öz xüsusi mövqeyi və yerini ayrına patriarxatizm -  özündən sonra əsrlərlə davam edən bərabərsizlik və haqsızlıq miras qoysada bu yalnız müəyyən və keçici bir mərhələ idi.

Sonralar bəzi filosoflar Hegel və Berdyayev və ayrı-ayrılıqda bu barədə çox maraqli bir fikir söyləyirdilər ki, rolların cəmiyyətdə cinsiyyət mənsubluğuna görə bölünməsi sadəcə olaraq tarixin keçici mərhələsidir. Bu mərhələdən keçən insan tədricən formalaşıb, tam inkişaf etmiş şəxsiyyət dərəcəsinə çatacaq və   patriarxatizmin miras qoyduğu qaydalardan,  ənənələrdən bir dəfəlik azad olacaqdır. О zaman eyni bir   proses yaranacaqdır  -  emonsipasiya. Filosofların bu fikri həqiqətə çevrildi.... Lakin..., qadınların   emansipasiyası yolu kişilərin bu prosesdəki yolundan heç də asan olmadı. Bəlkə daha da keşməkeşli, daha mürəkkəb proses oldu və olaraq qalır.... Bunun da əsas səbəblərindən biri budur ki, bu yolda ənənəvi «buxovlardan» azad olmaq imkanı əldə edə biləcək qadın, bir növ «odla su arasında» qaldı: - bir tərəfdən özünün təbiətinə məxsus subyektivliyi, digər tərəfdən sosial tarixi inkişafda ona pərçim edilən obyekt rolu arasında. Bu konflikt və uğursuzluq istər şəxsi həyatda, istərsə də cəmiyyətdə müxtəlif cür həll olunurdu. Şəxsi həyatda bu konflikt bir çox ədəbi əsərlərə material mənbəyi kimi gərəkli olmuşdur. (Floberin, Tolstoyun əsərləri, H.İbsenin dramlarını yada salmaq kifayətdir.) problemin və ya konfliktin cəmiyyətdəki həlli barədə fikir isə Şarl Furye kimi xəyalpərvər şəxsiyyətin mülahizəsində öz maraqlı istifadəsini tapmışdır.

Böyük Fransız inqilabının təəsuratından sonra o, bu qənaətə gəlmişdir. «Qadın hüquqlarının artması hər bir sosial inkişafın ümumi prinsipidir.» Məhz bu fikir uzun illər çoxları üçün qadın azadlığı yolunda mübarizə rəmzinə çevrildi.

Beləliklə 200 il.... Cəmisi 200 il bizi hadisələrin cərəyan etdiyi о qaynar çağlardan ayırır.... Çoxları bu fikirdədir ki, qadınların öz müstəqilliyi uğrundakı ilk hərəkatı məhz о vaxtlarda, yəni Olimpiya de Qucun «qadının və vətəndaşın hüquq deklorasiyası» həyat üzü görəndən sonra başlamışdır. Lakin bu sözlərdə həqiqətə uyğunluq varsa da əslində qadının vətəndaşlıq uğrundakı fəal mübarizəsi nöqteyi nəzərindən bu bir həqiqətdir. Çünki, yalnız o, zaman özünə qiymət verməyi bacaran qadınlar vətəndaşlıq və digər haqlarını tələb etmək üçün kütləvi surətdə birləşmək yolunu seçdilər. Tarixən isə... bir insan kimi kişilərlə bir cərgədə durmaqdan, məhrum olan qadınlar.... Təkbə-tək olsa da tapdanmış    ləyaqətlərinin tüpürülmüş mənlikləri qorumaq üçün ayağa qalxıb bütöv bir cəmiyyətlə, onun iyrənc   qayda-qanunları ilə, təhqiramiz işgəncələri ilə (inkivizisiya) üz-üzə durmaqdan çəkinməmişlər...   hətda nağıllarda, dastanlarda əsatirlərdə, əsrlərdən adlayıb bizə gəlib çatan şifahi xalq ədəbiyyatının həyatının nümunələrində belə qadın obrazlarına rast gəlirik. Eyni zamanda onlara qarşı amansız, dözülməz münasibətinin şahidi oluruq. Məsələn «Azərbaycan şifahi xalq ədəbiyyatında» çox gözəl və mənalı bir nağıllar: «Məlikməmməd» nağılı, hamımıza yaxsı  tanış  olan bu nağılda 3 oğul atalarına şəfa gətirmək  məqsədi ilə 3 nəhəng divə qarşı vuruşmalı olur.

Doğrudur, hər üç halda kiçik oğul tək başına qardaşlarının yerinə vuruşur..... Amma bu nağılda уеnə də arxa planda qalan çox incə bir hadisəni yada salmaq yerinə düşər. Yer altında divlərə əsir olmuş 3 şahzadə qız xidmət edir. Və bu qızların hər biri həyacan, qorxu içərisində qurtuluş gününü gözləyir. Nəhayət elə bir gün gəlib çatır. Şahzadə oğlan gəlib onları əsirlikdən xilas edir. Lakin aydın olur ki, çox incə, zəif məxluq olan bu qızlar, əslində mətanətdə və cəsarətdə ər-igidlərdən heç də geri qalmırlar. Onlar sanki о qurtuluş, azadlıq anını, məqamını gözləyirdilər ki, gözəlliklərini, zəifliklərinin arxasında gizlənmiş cəsarət aşkar olunub üzə çıxsın...

Əsrlər boyu ikinci dərəcəli adam, öz ərinin kölgəsi hesab edilən qadın məhz bioloji fərqinə görə arxa plana çəkilirdi. Lakin, paradoksal bir hal meydana çıxır. Məhz qadın ən çətın hallarda fiziki məhrumiyyətlərə, əzab və işgəncələrə məruz qalanda bir çox hallarda kişilərdən daha dözümlü, daha davamlı olurdu. Yalnız vaxt və müəyyən bir keçid dövrü lazım idi ki, o, «qurtuluş anı»... gəlib çatsın. Və özlərinin cəmiyyətin layiqli nümayəndəsi və kişilərlə bərabər hüququ olmağa ixtiyarı olduğundan dərk edən qadınlar  təşkilat formalarında birləşsinlər.

«Feminizm» çox mürəkkəb, keşməkeş və bəzi hallarda həll olunmamış problem olaraq qalır. (Baxmayaraq ki, istər Qərb, istər Şərq ölkələrində qadınlar siyasi həyatda zirvələr fəth ediblər).

Bəlkə də bu gün «Məlikməmməd» nağılında olduğu kimi bu problem də öz «qurtuluş anını» tapacaq-həll olunacaq.

Hələlik isə «feminizm» bəzən açıq üsyan formasına keçir, bəzən isə sakitləşən dənizə bənzəyir.

Beləliklə, XIX əsrin axırı XX əsrin əvvəllərində qadının hüquq azadlığı, kütləvi, siyasi istehsala, siyasi fəaliyyətə cəlb olunması; ictimai həyatın müxtəlif sahələrində qadının iştirakını; təhsilin, səhiyyənin inkişafında qadın inkişafının güclənməsi; qadının təhsil alması ilə bağlı müxtəlif maneələrin tədricən azalmasını şərtləndirirdi.

Bununla belə feminist tədqiqatlarının obyektiv gedişi və qadının bərabərsizliyi problemində feminist təhlilinin tətbiqi «gender» adlanan elmi kateqoriyalarının yaranması və bu­nunla əlaqədar elmi-tədqiqatın müstəqil bir sahəsi olan gender araşdırmalarının meydana çıxmasına səbəb oldu. Məhz gender araşdırmaları qadın probleminin feminist təhlilindəki ziddiyyətləri həll etməli və onun çatışmamazlığını aradan qaldırmalı idi.

 

Aygün Eyvazlı

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb