Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


DEMOKRATİK CƏMİYYƏT QURUCULUĞUNUN GENDER ASPEKTLƏRİ


Demokratik cəmiyyətə və bazar iqtisadiyyatına keçid qadınlara cəmiyyətin fəal sosial qüvvəsi, ailənin və kollektivin, müxtəlif birliklərin üzvü kimi, həm də əhəmiyyətli siyasi qüvvə olmaq baxımından mühüm mövqelər qazandırır. Bununla belə bəzi problemlərin olması da inkaredilməzdir. Bu isə bir neçə faktorlardan irəli gəlir və bir neçə səbəblər ilə şərtlənir: bütövlükdə iqtisadi münasibətlərin yeni keyfiyyət vəziyyəti, bazar münasibətlərinin hüquqi tənzimləməsinin hələ dava etməkdə olması, ictimai psixologiyanın dəyişilməsi, eləcə də siyasi münasibətlərin yeni keyfiyyətə keçməsi və sair qeyd olunmalıdır. Sosialist quruluşunda dövlət vətəndaş təsisatlarının rolunu minimuma endirməklə əsas sosial qurum qismində çıxış edirdi. Həm də dövlət sosial norma və dəyərlərin, eləcə də gender bərabərliyi ilə bağlı olan amillərin də tənzimləyicisi vəzifəsini öz üzərinə götürmüşdü. Bununla belə, sovet üsul-idarəsində qadınların vəziyyəti bir sıra mühüm sahələrdə nisbətən yaxşılaşdı.

Ölkənin iqtisadi, sosial və siyasi həyatında keçid dövrünün başlanması gender bərabərliyinin təmin olunmasında dövlət inhisarının ləğv olunmasına gətirib çıxardı və qadınlar bərabərlik baxımından tamamilə fərqli şərtlərin mövcud olduğu açıq mühitlə, imkanların bol olması şəraitində təhlükəli meyllərin də artdığı məkanla üz-üzə qaldılar(l).

Başqa sözlə, əvvəllər qanun pozuntusunun aradan qaldırılmasının təminatçısı kimi dövlət çıxış edirdisə, hazırda formalaşmaqda olan hüquqi dövlət bunun üçün normativ bazanı yaradır və özlərinin həyati vacib problemlərini həll etməyə çalışan qadın təşəbbüs qruplarına arxa durur. Bu problemlərin hamısı postsovet məkanı ölkələri üçün ümumi xarakter daşıyır. İnsan hüquqlarının bərqərar olmasını nəzərdə tutan inkişaf ölkələr və insanlar qarşısında açılan imkan bərabərliyinin daha çox və geniş məkanda təmin edilməsinə yönəldilmişdir. Söhbət gender tarazlığından gedirsə, məhz inkişafa belə yanaşma daha məqsədəuyğun sayılır.

Hazırki mərhələdə gender bərabərliyinin inkişafına insan hüquqları baxımından yanaşmaq daha xarakterikdir. Bu məqsədlərə nail olmağın əsas vasitələri insan hüquqlarının, о cümlədən də qadınların hüquq bərabərliyinin təminindən və onların müdafiəsindən ibarətdir.

1948-ci ildə qəbul edilmiş «Ümumdünya insan hüquqları bəyannaməsi»ndə cinsindən, irqindən, dilindən, dinindən asılı olmayaraq, bütün insanların cəmiyyət həyatında ləyaqətlə iştirak etmək hüququ, bütövlükdə ümumbəşəri dəyərlər təsbit olundu.

Bununla belə hüquqi təminatlara baxmayaraq, qadınlar struktur maneələri və sistemli ауrı-seçkilik səbəbindən bərabər imkanlardan məhrumdurlar. Həmçinin, о da vurğulanır ki, hamıya bərabər münasibət son nəticədə bərabərsizliyə gətirib çıxara bilər. Buna görə də, əsas məqsəd qadın və kişilər eyni münasibətin təmin olunmasından daha çox onların hər ikisi üçün bəгаbəг nəticələrin əldə olunmasına nail olmaqdır.

Bu nöqteyi-nəzərdən qadınlara münasibətdə bütün ayrı-seçkilik formalarının ləğv edilməsinə dair 1979-cu il Konvensiyası, beynəlxalq birliyin öhdəliklərini əks etdirən sənəd olmaqla bəгаbəг, hüquqların sadəcə bəуаn edilməsindən, həlli vacib olan məsələlərin və bu hüquqların həyata keçirilməsi üçün zəruri olan tədbirlərin müəyyən edilməsinə doğru təkamül etdi.

Bundan sonra qadınların vəziyyətinə dair 1995-ci ildə 4-cü Beynəlxalq konfransda qəbul edilmiş fəaliyyət platformasında, Konvensiyanın qadınlara münasibətdə bütün ayrı-seçkilik formalarının ləğv olunmasına dair müddəalarının yerinə yetirilməsi sahəsində tədbirlər kompleksi müəyyən edilmişdir.(2)

Bu kimi beynəlxalq sənədlərin ratifikasiyasından sonra respublikamızda qadın hərəkatı xeyli güclənmişdir. Hal-hazırda Azərbaycanda 60-dan çox qeyri-hökumət qadın təşkilatı fəaliyyət göstərir. 1998-ci ildə yaradılan Qadın Problemləri Üzrə Dövlət Komitəsi də qadınların hüquqlarının qorumaq istiqamətində mühüm nailiyyətlər əldə etmişdir.

Bir daha qeyd edək ki, keçid dövrü qadınlara qarşı zorakılıq edilməsinin səviyyəsinə təsir göstərə biləcək çoxsaylı amillərin ortaya çıxması ilə səciyyələnir. Yoxsulluğun, işsizliyin, sosial bərabərsizlik və məhrumiyyətlərin, gərginlik və təzyiqin artması, cəmiyyətdə zorakılığın, eləcə də qadına münasibətdə zorakılığın artımı ehtimalını şərtləndirir. Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, Azərbaycan torpaqlarının 20%-inin işğalı ilə nəticələnən münaqişə qadınların həyatında çox ağır iz buraxmışdır.

Cəmiyyətin iqtisadi, sosial və siyasi inkişafı prosesində qadınların iştirakının səciyyəsi və səviyyəsi onların firavanlığı, həm də şübhəsiz ki, keçid prosesinin özünün uğur qazanması üçün həyati əhəmiyyət kəsb edir(3).

Qadınların idarəetmədə, ictimai - siyasi proseslərdə iştirakı onların siyasi və ictimai həyatda nüfuzlarının artmasına kömək etdiyi kimi, onların iqtisadi sahədə yerinin möhkəmlənməsinə şərait yaradır. Bu da qadınların bütün cəmiyyət həyatında uğurla inkişaf etməsinin parlaq nümunəsi ola bilər.

Qeyd olunanların ümumiləşdirilməsi olaraq demək olar ki, dünyada baş verən sosial-iqtisadi dəyişikliklər ictimai həyatda və ailədə qadının vəziyyətinin transformasiyasına təsir göstərir. Hazırki mərhələdə qadınların problemləri qlobal səciyyə daşıyır, müxtəlif təşkilatlar bununla məşğul olur.

Qadın hərəkatının sosial tərəqqi uğrunda mübarizədə fəallığının artması bir faktdır. Son illərdə baş verən dərin sosial-iqtisadi, siyasi və ideoloji irəliləyişlər, elmi-texniki tərəqqi, qa­dınların bərabərhüquqluluğu uğrunda mübarizə aparan müxtəlif hərəkatların uğurları və sair faktorlar qadınların ictimai-siyasi mövqelərini xeyli yüksəltmişdir.

Hazırki mərhələdə qadınların rəhbərlik qabiliyyətlərinə, liderlik keyfiyyətlərinə inamın olmaması tendensiyası, tərəddüd meylləri arxa plana keçir. Cəmiyyətdə qadının yeni tipləri meydana gəlir. Müasir qadınlar - əsasən möhkəm xarakterli və iradəli, mənəvi maraq və tələbatın geniş dairəsinə malik, ailə həyatı ilə sıx bağlı olan qadınlardır. Bu isə cəmiyyətdəki münasibətlərin daha da humanistləşməsinə, qarşılıqlı əlaqələrdə nəzakət, nəciblik kimi keyfiyyətlərin dominantlığına şərait yaradır. Bu da danılmaz faktdır ki, qadınların ictimai-siyasi münasibətlərin daha möhkəm subyekti olmasında hakim dairələrin liberallaşma meylləri mühüm əhəmiyyət kəsb edir.

Belə ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra start götürən demokratikləşmə proseslərin ictimai proseslərin humanistləşməsinə zəmin yaratdı. Bu da öz növbəsində hüquqi, demokratik dövlət quruculuğunun mühüm atributlarından olan vətəndaş cəmiyyəti institutlarının təşəkkülünə yeni imkanlar açdı. Hazırki mərhələdə Prezdent İlham Əliyevin həyata keçirdiyi ümummilli inkişaf konsepsiyasında cəmiyyətdaxili münasibətlərdə mülki elementlərin möhkəmlənməsi strategiyası reallaşmaqdadır. Bu baxımdan birmənalı olaraq qeyd etmək olar ki, Azərbaycanda vətəndaş cəmiyyətinin mühüm atributlarından olan ailə institutunun, bu institutun aparıcı qüvvəsi olan qadın faktorunun güclənməsi qlobal çağırışlara cavab vermə qüdrətində olan ictimai institutlaşmada mühüm əhəmiyyət kəsb edəcəkdir.

 

İstifadə olunmuş ədəbiyyat:

 

l. Bax: Gender: Qadın probleminin yeni mərhələsi. BMT İP-nin «Gender İnkişafda» Qurumu, I buraxılış, Bakı, 1998; Müasir dövrdə fəlsəfənin yeni istiqamətləri və genderin sosial-fəlsəfi problemləri. AMEA Fəlsəfə və Hüquq İnstitutu. Bakı, Yeni nəsl, 2002.

2. R. Mirzəzadə. Qadın hüquqları. Bakı, İnam, 1999.

3. Fəlsəfə və Gender. Gender kitabxanası № 9-buraxılış. AMEA FSHTİ, Fəlsəfənin yeni istiqamətləri və gender tədqiqatları şöbəsi, Bakı, 2005.

 

Nailə Zülfiqarova
SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb