Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


FÜZULİNİN «LEYLİ VƏ MƏCNUN» ƏSƏRİNDƏ GENDER MÜNASİBƏTLƏRİ


Müasir dövrdə yeni yaranan elmlər sırasında «Gender» xüsusi əhəmiyyətə malikdir. Bu elmi istiqamət XX əsrin 70-ci illərində Qərbi Avropada meydana gəlmişdir. «Gender» ingilis sözü olub, mənaca tərcümədə «soy», «cins» deməkdir. Azərbaycanda bu elmi istiqamət XX əsrin sonlarında yaranmışdır. Qapalı sistemdən açıq sistemə keçid dövrü, eləcədə demokratik cəmiyyət qurulucuğu zamanı insan hüquq və azadlıqları həmişə önəmli məsələ kimi ictimayyətin qarşısında durmuşdur. Cinsindən asılı olmayaraq bütün insanların fəal şəkildə vətəndaş cəmiyyətinin qurulmasında iştirak etməsi çox vacib amillərdən biridir. Qadınların da kişilərlə bərabər olaraq qərarların qəbul edilməsi prosesində iştirak etməsi, ictimai-siyasi həyatda fəaliyyət göstərməsi, rəhbər vəzifələrə irəli çəkilməsi cəmiyyətdə yaranmış disbalansı aradan qaldırılmasına gətirib çıxarar və beləliklə, insanlara cinsinə görə deyil, onların imkan və bacarıqlarına görə qiymət verilər.

Cəmiyyətdə kişi və ya qadın olmaq yalnız bu və ya digər anatomik xüsusiyyətlərə sahib olmaq deyil, həm də cəmiyyət tərəfindən müəyyən edilmiş bu və ya digər gender rolunu icra etmək deməkdir.

Gender - qadın və kişinin cəmiyyətdəki sosial rolunu və vəziyyətini təyin edən sosial model kimi cəmiyyət tərəfindən təşkil edilir. Bütün bu fikirləri nəzərə alıb, «Genderə» belə tərif vermək olar ki, gender qadın və kişilərin sosio-mədəni mühitdə qarşılıqlı münasibətlərini öyrənir.

Baxmayaraq ki, Füzuli dövrünə gender məfhumu məlum deyildir. Lakin gender münasibətlərinin kökü məhz о dövrləri əhatə edir. Füzuli gender münasibətlərinin tənzimlənməsi yolunu ilahi eşq və məhəbbətdə görmüşdür. Məcnun və Leyli haqqındakı əfsanənin çox dərin bir tarixi vardır. Bir çox mənbələr Məcnunun tarixi şəxsiyyət olduğunu və VII əsrdə yaşadığını qeyd edirlər.

Leyli və Məcnun əfsanəsi haqqında çox poemalar yazılmışdır. Lakin Füzulinin «Leyli və Məcnun» poeması özünəməxsusluğu ilə seçilir. Müəllif о dövrün patriarxal mədəniyyətini, onun ab-havasını olduqca hərtərəfli və aydın şəkildə izahını vermişdir.

Füzuli irsi Azərbaycanda ədəbi, ictimai və fəlsəfi fikrin inkişafında xüsüsi bir mərhələ təşkil edir. «Leyli və Məcnun» poeması Füzulinin çoxcəhətləri yaradıcılığında müstəsna əhəmiyyətə malik bir əsərdir.

Füzulinin bu əsəri orta əsrlərin qeyri-sağlam baxışların və qanunların tənqid etmək üçün bir vasitəyə çevrilmişdir. Məcnun və Leylinin timsalında yeni yaranan insani münasibətlər və baxışlar təqdir edilir, gec-tez bu yeni baxış və münasibətlərin qələbəsinə, köhnə dünyaya məxsus qanunların və dəblərin aradan çıxacağına qəti inam bildirilir. Qadın hüquqsuzluğunun dəhşətləri, əski münasibətlərin doğurduğu faciələr qələmə alınır.

Leyli və Məcnun timsalında insana, həyata və sevgiyə yeni münasibət ifadə olunmuşdur. Leyli və Məcnun yeni insan idealının, insan haqqındakı yeni baxışların köhnə baxışlar və ziddiyyətlə toqquşmasını əks etdirir. Bu toqquşma göstərir ki, köhnə baxışların, görüşlərin tarix səhnəsindən çıxmaq vaxtı yaxınlaşmışdır. Lakin bu köhnə baxışlar hələ şüurlardan silinməmişdir. Ona qarşı hər bir çixış, hər bir hərəkət dəlilik, ağılsızlıq, məcnunluq sayılır. İstər qız olsun, istər oğlan övladın kimisə seçməsi, kiməsə rağbət göstərməsi hələ ata hüququna müdaxilə etmək, dövrün adət-ənənələrinə zidd getmək kimi qarşılanır.

Əsərlə yaxından tanış olanlar bilir ki, Leyli və Məcnun məhəbbəti məktəbdən başlayır. Bu heç də təsadüfi deyildir. Yəni kamillik, sosial münasibətlər sisteminin inkişafı qadın və kişi münasibətlərinin tənzimlənməsi üçün elm və təhsil zəruri şərtlərindən biridir. Onlar bir-birini yalnız məktəbdə görür və bu məhəbbətə, qarşılıqlı münasibətə burada daha da yaxınlaşırlar. Məcnunun iztirabı, həsrəti Leylinin məktəbdən getməsi ilə başlayır. Təbii ki, Füzulinin kamil insan, şəxsiyyət timsalında yaratdığı insan obrazı, Leyli və Məcnun münasibətlərində qoyduğu konsepsiyasını və onun gender münasibətlərinin əsasını təşkil edir. Həm Məcnun, həm də Leyli eyni sosial statusa malikdirlər. Yəni hər ikisi qəbilə başçılarınının yeganə övladıdır, var-dövlət cəhətdən də eyni zənginliyə malikdirlər. Amma Leylinin atası qızını belə bir imkanlı ailənin oğluna vermək istəmir. Sözsüz ki, burada əsas məsələ Qeysin insani münasibətlərə, məhəbbətə, ailə qurulmasına dair özünəməxsus keyfiyyətlərə malik olmasıdır. Onu başa düşmədikləri yə qəbul etmədikləri üçün Qeys Məcnuna çevrildi. Bu «məcnunluq» insan sevgisindən, insanın insana olan münasibətindən irəli gəlirdir.  Elə buna görədə o, özünü səhrada, heyvanlar arasında daha yaxşı hiss edirdi.

Məcnuna göndərdiyi bir məktubda Leyli öz hüquqsuzluğunu, qul, əşya kimi alınıb satıldığını bildirərək yazır:

 

Мən gövhərəm, özgələr xiridar,

Məndə degil ixtiyari-bazar,

Dövran ki, məni məzada saldı,

Bilməm Kim idi satan Kim aldı,

Olsaydı mənim öz ixtiyarım,

Olmaz idi səndən özgə yazım.

 

Burada qadının azad seçim hüququnun əlindən alındığı aşkar olur. Füzuli bununla İslam Dininin qadına verdiyi seçim hüququnu tələb edir və bunun üçün insanları ilahi həqiqətə əməl etməyə çağırır. Dünyada hakim adət-ənənə və düşüncə tərzi qadına mənəvi sərbəstlik verilir, qadın qəlbinin səsini eşitmək istəmirdi.

Əsər patriaxal mədəniyyətin bazis nümunəsi kimi də dəyərləndirilə bilər. Burada qadınlar hər bir hərəkətlərində çox ehtiyatla davranırlar. Elə Leylinin Məcnuna olan məhəbbətini eşidən ana da bu həyəcan və qorxu dəhşətini yaşayır. Və o, bunu Leyliyə etdiyi nəsihətlərdə açıq bildirir:

 

Keyşux, nədir bu göftugulər?

Qılmaq sənə tənə eybculər?

Nəycün özünə ziyan edirsən?

Yaxşı adını yama edirsən?

Nəyçün sənə tənə edə bədyu?

Namusuna laiq işmidir bu?

 

Həya, abır, namus, ismət pərdəsi altında onu qula, əşyaya, çevirir, satır, ərə verir, satır alır, öldürür. Heç vaxt onunla hesablaşmır. Öz istəyini dilinə gətirməsi, sərbəst ailə qurmaq arzusu ilə yaşaması ədəb-ərkandan kənar sayılırdı.

Doğrudur, Leyli qismən olsa da öz hüquqlarını qorumağa çalışır, lakin bu heç bir nəticə vermir. Belə ki, o, anası ilə söhbətində eşq, aşiq olmaq haqqında birinci dəfə ondan eşitdiyini bildirir, məcnuna aşiq olmasını gizlədir. Yaxud ad bu və ya digər vasitə ilə Məcnuna göndərdiyi məktubda öz çarəsizliyi, onunla heç kimin hesablaşmadığını göstərir. İbn Salamla söhbət edərək öz bakirəliyini məhəbbəti uğrunda qoruyub saxlamışdır. Bütün bu cəhədlərin sonu faciə ilə bitir.

Leylinin atası öz zəmanəsinin istəyini, tələbini nəzərə alaraq Leylini İbn Salama verir. Dərdini ətrafdakı insanlar anlamadığından Leyli dərdini şama, pərvanəyə, aya, buluda, dəvəyə danışa bilir. Xəzinə kimi hasara girib, nəsihətindən ayağına zəncir vuran Leyli, özünün cilovunu özgənin əlində olan dəvəyə oxşadır:

 

Mən kimi yox əldə İxtiyarin,

Bir özgə əlindədir Məharin

 

Məcnunun da vəziyyəti Leylidən geri qalmır. Düzdür onun valideynləri Leylini Məcnuna almaq istəyir, lakin onlar bunu, Qeys Məcnuna çevriləndən sonra edirlər.

Bu poemada gender məsələləri İslamın gender ölçülərinə əsasən müəyyənləşdirilmişdir. Füzuli gender münasibətlərini kamil insan anlamında tənzisləyir. Lakin eyni zamanda dövrün qadınlara olan münasibətlərini tənqid edərək onları İslam maarifçiliyinə çağırır.

Maraqlı haldır ki, Füzulinin bu əsəri öz aktuallığını itirməyib. Çünki yaşadığımız patriarxal mühit və onun qanunları hələ də davam edir. İndi də Leyli kimi öz məhəbbətini, seçimini gizlədən, valideynin güclü və ifrat nəzarəti altında əziyyət çəkən oğlan və qızlarımız az deyil.

 

Ədəbiyyat:

 

1. M.Füzuli «Leyli və Məcnun» poeması. Bakı-Maarif, 1991.

2. Azərbaycan bədii və ictimai-fəlsəfi fikrində qadın məsələsi. Bakı-Adiloğlu, 2004.

3. CİHAB «Cender tədqiqatları". Bakı-2000

 

Vəfa Nağıyeva

 

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb