Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


“ƏHALİNİN YERLİ DEMOKRATİYANIN QURUCULUĞUNDA ROLU (MƏHƏLLƏ KOMİTƏLƏRİNİN İNKIŞAFI)” PİLOT LAYİHƏSİNİN DAVAMI


Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda

 

Women For Development of Municipality

 

AZ-1133   Bakı  Yeni Günəşli "V"  12/73   VÖEN: 1900420281  Tel.: (+99412) 427 49 84,  478 25 05,  (+99450) 320 06 69  E-mail: qbiuib@yahoo.com

 

          

MƏTBUAT ÜÇÜN AÇIQLAMA

 

Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi /QBİU Bakı şəhər Suraxanı rayon Zığ, Qaraçuxur, Bül-Bülə, Yeni Suraxanı, Əmircan və Hövsan Bələdiyyələrin Məhəllə Komitələrin rəhbərləri və icma liderləri ilə təlim keçirtdi.

 

11.09.2009

 

Bakı şəhərinin Səbail və Suraxanı rayonunda Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi tərəfindənhəyata keçirilən "Əhalinin Yerli Demokratiyanın Quruculuğunda Rolu (Məhəllə Komitələrinin İnkişafı)" Pilot Layihəsinə dair.

Dünən (11.09.2009) Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin konfrans zalında Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Əhalinin Yerli Demokratiyanın Quruculuğunda Rolu (Məhəllə Komitələrinin İnkişafı)" Pilot Layihəsi çərşivəsində növbəti tədbirini keçirdi.

Tədbirdə QBİU-nun sədri və layihə koordinatoru Lyudmila Xəlilova, layihə üzrə təlimçi-ekspert Səbail r/n Badamdar Bələdiyyəsinin sədr müavini Ramiq Mustafa,  Narimanov Bələdiyyəsinin üzvü və Sosial Məsələləri üzrə Daimi Komissiyasının sədri Ruxsarə Axundova, Zığ, Qaraçuxur, Bül-Bülə, Yeni Suraxanı, Əmircan və Hövsan Bələdiyyə üzvləri, Məhəllə Komitələrinin rəhbərləri və icma liderleri iştirak etmişlər.

Tədbirin keçirilməsində əsas məqsəd Bakı şəhər Suraxanı rayon Bələdiyyələri ərazisində yaradılan və faliyyət göstərən Məhəllə Komitələrinin inkişafı üzrə və yenilərin yaradılması və bu sahədə vətəndaş təşəbbüskarlığın artırılması, onun rolun əhəmiyyəti baresinde maarifləndirməni həyata keçirtməkdir.

Burada həm də, qarşıdan gələn Bələdiyyə seçkilərində Məhəllə Komitələrinin rolu haqqında  və  yeni işıq üzü görmüş "Vətəndaşların Yerli Demokratiya Quruculuğunda Rolu" kitabda əks olunmuş Məhəllə Komitələrinin inkişafına yönələn Koordinasiya Şuralarının məqsəd və vəzifələri və onların yaradılması mexanizmi  əks etdirən sənədlər geniş muzakirə olundu. Məhəllə   Komitələrinin inkişafına yönələn Koordinasiya Şuralarının yaradılması təşəbbüsü, bu sahədə inkişaf mexanizm və fəaliyyət modulları iştirakçılar tərəfindən dəstəkləndi.

Bu istiqamətdə növbəti tədbir yuxarıda göstərilən layihənin ünvanlandığı Səbail rayonu ərazisində Məhəllə Komitələri ilə keçiriləcək.

 

Diqqətinizə görə təşəkkür edirik!!!

 

QBİU-nun Mətbuat Xidməti

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb