Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


25 NOYABR DÜNYADA QADINLARA QARŞI ZORAKILIĞIN ARADAN QALDIRILMASI GÜNÜ KİMİ QEYD OLUNUR


2009112501_120

 

BMT-nin hesabatına görə, bu gün dünyada hər 3 qadından biri zorakılıağa məruz qalır

BMT baş katibi Pan Qi Mun ənənvi müraciətində  dünya ölkələrini "Zorakılığa son qoymaq üçün birləş!" kampaniyası başlatmağa çağırıb: "Qadınlara qarşı zorakılığa son qoyulmasına yardım etmək üçün biz hamımız - kişilər və qadınlar, əsgərlər və sülhməramlılar, vətəndaşlar və liderlər məsuliyyət daşıyırıq. Hər bir dövlət zorakılığın qarşısını almaq, təqsirkarları məsuliyyətə cəlb etmək və qurbanların hüquqi müdafiəsini təmin etmək kimi öhdəliklərini yerinə yetirməlidir".Baş katibi qeyd edib ki, qadınlar hər yerdə müəyyən risk altındadırlar, lakin onların arasında silahlı münaqişələrin mövcud olduğu ərazilərdə yaşayanlar daha ciddi təhlükələrlə üzləşirlər.BMT-nin məlumatına görə, təxminən 113-200 milyon arasında qadın demoqrafik baxımdan itkin sayılır. Ya dünyaya gəlir-gəlməz öldürülüblər, ya da qardaşları və ataları ilə bərabər qida və tibbi avadanlıqlardan məhrumdurlar.Dünyada hər 3 qadından biri şiddətə məruz qalır, hər 5 qadından biri təcavüzə uğrayır, ya da təcavüzdən son anda xilas olur.Mühacirlərin 80 faizini qadınlar təşkil edir. 280 milyonluq ərəb dünyasında hər 2 qadından biri savadsızdı.Ümumilikdə dünyada oxuyub-yazmağı bilməyənlərin 67 faizi qadındır. Avropa ölkələrində işləyən qadınların da vəziyyəti yaxşı deyil. Orada kişilərlə müqayisədə qadınlar 17,4 faiz az qazanırlar.Məlumatlara görə, qadınla kişi arasındakı ən böyük maaş fərqi 30 faizlə Estoniyada, ən az fərq İtaliyadadır.Araşdırmalara görə, ümumiyyətlə qadınların 39 faizi "yeməyi yandırma", "pulu çox xərcləmək", "uşaqlara düzgün baxmamaq" və s. kimi səbəblərdən döyülür. Ölkəmizə gəlincə, bu gün Azərbaycan qadınlarının ictimai həyatın bütün sahələrində fəallığı müşahidə olunur. 1990-cı ildə deputatların 4,3 faizini qadınlar təşkil edirdisə, indi bu göstərici 11,2 faizdir. Dövlət qulluğunda çalışanlar arasında qadınların payı 29 faiz, sahibkarlar arasında 15 faiz təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 15 yaşından yuxarı olan hər 1000 qadından 745-i ali və tam orta təhsillidir.Ancaq ürək açmayan bir problemimiz var. BMT-nin narkotiklərlə və cinayətkarlıqla mübarizə idarəsinin hesablamasına görə, Azərbaycanda insan alveri ilə məşğul olanların 86 faizi qadındır. 155 ölkəni əhatə edən bu hesabata görə, insan alverinin qurbanları - əsasən, qadınlar və qızların 79 faizi başqa ölkələrə cinsi istismar üçün aparılır.  www.itv.az

 

http://az.itv.az/gundem/5866.html

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb