Ölüm
1. Cins və
yaş qrupları üzrə ölənlərin sayı
2. Yaş
qrupları üzrə ölüm əmsalları
3. Əmək
qabiliyyətli yaşda ölənlər
4. 5 yaşadək
ölən uşaqlar
5. Körpə
ölümü
6. Ana ölümü
7. 2008-ci
ildə Azərbaycan Respublikasının iqtisadi və inzibati rayonları üzrə körpə ölümü
Metodoloji izahlar
Bu bölmənin
materialları ölüm və ölü doğulanlar haqqında aktların ikinci nüsxələrində olan
qeydlərdəki məlumatların statistik yolla işlənməsi nəticəsində əldə edilib.
Ölümün ümumi əmsalı - əhali arasında
ölümün intensivliyini müəyyən edən göstəricidir. Təqvim ilində, müvafiq olaraq
ölənlərin sayının əhalinin orta illik sayına nisbətidir. Əhalinin hər 1000
nəfərinə hesablanır.
Ölümün yaş əmsalları - təqvim ili ərzində
müəyyən yaşda ölənlərin sayının cari qiymətləndirmə üzrə həmin yaşdakı əhalinin
orta illik sayına nisbəti kimi hesablanır. Bu əmsallar təqvim ilində hər bir
yaş qrupunda ölümün orta səviyyəsini xarakterizə edir.
Körpə ölümünün əmsalı - bir yaşadək
uşaqların ölüm səviyyəsini müəyyən edən göstəricidir. Bir yaşadək ölənlərin
sayının həmin ildə diri doğulanların ümumi sayına nisbətidir. Hər 1000 diri
doğulana hesablanır.