Home page
Send mail
Forward
Back


       Abunə


BİZİM LAYİHƏLƏR









İNFORMASİYA BURAHIŞLARI

İnformasiya vərəqləri - gender nəzəriyyələrini, ictimai həyatın müxtəlif sahələrində gender münasibətlərinin müzakirə problemlərini işıqlandıran xüsusi buraxılışlardır (çap analoqu bölgələrdə yayılmışdır). Nəşrlərdə tədqiqatçılar haqda məlumatı AGİM -in məsləhətçiləri hazırlamışlar.




TƏDQİQATLAR

Bölmədə 1998-ci ildən indiki dövrə kimi Azərbaycan müəllifləri tərəfindən keçirilmiş gender tədqiqatları təqdim edilmişdir.




QAYNAR XƏTT

Təqdim edilmiş ünvanlardan hüquqi, psixoloji və tibbi yardım almaq olar.

YARDIM FORMALARI

Böhran mərkəzi:
t: 4943376
wcc@online.az


Hüquqi məsləhət, psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri.

MHAIDS Azerbaijan:
t: 5106614 mhaids@initiative.az


psixoloji bərpa edilmə, psixiatr, nevropotoloqun məsləhətləri

Elmi-tədqiqat Mərkəzi "AREAT"
t: 438 15 77:

areat@azeronline.com

nikah qeydiyyatı zamanı ailədə iqtisadi zorakılığın qarşısını alan tədbirlər kimi, nikah müqaviləsinin bağlanmasının mümkünlüyünə dair məsləhətlər

LTD "Law and Order"
t: (050) 341 06 60
law_order@gender-az.org


hüquqi məsləhət, məhkəmə iddialarının tərtibi, məhkəməyə qədər sənədlərin hazırlanması, ictimai müdafiəçi (ittihamçı) sifətində məhkəmə iclaslarında iştirak

"Təmiz dünya" vətəndaş hüquqları uğrunda sosial birlik
t: 497 10 58


Trafik qurbanlarına dəstək və trafik qurbanlarına sığınacağın verilməsi. Sığınacağın yeri ciddi surətdə məxfidir, onun yerini ancaq işçilər bilir. Qurbanlar və sığınacaq haqda informasiya gizli saxlanılır. Qurban, oraya düşəndən rəsmi hakimiyyətin icazəsinə kimi daima sığınacağın ərazisində yaşayır. Verilmiş informasiya KİV-lərdə dərc edilmir.




SƏS VERMƏ

“Azərbaycan Respublikasında gender bərabərliyi haqda” Qanunla tanışsınızmı?
Bəli
Yox

  


RUT ANA VƏ ONUN BARBİSİ


2010110302_120Mirvari boyunbağılı xanım əlini qətiyyətlə sinəsinə vurdu: «Buyurun! Əlinizi toxundurun, sonra fikrinizi bildirin!». CNN-in müxbiri bahalı büstqalterlə tarım çəkilmiş sinəyə nəzər saldı, sonra geri addımladı. «Çəkinməyin, əzizim, siz ki jurnalistsiniz!». - Xanım bir az da yaxınlaşdı. - «Bu mənim biznesimdir!».

 

Rut Handlerin rəhbərlik etdiyi şirkət mastektomiya (süd vəzisinin kənar edilməsi) keçirən qadınlar üçün süni döş hazırlamaqla məşğul idi. Rəqiblərindən daha üstün məhsul hazırladığını sübut etmək üçün şirkətin rəhbəri heç nədən çəkinmirdi. Əslində, sübuta ehtiyac da yox idi. Sadəcə, protezə əllə toxunmaqla da yəqinlik hasil etmək olardı.

 

1970-ci il Rut üçün çətin keçdi. Həkimlər onda süd vəzi xərçəngi aşkar etdilər. Yeni firmasının ilk müştərisi də Rut özü oldu. Çünki o özünü qane edən rahat, normal protez tapa bilmirdi. O zaman Rutun yadına düşdü ki, dünya onu ideal biznes-ledi kimi tanıyır. Beləcə, bu, Rutun yeni biznesə başlaması üçün gözəl fürsət oldu.

 

...Lap bu yaxınlaradək belə işlə məşğul olacağı ağlına da gəlməzdi. Rut Handler dünyanın oyuncaq istehsal edən ən iri şirkəti «Mattel»in prezidenti idi. Multimilyoner idi. İşləri əla gedirdi. Rut uğur timsalı idi, onu təsvir etmək üçün tək bircə cümlə kifayət idi: «Barbini o ixtira edib».

 

Bəli, polyak-yəhudi immiqrantlarının övladı Rut Amerikada ən sevimli kuklanı ixtira etdi. Onun uzunqıçlı, sarışın kuklaları uşaqları heyran edir, Barbidən ötrü yeni-yeni paltarlar, yaxud evciklər almaq məcburiyyətində qalan valideynlər nalə çəkirdi. Rut işlərini elə ideal şəkildə qurmuşdu ki, fabriklər Barbinin yeni modellərinin istehsalını çatdıra bilmirdilər: kuklalar rəflərə düzülən an uşaqlar onları «sil-süpür» edirdilər. Rut hər şeyin ömrünün axırınadək beləcə davam edəcəyinə inanırdı. O, sabahkı gününə əmin idi. Amma sonda hər şey bitdi. Lap kədərli filmlərdə olduğu kimi.

 

Onun adını, şöhrətini, pullarını, əri ilə birlikdə açdığı və tərk etməyə məcbur olduğu şirkətini əlindən aldılar. Ən əsası - qızını, ən qiymətli sərvətini - körpə Barbisini əlindən aldılar.

 

«Nyu-York məhkəməsi «Mattel» firmasının təsisçisi, Barbinin ixtiraçısı Rut Handleri maliyyə sənədlərində fırıldaqçılığa görə mühakimə edir!». Teleaparıcı xəbəri tələsə-tələsə bəyan etdiyi zaman Rut çarpayısına uzanıb göz yaşları tökürdü. Qəzetləri oxumayacağına, yeniliklərlə maraqlanmayacağına and içirdi, amma özündən asılı olmadan televizoru açır və yenə eyni xəbəri eşidirdi: «Mattel» firmasının keçmiş prezidenti Rut Handler 57 000 dollar cərimə ödəməklə 5 il şərti və 2,5 min saat islahedici əməklə məşğul olmaq cəzasına məhkum olunub. Artıq onun Barbiyə aidiyyəti yoxdur, 3 ildən çoxdur, «Mattel»dən getmiş Handler indi maliyyə fırıldaqçılığında təqsirləndirilir».

 

Hər şey, xüsusilə də öz şirkətindən olan satqınların riyakar şərhləri onu elə yandırırdı ki... «Bəli, öhdəsindən gələ bilmədi. Əvvəllər «Mattel» dünyanın ən məhsuldar oyuncaq istehsalçısı idi. Heç kəs onun qarşısına keçə bilmirdi», - deyirdilər.

 

Əslində, biznes işində Rut tək idi. Hər şeyi düşünən, quran və layihələndirən o idi. «Mattel» nə deməkdir? Mett plyus El: Yəni Mett - firmaya sərmayə qoyan tanışın adı, El isə Rutun əri Elliotun adı idi. Bu ailədə hər iş bu cür sadə və aydın bölüşdürüldü: biz oyuncaq hazırlayır və satırıq, siz isə alırsınız. Əri rəsmləri hazırlayır, Rut istehsala tətbiq edir, reklam edir və satırdı. Bəxtigətirmə, üstəgəl, cəhənnəm əməyi - «Mattel» bax, bu demək idi!

 

Sonra hər şey dəyişdi. «Mattel» böyüyüb çoxmilyonlu korporasiya oldu. Əlbəttə, Rut çox sevindi, bu o demək idi ki, onun təxmini doğru çıxmışdı - qızlar Barbi tipli kuklalar istəyirdilər və qəribə də olsa, əvvəllər bu ideya heç kimin ağlına gəlməmişdi. Amma bəlli oldu ki, korporasiyada məsləhətçilərin, hüquqşünasların və güzəştli vergi üzrə mütəxəssislərin əsas məqsədi heç də kuklaların daha yaxşı satılması deyil, «Mattel»in aksiyalarının mümkün qədər baha qiymətə olması imiş. Belə bir vəziyyətdə Rut korporasiyanı idarə etmək üçün çox çalışdı. Bu dəhşətli hadisə də məhz onda baş verdi.

 

Rut mühakimə olunacağı barədə fikri özünə yaxın buraxmaq istəmirdi. Əslində, heç bir fırıldaqçılıq baş verməmişdi. O özünü təqsirli bilmədi, çünki təqsirkar deyildi. Sadəcə, bu fikirlə birlikdə neçə-neçə acı xatirələr gözləri önündə canlanırdı - hakimlər, ittihamçılar, məhkəmə reportyorları, özünün yazıq görkəmi, bəraət qazanması və sanki bütün dünyanın onun ümidlərini, arzularını və nəhayət, onun özünü tapdalamaq üçün məhkəmə zalına toplaşması...

 

Bayırda onu müxbirlər gözləyirdi, Rut isə evdən çıxmır, təkcə qəzet-jurnallara baxır, bəzən fikirlər içində dolaşıb qalanda ev qulluqçusu Peqqinin əllərindən tutub acizanə soruşurdu: «Peqqi, söylə, axı niyə belə oldu? Niyə başıma bu hadisələr gəldi? Əvvəlcə xərçəng xəstəliyi, sonra məhkəmələr, nəhayət, şirkətin əlimdən alınması. Nə günah işləmişəm axı?». Belə vaxtlarda Peqqi nəsə donquldanıb getməyə tələsir, Rut onun arxasınca baxır, atasının illər əvvəlki nəsihətləri qulaqlarında səslənirdi:

 

«Allah hər şeyi görəndir, onu aldatmaq olmaz! O, kimə neylədiyini yaxşı bilir». Yakob eşitmişdi ki, varlıların behiştə düşməsi iynənin gözündən dəvənin keçməsi qədər çətin məsələdir. Amma inanmırdı. Düşünürdü ki, hər halda, Tanrıya Yakob kimi varlı övladı ilə ünsiyyətə girmək ortalıqda qalmış kasıbdan daha xoş olar. Odur ki, ömrünün neçə ilini Tanrını aldatmaq və behiştə gedən yola tez düşmək üçün çox pullardan keçdi.

 

1907-ci ildə Yakob immiqrasiya idarəsində özünü «dəmirçi» kimi qələmə verdi. Rusiyadan Amerikaya gəldi. jitomirdə, Varşavada, Krakovda onu bəxti gətirən və bacarıqlı qumarbaz kimi tanıyırdılar. Amerikada isə ona başqa cür «dərs» verdilər. Yakobu qatarla Kolorado ştatının Denver şəhərinə yerli tövlələrdə at nallamağa göndərdilər. Beləliklə, Amerikada Yakob dəmirçilik sənətini öyrəndi, özü də cəmi bir ay ərzində. Köhnə peşəsini burada da işə salmaq istəyəndə isə Yakobun cəzasını yerli qumarbaz dəstəsi verdi. Nəhayət, yerli sinaqoqun rahibi ilə bir-iki söhbətdən sonra o, qumarbazlığın daşını birdəfəlik atdı.

 

1916-cı ildə Yakob və İda Moskoviçin ailəsində qız doğuldu. Uşağa Rut adı verdilər. O vaxt Yakobun ərdə olan böyük qızı Saranın 20 yaşı vardı. Yakob kiçik qızını onun ixtiyarına verdi. Belə çıxırdı ki, doğma atası Ruta baba oldu. O, artıq qocalmışdı. Hərbənbir gəlir, Tanrı haqqında müdrik kəlamlar danışır, bədzatlıq, Tanrının onu günahdan asan keçilən yola döndərdiyi barədə söhbətlər edirdi. Görünür, qismət elə bu deməkdir, sadəcə, səhv yoldan vaxtında kənara çəkilmək və uzağa qaçmaq lazımdır.

 

...Ruta isə çox qaçmaq lazım gəldi: Saranın kafesində 8 yaşından həm ofisiant və xadimə, həm də kassir, hətta bəzən köpüklü soda tökən də oldu. Rut həmyaşıdları ilə çox yaxınlıq etmirdi, dərsdən sonra dərhal kafeteriyə qaçırdı. Amma bacısının sözündən çıxmağa qorxduğu üçün deyil, sadəcə, burada ona xoş idi. Özünü böyük bilmək, pulları qəbul etmək, sonra qalığını hesablamaq, müştərilərlə söhbətləşməkdən xoşu gəlirdi. Burada Rut hələ «marketinq» və «satış meneceri» kəlmələrindən bixəbər ola-ola yeni içkiləri və dərmanları reklam etməyi də öyrəndi. Xeyli sonra isə Elliota rast gəldi.

 

Elliot Handler Denver incəsənət kollecinin tələbəsi idi.1938-ci ildə onlar evləndilər və cansıxıcı hesab etdikləri Denverdən Hollivuda köçdülər. Elliot öz sənəti ilə dünyanı lərzəyə gətirmək, Rut isə aktrisa olmaq arzusunda idi. Niyə? O, gözəl rəqs etməyi bacarırdı, atası da deyirdi ki, kinostudiyaların çoxu yəhudilərlə doludur, bəlkə də kömək edərlər. Amma bunlardan heç nə alınmadı.

 

Rutun karyerası «Paramount Pictures»də katibəlikdən o yana keçmədi. Elliot isə anladı ki, onun rəsmləri heç kəsə gərək deyil. Ailənin isə pula ehtiyacı var idi. Onda Elliot bir nəfər çinlinin camaşırxanasının üst mərtəbəsini icarəyə götürdü və şəkillər üçün taxta çərçivələr düzəltməyə başladı. Kimin ağlına gələrdi ki, onları taxta çərçivələr deyil, Elliotun zarafatla kukla evcikləri quraşdırdığı taxta qırıntıları çətin vəziyyətdən qurtaracaq! Bu evciklərin içinə həm də kreslo, stol və digər lazımi əşyalar qoyulurdu.

 

Əvvəlcə Elliot məhsulun ilk dəstlərini qadın paltarları satılan bir neçə mağazaya apardı. Həmin gün o bu evciklərdən ilk real pul və arvadından ilk ciddi məzəmmət qazandı. «Kukla evciklərini oyuncaq mağazalarına aparmaq lazımdır!» - bunu deyib Rut özü ora yollandı, qəti qiymət qoydu və evə 5 qat artıq qazancla qayıtdı. Elliot sevindi, Rut isə birdən-birə anladı ki, nəhayət, özünə layiq iş tapıb. Tticarətçilər arasında o özünü dəryada balıq kimi hiss edirdi, ticarət agentinin bu qədər bacarıqlı, üstəlik qadın olması hamıda təəccüb oyadırdı və Rut bu fürsətdən istifadə etdi. Oyuncaqlara gəldikdə isə Rut onlara hələ uşaqlıqdan pərəstiş edirdi. Axı ailədə onuncu uşaq olan Rutun demək olar heç bir oyuncağı yox idi.

Beləliklə, Rut mağazalara getdi, alıcılara fikir verdi və özlüyündə bir şeyi yəqin etdi: indi oyuncaqlar ən gəlirli işdir! Müharibə qurtarıb, əsgərlər evlərinə qayıdıb, onlar ailə qurmaq, övlad sahibi olmaq istəyirlər. Onda soruşan gərək, bəs uşaqlara nə lazımdır? Həm də o zaman oyuncaq istehsalı ilə ciddi məşğul olan iri şirkətlər də yox idi.

 

Yox idi, amma yaratdılar, Rut, əri və onun Mett adlı tanışı «Mattel» şirkətini təsis etdilər. Şirkət çilingər dəzgahı qoyulmuş qarajı icarəyə götürdü. Onların ilk uğuru balaca ukulele oyuncaq (ukulele - Havay adalarında populyar 4 simli musiqi aləti) oldu. Onun ardınca piano, «Layla, körpəm» oxuyan musiqili beşiklər gəldi və hər ədədi 20 min dollara satıldı. Rutla Elliotun isə Barbara adlı qızı və Ken adlı oğlu dünyaya gəldi.

 

Kukla həvəsinə ilk dəfə 50-ci illərdə, qızı kağızdan kəsilmiş kişi və qadın fiqurları ilə oynayan zaman düşdü. Bu fiqurlara istənilən cür paltar geyindirmək olardı. Onda Rut düşündü: kuklalara körpə geyimi deyil, geyimlərini dəyişə bilən böyük qız paltarları geyindirmək necə olar? O zaman hamı, hətta Elliot da kuklaların satılacağına inanmırdı. Bundan sonra baş verənlər isə tarixə düşdü.

 

Yeni görkəmli Barbi kuklaları piştaxtalara düzülməyə macal tapmamış satılıb qurtarırdı. Məsələ təkcə kuklaların tez satılmasında deyildi, həm də Rutun yeni ixtirasında idi. Dünyada Barbi qədər heç bir kuklanın əlavə bəzək şeyləri yox idi ki, valideynlər məcbur olub alsınlar. Hər Barbi üçün paltarlarla dolu dolabdan tutmuş «Ferrari»yə qədər hər şey almaq lazım gəlirdi. Bundan başqa, hər kuklanın dostu, rəfiqəsi, qohumları da vardı və onlara da geyim və bəzək şeyləri almaq lazım idi. Barbi dəbdə olan paltarlar geyinirdi.

 

Məhz Rut ilk dəfə məhsullarını televiziyada reklam etdirdi. Reklamlarda Barbi saçını darayır, güzgüyə baxırdı, heyrətlənən uşaqlar valideynlərindən Barbi üçün yeni paltarlar almağı tələb edirdilər.

Barbi balerina, tibb bacısı, stüardessa, hətta jurnal redaktoru, kosmonavt və cərrah, nəhayət, dünyada tibb diplomu alan ilk kukla oldu.

 

Rok-n-rol dəbdə olanda Barbi roker, rep meydana çıxanda reper oldu. Dünyanın hansı ölkəsində doğulmasından asılı olmayaraq, uşaqlar öz zövqlərinə uyğun olaraq qaradərili Barbi, asiyalı Barbi, hətta rus Barbi ala bildilər.

 

1969-cu ildə şirkət 2 000 000 dollar dəyərində oyuncaq satdı. Şirkət böyüyür, pul başlarına xəzəl kimi tökülürdü, onu istiqamətləndirmək lazım idi. Gərək ki, məhz onda Rut müvazinətini itirməyə başladı. Artıq «Mattel» böyüyüb elə nəhəng korporasiya olmuşdu ki, Rut əməkdaşların çoxunu üzdən tanımırdı. «Mattel»in aksiyalarına birjada qiymət qoyulurdu, bu isə o demək idi ki, indi onun aksionerləri vardı və Ruta tanış olmayan bu adamlar şirkətin yalnız daha çox pul qazanmasını istəyirdi və onların tələb etmək, aydınlaşdırmaq, hədələmək hüququ vardı. Bu vəziyyətdə ancaq Elliot özünü rahat hiss edirdi. O, evdə oturub, qəribə oyuncaqlar barədə düşünürdü. Barbiyə tamam laqeyd olsa da, onun «Çoxdanışan Ketti»si yaxşı satılırdı. «Özün düzəlt», «İnanılmaz Yeməli» də Elliota məxsus idi.

 

Barbinin xətrinə Rut hər şeyə - yeni konsultantların məsləhətlərinə, hətta ona, şirkətin prezidentinə direktorlar şurasının iclasında irad tutan yeni gəlmiş satış dahilərinə də dözməyə çalışırdı. Nəhayət, bir gün anladı ki, öz şirkətində onu heç xoşlayan yoxdur. Əksinə, aksionerlər Elliotu bacarıqlı dizayner kimi dəyərləndirirdilər. Onlar korporativ maliyyə işlərindən baş çıxarmayan xalanın şirkətdə nəyə lazım olduğunu anlamırdılar. Bir vaxtlar «Mattel» qarajda yerləşəndə Rut bu işləri yaxşı bacarırdı. Onda «Mattel» audiokaset şirkəti (audionağıllar buraxmaq üçün), Amerikada uşaqların yaxşı tanıdığı baş sirki aldı, həmçinin «Warner Brothers» kinoşirkəti ilə sövdələşdi.

İndi isə bu investisiyaların, yaxud sirkin alınmasının Barbinin satılmasına nə xeyri olduğunu anlaya bilmirdi. Məgər klounlar Barbiyə paltar alacaqdılar?

 

«Mən superqadınam. Məndən yeni-yeni kuklalar yaratmaq olar - mən poladdan düzəlmişəm!» deyə Rut jurnalistlər qarşısında öyünürdü. Görünür, onun uğurları «yuxarılarda» kimlərəsə xoş gəlmədi. İki il keçmədi ki, Rut özünü başıbəlalı İov ilə müqayisə etdi. Məsələ 1968-ci ildə mal göndərənlərin tətil etməsi və «Mattel»in külli miqdarda pul itirməsindən başladı. Bir il sonra «Mattel»in Meksikadakı ambarında yanğın baş verdi. Yanğın istehsalçıların ən çox gəlir götürdükləri Milad bayramı ərəfəsində bütün ehtiyat oyuncaqları məhv etdi. Şirkət milyonlarla dollar itirdi. Daha sonra Rutda xərçəng aşkar etdilər və onun sağ döşü kəsildi. jurnalistlərə «Mən yorulmuşam. Elə bil, məni məhv etdilər. Özümü qadın kimi təsəvvür edə bilmirəm» deyən Rut bir neçə həftə evdən bayıra çıxmadı. Sonra hərdənbir şirkətdə göründü - yorğun, üzgün, sinəsini örtən nisbətən böyük ölçülü, ikiyaxalı kostyumda...

 

1972-ci ildə «Mattel» itkilələrlə üzləşdiyini bəyan etdi. 1973-cü ildə Elliot şirkətin təsisçisi kimi bildirdi ki, şirkət bu il normal gəlir götürəcək. İki həftə sonra isə sözünü geri götürməli oldu. Aksiyalar sarsıldı. Aksionerlərin əsəbləri dözmədi.

 

Rut şirkətdən özü getdi, hərçənd 1975-ci ildə ona qarşı ittihamlara cavab vermək iqtidarında idi, amma şirkətdə onu «Xanım Gözəgörünməz» çağıranda dözmədi. Onun ardınca Elliot da şirkəti tərk etdi. Məhkəmədə Rut söylədi ki, maliyyə sənədlərindəki fırıldaqlardan xəbəri olmayıb, çünki belə işlərdən baş çıxarmır. Göstərdi ki, günahkar deyil, onun işi ancaq kuklaların satılmasından ibarət idi. Amma ona kim inanardı, məgər kapitan idarə etdiyi gəminin səmtindən bixəbər ola bilər?

 

Hər şey bitdi. Rut əmin idi ki, onun həyatı da bitdi. O, servanta düzdüyü bahalı Barbilərin susqunluğuna baxır, hönkürüb ağlayır, üzünü göylərə tutub bütün olanlara səbəb axtarırdı. Rut bu səbəbi tapdı! Özü də tək birini yox. Bəlkə də feministlər bu illər ərzində Rutu qınamaqda haqlı idilər. Onun Barbisi ucbatından qızlar dieta saxlayır, özlərini ona oxşatmaq istəyir və sonda aclıqdan özlərindən gedirdilər. Barbinin nisbətində olan yetkin qızların göstəricisi 85-45-70 olur. Bu o demək idi ki, onlar nəinki uşaq dünyaya gətirə, hətta analıq halı görmək iqtidarında olmurdular.

 

Əlbəttə, Barbi onun doğma qızının yolunu tutduğu üçün də günahkar idi. Şübhəsiz, qızı Barbaraya lazımi qədər qayğı göstərə bilməmiş, çox vaxt ya məşğul, ya da ezamiyyətlərdə olmuşdu. Mətbəx işlərindən isə Rut hələ ailə həyatı quranda imtina etmişdi. Odur ki, Barbara fağır, eyniliyə adət etmiş uşaq kimi böyüdü. Ətrafda hamı bilirdi ki, o, Barbini ixtira edən şəxsin qızıdır və kuklaya adı onun şərəfinə veriblər. Barbi populyar olanda Barbara ona nifrət edirdi, çünki hər yerdə - kollecdə, mağazada, hətta küçədə ona deyirdilər: «Deməli həmin Barbi kukla sənsən? Nə yaxşı, bəs sənin «Ferrari» haradadır?». Onu qardaşı ilə ər-arvad sanırdılar - bəs necə, siz ki, Barbi və Kensiniz! Bunun özü də xoş sözlər deyildi.

Rut evə qapanıb Bibliyanı oxuyur, sabaha ümidini itirir, düşünürdü ki, Allah onu sevmir. O zaman inanmazdı ki, döş üçün protez onun xilası olacaq.

 

...Mağazanın xüsusi şöbəsində satıcılar Ruta cüzamlı adam kimi yanaşırdılar, göstərdikləri protezlər isə ağır, yöndəmsiz və baha idi. Protez büstqalterdən bayıra çıxırdı, istehsalçılar isə hər ölçüdə protez hazırlamırdı. Bütün bunlar elə iyrənc və alçaldığı idi ki... Sadəcə, özü kimi qadınları bu cür iztirabdan qurtarmaqdan ötrü Rut belə incə problemi qaydaya salmaq qərarına gəldi.

 

Rut sifarişlə protez düzəldən Peyton adlı kaliforniyalı mütəxəssislə danışdı, birgə müəssisə açmağın vacibliyinə onu inandırdı. Müəssisəyə «Ruthon» - Rut üstəgəl Peyton adı, protezlərə isə «Nearly me» («Özüm kimi») markası verdi. Onların buraxdığı məhsullar həqiqi döşə o qədər bənzəyirdi ki, Rut öz protezini jurnalistlərə göstərməkdən çəkinmirdi. Onun protezləri o qədər populyarlaşdı ki, hətta prezident Cerald Fordun qadını, birinci ledi Betti Ford ondan istifadə etdi. Cəmi bir il ərzində firma ilk milyonunu qazandı və Rut anladı ki, onun sarsılmış özünüdəyər hissi yenidən qayıdır. O, yenə sıfırdan başladı və.. qalib gəldi...

 

1991-ci ildə Rut sərfəli qiymətə «Ruthon»u satdı. İndii onun 72 yaşı vardı. Artıq dincəlmək vaxtı çatmışdı. Saçları səliqə ilə daranmış bu zirək xanım hər həftə rəfiqələri ilə poker oynamağa gedirdi. Başqa vaxtlar evdən hərdənbir çıxır, şəxsi həyatı barədə, Barbi haqda filmə ssenari yazırdı. Nəhayət ki, qızı ilə də barışdı.

 

2002-ci ildə xəstəxanada müalicə olunan zaman birdən-birə ağlına gəldi ki, o, dünyadan köç edəndə yer üzündə milyonlarla Barbi yetim qalacaq. Həmin an özünü yüngül hiss etdi, ona elə gəldi ki, bu kuklaların hıçqırıb ağlaması orada, göylərdə hər zaman rəhmsiz hesab etdiyi, qorxduğu Tanrının özünə də agah olacaq və yəqin onu bağışlayacaq.

 

http://www.anspress.com/index.php?a=2&lng=az&nid=68951

SAYTIN XƏBƏRLƏRİ

"Gender və din"/"Məqalələr" bölməsində Elşad Mirinin kitabları təqdim edilmişdir:
- İslam dini zorakılığı qadağan edir
- İslamda qadın-kişi bərabərliyi
- İslamda qadının ictimai həyatdakı rolu
- İslamda ailə həyatı




VİRTUAL MUZEY

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycanda qadınların ictimai fəallığının gözəl nümunələri mövcuddur. Azərbaycanda qadın fəallığı, öz yolunu maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, əlbəttə, hər bir ölkədə mədəni, dini, milli ənənələrlə formalaşdırılan spesifik cizgilərinə malik idi. Toplanmış informasiya, şübhəsiz, qadın və gender problemləri sahəsində işləyən müəllimlər, tarixçilər və tədqiqatçılar üçün yardımçı material olacaq. Onlar bu nadir sənədlərdən tarixi istinadlar, vizual və şifahi şəhadət şəklində istifadə etmək imkanı əldə edəcəklər.




AVROPA QADIN TEZAURUSU

Avropa Qadın Tezaurusu - məlumatlar bankında, İnternetdə, qadın kitabxanalarında, sənəd mərkəzlərində və arxivlərdə "qadın" informasiyasının təyin edilməsi və axtarışı üçün professional vasitədir. Tezaurusda 2087 termin var. Tezaurusun Azərbaycan versiyasına bizim cəmiyyətin sosial-siyasi reallıqlarını, milli mədəniyyətimizi və islam mədəniyyətini əks etdirən 589 terminlər daxil edilmişdir.




GENDER DİREKTORİYASI

Gender direktoriyası - qadın və gender məsələlərinə cəlb edilmiş bütün milli strukturlar üzrə verilənlər bankıdır: dövlət strukturları, milli parlament, biznes sektoru, KİV-lər, beynəlxalq təşkilatlar, diplomatik korpuslar, hüquq müdafiəçiləri, yazıçılar, şairlər, rəssamlar və s. Diqqət: direktoriya linklər vasitəsilə qadın QHT-lərin verilənlər bazası, gender layihələrini yerinə yetirən QHT-lərin verilənlər bankı, gender fənləri üzrə tədqiqatçıların və müəllimlərin verilənlər bankı ilə əlaqədardır.




AİLƏ, QADIN VƏ UŞAQ PROBLEMLƏRI ÜZRƏ DÖVLƏT KOMİTƏSİ

Azərbaycan Prezidenti İ.Əliyevin təşəbbüsü ilə 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Dövlət Komitəsinin sədri Bakı Dövlət Universitetinin professoru, siyasət elmləri doktoru Hicran Hüseynovadır.




QADIN HÜQUQLARINA DAİR MİLLİ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair milli sənədlər təqdim edilmişdir.




QADIN HÜQUQLARINA DAİR BEYNƏLXALQ SƏNƏDLƏR

Bölmədə kişilər və qadınlar arasında bərabərliyin əldə olunmasına, qadınların vəziyyətinin yaxşılaşdırılmasına və qadın hüquqlarının müdafiəsinə dair beynəlxalq sənədlər təqdim edilmişdir.




QADIN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazasına rəsmi surətdə qeydə alınmış və qeydə alınmamış təşkilatlar, qadın qrupları daxildir. Diqqət: ölkədə dəqiq profilli QHT-lər yoxdur, ona görə də informasiyanın dolğunluğu üçün axtarışı bir neçə açar sözlər üzrə aparmaq tövsiyə olunur.




GENDER LAYİHƏLƏRİNİ YERİNƏ YETİRƏN QHT-LƏRİN VERİLƏNLƏR BAZASI

Verilənlər bazası 1998-2007-ci illər üzrə gender problemlərinə dair beynəlxalq və milli layihələr haqda informasiya təqdim edir. Axtarış həm tematik açar sözlər, həm də QHT-lərin adı üzrə həyata keçirilir.






Human Rights in the XXI Century - Azerbaijan
















Regional Initiative of Women's Groups for Promoting ICT as a Strategic Tool for Social Transformation




     Sayt «Açıq Cəmiyyət» İnstitutu - Yardım Fondu tərəfindən hazırlanıb